Mikayıl Müşfiq-GECƏ DÜŞÜNCƏSİ (səs Xəzər Süleymanlı)

  Рет қаралды 30,070

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

Күн бұрын

şeir: Mikayıl Müşfiq
səs: Xəzər Süleymanlı
piano: Vüsal Namazlı
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.
Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!
Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!
Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,
Yarı qönçə, yarı gül.
Səni gördüm, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizə bu nazlı aləm görünərdi qaranlıq,
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Facebook: / xzrslmnli
İnstagram: / xezersuleym. .
Tik-tok: vm.tiktok.com/ZSdSfdWxj/
Telegram: t.me/xezer_suleymanli
#mikayilmushfiq #xezersuleymanli #mikayılmüşfiq

Пікірлер: 99
@XezerSuleymanli
@XezerSuleymanli 2 жыл бұрын
Dostlar, telegram kanalıma abunə olun, zəhmət olmasa. Videoları rahat yükləyin. t.me/xezer_suleymanli
@aslanaslan-pe7sp
@aslanaslan-pe7sp 2 жыл бұрын
Həmişə Səsiviz gəlsin😘🥰😘🌹🌷🌹
@a.5196
@a.5196 2 жыл бұрын
Xezer bey nolar gecikmis sevgiye aid bir seir deyin
@aminorucov175
@aminorucov175 2 жыл бұрын
Xaiş edirəm fon musiqinin adını yazardız zəhmət olmasa
@abdulrahimanzari3949
@abdulrahimanzari3949 2 жыл бұрын
@@aminorucov175 the
@mehdirustemov9173
@mehdirustemov9173 2 жыл бұрын
Allah səni qorusun qardaşım,Allah bu gözəl,əsrarəngiz,insanın ruhunu oxşayan səsini qorusun
@zaurv.guliyev7169
@zaurv.guliyev7169 9 ай бұрын
Məzarı olmuyan dahi şairimiz Mikayıl Müşviq, Allah sənə rəhmət etsin. Xainlərə lənət olsun
@guleliyevelcin9335
@guleliyevelcin9335 5 ай бұрын
Amin 😢
@iradagulieva
@iradagulieva 2 жыл бұрын
Müşfiqimin ən çox sevdiyim şeirlərindən biri...Sizin səsinizdən dinləmək çox xoş oldu,səsləndirdiyiniz üçün təşəkkür edirəm!
@gulnar_ile3384
@gulnar_ile3384 2 жыл бұрын
Mikayıl Müsfiq'den ne oxusam,ne dinlesem hemise gözlerim dolur. Allah mekanını Cennet eylesin.
@rahileasgerova3556
@rahileasgerova3556 2 ай бұрын
Tarix o dahiləri bir dəfə yetişdirib. O dahilərdən bir daha olmayacaq. Allah rəhmət etsin. Məkanı cənnət olsun. Amin.
@gun_var_sr_beraber3378
@gun_var_sr_beraber3378 2 жыл бұрын
Gözəl şairim menim Mikayil Müşfiq . Xalqı üçün canından keçən,xalqını düşünen😔Cavan ömrünü ,həyatını doğruluq üzerine qurban verən şairim 😔Bizi bağışla ki,seni etimadını doğrulda bilmedik.Bizi bağışla ki seni yalnız kitab kimi oxuyuruq 😔Müəllimlərimizden xahiş edirəm ki,şagirdlərə Mikayıl Müşfiqi vereqlerden ibarətdir deye yox,bizim üçün canından keçən bir insan kimi tanıdın ,nəinki Mikayıl Müşfiqi həmçinin digər şair ve yazıçılarımızı da. Xəzər Süleymanlı Yaxşı ki varsiniz
@bagbannnsusuzqalmsgulu264
@bagbannnsusuzqalmsgulu264 2 жыл бұрын
Ehsennn varrr olll
@DatoDato-yb7fm
@DatoDato-yb7fm 5 ай бұрын
Правильно . .. Спасибо
@anarbagrov949
@anarbagrov949 3 ай бұрын
Müsfiqi dinləyənin qəlb gözü açıgdı.Ən azından səviyyəli birisiz.Çox şükr ki,hələ tam məhv olmamışıg.
@shahlaguliyeva8384
@shahlaguliyeva8384 2 жыл бұрын
Bu sözleri yazmaq üçün necə bir ürek lazımdır… Allah sənə rəhmət eləsin cavan yaşda solub gedən Müşfiqimiz! Allah sizə can sağlığı versin gözəl səsli insan! ❤️
@YagaPro4026
@YagaPro4026 2 жыл бұрын
Sizi Nijniy Novgorod şəhərindən dinləyirəm. Mənə və mənim dünyama dərmandır şeirləriniz və səsiniz... Hər axşam, hər gecə, və hər səhər işə gedərkən qulaqcıqlar vasitəsilə təkrarən dinləməsəm şeirlərinizi, sanki havam çatmır, nəfəs almıram. Səsinizə qüvvət!!! Yaxşı ki varsınız!!!!
@muradgozlov5222
@muradgozlov5222 2 жыл бұрын
Sən mənim ilk arzum,ilk duam, Qəlbimin ən əziz qonağı olmusan. Gülüşün qəlbimi isidən günəş, Ömrümün ən aydın çırağı olmusan.
@izzetezizli8654
@izzetezizli8654 11 ай бұрын
Hər Adın eşitdiyimdə gözlərim dolan Mikayıl Müşfiq Allah Rəhmət etsin Allah Stalinidə gorba gor etsin
@nazlicavadov5070
@nazlicavadov5070 5 ай бұрын
Təşəkkürlər mikail musviqin seirlerne qore Xezer beq❤
@nadejdanadejda7352
@nadejdanadejda7352 3 ай бұрын
АЛЛАН səni rəhmət etsin Müşfiq şerdə nə ğözəl bənzətməllərin var
@iraazri7457
@iraazri7457 2 жыл бұрын
👍👍👍👍👍 Bir gün eyni dəmlikdən çay içərsək, anladaram sənə, göy üzü nədən mavidir!......🍁 ✍
@yamr9306
@yamr9306 2 жыл бұрын
😊
@ilhamabayramova5037
@ilhamabayramova5037 6 ай бұрын
MÒHTEŞEMLIYIN VE MÚKEMMELLIYIN VEHDETI..RUHUNUZA SAQLIQ
@miragumus7811
@miragumus7811 2 жыл бұрын
Sevdiyim şairin sevimli şeiri və sevdiyim Xəzər Süleymanlı tərəfindən dinləmək necədə xoş oldu mənə😍👏👍
@ranaguliyeva4124
@ranaguliyeva4124 2 жыл бұрын
Səndən əvvəl nə yer nə göy nə həyat olmuş Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş
@letafetismayilova2755
@letafetismayilova2755 2 жыл бұрын
Sizə qulaq asdıqca insanın ruhu dincəlir.🌷 Müşfiqin inci kimi düzülən misraları.🌷 Sözün və səsin möhtəşəm birliyi.🌷
@anarbagrov949
@anarbagrov949 3 ай бұрын
Sovet hokuməti və O dövrün əclafları bu insana necə qıyıblar? Hətta günahkar olsaydı belə( təbii ki deyildi)təkcə bu şeirinə görə bu insanı toxunmamag olardı.Bu insan təbiətin və insan fəlsəfəsinin rəssamı olub.Allah qəni- qəni rəhmət eləsin...Səsləndirən isə Muşfiqin dəlisidir sanki.Allah can saglıgı versin
@nazlicavadov5070
@nazlicavadov5070 3 ай бұрын
Təşəkkürlər Mikayıl Müşfiq seirlerne qore Xezer beq ❤
@sehidlerim.
@sehidlerim. 11 ай бұрын
Romantik şair..nakam şair.....😔
@zumrudabdullayeva9198
@zumrudabdullayeva9198 2 жыл бұрын
Mükəmməl..Ruhu şad olsun Mikayıl Müşfiqin..
@marziehalirezaloo2436
@marziehalirezaloo2436 2 жыл бұрын
🤲🖤🥀
@orxanmemmedov7873
@orxanmemmedov7873 2 жыл бұрын
Allah rehmet elesin.
@tebrizyunusov55
@tebrizyunusov55 2 жыл бұрын
Möhtəşəm şeir və səsləndirmə.Gecəmiz aydınlandı.
@turanturku961
@turanturku961 2 жыл бұрын
Müşviq dühası, Xəzər qirayəti və həzin musiqi. Ruhum çıxdı canımnan…..
@seideqedirova933
@seideqedirova933 2 жыл бұрын
Mekteb illerinde men de şer yazirdim ve şerlerimi pianoda ifa ederek seslendirirdim ...Xezer beyi dinledikce hemin gunlerimi xatirlayiram.Allah Sizden razi olsun qardaşim👏👏👏🌹
@faridarif6834
@faridarif6834 Жыл бұрын
Sen 4ox yashasaydin gör neler olardi neler, gözel shairim, Mushviqim….❤️
@mrsanonimka92
@mrsanonimka92 Жыл бұрын
Bu şeir qarşıma çıxdı , dedim kaş Xəzər Süleymanlı bu şeiri ifa etmiş olardı və
@Nurlan_ilyas
@Nurlan_ilyas 2 жыл бұрын
Allah səsinizə qüvvət versin .
@yasinqocayev5613
@yasinqocayev5613 2 жыл бұрын
Dilbər xanımın Mikayıl Müşfiq haqqında xatirələrini dinlədikdən sonra sizin şeirinizi dinləmək... Var olun çox gözəl səsləndirmisiniz
@natavanhasanova8530
@natavanhasanova8530 2 жыл бұрын
Çox çox təşəkkürlər. Əməyinizə sağlıq. Allah razı olsun sizdən. Qiymətli şairimizə də Allah rəhmət eləsin
@mirziyacabbarov7444
@mirziyacabbarov7444 Жыл бұрын
Super 👍
@tamarahumbatova5405
@tamarahumbatova5405 Жыл бұрын
ВАР ОЛУН.СЕСИНИЗЕ АЛЛАХ ГУВВЕТ ВЕРСИН.
@vefaqocayeva49
@vefaqocayeva49 2 жыл бұрын
Cox sag olun Xezer bey cox minnetdaram Size gözel şerleriniz ücün 🙏🌹
@seideqedirova933
@seideqedirova933 2 жыл бұрын
Allah rehmet elesin dahi şairimize🤲🤲 Allah Size can sagligi versin Xezer bey.Amin Insallah 🤲🤲🤲
@gulu162
@gulu162 2 жыл бұрын
Səsiniz var olsun
@nigarquliyeva9921
@nigarquliyeva9921 2 жыл бұрын
Şeyri şeyriyyati insanlara sevdirən şair həmişə var olun uğurlar
@leilaa30
@leilaa30 2 жыл бұрын
Mənə elə gəldi ki , bizlərdən əvvəl nə yer nə göy , nə həyat olmuş.
@yamr9306
@yamr9306 2 жыл бұрын
Tı tak dumayeş? 🙄🤔😊🌞
@elsnsoltanov90
@elsnsoltanov90 2 жыл бұрын
Biz xoşbəxt xalqıq çünki bizim ruhumuzun M.Müşfiq kimi aynası var nur içində yat Xəzər bəy sizdə çox sağ olun
@tark4699
@tark4699 2 жыл бұрын
🇹🇷🇦🇿 sesinize emeginize sağlık hayırlı akşamlar
@kontakthome2964
@kontakthome2964 11 ай бұрын
NECEDE OXSYIRSINIZ ONA RWHMET SIZE ISE YZUN SAGLAM OMYR VERSIN INSALLAH. ❤
@aslanaslan-pe7sp
@aslanaslan-pe7sp 2 жыл бұрын
Yaxşı ki, varsız.Gozəl insan həmişə var olasız 😘🥰😘🌹🌹🌹🌹🌹Səsivizə qüvvət🥰💕
@jalsxemirova8388
@jalsxemirova8388 2 жыл бұрын
Müshfiqli günlerdeydim onsuz🖤yerine düshdü
@kemaleaxmedova5766
@kemaleaxmedova5766 2 жыл бұрын
Eşq olsun sizə Xəzər bəy. Sizi çox istəyirik 👍
@ramileseferova1651
@ramileseferova1651 2 жыл бұрын
Möhteşem .
@telekom2855
@telekom2855 2 жыл бұрын
Bir insan şeri neçə urəydən səsləndirər heyranamm...
@aytenferecova5778
@aytenferecova5778 2 жыл бұрын
Yenə möhtəşəm səs və kəlmələr. Yenə evimizdə Xəzərin səsi 🤗
@ruqiyyebaghirova3876
@ruqiyyebaghirova3876 2 жыл бұрын
Sesdeki huzur...
@eliesedov1594
@eliesedov1594 2 жыл бұрын
Ruhumun dinceldiyi sözlər və ses🥰
@vuqarferzeliyev999
@vuqarferzeliyev999 2 жыл бұрын
Səsinə qüvvət qardaş,təşəkkürlər👏👏👏👏👍👍👍
@user-fj6xc6my4j
@user-fj6xc6my4j 2 жыл бұрын
Axwamiviz xeyir olsun XEZER COX GOZEL MIKAILI MUWFIGI WEIRLERI COX GOZELDI TANRI GORUSUN SIZI XEMWE SIZI IZLIIREM
@ahuzar5938
@ahuzar5938 2 жыл бұрын
Çox təşəkkür edirəm şair,ruhumuzun ,həyatımızın bu duyğulu anlarında bizi nastaji duyğulara koklədiyin üçün.
@huseynhuseynov5205
@huseynhuseynov5205 2 жыл бұрын
Cox gozel
@erdoganzaza4143
@erdoganzaza4143 Жыл бұрын
Bu ne güzel bir dil böyle Şiir ve şiiri seslendiren zaten muhteşemler
@renaxzn-xl5us
@renaxzn-xl5us Ай бұрын
❤❤❤❤❤❤❤
@sevinctaibova548
@sevinctaibova548 2 жыл бұрын
Yene bu huzunu xeyallara aparan ses... 🎧🙏
@mikaylnsirzade
@mikaylnsirzade Жыл бұрын
❤️
@useruseruseruser8144
@useruseruseruser8144 Жыл бұрын
Allah gözəl şairimiz Mikayıl Müşviqə rəhmət eləsin Amin
@aze1026
@aze1026 Жыл бұрын
Bu millətin gözəl istedadlı şəxsiyyətləri sovetin qurbanları oldu, ona görə bu millət öz keçmişini unutmasın ki əsl düşmən bizə kimdi…
@tufanlasrm
@tufanlasrm 2 жыл бұрын
•|Угурлар сизе Хезер бей, хеятынызда хемде ярадычылыхда👑
@QM748
@QM748 2 жыл бұрын
Yenə də möhtəşəm !!!
@sehla5496
@sehla5496 2 жыл бұрын
Möhtəşəm 👏👏👏👏
@nurbak4650
@nurbak4650 2 жыл бұрын
ne gözel🥺🥺🥺
@hicrannadirova
@hicrannadirova 2 жыл бұрын
Ruhum dincəlir dinlədikcə 👍👍👍❤️❤️❤️
@allah6324
@allah6324 2 жыл бұрын
🥰🤲
@rehimrehim-zade2879
@rehimrehim-zade2879 11 ай бұрын
Xalqımın ən sevimli şairi M.Müşfiq........
@sehla5496
@sehla5496 2 жыл бұрын
😔
@nikolchemberlen3865
@nikolchemberlen3865 2 жыл бұрын
Eyyub Yaqubovun ifası çox gözəldi.
@iradepenahova3995
@iradepenahova3995 2 жыл бұрын
👍👍👍🌹
@asgeras5109
@asgeras5109 2 жыл бұрын
👍👍🙏🙏🙏
@ruslanborcaliseirlri4408
@ruslanborcaliseirlri4408 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@shebnemaliyeva
@shebnemaliyeva 2 жыл бұрын
💗❤❤❤❤
@konulceferova7624
@konulceferova7624 2 жыл бұрын
Sesiniz yukseklerden gelsin
@nesibovaulviyye2542
@nesibovaulviyye2542 Жыл бұрын
Salam. Zəhmət olmasa, yenə o bağ olaydı şeirini də səsləndirəydiz.
@MrNeman91
@MrNeman91 Жыл бұрын
Bir gün səninlə göy üzünə birgə baxıb, sənə bu şeiri səsləndirmək istərdim. Arzuya bax, sevgilim.
@sebuhicavadl7331
@sebuhicavadl7331 2 жыл бұрын
Salam. Siz səs effektini hansı proqram ilə əldə edirsiniz ? Xahiş edirəm bir yardım edin.
@konulbayramova3514
@konulbayramova3514 2 жыл бұрын
SAYGI DEYER INSAN
@CavidQeribovdniolsannedrsn
@CavidQeribovdniolsannedrsn 2 жыл бұрын
Əvvəl gecəni xoşlayardım indi gecənidə xoşlamıram gecə gələndə sən yada düşürdün indiysə əzab verir mənə sənin xəyalın sənlə xatirələr
@yamr9306
@yamr9306 2 жыл бұрын
😟😒🥴
@xatirea-va5572
@xatirea-va5572 Жыл бұрын
✨💫🌻🌙☄️🌠🌏🪐🌘❤️❤️❤️❤️❤️
@aminorucov175
@aminorucov175 2 жыл бұрын
Fon musiqinin adını yazardız də xaiş edirəm
@arzummmdli4488
@arzummmdli4488 11 ай бұрын
musiqinin adını öyrənə bilərəm?
@sahriyardovlatov7825
@sahriyardovlatov7825 2 жыл бұрын
👍👍👍🌹
@gunes.8448
@gunes.8448 Жыл бұрын
😔
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 121 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 77 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 69 МЛН
Müəllif: Mikayıl Müşfiq  Məni gözəl xatırla şeiri
2:44
Aynur Qaraşzadə
Рет қаралды 4,8 М.
Mikayil Musfiq - Yene o bag olaydi | Yeni ifa
10:00
Seir Dunyasi
Рет қаралды 6 М.
"BƏRAƏT: №1109" - Mikayıl Müşfiqin faciəvi həyat hekayəsi
48:58
Xəzər Süleymanlı-Məni gözəl xatırla
1:52
Xəzər Süleymanlı
Рет қаралды 277 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 16 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 61 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 23 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 565 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 129 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 977 М.