Рет қаралды 138
“Mingəçevir - Gənclər Paytaxtı 2023” çərçivəsində Mingəçevir şəhərinin 75 illiyinə həsr olunmuş “Energetiklər” forumu keçirilib.
Forumda açılış nitqi olaraq Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov çıxış edib.
Daha sonra foruma dəvət edilmiş qonaqlar: Azərbaycan İstilik Elektrik Stansiyasının baş mühəndisi - Əliyev Elçin, Mingəçevir Su Elektrik Stansiyasının Texniki İstehsalat şöbəsinin rəisi - İbrahimli Əli, Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekanı - dosent Əliyeva Almaz və Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının müdiri - dosent Aşurova Ülkər mözu ilə bağlı ümumi məlumatlar verib, moderator və auditoriyanın suallarını cavablandırıblar. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, forum Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.