Рет қаралды 6,427
İmişlidəki yanğından dəyən ziyanı kim qarşılayacaq? - Baku TV
İmişli rayon mərkəzi bazarında baş verən yanğından sonra zərər görmüş sahibkarlarla görüş keçrilib. Sakinlər onlara dəymiş ziyanı kimin ödəyəcəyini fikirləşirlər.
Zərər çəkən sahibkarlarla aparılan sorğu zamanı sakinlər onlara külli miqdarda zərər dəydiyini, lakin hələ də aidiyyətı qurumların onlarla maraqlanmadığını bildirib.
Sahibkarlar deyir ki, toyların başlaması ilə əlaqədar olaraq mağazlara yeni mallar vurulub, lakin dünən baş verən yanğın onları xeyli miqdarda zərərə salıb.
Bazar rəhbərliyi isə baş verən yanğınla bağlı komissiya yaradıldığını və yanğının baş vermə səbəbinin araşdırıldığını bildirib.
Sakinlərə dəymiş ziyanın ödənilməsinə gəldikdə isə qeyd olunub ki, bazar yaxın aylarda rəhbərlik tərəfindən yenidən tikilərək sahibkarların istifadəsinə veriləcək.
Xatırladaq ki, 25 iyunda İmişlidə yerləşən bazarda yanğın baş verib. Hadisə nəticəsində ümumi sahəsi 20 min m² olan bazarda təqribən 2400 m² sahədə 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
/ www.baku.tv
/ __baku_tv__
baku.tv
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend