No video

"Vasif Talıbovun istefasını eşidəndə bayram elədik"

  Рет қаралды 27,508

Meydan TV

Meydan TV

Күн бұрын

Vasif Talıbovun istefasından sonra Naxçıvanda Ali Məclisə gəliş-gediş dayanmır. İstər mərkəzdən, istər kəndlərdən kimin indiyə kimi səsləndirə bilmədiyi nə şikayəti varsa, ona çarə axtarmağa gəlir.
“Vasif Talıbovun istefa xəbərini eşidəndə bayram elədik. Çünki burada azadlıq yox idi, söz keçmirdi. Söz danışmaq olmurdu. Allaha şükür, indi sədrimizin - Fuad Nəcəflinin özü vətəndaşları bir-bir qəbul edir. Vətəndaşların arzusunu həyata keçirir. O vaxt belə bir şey yox idi. Naxçıvanlılar bu 30 ildə nə çəkib bunu Allah bilir”, - Nəvai Nəcəfquliyev deyir.
“Qurd yuvasında olanların hamısı arxivə getməlidir. Onların tikdikləri evlərin, mindikləri maşınların hamısına dövlət əl qoymalıdır. Onlar həqiqətən də, bu kasıb camaata nə zülmlər ediblər. Bu dəqiqə dolanışığımız pis vəziyyətdədir, pis də dolanırıq. Heç kim də şikayətə baxmır. Fuad Nəcəfli gələndən sonra bu işlərin hamısına münasibətini bildirir və baxır”, şikayətçi deyir.
“Yoldaşım xəstədir, hepatit xəstəsidir. Azyaşlı qızım da var, 2-ci sinifdə oxuyur. Ona dəftər-qələm, kitab deyirlər, mən çatdırıb ala bilmirəm. Naxçıvanda iş yeri yoxdur. Yəni, elə bir iş yeri yoxdur ki, mən gedən işləyəm. Yəni heç kim işləmir. Bir təşkilat yoxdur ki, hamısı boş söhbətdir. Hamı qalıb avaragor, küçələrdə. İş yoxdur. Ümidimiz də Fuad Nəcəfliyədir, əgər bizi qəbul eləyəcəksə”, - işsizliyə görə şikayətə gələn deyir.
“Burada yazılıb ki, qarın boşluğundan, sidik kisəsindən dəlib keçən güllə yaralanması. Burada da yazılıb ki, prezidentimizin əfvi ilə sənə mən hərbi bilet verirəm. Hansı səbəbə? Guya sən fərari olmusan, prezident səni əfv edib, bağışlayıb. Mən gedib vuruşmuşam, yaralanmışam, mənə fərari kimi hərbi bilet veriblər. Dünyanın heç bir yerində bu haqq yoxdur. Bunların verdiyi haqq budur. İndi öz haqqımı tələb edirəm. Mənə deyirlər ki, get ver məhkəməyə. Sən məni xidmətə çağıranda deyirdin ki, haqqını gedib məhkəmədən tələb edəcəksən? yox”, - Vüsal Əliyevin sözləridir.
Ali Məclisə üz tutanlar arasında Bənəniyar hadisələrinə ədalət axtarmağa gələnlər də var. Həmin dövrdə məktəb direktoru, YAP-ın yerli təşkilatının sədri olmuş Nəvai Nəcəfquliyev kəndə hücum vaxtı başına gələnlərdən danışır.
“Maskalılar həyətə girdi, mənim də gözümdə eynək var idi. Girdilər qoluma, küçəyə gətirdilər. Yaxına çatanda, məni də bağışlayın pis danışmağıma görə, Əhməd anqırdı ki, hanı oğlanların? Mən də dedim ki, oğlanlarım evdə, işdə-gücdədir. Yanına çatan kimi mənə bir dənə qəşəng şillə vurdu. Mənim 75 yaşım var. Şillə vurdu, ondan sonra qollarıma girib məni aparıb maşına basdılar. Maşına minəndə de başıma bir dubinka vurdular. Dedim, Allah eləyə ikincisini vurmayalar. İkincisini vursaydılar, mən özümdən gedəcəkdim. Məni də aparıb bir gün saxlayıb, səhəri ötürdülər. Ondan sonra 2007-ci il gəldi. 2007-ci ildə də yenə həmin xətlə yeridilər. Gəldilər, mənim tövləm, təndirəsərim, hamamım - kəndə aid nə var, hamısı bir qolda idi. Mal içində, hamısını verdilər traktorun qabağına”, - Nəvai Nəcəfquliyev bildirir.
Qəbula gələn Naxçıvan camaatı növbə ilə şikayətlərini danışır, prezidentin yeni nümayəndəsi Fuad Nəcəfliylə görüşə yazılırlar. 27 il sonra Naxçıvanda hakimiyyətin dəyişdiyinə şahid olan sakinlər, həyatlarında da dəyişiklik olacağına ümid edirlər.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Пікірлер: 90
@kls5554
@kls5554 Жыл бұрын
Allah bu Vasif nə qədər zalım imiş ki.camat bu gün dədi
@abuzarmikailov2205
@abuzarmikailov2205 Жыл бұрын
Guya başqa bölgələrdə vəziyyət əladı qalıb Naxçıvan
@azeribrahimov5908
@azeribrahimov5908 Жыл бұрын
Allah köməyiniz olsun 🤲
@isfndiyarmlikov5651
@isfndiyarmlikov5651 Жыл бұрын
Heqiqeten Naxcivanda bir sira yersiz qadagalar var idi. Ve indi cox gozel oldu ki bu qadagalar aradan qaldirildi. Vetendawlar bu qadagalarin aradan qalxmasina cox sevinclidirler. Bunu onlari uzlerinden gormek olur o saat
@bahtiyarabdullayev4802
@bahtiyarabdullayev4802 Жыл бұрын
Elleri qirilsin
@tefen3982
@tefen3982 Жыл бұрын
İşsizlik çox pisdir.Adamı heyatdan soyudur
@user-fl7rl7he9b
@user-fl7rl7he9b Жыл бұрын
Талыбовларын варларыны Газиляря пайламаг Лазымды. Озлрярини нясилли, кёклю ,омюрлюк зиндана басмаг.
@tenhasixli2224
@tenhasixli2224 Жыл бұрын
Hamısı eyni bezin qırağıdır o da bir müddətdən sonra vasifin tayı olacaq
@aliyevys6007
@aliyevys6007 Жыл бұрын
Balığ başdan iylənir vasif geti ondan pisi gələr
@SalamSalam-wm8sv
@SalamSalam-wm8sv Жыл бұрын
Asilmalidi ograsdar.Butun vari dovleti elinden alinib paylanmalidi kasib ailelere.
@legend3780
@legend3780 Жыл бұрын
Butun əmlakları musadire olunmalidir❗🇦🇿0:43 duz deyir
@RocksRollsCandyFan
@RocksRollsCandyFan Жыл бұрын
Azərbaycan camaatına sual verirəm. Vasif Talıbov getdi nələr danışdılar. Azərbaycanın prezidenti İlham Əliyev istefaya getsə nələr olacaq?kim kimə nəyi danışacaq?
@elvinaliyev180
@elvinaliyev180 Жыл бұрын
Geseng dedin
@mehemmedmemmedov1751
@mehemmedmemmedov1751 Жыл бұрын
👍💥 rehberin var dovleti işdiyen vetendaşların emek haqqısınan tutulan pulardı.
@user-bf8nf6wm7i
@user-bf8nf6wm7i Жыл бұрын
Талыбовлара ,Эhмедовлара Аллахын леннети олсун
@elnurulusoy2201
@elnurulusoy2201 Жыл бұрын
ALLAH ZALİMLƏRƏ LƏ'NƏT ETSİN İNŞALLAH
@ZeynalovYaqub
@ZeynalovYaqub Жыл бұрын
Allah komeyi olsun Naxcivan camahatinin
@eminsemedzade1403
@eminsemedzade1403 Жыл бұрын
Bu qeder problemo olan Naxçıvanın derdin Prezident gormurmuş
@oyun_kanal743
@oyun_kanal743 Жыл бұрын
Gömrükte deyişen bir şey olmadı bakıdan gelenlerde yeyir
@cosqunseferov9364
@cosqunseferov9364 Жыл бұрын
Can yerlilerim Allah sizi qorusun duz deyirsz ne zulumler cekibsz Allah bilir 🙏🙏 insallah gun gorersz bunna sora
@XTQoyuncusu123
@XTQoyuncusu123 Жыл бұрын
Duzdeyirsen dayl halaldlsene milletqlrlllr allah Vasifin eviniylsln biziqlrdl
@emilaxundov8717
@emilaxundov8717 Жыл бұрын
Ona görə deyillər ki, yaxşı da, pis də həməşə nisbəttədir. Bəziləri Bakıda oturub söz azadlığından narazılıq edir. Naxçıvanda oturanlar isə Vasif Talıbov vəzifədən gedəndən sonra söz azadlığının nə demək olduğunu biliblər.
@eldarsuleymanov4226
@eldarsuleymanov4226 Жыл бұрын
👍👍👍👍👍👍👍
@user-vd9qd1bw6x
@user-vd9qd1bw6x Жыл бұрын
ALLAH' PRESIDENTMIZI QORUSUN
@nihatbakcell180
@nihatbakcell180 Жыл бұрын
Butun naxcivanin bayramidi vasifin ele bil atasinin seheriydi oz sekiliyle ulu onderin sekilini eyni yere adirdi o boyda harinlamisdi
@elmarazeri5980
@elmarazeri5980 Жыл бұрын
Yigdigini yigdi elinden alinsa o birilerede ders olar
@eldarmamedov2291
@eldarmamedov2291 Жыл бұрын
Fuad Nəcəflinin Vəzifəyə gəlməsi çox gözəl olacaq İnşallah ! Naxçıvanda olan vəziyyətin dəyişməsi və yaxşılaşmağı üçün çox mühüm atddımlar atacağına inanırıq yeni Vəzifəsində uğurlar arzu edirik ! Ölkə rəhbərliyinin ona verdiyi ehtimadı doğru deyərləndirəcəyinə şüpemiz yoxdur !
@user-xt2lr9ef7x
@user-xt2lr9ef7x Жыл бұрын
Basif Talibov kimi Mə'murlari tənbeh olunsun çəzalari verilsin inşallah
@pechenegs
@pechenegs Жыл бұрын
👌👌👌👌👌
@eltacali1266
@eltacali1266 2 ай бұрын
1.06 dakı qadının əynindəki Şubaya bax deyir çatdırıb qələm dəftər ala bilmirik
@jpggfk4220
@jpggfk4220 Жыл бұрын
Bütün sarvatin alıb özünda içari salmaq lazmdır bu oğru satqını
@ilqarliyev3831
@ilqarliyev3831 Жыл бұрын
Allah bizim prezidentimiz Cənab İlham Əliyevin canını sağ eləsin. Allah övladlarını ailəsini var eyləsin 🇦🇿🖐️
@user-qy8qh7ef5u
@user-qy8qh7ef5u Жыл бұрын
Васиф талыбов чох алчах адамдыр.
@nailhuseyinova
@nailhuseyinova Жыл бұрын
Vasif talıbov. Siz xalqınıza qarşı niyyə belə qəddar olmusuz?
@elvinallahverdiyev6808
@elvinallahverdiyev6808 Жыл бұрын
Qorxurdu her seyi kizdedirdi
@mirvlizeyvdudngqartallari3600
@mirvlizeyvdudngqartallari3600 Жыл бұрын
İnşallah her şey yaxşı olacaq Allah zalimlerin belasını versin
@ramikbabayev4755
@ramikbabayev4755 Жыл бұрын
Hansı məmur milətə zülm edirsə, o məmur mukafatlandırılır. Biləsiz bunu.
@huseyincabbarl2631
@huseyincabbarl2631 3 ай бұрын
Güyya indi iş var hammı türkiyyənin küçələrində.
@elvinaliyev180
@elvinaliyev180 Жыл бұрын
Vasya ermenidi ilhamda ermenidi
@rahimagiblaliyeva7184
@rahimagiblaliyeva7184 Жыл бұрын
Naxcivan qadinlari goycekdiler
@husuhuseynov2957
@husuhuseynov2957 Жыл бұрын
vasif getdi sahil babayan qaldı.
@user-qu8vl7ex7i
@user-qu8vl7ex7i Жыл бұрын
Президент. Дайишмалидир биз Найа гора киран олдуг
@ilkay4639
@ilkay4639 Жыл бұрын
Allaha ağır getməsin Vasifin qovarağını götürdüyü adamlardan bir neçəsini şəxsən tanıyıyıram..qovmaq azdır gözləri dağlanmalıdır.😀😀😀
@user-kv8xd5kv6n
@user-kv8xd5kv6n Жыл бұрын
Hər işdə hər yerdə yeni işə təyin olunanlar birinci özünü yaxşı göstərir . Daha qısası it getdi yerinə küçük gəldi amma küçük də böyüyüb it olacaq .
@farismabudov2995
@farismabudov2995 Жыл бұрын
Görəkdaaa ay Fuad Nəcəfli bu işi layiqincə bacaracaqsanmı?? Yazıqdır bu camaat onlara kömək göstərin Allah aşqına!
@user-fm6up9rk5b
@user-fm6up9rk5b Жыл бұрын
Tezedi hele
@sevdahuseynova5507
@sevdahuseynova5507 Жыл бұрын
çox şükür artıq naxçıvanda da islahatlar keçiirildi dəyişikliklər oldu. görünür ki orda yaşayan insanlar da vəziyyətdən razıdır. yeni sədrdən də razılıq edirlər çünki qadağaları aradan qaldırıb əhalinin vəziyyətilə maraqlanır
@user-rv7lg7cx8t
@user-rv7lg7cx8t Жыл бұрын
Почему раньше молчали?
@cavidan3877
@cavidan3877 Жыл бұрын
Darıxmayın,hokumət əl qoyacaq hamısına,sizə bir şey çatmayacaq.
@nihatbakcell180
@nihatbakcell180 Жыл бұрын
Vasifin evi yixilsin birdenede tendir qoymadi qala kente yasayan tündir coreyi yox zavad coreyi yeyir ermeni yigisdirmisdi hamisini
@qaragozalp
@qaragozalp Ай бұрын
din naziri əhməd əhmədov əsil eşşəyin biriydi.
@orxansadql349
@orxansadql349 Жыл бұрын
Bu ağır dəhşət bitməlidir. Müharibə artıq bir ildir ki, davam edir. Amma heç bir sülh danışıqları ortada yoxdur. Ukrayna viran günə qaldı. On minlərcə insanlar bu müharibənin acı qurbanı oldu. Bu insanlara belə zülm vermək olmaz. Bir qərara gəlib bu muharibə sonlanması yaxşı olacaq.
@futbolkart-kz8vj
@futbolkart-kz8vj Жыл бұрын
Yazıx kişi
@nerimanbabayev9683
@nerimanbabayev9683 Жыл бұрын
Vasif Talıbovu o vəzifədə kim saxlayıb ?Milli məcli baxın ğözüzə su verin.
@King-rs6ng
@King-rs6ng Жыл бұрын
Hələ ümidin reklamı gedir
@alsuaydn9404
@alsuaydn9404 Жыл бұрын
İnsanlar dünənə qədər heç səslədrini belə çxıara bilmirdilər, probleminiz varmı sualına bir ağızdan heç bir problemimiz yoxdur deyirdilər. İndi Vasif Talıbov gedər getməz hamısının dili açılıb və sən demə problemləri başlarından aşırmış. Heç nə birdən birə olmur, əsas problem həll olunub, innən sonra səbrlə qalan problemlərin də həllini gözləməkdir. Yoxsa siz birdən birə hər şeyin düzəlməsini istəyirsiniz. Bu da mümkün deyil, səbr lazımdır.
@dasksndasdmirli485
@dasksndasdmirli485 Жыл бұрын
İndi gedənin öləninə rəhmət oxuyacaqslnlz.
@elcinN
@elcinN Жыл бұрын
Neft ölkəsinin kasib xalgi və miliyarder hakumiyyəti.
@mubarizelekberov8021
@mubarizelekberov8021 Жыл бұрын
Umud yalnız Allahdır Allaha umud etmesen Allahda deyir get umud etdiyin sene yardim etsin
@gulmireteymurova6053
@gulmireteymurova6053 Жыл бұрын
Yazig camat evin esiyin atib gelib ramanin balotasinda yasiyrlar bele serefsizlere gore yazig milletim ALLAH komeyniz olsun
@user-uf9be9hq3m
@user-uf9be9hq3m 7 ай бұрын
Индиде Васифе реhмет верерсиз.
@qaragozalp
@qaragozalp Ай бұрын
O çox inşaları yurdundan, yuvasından qovdu. Ona rəhmət düşməyəcək.
@affgvhfughjnv8070
@affgvhfughjnv8070 Жыл бұрын
Sizlərə ODA azdır ancaq vaxt gələcək vasifin atasına rəhmət oxuyasınız demədi deməyin
@kemalehesenova3865
@kemalehesenova3865 Жыл бұрын
Niye ? Millət Vasife neyliyib
@tuncaykerimli204
@tuncaykerimli204 Жыл бұрын
NIYE KI AZDIR DEYIRSEN? SEN DE YEQIN KI MILLETDEN YANIQLISAN.MILLET SIZE NEYLEYIB KI BELE DUSMENCESINE SOZ YAZIRSAN.AYIB DEYIL?YEQIN SEN SADE VETENDAS DEYILSEN.SADE VETENDAS OLSAYDIN HEC VAXT BU CUR SOZ YAZMAZDIN.VEZIFE ÒMURLUK OLMUR .GEDENDE DE ELE ETMELISEN KI YADDASLARDA YACSI QALASAN.BAX NAXCIVAN CAMAATI HELE DE AFIYEDDIN CELILOVA REHMET DEYIR.
@interestingengineerings9194
@interestingengineerings9194 Жыл бұрын
@@kemalehesenova3865 vaxdında birləşib rədd etməyib
@yasarabbasov
@yasarabbasov Жыл бұрын
Vasif Talıbovun hal hazırda heçbir vəzifəsi yoxdu və bütün kadrları təmizlənir yavaş yavaş əlavə olaraqda istintaq dəvam edir əgər dedikləriniz sübut olunsa şüpəsiz ki pensiyaya çıxmış olsa etdiklərinə görə həps ediləcəkdir bundan qaçış yoxdu
@ilahmuradova2425
@ilahmuradova2425 Жыл бұрын
Qeydiyyatdan keçib oynayın sizdə pul qazanın
@iorudj489
@iorudj489 Жыл бұрын
Fgjkoppp
@highboss6689
@highboss6689 Жыл бұрын
Be bu ne poxuydu dusduy
@elshadmamedov6249
@elshadmamedov6249 Жыл бұрын
Camahati soyub varranib, haram olsun
@yunusibrahimov7939
@yunusibrahimov7939 Жыл бұрын
ölkədə islahatlar gedir, heç bir məmur öz başınalıq edə bilməz. qanunsuzluq edən məmurlar cəzalandırılır
@tenhasixli2224
@tenhasixli2224 Жыл бұрын
O sizə elə gəlir yeyən yeyir və yedizdirir
@alikeliyev4676
@alikeliyev4676 Жыл бұрын
Harada?
@interestingengineerings9194
@interestingengineerings9194 Жыл бұрын
Ə yo aş döül
@alikeliyev4676
@alikeliyev4676 Жыл бұрын
Hər şey göz qabağındadır kiminsə izahatına ehtiyac yoxdur onsuz da inanan yoxdur bu reklamlara
@aydanakbar1045
@aydanakbar1045 Жыл бұрын
Ümid edirəm keçmiş sədri gündüzün günortasında lampa işığı ilə axtarmazsız 🤲
@husuhuseynov2957
@husuhuseynov2957 Жыл бұрын
İnşAllah axtarmağa ehtyac qalmaz,vasif gəbərər infarktdan !
@bakifateh8237
@bakifateh8237 Жыл бұрын
Lənət şeytana.xanımsan heç nə deyə bilmədim
@husuhuseynov2957
@husuhuseynov2957 Жыл бұрын
@@bakifateh8237 Əhsən,mədəni İnsansız !
@QARABAQ-2020
@QARABAQ-2020 Жыл бұрын
AY CAMAAT YALTAQLIQ ETMEYIN, SOZUN DUZUN DEYIN, KISI KIMI APARIN OZUNU
Naxçıvan: "30 ildir ki, blokada şəraitində yaşayırıq"
4:19
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 40 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 86 МЛН
Why is anti-immigration sentiment on the rise in Canada?
13:00
The Guardian
Рет қаралды 1,8 МЛН
Naxçıvanın yeni sahibi - Əli Nağıyev
7:07
AbzasMedia
Рет қаралды 102 М.
YARAŞIQLI OĞLAN HEYDƏR ƏLİYEV RASİM BALAYEV Haqqında
6:01
SEVİL ƏLİYEVA
Рет қаралды 9 М.
Vasif Talıbov Batabatı necə ələ keçirib
9:36
Prime TV Azerbaijan
Рет қаралды 37 М.