No video

Maştağa kəndində İmam Hüseyn nəslindən ağır Seyid dəfn olunub | Aqil baba | Səkkiz qapı ziyarətgahı

  Рет қаралды 6,921

RSDcfs

RSDcfs

Күн бұрын

#maştağa #ziyarətgah #pir #ocaq #Aqilbaba #səkkizqapı
Türbə Bakının Maştağa kəndindədir. Bu türbə "Aqil baba" adı ilə tanınan Seyid Kamil ağanın türbəsidir. Türbə düzbucaqlı formaya malikdir və divarları yonulmuş daşlardan hörülüb. Sahəsi 4x4 metr, hündürlüyü isə 4,5 metrdir. Döşəməsi kafellə döşənib. Fasad tərəfdən günbəzi yonulmuş daşlarla işlənib. Türbənin içərisində Seyid Kamil ağanın qəbri yerləşib. Onun ərəb mənşəli olduğu və Ərəbistandan bura gəldiyi söylənilir.
Seyid Kamil böyük kəramət sahiblərindən biri imiş. O, I Şah Abbasın müasiri olmuş - 400 il bundan qabaq yaşamışdır. Əsl adı Seyid Hüseyn olmuşdur, lakin kəramətlərinə görə I Şah Abbas onu Seyid Kamil adlandırmışdır. Deyilənlərə görə XVII əsrin ilk illərində Maştağaya köçmüş və ömrünün axırına qədər burada yaşamışdır.
Ondan sonra onun məzarı üzərində qardaşı nəvəsi Seyid Pənah tərəfindən türbə ucaldılmışdır. Sağlığında evi ziyarətgah olan ağanın ölümündən sonra da türbəsi ziyarətgaha çevrilmişdir. Türbənin üzərindəki kitabənin üzərində ərəb əlifbasının süls xətti ilə bu sözlər yazılmışdır: “Bu yeni məqbərə ariflərin başçısı Seyid Kamil Seyid Mir Raid oğlunundur. Allah rəhmətinə getmişdir. Seyid Pənah İbn Seyid Şahmar İbn Seyid Murad tərəfindən rəbi-əs-sani ayında, 1131-ci ildə (h.q.) tikilmişdir.”
Seyid Kamilə “Ağa Əli Baba” deyərlərmiş. Sonradan bu ad təhrif olunub və “Ağəl-bəbə” olaraq qalmışdır. Başqa versiyaya görə isə Seyid Kamilə insanlar “Aqil baba” da deyərlərmiş və bu adın zaman keçdikcə şəklini dəyişərək “Ağal-bəbə” şəklinə düşdüyü bildirilir.
Pir Bakının Maştağa qəsəbəsində, Mirzə Ələkbər Sabir küçəsi 14-də yerləşir. Burada “Aqil baba” adı ilə tanınan seyid Aqilin və onun üç qardaşının məzarları yerləşir. Pirin inşası 1990-cı ildə Hacı Seyyid Muxtar Hacı Seyyid Əli oğlu tərəfindən başlayıb və 2002-ci ildə oğlu Seyyid Əkbər tərəfindən başa çatdırılıb. 1719-cu ildə seyid Aqilin qardaşı nəvəsi onun qəbri üstündə türbə inşa edib. Bu haqda türbənin üzərindəki kitabədə qeyd olunub: “Bu yeni məqbərə ariflərin başçısı seyid Kamil seyid Mir Raid oğlunundur. Allah rəhmətinə getmişdir. Seyid Pənah İbn seyid Şahmar İbn Seyid Murad tərəfindən rəbi-əs-sani ayında, 1131-ci ildə (1719) tikilmişdir”. Aqil baba, həmçinin Seyid Mirkamil kimi tanınır.
Türbə yonulmuş daşlardan tikilib və düzbucaqlı formaya malikdir. Deyilənə görə, türbənin günbəzi Hacı seyid Muxtar ağa tərəfindən inşa edilib. O rəhmətə getdikdə isə tikinti işlərini onun oğlu Mirəkbər ağa davam etdirib.
Seyid Mirkamil Azərbaycana XVII əsrdə Ərəbistandan köçüb və Maştağa kəndində məskunlaşıb. Onun böyük kəramət sahibi olduğu bildirilir. Vəfatından sonra Mirkamil ağa Maştağada dəfn edilib və onun məzarı ziyarətgaha çevrilib. Deyilənə görə o, 125 il ömür sürüb.
Rəvayətlərə görə, səfəvi hökmdarı I Şah Abbas Maştağa kəndinə səfər zamanı yerli əhalidən İmam Hüseynin (ə.s) nəslindən olan seyid Mirkamil ağa haqqında eşidir. Şah dərviş libasında seyidin evinə yollanaraq onu sınamaq fikrinə gəlir. Şah yayın istisində Mirkamil ağanın ot təmizlədiyini görür və yanına gələrək onunla salamlaşır. Seyid Mirkamil ona buyurur: “Xoş gəlmisən şahım”. Şah Abbas seyidin onun tanımasına təəcüblənir və deyir: “Belə kəramətlisənsə niyə otları bir dua ilə təmizləmirsən?”. Bu zaman Mirkamil ağa dua oxuyur və ləkdə olan otlar kənara tökülür. Sonra təkrarən dua oxuduqda hər şey əvvəlki vəziyyətinə qayıdır. Bu zaman Mirkamil ağa şaha deyir: “Öz zəhmətimi çəkməliyəm”. Bu hadisədən sonra şah Abbas Mirkamil ağanı özü ilə götürmək istəsədə seyid razılıq verməyib.

Пікірлер: 29
@onrnisa-mt8nx
@onrnisa-mt8nx Жыл бұрын
Əlbəttə Allahdan istənilir 🤲 Və Allahın seçdiyi insanlar da ziyarət edilir .
@TuralSeyid
@TuralSeyid 2 күн бұрын
allah qebul elesin sukur edirem hemin o tarixi abideler ozum nezaret edirem
@n.n9816
@n.n9816 Жыл бұрын
Allah evliyalarimiza ve sehidlerimize rehmet etsin
@RSDcfs
@RSDcfs Жыл бұрын
Amin🙏
@vidadinuriyev7247
@vidadinuriyev7247 Жыл бұрын
SALAMUN ALEKUM əziz qardaş, çox sağ ol gözəl iş görmüsən ALLAH TALA HZ,MÜHƏMMƏDs,v,s -mə və onun ƏHLİ BEYTİNƏ xatir günahlarımızı bağışlasın İnşəALLAH
@RSDcfs
@RSDcfs Жыл бұрын
@vidadinuriyev7247 Amin
@user-ys5kn1uy9y
@user-ys5kn1uy9y 11 ай бұрын
ALLAH Rəhmət məkanları CƏNNƏT olsun inşALLAH Amin bizlərə də bu Agaların ziyarət etmək nəsib olsun inşallah
@nuranisfndiyarl4998
@nuranisfndiyarl4998 3 ай бұрын
Mən cox sevirəm ziyarətə getməyi nədənsə necə ildi gedə bilmirəm Allah yol acsin qismət eləsin mənə ziyarət etməyi adam yüngülləsir gedəndə
@nahidahmedov7943
@nahidahmedov7943 3 ай бұрын
😂😂😂bunlarin dinleri budur! Ancaq yuxu ve nagillar alemi !
@xaliq2926
@xaliq2926 3 ай бұрын
Niyə naqil olur ki hələ də yuxu haqqında alimlər bir şey deyə bilmirlər sənin kimi söylə danışmaqdansa naqila qulaq asmaq yüz dəfə savabdir
@user-ye4xh5ll1g
@user-ye4xh5ll1g 11 ай бұрын
Аллах рахмат етсин
@nurlansgrov7818
@nurlansgrov7818 10 ай бұрын
Amin ALLAH
@zahraaliyeva8073
@zahraaliyeva8073 4 ай бұрын
Allah razi olsun
@rada4634
@rada4634 11 ай бұрын
Çıldağa məndə getmişdim guya qorxuluğumu götrürdülər nabarod şüşə qırıldıqca daha da qorxurdum.Seyidlırin ağaları vəsilə olaraq bütün arzularımız çin olsun Allahın köməyi ilə amin ,düşmənlərimiz həlak olsun. Amin.
@Shortvediolarthebest.1fkm
@Shortvediolarthebest.1fkm 7 ай бұрын
Çildağda şüşə sındırmırlar
@nazillkbrova4771
@nazillkbrova4771 4 ай бұрын
ƏSL ÇİLDAĞ BAKI DA ƏBİLOB KÜÇƏSİ 105 dədir burda əsl ocaq var heç vaxtı pula baxmırlar 1 manat qoy lap amma maştağada 10 manat ver deyillər əgər uşağı aparmısansa atadan anadanda həmin pulu alırlar
@anarabbasl4638
@anarabbasl4638 8 ай бұрын
Allah rehmət eləsin inşallah
@AtaAzerbaijan
@AtaAzerbaijan Жыл бұрын
Deyirəm əvvəllərdə seyyidlər olub indidə var. İndikilərin sayı əvvəlkilərdən qatbaqat çoxdu amma heçbirinin kəraməti yoxdu. Kəramət ona deyirəmki sağlamlığında problem olana dua edib toxunub filan o insan sağalıb vəya qazanc yolu açılıb evlənmək istəyənin bəxti açılıb evlənib və s. köməkləri olub. İndi heçbirində belə xususiyyət kəramət yoxdu. Niyə ? 🤔
@xaliq2926
@xaliq2926 3 ай бұрын
Bəli köhnə seyyidlərimizin kerametleri olub indikilər də yoxdur çünki pisliklər çoxalıb amma şükür olsun ki bizim ocaqda kəramətlərimiz var Allah sevdiyi adamlara verir kəraməti
@turalhesimiv6892
@turalhesimiv6892 10 ай бұрын
Bəs deyirsiz İmamın bütün yaxınları kərbəla çölündə öldürülüb
@hafizagarahimov6740
@hafizagarahimov6740 3 ай бұрын
Bu İnsanlari bəstirin aldatdiz Ən ağır Axundunuz necə ton olub?
@user-vk5ps1wv3l
@user-vk5ps1wv3l 5 ай бұрын
Daha nağıllara inanmıram mən
@user-tg3ss1vp9o
@user-tg3ss1vp9o 5 ай бұрын
Bu nagil deyil gunahdi ele demiyin
@ElekberSelimov
@ElekberSelimov Ай бұрын
@ElekberSelimov
@ElekberSelimov Ай бұрын
Allaha aciq gedər 😡
@mehemmedmehemmed7679
@mehemmedmehemmed7679 11 ай бұрын
Burada xalcalar var idi olar hani?
@eyvazmamedov2526
@eyvazmamedov2526 3 ай бұрын
21 əsrin cahilləri
@telman-fl9jl
@telman-fl9jl 13 күн бұрын
musruk kafırler
Maştağa toyunda musiqi də, yemək də bol olur
24:02
İCTİMAİ TV
Рет қаралды 4,9 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.
Tanıt Azərbaycanı: Əli Ayağı Ziyarətgahı / Buzovna qəsəbəsi
29:53
Cərcis peyğəmbərin qəbri. Beyləqan / 2011
3:03
Ulu Seyyah
Рет қаралды 11 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН