"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam..." Imadəddin Nəsimi/Aqil Məlikov

  Рет қаралды 111,243

Miras

Miras

Күн бұрын

Azərbaycan mədəniyyətinə,ədəbiyyatına həsr olunmuş kanal
Abunə olun,yeni videolarimizdan xəbərdar olmaq ücün
-------------------------------------------------------------------------------------
#nesimi#nesimi650#aqilmelikov
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

Пікірлер: 373
@miras_aze
@miras_aze 3 жыл бұрын
Abunə olun,yeni videolarimizdan xəbərdar olmaq ücün Bizə dəstək olun
@cingizsultanzade9356
@cingizsultanzade9356 2 жыл бұрын
Salam Allah razı olsun Abunə alduq 🤲✊✋
@zaurabbasov1084
@zaurabbasov1084 2 жыл бұрын
Xahiş edirəm Aqil məllimnən çox paylaşım eləyin
@agaalicavadov7418
@agaalicavadov7418 2 жыл бұрын
Aqil kımı insanlar çox azdır onların biliyindən geniş istifadə egməliyık
@arifhesenov3830
@arifhesenov3830 Жыл бұрын
Aa linkoln şüşə boyu 8 ,3' r hər. P ə J keçən danışıb ü. 🎉🎉
@РзаЮсифов
@РзаЮсифов 6 ай бұрын
🎉🎉
@lemanganbarova8259
@lemanganbarova8259 Жыл бұрын
Belə insanların dəyərini bilmək lazımdır.Televiziya kanallarında belə verilişlər olmalıdır,tarix,ədəbiyyat,dil mövzularını xalqa çatdırmaq,xalqı maarifləndirmək lazımdır.Boş-boş verilişlər,şou və mənasız filmlərdənsə,normal tarixi filmlər çəkilsin.Xalqın dünyagörüşü,gənclərin maraqları gözəlləşsin.Allah can sağlığı versin🤲
@miras_aze
@miras_aze Жыл бұрын
Belə gözəl işlər üçün televiziya lazım deyil Sadəcə KZbin platformasında baxa bilərsiz.təshəkkur edirəm sizə
@nesifsahbazov697
@nesifsahbazov697 2 жыл бұрын
Seyyid Əli Nəsimiyə Allahdan rəhmət hacı Aqilə can sağlığı arzulayıram.
@ggcggfg1784
@ggcggfg1784 4 жыл бұрын
Sizi dinləməkdən adam yorulmur əksinə dincəlir və maarlflənir Allah can sağlığı versin .
@huseyinezedari174
@huseyinezedari174 Жыл бұрын
VALLAHi duz .
@ИлькинАхмедов-з5ц
@ИлькинАхмедов-з5ц 2 жыл бұрын
Peyğəmbər və imamlardan sonra Allah söz ustalığın Azərbaycan xalqıma VERİB.
@bikanuu
@bikanuu 3 жыл бұрын
Bəh bəh bəh, kaş öz yaşıdlarımda belə yaradıcılığımıznan marağlansa.
@SadiqovaVefa
@SadiqovaVefa Ай бұрын
Allah böyükdür
@nizamialimamedov4903
@nizamialimamedov4903 4 жыл бұрын
DAHİ İNSANLAR HEÇ BİR ZAMAN UNUDULMUR. HACI AQİL MƏLİKOV DA ONLARIN SIRASINDADIR. SAĞLAM CAN ARZU EDİRƏM.
@FaiqAllahverdiyev-s9m
@FaiqAllahverdiyev-s9m 9 ай бұрын
Allah sizdən razı olsun
@gunkamammedli
@gunkamammedli Жыл бұрын
MasAllah 👍🏻
@emmaryasir7049
@emmaryasir7049 Жыл бұрын
ALLAH sənnən razı olsun qardaş. 🤲.
@vuqarmemmedov4897
@vuqarmemmedov4897 Жыл бұрын
Allah Həzrəti Peyğəmbərimizi Nəsimi ilə , Nəsimini də sizin kimi gözəl izahatla çıxış edən insanlarla məhşur etsin!❤💝💟💝❤❤💟💟💝💝💝❤❤
@УльвияДжафаров
@УльвияДжафаров 3 ай бұрын
Сизе миннетдарам
@namiqmemmedov3132
@namiqmemmedov3132 9 ай бұрын
Allah razı olsun
@adsz4463
@adsz4463 3 жыл бұрын
Hələ bunnan sonra 1000 ildə kecsə müzakirəsi bitməyən dahi Nəsiminin dərin düşündürən şeirləri cox insanı düşündürəcək və dəqiq mənasını axtarmağa vadar edəcəkdi..
@sultanabbas3803
@sultanabbas3803 2 жыл бұрын
Belə maarifləndirici verilişlər televiziyada da olsa əla olar, Allah can sağlığı versin əməyi keçən hər kəsə.
@kainatzamanov7644
@kainatzamanov7644 Жыл бұрын
Belle verilisleri televiziyaya buraxmazlar. Ora gehbelerin ve petuxlarindi
@sevincmemmedov747
@sevincmemmedov747 2 жыл бұрын
Aqil müəllim,Sizə qulaq asmaqdan doymuram. ALLAH Sizi var etsin.Amin.
@melahetqurbanova1123
@melahetqurbanova1123 2 ай бұрын
Gercəkdən Sizi dinləmək mənə zövq verir,bu yaşımda da mariflənirəm.Allah Sizin kimi ziyalıları var etsin,ömürlərini uzun,dinləyicilərini boool etsin.
@elminkerimov9323
@elminkerimov9323 11 ай бұрын
Haci Aqil cox sağolunki bizləri marifləndirəcək mövzularda cixiş edirsiz🇦🇿🇦🇿🇦🇿🇦🇿
@kerimovsamir1051
@kerimovsamir1051 4 жыл бұрын
Allah can sağlığı versin sənə , ay Hacı Aqil!!! Əhsən!!!
@tirsofiritirsofiri4113
@tirsofiritirsofiri4113 Жыл бұрын
Beh Beh Halal olsun Ay Heci
@elchinjafaroff1345
@elchinjafaroff1345 3 жыл бұрын
12:42 mən alim deyiləm, amma Nəsimini tanıdığım zamandan düşüncəm bu yöndədir. Ən məntiqli və Nəsiminin insan haqqındakı düşüncəsinə uyğun fikir budur!
@mirdamdcfrov9524
@mirdamdcfrov9524 2 жыл бұрын
AQİL MƏLİKOVA SALAM OLSUN!!!, ƏLA ƏHCƏN!!!,, 👍👍👍✋🏻✋🏻✋🏻☝️☝️☝️🔥🔥🔥🇦🇿🇦🇿🇦🇿
@nononono920
@nononono920 2 жыл бұрын
maşallah,necə gözəl deyir əzbərdən
@XanimQuliyeva-o5v
@XanimQuliyeva-o5v 2 ай бұрын
XÜSUSİ ZÖVQ ALDIM, ALLAH SİZİ QORUSUN AQİL M❤❤❤❤❤🙏
@resadhuseynov8375
@resadhuseynov8375 3 жыл бұрын
bu cəkilişləri təşkil edən mirasa təşəkkür! Allah Hacı Aqili qorusun, salamat eyləsin! bu insan dəyərimizdir.
@sakirveliyev1615
@sakirveliyev1615 Ай бұрын
AAqil müəllim siz özünüzdə xalqımız üçün az tapılan nadir incilərdənsinz.Allah sizdən razı olsun.
@kamilengin2804
@kamilengin2804 8 ай бұрын
Miras kanalını düşünüp başlatanlara teşekkür ederim. Agil Bey üstadımızdan da Allah razı olsun. Güzel sohbetlerinden istifade ediyoruz.❤
@iboismayilov1947
@iboismayilov1947 Жыл бұрын
Allah razı olsun.
@ibrahimisrafil8773
@ibrahimisrafil8773 Күн бұрын
Allah sizə can sağlığı versin usdad, böyük Nəsimiyə də Allahdan rəhmət diləyirik.
@yasarmamedov2765
@yasarmamedov2765 3 жыл бұрын
Hacl ,Allah size yar olsun. Cox kozel
@oa911
@oa911 Жыл бұрын
Allahumme Salli Əla Ali Muhammed
@Aslan-qs4oy
@Aslan-qs4oy 9 ай бұрын
Allah ömrünüzə bərəkət versin.
@TelmanNuriyev-t3k
@TelmanNuriyev-t3k Ай бұрын
Hacı Aqile can saqliqi.Peyqember(S)ve Ehli Beytine Allah'ın Salami olsun. Hacı orda Nesimi deyir axi Govheri la mekan menem. Yani ozune vurqulamish kimi gedir.
@СамирДжафаров-э1я
@СамирДжафаров-э1я 5 ай бұрын
Sag olun, Var olun Heci. Gozel xirdaladiz beyti. Hemiseki kimi de duzlu mezeli sohbetlerle.
@familmlikov2881
@familmlikov2881 4 жыл бұрын
Çox sağ olun Aqil müəllim.
@nazimqafarov291
@nazimqafarov291 3 жыл бұрын
İnsan elmli ola bilər amma gör bu insan mürəkkəb elmini necə yormadan, sadə dildə çatdıra bilir, bölüşə bilir. Əhsən. Allah ömür versin, can sağlığı versin🙏
@fazilmammadov6926
@fazilmammadov6926 3 жыл бұрын
Hacı Aqilin savadına və əxlaqına böyük sayğım vardır. Bununla belə düşünürəm ki, açıqlaması verilən beytlərin anlamına şerin bütöv kontekstindən yanaşılmalıdır.
@qarabagfk7588
@qarabagfk7588 3 жыл бұрын
Aqil müəllim allah sizə yar olsun mən sizə saatlarla yorulmadan qulaq asıram diləyirəm allah sizə sagliqli uzun ömür versin
@tukazmahmoud1100
@tukazmahmoud1100 2 жыл бұрын
Ümid edirəm sizin kimi Ustadı televiziyada var şair yerlərdə daim göstərsinlər ki çox insan sizin fikrinizden öyrənsin.Allah size xeyirli ömür versin
@АфизаГасанова-е8в
@АфизаГасанова-е8в 10 ай бұрын
Всегда вас слушаю до конца ! Не когда не устаю вас слушать, Адил муалим вы очень мудрой чело век…
@elsadsukurlu1722
@elsadsukurlu1722 4 жыл бұрын
Allah sizi var elesin. Men hemise sizi gorende Hacibaba Huseynovu sanki gorurem.
@mlahthuseyinzad781
@mlahthuseyinzad781 9 ай бұрын
Eziz ustad, eziz el agsaqqall size qulaq asmaq cox gozeldir. Bu gun televiziyada sizin kimi el agsaqqalarlna boyuk ehtiyac var. Size can sagllgl arzu edirem.❤❤❤❤❤
@1Debax
@1Debax 3 жыл бұрын
Çox gözəl ,ALLAH" razı olsun
@parentuga9733
@parentuga9733 2 жыл бұрын
Nefesine sağlık olsun çok güzel anlatıyorsunuz
@КамилТалыбов-з4р
@КамилТалыбов-з4р Жыл бұрын
ALLAH valideyinlərini rəhmət etsin gözəl insah bu gözəl söhbətiniz üçün
@aydinkerimov6424
@aydinkerimov6424 2 жыл бұрын
DAHİ İNSANLAR HEÇ BİR ZAMAN UNUDULMUR. HACI AQİL MƏLİKOV DA ONLARIN SIRASINDADIR. CAN SAGLIGI ARZU EDİRƏM.
@Eyqəm
@Eyqəm Жыл бұрын
Gözəl açıqlamaya görə təşəkkür edirəm
@baki-veteran
@baki-veteran 3 жыл бұрын
Haci Aqil,ne deyim sag ol,var ol,cox sag ol bes elemir, maşallah ve allah amaninda yeqin bes olar
@esmermemmedova2009
@esmermemmedova2009 4 жыл бұрын
Sagol Aqil muellim Allah size uzun olur versin
@nuradinkazimov6068
@nuradinkazimov6068 4 ай бұрын
Allah razi olsun 🌅🤲
@mehsumeqasimova639
@mehsumeqasimova639 3 жыл бұрын
ALLAH sizə can sağlığı versin.və ALLAH sizi millətmizə çox görməsin.HÖVSAN KƏNDİNDƏN SİZƏ SALAMLAR
@sahmarsafar
@sahmarsafar 3 жыл бұрын
Salam Allah elminizə ömrünüzə bərəkət versin.Cox faydalı elmli savadlı ibrətamizdir.Lahuyəni hazırlayanlara da təşəkkürlər.
@muqllidagah9336
@muqllidagah9336 Жыл бұрын
Aqil müəllim danışanda mən tamam başqa bir aləmin seyrinə çıxıram , adamı alıb aparır sirrlər dolu ayrı bir "söz kahkəşanına " . Əhsən Ustad !
@tt101101
@tt101101 4 жыл бұрын
bir xridar olaraq Hacı Aqilin bu xidmətləri qarşısında baş əyirəm.
@familqasimov7863
@familqasimov7863 2 жыл бұрын
Sizi çox sevirəm, bir yoldaş bir dost bir kiçik qardas kimi. Maşallah
@hatiramehtiyava2604
@hatiramehtiyava2604 3 жыл бұрын
Allahü Teala Sizden razı olsun
@intiqamserifov3863
@intiqamserifov3863 3 жыл бұрын
Allah səndən razı olsun Hacı
@gizgalasi3643
@gizgalasi3643 2 жыл бұрын
Allah caniniza saglig ve gelbinize dahada nur versin ki,bizleri de mariflendirirsiz🤲🙏
@xazailtalis
@xazailtalis Жыл бұрын
Var olun Hacı!
@aybnizallakhverdieva1114
@aybnizallakhverdieva1114 2 жыл бұрын
Çox gözəl qiraətdir və gözəl təhıildir,təşəkkürlər sizə hörmətli insan.
@mezahireliyev5036
@mezahireliyev5036 2 жыл бұрын
Allah razı olsun.Cox gözəl
@sfrramazanov5687
@sfrramazanov5687 3 жыл бұрын
Allah sizin kimi Üstadların Ömrünə bərəkət versin
@dasqinkerimov5471
@dasqinkerimov5471 2 жыл бұрын
Aqil müellim Allah sizin ömrünüzü bereketli elesin.sizin kimi sexsiyetler bizim xalqa gerekdi cox minnetdaram size
@xezayilmemmedov4543
@xezayilmemmedov4543 2 жыл бұрын
Аллах сизлери горусун хажы 👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞
@nurhsnli4002
@nurhsnli4002 3 жыл бұрын
Həci Allah səndən razı olsun inanın eləbil mənə dünyaları bağışladız düzdü tamamilə düz deyirsiz Mədə sıgar iki cahan bu dəqiq belədir. Məndə sığar ikən cahan yox .
@irade.7445
@irade.7445 3 жыл бұрын
Allah Allah ne gözel dedi göz haqqında 👍😢😢😢🍀
@mirmbudabbasov4772
@mirmbudabbasov4772 Жыл бұрын
Allah size uzun ömür can saqliqi Allah sizi bizim basimizin üsdündən əsgik omayin
@elmiribrahimxelilov9535
@elmiribrahimxelilov9535 2 жыл бұрын
Hacı Aqil Məlikov Allah sizə can sağlığı versin.Təəssüfki, sizi kimi şeiriyatl bilən insanlar çox azdır.
@elshanasadov8535
@elshanasadov8535 Жыл бұрын
Allah səni var eləsin ustad. Senden belə sirli şerlərin açıqlamasını öyrənmək istərdim.
@sabiryusubov3167
@sabiryusubov3167 3 жыл бұрын
Allah sənə uzun sağlam ömür versin Hacı
@bakcellgold2089
@bakcellgold2089 Жыл бұрын
Belə söhbətlər cox olsun. Allah razı olsun .
@zibasaygili1371
@zibasaygili1371 4 жыл бұрын
Allah razi olsun Ustad çox maraqlıdı və ardı gəlsin Insallah
@sebekekaminbaki7193
@sebekekaminbaki7193 Жыл бұрын
Allah razi olsun Dinine Peygenberine hormet eden uca tutan her kesden Cox gozel aciqlama verdiniz
@sevencanbufe2142
@sevencanbufe2142 2 жыл бұрын
Güzel dilimizi en güzel siz konusuyorsunuz
@MegaLadafan
@MegaLadafan Жыл бұрын
Sağ olun var olun Aqil müəllim. ALLAH sizə can sağlığı uzun ömür bəxş etsin. Yaxşı ki, varsınız.
@raiqefendi1158
@raiqefendi1158 2 жыл бұрын
Allah sizdən razı olsun.Həzz aldım.
@azeribalasi3067
@azeribalasi3067 4 жыл бұрын
Əhsən😊 superr👍👍👍ALLAH sizə can sağlığı versin inşallah🙌
@AzerSelim
@AzerSelim 3 жыл бұрын
Haci Allah sene can sağlığı versin
@emmaryasir7049
@emmaryasir7049 Жыл бұрын
Yaradılışın ən üstünü MUHƏMMƏD ƏLEYHİSALAMDIR. ☝️. ALLAHU AKBAR. ☝️.
@HemideAbdulla
@HemideAbdulla Жыл бұрын
Səsinizə qüvvət, dinləməkdən yorulmur insan, var olun
@slavaabdullov5968
@slavaabdullov5968 3 жыл бұрын
Böyük ustad nə gözəl !
@ТУХЗ
@ТУХЗ 3 жыл бұрын
İndiki Azərbaycan cəmiyyətinə bu maraqlı deyil.Çünki heçnə başa düşmürlər.Biz hər şeyi itirə itirə gedirik Hacı.Əfsuslar olsun
@magerrammirzoev2868
@magerrammirzoev2868 4 жыл бұрын
Cox sag olun Agli muellim , cox qozel veriliw aparirsiniz .
@cahithasiloglu8403
@cahithasiloglu8403 2 жыл бұрын
Eyvallah Gardaş üreğine sağlık HUUUUUUUUUU
@ceyhunismaylov7823
@ceyhunismaylov7823 3 жыл бұрын
Aqil müəllim cox gözəl izah edirsiniz. Sağolun Allah sizə dəyməsin.
@sunlight1796
@sunlight1796 2 жыл бұрын
Allah sizden razı olsun , çox kömək oldunuz . Asanlıqla öyrənə bildim ♥️🤲
@FiridunShmueli
@FiridunShmueli 7 күн бұрын
İnsani eyn, ibrani dilində, ayin ben adam.(yəhudi sözü) adam gözü deməkdir. Azərbaycan nağıllarında və dastanlarında Bəni adam sözünə çox rast gəlinir. Bəni adam ibrani dilində, ben -oğul, adam - insan adam mənasında işlənir. Bəni İnsan, Ben adam... Çox sağ olun ustad dərin və mənalı şərhinizə ğörə. Ömrünüz uzun olsun..
@anaraxmedov1053
@anaraxmedov1053 4 жыл бұрын
Salam aleykum.çox sağ olun .hesretlə yeni videoları gözlüyük.Hacı dəryadı maşallah.Allah hamısını hifs eləsin.Nə gözəl söhpətlər gedir.Allah bu işdə zəhməti olanları qorusun.Həqiqətəndə gözəl çəkilişlər edirsiniz.
@SS-em6iy
@SS-em6iy 3 жыл бұрын
Bu bilgilərə cox ehtiyac var , Aqil müəllim
@alverdiasadov4874
@alverdiasadov4874 3 жыл бұрын
Dinləmək keyf verir.
@renaliyar5781
@renaliyar5781 3 жыл бұрын
Allah Sizə can sağlığı versin.Ruhum dincəldi
@KARO7
@KARO7 3 жыл бұрын
Məndə sığar iki cahan (Məndə sığar iki dünyanın elimi) Mən bu cahanə sıqmazam (Mən bu aləmə çoxam. Mən bildiklərimlə birlikdə bu dünyada çoxan) gövhər ilə (əla) məkan mənəm. yəni ən uca mərtəbə ən yüksək elim.Kövhi məkanə sığmazam. (xırda məkanda., olmaram məqam sahibiyəm) Bu beytin çox təfsiri vardır. Orda mən günəşəm deməsi. Nur işıqındab insanları aydınlatmasından və marifləndirməsindən bəs edir.
@TurkanMelikova
@TurkanMelikova 6 ай бұрын
Allah ömür versin ❤
@elmiribrahimxelilov9535
@elmiribrahimxelilov9535 3 жыл бұрын
Saq ol Aqil müəllim.Allah sizə can sağlığı versin.Sizin səsinizə sizin savadlnlza heyrənam.Cox təəssüf ki televiziyada az gorsənirsiz.
@miras_aze
@miras_aze 3 жыл бұрын
Bu yaxınlarda yeni videolarına burda izləyə bilərsiz
@AliRzayev313
@AliRzayev313 3 жыл бұрын
Onsuzda televiziyaya baxanların sayı çox azdı indi hər şeyə internettə baxırlar
@allahnbndsi8743
@allahnbndsi8743 4 жыл бұрын
Allah həci Aqillə can sağlığı versin söz dəryası
@ИльгарГурбанов-я8р
@ИльгарГурбанов-я8р 2 жыл бұрын
АЛЛАХ комейин олсун. Бомба кими. 👍👍
@nurhsnli4002
@nurhsnli4002 3 жыл бұрын
Allah sizdən razı olsun nə gözəl danışırsız məndə bir şamaxılı kimi imamaədin Nəsimini olduğu kimi təqdim edirsiz çox sağolun .Bu Miras olan işinizdə çox gözəldir uğurlar
@mirhafizhuseyn1466
@mirhafizhuseyn1466 2 жыл бұрын
Allah sizi qorusun hacican
@ЛЕВ66-ц2о
@ЛЕВ66-ц2о 2 жыл бұрын
Allah can sağlığı versin,o qədər səlist və gözəl izahat verir ki,heç rəy və fikir bildirməyə lüzum qalmır,sadəcə alqışlar.👏👏👏
@kitabcqz991
@kitabcqz991 2 жыл бұрын
Nece semimi nece gozel danisiq.Bele agsaqqallarimiz cox ola,biz de dinlemekden doymayaq😊
Miras Nizami Gəncəvi-880/Aqil Məlikov
31:45
Miras
Рет қаралды 60 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,2 МЛН
Hazret-i Musa ve Harun Peygamberlerin Hayatı (Peygamberlerin Hayatı 13) - Sesli Kitap
3:59:38
Miras Seyid Əzim Şirvani/Aqil Məlikov
20:14
Miras
Рет қаралды 36 М.
Sərbəst söhbət - Vasim Məmmədəliyev ( YouTube Azerbaijan )
58:07
Prof. Vamig Mammadaliyev
Рет қаралды 21 М.