Millətimizin Vətən sevgisinin təcəssümü - “Şuşa, sən azadsan”

  Рет қаралды 627

Kürdəmir Rayon İcra Hakimiyyəti

Kürdəmir Rayon İcra Hakimiyyəti

2 жыл бұрын

Qarabağ Zəfərinin birinci ildönümünü qeyd etdiyimiz bu günlərdə ictimaiyyətə təqdim olunan “Şuşa, sən azadsan” səndəli filminə baxarkən qəhrəman Azərbaycan övladlarının dağlardan, meşələrdən, dərələrdən keçərək Şuşanı işğalçılardan azad etmələrini qürur və iftixar hissi ilə izlədik. Şuşanın işğaldan azad olunmasına həsr edilmiş bu ekran əsəri millətimizin Vətən sevgisini, torpaq həsrətini, qorxmazlığını, igidliyini bir daha sübut edir. Millətimizə baş ucalığı gətirən Şuşa əməliyyat haqqında qarşıdakı illərdə sözsüz ki, çox filmlər çəkiləcək, çox əsərlər yazılacaq. Amma Zəfərimizin birinci ildönümündə hazırlanan “Şuşa, sən azadsan” filmi bütün zamanların ən yaxşı sənət nümunəsi kimi öz dəyərini hər zaman qoruyub saxlayacaq.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmində müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə təqdim olunub. Ekran əsərində Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
Ekran əsərinin əvvəldə deyildiyi kimi, istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük bu müharibədə bu tipdə əməliyyatın planlanması olmamışdı. Ötən ilinin noyabrın əvvəlində 10 min 386 gün işğalda olan qədim Azərbaycan şəhəri Şuşanın azad olunması üçün geniş miqyaslı hərəkətə başlanıldı. Əsas baza xüsusi təyinatlı qüvvələr olmaqla digər qoşun növlərinin iştirakı ilə Şuşanın azad olunması üçün hücum əməliyyatına start verilir.
Hədəf Şuşadır
Azadetmə planına əsasən Şuşa şəhərinə yaxın ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif kontingentlərinin yerləşdiyi iki hədd yaradılır. Birinci hədd cənub-qərb istiqamətində, digər hədd isə şimal-şərq istiqamətində təşkil olunur. Ötən ilin noyabrın 2-də hücum siqnalı verilir.
Düşmən mövqelərinin arxasına sızmaq əməliyyatından əvvəl quru qoşun qüvvələrinin hücumu ilə iki istiqamətdə aldadıcı döyüş manevrləri başlayır. Bu taktika özünü doğruldur. Düşmən canlı qüvvəsi və döyüş texnikasının böyük hissəsini Şuşakənd və Daşaltı istiqamətdə toplayır. Planın əsas hissəsinin işə salınma anı artıq yetişir. Xüsusi təyinatlı qüvvələrin düşmən qüvvələrinin təmas xəttini keçərək onların mövqelərinin arxasına sızma əməliyyatın start verilir.
Filmdə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyev Şuşanın azad olunması əməliyyatından danışaraq bildirib ki, Hadrut və Füzuli işğaldan azad etdikdən sonra gecə-gündüz, yerdən və havadan Şuşanın kəşfiyyatı aparılırdı: “Ali Baş Komandan İlham Əliyevin verdiyi əmrə əsasən, Şuşa şəhərinin azad olunması əməliyyatını planlanladıq. Digər rayonların azad olunması əməliyyatlarından fərqli olaraq, bəzi xüsusi tələblər mənim tərəfimdən qoyuldu. Əsas fikir, diqqət və güc tapşırıqların yerinə yetirilməsinə cəmləşdirildi. İçimizdə daima o hiss olub ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə olub. Mən artıq bir çox rəhbər heyətinə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda biz oranı ələ keçirəcəyik”.
Vətən müharibəsinin bir mənalı olaraq qəhrəmanının Azərbaycan əsgərləri olduğunu söyləyən H.Mirzəyev deyib: “Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin həlledici rolu və tarixə keçəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idilər və bunu göz önünə alaraq düşmənin edə bilməyəcəklərini bizimkilər həyata keçirdilər. Mənim planda nəzərdə tutduqlarım vaxtında və dəqiq yerinə yetirdilər. Bununla bağlı inanılmaz və əfsanəvi qəhrəmanlıqlar ortaya qoydular.
Hikmət Mirzəyev bildirib ki, Şuşanın azad olunması bütün millətimiz üçün başucalığı idi: “Mən Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içərisində olduğunu hiss etdim. Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik”.
Vətən Müharibəsi Qəhrəmanı mayor Səfərli Gündüz: “Şuşa şəhərinin azad olunmasında mən fikirləşirəm ki, təkcə Azərbaycan əsgəri döyüşməyib, həm də “Şuşa şəhərinin özü” döyüşüb. Dediyim kimi Şuşa qalası döyüşüb, Şuşa qalasının divarları döyüşüb, Şuşa şəhərinin binaları döyüşüb, əsgərləri qoruyurdu, müdafiə edirdi. Hətta belə deyim ki, təbiət döyüşürdü”.
Vətən Müharibəsi Qəhrəmanlarının müsahibələrindəki fikirlər onların təkcə igidliklərinin deyil, həm də mənəvi zənginliklərinin, fəhm və istedadlarının göstəricisi idi.
Qeyd edək ki, “Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Пікірлер: 1
@gulbnizjfrzade9760
@gulbnizjfrzade9760 10 ай бұрын
ƏZİZ ŞUŞA SƏN AZADSAN 💙❤️💚 ALLAH DÖVLƏTİMİİZİ PREZİDENTİMİZİ ORDUMUZU MƏĞRUR ƏFSANƏVİ CƏNQAVƏRLƏRİMİZİ DAİM VAR QÜCÜYLƏ QORUSUN UCALTSIN MÜZƏFƏR VƏ QALİB ETSİN 🤲🤲🤲💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 YAŞASIN BÖYÜK BÜTÖV AZƏRBAYCAN 💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💙❤️💚
"Hadrut, sən azadsan!" sənədli filmi
46:01
Baku Media Center
Рет қаралды 670 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
KƏLBƏCƏR 2024
1:49
Murad Shirinov
Рет қаралды 1,2 М.
Qarabağ Azərbaycandır -  ŞUŞA şəhəri    #spacetv #qarabağazərbaycandır
44:26
Qarabağ Azərbaycandır SpaceTV
Рет қаралды 50 М.
Şuşada gülləmiz bitdi, əlbəyaxa döyüşə başladıq !
22:04
Motivator Azerbaijan
Рет қаралды 279 М.