Məzahir Goranboylu - Goranboya Gəl

  Рет қаралды 83

master.13.

master.13.

Күн бұрын

Tağı Salehoğlu Rafiqlə birgə
Mehmanım olmağa Goranboya gəl
Bakını Şəkini çox tərifləmə
Bir qonaq olmağa Goranboya gəl
Əyləş İkarusa Goranda dayan
Çıxar görüşünə dostdan tanışdan
Çox olar qəlbini duyan oxşayan
Məni yoxlamağa Goranboya gəl
Cinnidə Səfəri ziyarət eylə,
Bilirsən "Xəritə" şeirini söylə
Ordan birbaş qalxaq doğma Göy-gölə
Xəyala dalmağa Goranboya gəl
Bilirsən Naftalan nə gözəl yerdi
Sağaldar qəlbində cəm olan dərdi
Heyif gəncliyimiz gəldi-gedərdi
Sarıtel çalmağa Goranboya gəl
Olub keçənləri bir sal yadına
Çox alışma bu dünyanın oduna
Dəli Alı, Qatır Məmməd yurduna
Dağtək ucalmağa Goranboya gəl
Azəri yurdunu birgə seyr edək
Stol açaq Sazla bir şeir deyək
Kababdan, çolbadan doyunca yeyək
Bir araq vurmağa Goranboya gəl
Demirəm gövhərdi, ləldi yurdumuz,
Aləmə səs saldı milli ordumuz ,
Yoxa çıxdı etmənitək qurdumuz
Yadına salmağa Goranboya gəl
Qızılhacılı, Qərvənd ulu bir diyar
Tapnan, Qaşaltının öz tarixi var
Bisavad Teymurdan yadigar məzar
Duyub anlamağa Goranboya gəl
Balakürddə Vəliyəddini axtaraq
Maarifdə olmasa evdə olacaq
Bir limonlu çaya eyləyər qonaq
Dərdin dağıtmağa Goranboya gəl
Tər çiçəkdi Gürzalların meşəsi
Xalıya bənzəyir tər bənövşəsi
Cahangir müəllimin dilbər guşəsi
Bir ləzzət almağa Goranboya gəl
Keçək Borsunludan marala sarı
Baxarsan görərsən Qoşqarda qarı
Tərənnüm etməyə doğma diyarı
Toy,mağar qurmağa Goranboya gəl
Rəhimlidə Kazımgilə qonaq gəl
Oturmağa tapmayaşsan boş stol
Hamı deyəcəkdir Tağı çox sağol
Duyub anlamağa Goranboya gəl
Veyislidir qaçqın köçkün diyarı
Onları görəndə kövrəlmə barı
Axtarsan taparsan Telli Nigarı
Bir könül verməyə Goranboya gəl
Kürəkçayı Nadirkəndin anas,
İnsanı məst edir həzin laylası
Qəhrəman Nadirin doğma yuvası
Yadına salmağa Goranboya gəl
Dəliməmmədli Dəli Məmməd yurdudu
Beş cavanı yenilməz bir ordudu
Sarovla Qazaxlar halımı sordu
Hal-əhval tutmağa Goranboya gəl
Xoylu dostlarımın doğma vətəni
Öpür yanağından Kəpəzin çəni
Şadlıq, Qaradağlı kəklik məskəni
Vurub ovlamağa Goranboya gəl
Mollavazdı, Nizamidə deyirlər
Orda xidmət edir neçəmin əsgər
Malakanda bircə həftə sərbəsər
Vurub ayılmağa Goranboya gəl
Kürdən Ağamalıoğlu durub yanaşı
Faxralı Alpout siqə qardaşı
Qurbanzadə "Mir İbiş" ağanın göz yaşı
Yanıb kül olmağa Goranboya gəl
Bir may kəndi pozulmasın növrağın
Yatax kəndi Miskinlilər oylağı
Əhmədabad yaxşı sevir qonağı
Qoşunla vurmağa Goranboya gəl
Bəşirabadda Salam verək dostlara
Hazırəhmədli hara söylə sən hara
Muğamat oxudaq küskün İlqara
Baxıb həzz almağa Goranboya gəl
Qarasuçuda Teymur çalsın qarmonu
Belə gəzintinin olarmı sonu
Kələkdə dinləyək "Vətənoğlunu"
Bir şeir yazmağa Goranboya gəl
Boz dağda ceyranlar sürüylə gəzir
Mərmər çəmənliyin bağrını əzir
Müəllim qulluqda durar müntəzir
Bir nişan almağa Goranboya gəl
Xınalı kəndidir , cənnətməkandır
Dar günündə Qaramusalı təkandır
Kor çayı seyr etmək qorxudu qandır
Qaban ovlamağa Goranboya gəl
İşıqlardı gəncliyimdən yadigar
Sinəmə dağ çəkdi orda bir maral
Ya şair lazımdır yada bəstəkar
Duyub anlamağa Goranboya gəl
Qarapirimli mehman olaq Əsgərə
Sözlü sənətkara sinədəftərə
Qırıqlı kəndində özgə mənzərə
Tonqal qalamağa Goranboya gəl
Xəsədərili Goranlıyla yanaşı
Kürəkçay ayırıb iki qardaşı
Bəzən lilnən axır bəzən göz yaşı
Bir ovuc içməyə Goranboya gəl
Həmənlidir kirvəmizin vətəni
Yox olmur üstündən dumanı çəni
Çəpişin kababı uzun gecəni
Səhərə qatmağa Goranboya gəl
Səmədabad işim gücüm vəzifəm
Vəfalı dostlara nə kədər nə qəm
Onsuzda tükənmir şeirim xəzinəm
Bir qulaq asmağa Goranboya gəl
Əzizbəyov doğma kəndim el-obam
Dost üçün heç vaxtı səngiməz soba
Cənnətə bənzəyir bu isti yuvam
Onu qorumağa Goranboya gəl
Məzahirəm Goranboydu vətənim
Sizintək dostlarla nə dərdim qəmim
Çox yaxşı tanıyır dostum düşmənim
Yadına salmağa Goranboya gəl

Пікірлер
Müşfiq Fərdaya görə EFİRDƏN GETDİ / Rəngarəng
8:43
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 44 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
Ehtiram Hüseynovun Laçın sevinci
5:12
AzTube350
Рет қаралды 346 М.
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Komedixana
Рет қаралды 1,1 МЛН
Kamran Həsənli: Baxın görün Jirinovski nədən qorxurdu...
8:12
Ilhame Quliyeva ve Elza Seyidcahan qalmaqali
6:43
ANS TV
Рет қаралды 703 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН