İmam Əlinin (ə) həyatına qısa bir baxış

  Рет қаралды 137,221

SonUmidTV

SonUmidTV

Жыл бұрын

Səsləndirdi ‪@guldiyarzulfuqar1592‬ İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır.
İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona - yetim və ata-anasız qaldığı zaman - etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir.” (“Məqatilut-talibin”, Əbülfərəc İsfahani, səh.15.)
İmam Əli (ə) öz xilafəti dövründə “Qasiə” xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: “Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.)
İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA
Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını “Hira” mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə “Hira” mağarasına aparardı.
Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi.
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA
İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. “Qədir Xum” hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı.
İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA
Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi.
İMAM ƏLİ (Ə) VƏ ÜÇ CƏBHƏ İLƏ MÜBARİZƏ
İmam Əlinin (ə) hakimiyyətinin əsl ədalət əsasında idarəsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, onlar imam Əlinin (ə) hökuməti qarşısında müxalif bir cəbhə yaratdılar. Bu müxalifət sonda “Nakisin”, “Qasitin” və “Mariqin” döyüşləri ilə nəticələndi.
play.google.com/store/apps/de...
🌐Sosial səbəkələrdə bizi izləməyi unutmayin
🇦🇿 www.shia.az
🇦🇿 www.SonUmidTV.az
💠 t.me/SonUmidTv_kids
💠 / sonumidtv
💠 Fb.com/SonUmidTV
Abunə ol ⬇️🎞️ / @sonumid
#we_love_mohammad_ﷺ_challenge #SonUmidTV #Shia.az #Shop313 #ehlibeyt.info #Mənimlə #Evdəqal
Montaj - Video editing : Vüsal Əli

Пікірлер: 191
@limmmdov9241
@limmmdov9241 Жыл бұрын
*İmam Əli (ə) mənim gözlərimin nurudur.İmam Əli (ə) mənim canımın içidir.İmam Əli (ə) mənim gedib gələn nəfəsimdir.Mən doğulduğum gündən etibarən, İmam Əliyə (ə) aşiqəm.Mən özümlə fəxr etməsəm də, amma adımla çox fəxr edirəm.Həmd olsun Allaha ki, mənim adım Əlidir.Çox təəssüflər olsun ki, mən bu gözəl ada layiq ola bilmədim...* *Bu ucuz canım, Şahım İmam Əliyə (ə) fəda olsun.* *İmam Əli (ə) Allahın yer üzündə olan bir nurudur.İmam Əli (ə) Allahın gözəlliklərini göstərən bir şəxsiyyətdir.İmam Əli (ə) dinin sütunudur.İmam Əli (ə) yetimlərin atasıdır.İmam Əli (ə) kimsəsizlərin və məzlumların dayağıdır.İmam Əli (ə) ədalətin simvoludur.İmam Əli (ə) Allahın Aslanıdır.Elmin şəhəri Məhəmməd (s) Peyğəmbər, elmin qapısı isə İmam Əlidir (ə).İmam Əli (ə) Məhəmməd Peyğəmbərin (s) əmisi oğlu və yeznəsidir.İmam Əli (ə) xanımların xanımı olan xanım Fatimeyi Zəhranın (ə) həyat yoldaşıdır.İmam Əli (ə) cənnət cavanlarının ağası olan İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır.İmam Əlidə (ə) 70 Peyğəmbərin xisləti var.Bir və tək olan Allah, İmam Əli (ə) və Məhəmməd Peyğəmbəri eyni nurdan yaratmışdır.İmam Əli (ə) İslam dinini qəbul edən ilk kişidir.İmam Əli (ə) Kəbə evində dünyaya gələn yeganə insandır.İmam Əli (ə) İslam dininin qalxanıdır.İmam Əli (ə) danışan Qurani Kərimdir.İmam Əli (ə) Zülfüqar qılıncının sahibidir.İmam Əli (ə) bütün kafirlərin qorxulu yuxusudur.İmam Əli (ə) o şəxsdir ki, hətta mələklər də Ona aşiqdir.İmam Əli (ə) namaz qılarkən, ruku halında zəkat verən yeganə insandır.İmam Əli (ə) vilayət günəşidir.İmam Əli (ə) Haqqın səsidir.İmam Əli (ə) bütün möminlərin şahıdır.İmam Əli (ə) Əhli-Beytdir.İmam Əlini (ə) sevəni, Allah da çox sevər.Gücü və qüdrəti sonsuz olan Allah, İmam Əli (ə) haqqında belə buyurmuşdur:* *La fəta illa Əli* *La seyfə illa Zülfüqar* *Mənası budur ki, İmam Əlidən (ə) daha güclü bir igid, Zülfüqar qılıncından daha kəsgin bir qılınc yoxdur.* *Ən uca olan Allahın Salamı olsun İmam Əli (ə) aşiqlərinə.*
@xiridarivuqar
@xiridarivuqar 8 ай бұрын
Va aleykum salam
@Baku158
@Baku158 7 ай бұрын
Aleykum Salam ALLAH Gunahlarımızı Bağlşlasın Amin
@xiridarivuqar
@xiridarivuqar 7 ай бұрын
@@Baku158 amin qaqaw amin
@user-pl3cb9bo5d
@user-pl3cb9bo5d 6 ай бұрын
ələykə salam
@nuranememmedova5115
@nuranememmedova5115 5 ай бұрын
Alekum salam.. agamin hakkinda yazilan her kelme qelbimi titretdi. 😢
@user-xu8dt3zh9d
@user-xu8dt3zh9d 5 ай бұрын
𝘽𝙞𝙯 ə𝙡𝙞𝙣𝙞𝙣 𝙖ş𝙞𝙦𝙡ə𝙧𝙞𝙮𝙞𝙦
@sugranovruzova3344
@sugranovruzova3344 Ай бұрын
Ya ƏLİ! Çox şükür ki, Əli mövlamız dır.
@elmaddinceferov2291
@elmaddinceferov2291 2 ай бұрын
Əli imam Əli Salam olsn Allah Rəsul Məhəmməd Peyğəbərə Və onu beytin🌹🌹🌹🌹🕋🕋🕋🇦🇿🌹🇹🇷🌹🥰
@kamranhacyev1564
@kamranhacyev1564 6 ай бұрын
Dünyanin sonuna qeder en edaletli kisi Əli❤❤❤❤❤❤❤❤❤❤❤
@samiraleskerov3424
@samiraleskerov3424 Жыл бұрын
Dünyaya gəlib getmiş bütün başçılar İmam Əlinin mində biri qədərdə ola bilməzlər. İşim siyasətə qalsaydı bütün Dünyanı fəth edərdim. İmam Əli (ə)
@MirHadiHadiyev
@MirHadiHadiyev 2 ай бұрын
Düz deyirsiniz.Siyasət əhli beytə haramdır.
@samilismaylov7391
@samilismaylov7391 5 ай бұрын
Сене гурбан олуб я али❤❤❤
@user-yz3en6eq3o
@user-yz3en6eq3o 8 ай бұрын
Ya Movlam Ya Eli ❤❤
@user-ys5kn1uy9y
@user-ys5kn1uy9y 6 ай бұрын
Hz İmam ƏLİ.(ə). Hqaına girənlərə uca ALLAH ənədən Lənət etsin inşallah Amin
@DAGLI_53
@DAGLI_53 3 ай бұрын
YA.ALLAH YA MƏHƏMMƏD YA ƏLİ.
@farhadqurbanov1114
@farhadqurbanov1114 11 ай бұрын
Allah Məhəmməd ya Əli🤲
@xman90147
@xman90147 4 ай бұрын
Ya Allah ! Ya Muhammed ! Ya Eli ! Ya cagiris - muraciet forması olduğu ucun Ya sözü ilk önce Allah'a mexsusdur ! Eziz Qardasim ,biz bezen bele demediyimiz ucun vehabiler sirkden musriklikden söz acirlar...Allah Hezreti Eli hormetine bizi momin bendelerinden etsin İnsaAllah ! Amin Ya Rebbel-Alemin !
@user-mg9qh6pf3c
@user-mg9qh6pf3c 4 ай бұрын
​@@xman90147YA DEYİB KİMİSE CAGİRMAQ ALLAHA SİRK QOŞMAQ DEYUL..YA EREBCE EY DEMEKDİ..ALLAH YA EYYUEN NAS DEYENDE ÖZÜNE ŞERİK QOŞUR? SİKRİN SEFDİ..O Kİ QALDİ VAKKOŞ SELFOŞLARA OLARİN İSLAMLA ELAQESİ YOXDU...ONLAR DİLDE ALLAH EMELDE LENETULLAH MÜAVİYE BALALARİDİ..
@Vuqarxridar
@Vuqarxridar 3 ай бұрын
@@xman90147 Bəh Bəh Əhsənee Qardaş, Varolasan👏🏻
@Samimi_Dindar
@Samimi_Dindar 5 ай бұрын
Əşhədu Ənlə İlahə İlləllah Əşhədu Ənlə Muhəmmədən Rəsullullah Və Əşhədu Ənlə Əmirəl-Mömininə Əliyyən Vəliyullah
@bahtiyar9869
@bahtiyar9869 4 ай бұрын
Eşhedü ənna ilahi illəllah, Eşhedü ənna MÜHƏMMƏDÜN resulAllah, Eşhedü ənna emirəlmöminün ƏLIYYƏN vəliyullah və vəsiyyən resulAllah. Ya Allah, ya Muhəmməd, ya Əli. ❤❤❤❤❤
@ilhamsalahov8745
@ilhamsalahov8745 3 ай бұрын
Qərəzli söhbətlərdir
@elxanibiyev8993
@elxanibiyev8993 4 ай бұрын
Əlinin xəndək döyüşündə vurduğu zərbə insan və cinin qiyamətədək ibadətindən üstündür peyğəmbər.ə.Allaha çox şükür ki Əli.ə.kimi mövlamız var Allah bizləri dünyada o həzrətin qəbirinin ziyarətindən qiyamətə isə şəfayətindən bi nəsib eləməsin bizləri o həzrətlə məhşur eləsin.🤲🤲
@HuseynRecebov-no8he
@HuseynRecebov-no8he 2 ай бұрын
Beh beh ne gozel yazmisan qardawim 👏👏👏👏👏👏AMI İNŞALLAH
@arzubaxsaliyev186
@arzubaxsaliyev186 6 ай бұрын
Ya Allah Ya Muhəmməd Ya Əli
@BhruzMusdafayev-qp9fh
@BhruzMusdafayev-qp9fh 8 ай бұрын
LƏBEYKƏ YA ƏLİ
@user-pt6nj6qw5o
@user-pt6nj6qw5o 3 ай бұрын
YA ƏLİ❤
@Anonimka_999
@Anonimka_999 2 ай бұрын
Ya İMAM ƏLİ ə,s Ya FATİMƏ s,ə Ya ÜMMÜL BƏNİ s,ə Ya BABƏL HƏVAYİC ə,s Ya ZEYNƏB s,ə Ya NƏRCİS s,ə Ya BƏQİYYƏTULLAH ə,f,ş ya MƏSUM s,ə Ya ĞƏRİBƏL ĞÜRƏBA ə,s Ya RÜQƏYYƏ s,ə Ya RÜBAB s,ə Ya ŞƏHRƏBANU s,ə Ya ÇƏHARDAH MƏSUM ə,s Ya ƏLİ ƏKBƏR ə,s Ya Cənabi QASİM ə,s Ya ƏLİ ƏSĞƏR ə,s Ya FATİMƏ s,ə
@cingizjafarlee1867
@cingizjafarlee1867 3 ай бұрын
Ya Əli !
@alihusayenov9187
@alihusayenov9187 8 ай бұрын
Allah Məhəmməd ya Əli
@heqiqetnovruz8729
@heqiqetnovruz8729 11 ай бұрын
Ya ƏLİ ya muhemed😢😢😢
@Azerbaycan27
@Azerbaycan27 Жыл бұрын
ya Allah🙏🏻🤲🏼…Əli
@nhghghgg6567
@nhghghgg6567 3 ай бұрын
ALLAHU EKBER🕋🤲🤲🇦🇿
@hafizaliyev444
@hafizaliyev444 6 ай бұрын
Ya imam əli (ə)
@narsamsung1654
@narsamsung1654 5 ай бұрын
MAŞALLAH ❤
@azizullaalekberogli6290
@azizullaalekberogli6290 5 ай бұрын
اللهم صل على محمد وآل محمد وعجل فرجهم❤
@user-fi7hg7ze5q
@user-fi7hg7ze5q 5 ай бұрын
ALLAH SİZDƏN ÇOX RAZI OLSUN🤲 Kİ, İMAM ƏLİNİN HƏYATI HAQQINDA BİZLƏRİ MARİFLƏNDİRİRSİNİZ!🤲🕋🤲
@SamxalMammedov-vi6pb
@SamxalMammedov-vi6pb 4 ай бұрын
Allah bizi. Ehlibeytden. Uzaq. Salmasin
@nagyevheciosman0052
@nagyevheciosman0052 4 ай бұрын
LABBEYK HZ. YA ELİ AGAM .
@ebelfezliabbashuseyinibnie4714
@ebelfezliabbashuseyinibnie4714 8 ай бұрын
Canım sənə fəda olsun ya HzƏli əleyhsalam
@fizulirehimov7510
@fizulirehimov7510 4 ай бұрын
Qurban olum sənə ey əli
@yanqus4396
@yanqus4396 3 ай бұрын
Ya Allah,Ya Muxammad,Ya Ali Madat❤🤲☝️❤️
@Huseyin_Hasan313
@Huseyin_Hasan313 5 ай бұрын
❤❤❤😢❤❤❤
@doctor.kameliya101
@doctor.kameliya101 6 ай бұрын
Allah ,Ali Muhemmed,Ya Movlam Ya Ali...❤..Hz Ali ele bil esqdirki ,her defe eşq ile yanib küllerinden yeniden doqulursan...
@rsaddryameyxana9694
@rsaddryameyxana9694 5 ай бұрын
Aycan aycan
@zaurmmmdov860
@zaurmmmdov860 10 ай бұрын
Ya mezlum Əli❤😢
@MisterXF540
@MisterXF540 10 ай бұрын
Ləbbeyk ya Əli❤
@royaleliyev9114
@royaleliyev9114 3 ай бұрын
YA ƏLİ ( Ə.S)
@nikogaming9991
@nikogaming9991 7 ай бұрын
Belə Videolar Cox Gəlsin
@user-tx1qj9gj2v
@user-tx1qj9gj2v 4 ай бұрын
Ya MUHAMMAD YA RASULLALLAH. ❤
@user-fi7hg7ze5q
@user-fi7hg7ze5q 5 ай бұрын
🤲YA ƏLİ🕋🤲🌹
@justice5768
@justice5768 10 ай бұрын
Qurban olaram sene Ya ELI
@user-pl3cb9bo5d
@user-pl3cb9bo5d 6 ай бұрын
Allah nəinli Həzrət Əlinin aşiqlərini bagışlıyacaq hətda aşiqlərini sevənləridə bagışlayacaq
@naidamaharramova5578
@naidamaharramova5578 4 ай бұрын
Allahummə Sali Əla Muhəmmədin və Ali Muhəmməd ❤
@suleymancennetov5060
@suleymancennetov5060 5 ай бұрын
Can ƏLİ
@user-hy4lx8qs6v
@user-hy4lx8qs6v 4 ай бұрын
Allahın salamı olsun Ehliyeti onu sevenlere Amin 🙏❤❤❤
@dilqemhaciyev-vl7sp
@dilqemhaciyev-vl7sp 11 ай бұрын
Ay Allah Allah Allah Allah Allah Allah
@narsamsung1654
@narsamsung1654 5 ай бұрын
CAN ƏLİ ❤❤❤
@mdintalbova1531
@mdintalbova1531 Жыл бұрын
Ya Əli
@elshad1996
@elshad1996 2 ай бұрын
Ya Əli əmir möminin
@rafaelesgerov-th2ry
@rafaelesgerov-th2ry 5 ай бұрын
❤CAN ƏLİ CAN SƏNƏ QURBAN ƏLİ❤
@rustemmusayev6577
@rustemmusayev6577 5 ай бұрын
CANIM SENE FEDE OLSUN YA ELI 😢😢😢😢❤❤❤❤
@huseynagabagirov977
@huseynagabagirov977 4 ай бұрын
YA ALLAH BİSİMİİLLAH ALLAH MƏHƏMMƏD YA ƏLİ YA HÜSEYN YA ZƏHRA
@user-tg1fr6dv4p
@user-tg1fr6dv4p 4 ай бұрын
ALLAH ƏMİRƏLMOMİNİN ƏLİ ƏLEYHSALAMIN DÜŞMANLARINA LƏNƏT ELƏSİN.
@elcineliheyderov67Avtor
@elcineliheyderov67Avtor 5 ай бұрын
İmam Əlinin Mövludun mübarək olsun
@user-gc1tl2gz5z
@user-gc1tl2gz5z 5 ай бұрын
YA ALLAH SİZƏ QURBAN OLUM❤❤
@zehmetkewatatalibli
@zehmetkewatatalibli Ай бұрын
Allahın Lənəti olsun HƏZRƏTİ ƏLİNİN düşmənlərinə.
@IkrameliyevIkrameliyev
@IkrameliyevIkrameliyev 10 ай бұрын
Ya Əli 💜❤💜
@user-tv9gi5ys8r
@user-tv9gi5ys8r 5 ай бұрын
Əssələmu əleykə və rəhmətullah
@fruzmmmdova7594
@fruzmmmdova7594 4 ай бұрын
ALLAH MUHƏMMƏD....YA ƏLİ.......
@user-sl9dh3mr3y
@user-sl9dh3mr3y 4 ай бұрын
Salam, cəddim həzrəti imam əli ibn Əbu talib ibn əbdulmutəllib.ə.ma Salam,salavat, məğfirət və rəhmət olsun,bu günku Cümə gününüz mübarək olsun.kərbəlayi Seyyid Səbuhi.
@user-nu3mu2ks4c
@user-nu3mu2ks4c 3 ай бұрын
Аллаһ Мәһәммәд ја Әли 🙏🙏🙏
@user-wo2oh2yx4u
@user-wo2oh2yx4u 2 ай бұрын
Allah Məhəmməd ya Əli sən bизи гору амин
@user-sf3zf5dd8b
@user-sf3zf5dd8b 4 ай бұрын
Bismillahir rehman rehim allahume selli seyidine ve ali muhammed elhemdulillah subhanallah
@ROYALELIYEV-nc8rf
@ROYALELIYEV-nc8rf 4 ай бұрын
Ya Əli (ə)
@nautilus578
@nautilus578 11 ай бұрын
Ya Allah Peyğəmbərimizin (s) qoyduğu haqq yolu tərk edən (rafizi) xəlifələrə haqq dünyasında ən ağır cəzanı ver. Onlar nəyin ki, Hz. Əlinin (ə) və eyni zamanda on bir İmamızın da haqqına girək xilafətə rəhbərlikdə Peyğəmbərimizlə (s) və İmamətin əlaqəsini kəsdilər. Bunu ancaq müşrük və münafiqlər edə bilərdi. Axı niyə belə oldu ay Allah? Axı niyə Peyğəmbərimizi (s) əhatə edən ən yaxın səhabələr xain və münafiq çıxdlar ? Əhli Beytə qarşı haqsızlıqları ilə müsəlmanları iki hissəyə parçaladılar və vəhdəti pozdular. Niyə?
@user-ys5kn1uy9y
@user-ys5kn1uy9y 4 ай бұрын
Can sizə qurban ya ALLAH ya Muhəmməd ya Əli❤😢😢
@user-gt2uz4iw3w
@user-gt2uz4iw3w 2 ай бұрын
YA.ƏLİ
@ElvinMuradov-gp7vw
@ElvinMuradov-gp7vw 2 ай бұрын
Ya Allah Ya Əli 🤲🙏🙏🙏
@user-nu3mu2ks4c
@user-nu3mu2ks4c 4 ай бұрын
Шүкүр сәнә Аллаһым.🙏🙏🙏
@anarsfrov4499
@anarsfrov4499 4 ай бұрын
Allah bizi dünya və axirətdə 14 məsumdan ayrı salmasın.Amin !
@user-rs6ze2qh7w
@user-rs6ze2qh7w 4 ай бұрын
Allahume salli əla Muhammed ve ali Muhammed
@nuranehesenova1107
@nuranehesenova1107 5 ай бұрын
❤❤❤❤
@emilnazarov4258
@emilnazarov4258 4 ай бұрын
Йа али! 🕋
@talehismaylov9244
@talehismaylov9244 4 ай бұрын
Allah təkdir hec bir seriki yoxdu Peyğəmbərlər ve Eli allahin quludu
@user-of4gs3jq5e
@user-of4gs3jq5e 4 ай бұрын
Bh videoda Eli a.s. Allaha sherik etdiler?? Yoxsa Eli a.s. terifleyende narahat olursan? Onda bilki burda deyilenler 1 % o kishinin shucaetinin. PEYGMBER (S) BUYURUB: Əli a.s. butun shucaetlerini sizlere desem qorxuram ona xristianlarin Isa a.s. verdiyi nisbeti veresiz ve ona ibadet edesiz.
@SevincAliyeva-jc9di
@SevincAliyeva-jc9di 4 ай бұрын
Salam.olsun.Sənə.Ey.Əli.Əleh.salam.öz.şəfaətini.bizlərdən.əskik.etmə
@RavidMammadov-fh8yg
@RavidMammadov-fh8yg 4 ай бұрын
Ya ƏLİ YA ƏLİ
@user-rf6ts3xy4s
@user-rf6ts3xy4s 2 ай бұрын
Ya əli❤❤❤❤❤
@taleyelyev6836
@taleyelyev6836 2 ай бұрын
Əli (ə)axırıncı peyğmbərdən sonra bütün peyğəmbərlərdən üstündü.
@azerbaycanmenimcanim2512
@azerbaycanmenimcanim2512 2 ай бұрын
Canım Əli !
@IslamNagiyev-sd3ui
@IslamNagiyev-sd3ui Ай бұрын
ALLAHIN SALAMI OLSUN ƏLİYƏ
@user-ki9jw9hz3z
@user-ki9jw9hz3z 4 ай бұрын
Аллахума Салли ала сейидин махаммадин ва Али мухмадин
@Memmedov1990
@Memmedov1990 2 ай бұрын
Gözəl Ağam mən səni görmədən səni cox sevirəm❤
@Vugar-dm8kd
@Vugar-dm8kd Ай бұрын
Biz azərbaycanlılar, Həzrət Əlini çox sevirik ❤
@user-cf1hr6wt5o
@user-cf1hr6wt5o 9 күн бұрын
La Ilaha IlAllah Muhammadin Rasulullah , Ashadu Anla Ilaha IlAllah Wa Ashadu Anna Muhammadin Rasulullah Ashadu Anna Amiral Momininan Aliyan Valiyullah
@zzz9967
@zzz9967 2 ай бұрын
Ja Əli❤❤❤❤❤
@zeynelkran4065
@zeynelkran4065 5 ай бұрын
SELÂM ALEYKUM ALLAH C.C RAZI OLSUN SİZDEN ❤ALLAHÜMME SALLI ALÂ MUHAMMED VE ALİ MUHAMMED ❤
@user-nu3mu2ks4c
@user-nu3mu2ks4c 4 ай бұрын
Аллаһ рәһмәт еләсин
@user-tv9gi5ys8r
@user-tv9gi5ys8r 6 ай бұрын
Dilimi kəssələr dilim dilim yenə mən əli mövla deyərəm
@Mohsun226
@Mohsun226 2 ай бұрын
Əhsən
@user-gq8tb3ef1j
@user-gq8tb3ef1j 2 ай бұрын
Mensene gurbanJaElli!
@hebibhuseynov1946
@hebibhuseynov1946 3 ай бұрын
,, ALLAH " HEZRETİ EMİRELMÖMİNİN ƏLİ AĞANIN ( A.S ) VE AİLESİ OLAN ,, ƏHLİ BEYT " DÜŞMƏNLƏRİNƏ VƏ KATİLLERİNE HER ĞÜNDELİK OLARAQ 1000 LƏNƏT ELƏSİN İN ŞA ALLAH !!!
@muradtagiyev8979
@muradtagiyev8979 4 ай бұрын
❤ALLAH❤
@IkramAliyev-ez3yh
@IkramAliyev-ez3yh 4 ай бұрын
Ya Allah ya Muhanmməd ya Əli Allahın aslanı Əli
@asifmamedov6136
@asifmamedov6136 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😢
@fizulirehimov7510
@fizulirehimov7510 4 ай бұрын
😢😢😢😢😢❤❤❤❤
@narsamsung1654
@narsamsung1654 5 ай бұрын
❤❤❤❤❤❤
@rustamaliyev287
@rustamaliyev287 4 ай бұрын
YA ALLAH ABU- BƏKİR ÖMƏR OSMAN ƏLİ.
@miri___333
@miri___333 Ай бұрын
İnsanlar Hz.Əlinin qədrini bilmədi vay-vay, Dünya’da Hz.Əlidən sonra, dünyasın itirdi 🖤🥀
@taleyelyev6836
@taleyelyev6836 2 ай бұрын
Allah 124 min peyğəmbər və 12 imam.və bütün cinlər insanlar heyvanlar.bütün yaranmışlar onun şiəsidi.
@ElsnNizamov-ik4sz
@ElsnNizamov-ik4sz 2 ай бұрын
İa əli
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 50 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 55 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 68 МЛН
Həzrəti Əli (ə) kəlamları.
39:26
Allahshukur Babayev
Рет қаралды 297 М.
6. Süleyman ( aleyhisalam ) peyğəmbərin hekayəsi
16:30
İslam Peyğəmbərləri
Рет қаралды 3,1 М.
Hacı Şahin - Əsəbləşən zaman bu zikiri yadına sal
22:34
Ailəmiz Tv
Рет қаралды 20 М.
Həzrət Əli və Azərbaycan. Bilmədiklərimizdən.
9:36
Tarix ve Milli Kimlik
Рет қаралды 177 М.
Haci Sahin imam Eli e son anlari 2017
15:15
Semistan Babasov
Рет қаралды 115 М.
Hacı Ramil - İmam Əli (sə) tanıyaq Mövludnuz mübarək
1:33:21
Səadət günəşi
Рет қаралды 61 М.
когда повзрослела // EVA mash
0:40
EVA mash
Рет қаралды 1,8 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
0:10
seema lamba
Рет қаралды 22 МЛН
Papa yeh dila do ajse mein aapki behen 😢😊 #shorts
0:30
Sikha shorts and vlogs
Рет қаралды 43 МЛН