Mebel salonlarında yerli istehsala maraq artıb

  Рет қаралды 16,666

ARB Cenub

ARB Cenub

7 жыл бұрын

Harada olmağımızdan asılı olmayaraq öz evimiz qədər ikinci rahat bir məkan tapa bilmərik. Bu rahatlıq və komfort isə evimizdəki əşyalardan daha çox asılıdır. Amma bu əşyaları, xüsusilə mebeli alarkən keyfiyyətinə xüsusi fikir vermək lazımdır. Bu gün kifayət qədər mebel salonları var ki, burada istənilən mebeli tapmaq mümkündür. Lakin qiymətlərə gəlincə bir qədər tərəddüd etməli oluruq. Səbəbini əməkdaşımızın araşdırmasından biləcəksiz.
Artıq 10 gündür ki, Məhərrəm ayının başa çatması ilə toy mövsümü başlayıb. Toy mərasiminə hazırlıq gəlinlik seçimi, mərasimin keçiriləcəyi məkanın tapılması kimi mərhələlərlə yekunlaşmır. Hələ bunun cehizlik mebel seçimi mərhələsi də var. Demək olar ki, toyun əsas xərcləri də elə bu seçim zamanı ortaya çıxır. Hazırda həm zövqlü, həm keyfiyyətli, həm də ucuz mebel tapmaq çətin məsələdir. Ölkəmizdə yerli istehsal mebellərlə yanaşı İtaliya, Rumıniya, Türkiyə, Yunanıstan kimi ölkələrin istehsalı olan mebellərə də rast gəlinir. Mebellərin ən bahalısı müştərinin seçiminə görə dəyişir. Mebelin hazırlandığı material, gətirildiyi ölkə, hətta rəngi də onu bahalaşdıran amillərdəndir. Bəzi mebel salonlarına baş çəkib qiymətlərlə maraqlandıqda təəccüblənməmək mümkün deyil.
Satıcı Bəsti Tahirova: “Məsələn xarici mebellərdə yataq və qonaq dəstləri 4000-5000 manata olur. Yerli istehsal olan mebellər isə 2500-3000 manatadır. Ona görə də alıcılar yerli istehsala çox üstünlük verirlər.”
Mebel satışı ilə məşğul olanlardan öyrəndik ki, hazırda salonlarda xaricdən gələn mebellərin alıcıları azlıq təşkil edir. Hətta bu mebellər baha olduğundan bəzi mağazalar bu malları endirimlə təklif edir. Ölkəmizdə istehsal edilən mebellərin satıldığı dükanlarda isə alıcıların sayı çoxluq təşkil edir. Toy mövsümündən əlavə, həm də bayram ərəfəsi olduğu üçün alıcıların sayında nisbətən artım var.
Satıcı Rəisə Cəbiyeva: “Gün ərzində 10-15 nəfər müştərimiz olur. Ən çox bayramla əlaqədar həm çehizlik dəstləri satırıq həm də yumşaq mebel dəstlərinə daha çox üstünlük verirlər. Həmçinin stol-stullarda çox satılanlardandır.”
Rayonda bir neçə mebel salonlarında satılan mebellərin çoxu yerli istehsaldır. Yerli mebellərin qiyməti həm alıcılar həm də satıcılar üçün sərfəlidir. Digər tərəfdən alıcılar yerli istehsalın keyfiyyətindən də razılıq edir.
Alıcı Simuzər Qurbanova: “Gəlib nəvəm üçün yataq dəsti almışam. Endirim də etdilər xoşumuza gəldi çox əladı. Yerli istahsal olan mebeldən veriblər bizə.”
Araşdırmamızın sonunda belə qənaətə gəldik ki, cehizlik mebel seçimi mərhələsində bir evə normal dəst almaq üçün yerli istehsala təxminən 10 min manat, xarici istehsala isə 20-30 min manat civarında pul xərcləməliyik.

Пікірлер: 1
@tacirhaziyev6352
@tacirhaziyev6352 6 жыл бұрын
Ela
Yerli mebel Bakıda xarici mal adıyla satılır
2:53
AzadliqRadiosu
Рет қаралды 29 М.
Xəzər tv Harmoniya veilişində Wood Pecker mebel salonu 27. 5 .2017
5:36
ÜLVİYYƏ ALLAHVERDİYEVA
Рет қаралды 75 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Azərbaycanda ilk dəfə tropik meyvə bağları salınıb
3:37
“Sədərək” ticarət mərkəzi bağlanır?
2:31
Xəzər Xəbər
Рет қаралды 24 М.
Təndir .Təndirqoyma.
27:19
TahirXəlfə
Рет қаралды 39 М.
Hadisədən sonra Xalq Artisti Ağadadaş Ağayevdən Xalqa ilk açıqlama
14:40
Ramiz Rövşən Şeirləri (1 Saat)
1:00:33
Endless Capacity
Рет қаралды 112 М.
İngilis dilində ən çox işlənən cümlələr
1:06:00
Cəmil Əliyev
Рет қаралды 499 М.
MESEDIBABA olumu
6:19
Nost Algia
Рет қаралды 370 М.
👑Habil Laçınlı Officiall👑 canlı yayım başlatdı!
👑Habil Laçınlı Officiall👑
Рет қаралды 6
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 23 МЛН