Mirzə Babayev - Nargilə ( Məzəli mahnı )

  Рет қаралды 52,296

Bachzadeh

Bachzadeh

2 жыл бұрын

Qız sevdim, Nargilə,
Tutdum şirin dilə.
Dedim gəl əhd eyləyək
Canan dedi belə:
- Sevmirəm, sevmirəm, sevmirəm!..
Yox, yox, yox!..
Qаdаnı mən alım,
Başına dolanım,
Durulum, bulanım,
Ay qız,ay qız!
Neçə gündür, inan,
Yata bilmirəm.
Vəslinə, ey canan,
Çata bilmirəm.
Neyləyim, kimə söyləyim
Bu dərdi?!
Ay qız maaşım var,
Altımda maşın var.
Hər qəmzən göz üstədir
Bollu daş-başım var.
Sevirəm, sevirəm, sevirəm
Mən, mən, mən!
Ömrüm, yaraşığım,
Olmuşam aşığın,
Gözümün işığı,
Ay qız, ay qız!
Qız dedi: - Daş-başın
Başına dəysin!
Qadam o sürdüyün
Maşına dəysin!
Neyləyim kimə söyləyim
Bu dərdi?
Elə yox-yox deyir,
Danışıb gülməyir,
Dərdimi bilməyir,
Canan, canan!
Music : Tofiq Quliyev (1917-2000)
Lyrics : Zeynal Cabbarzadə (1920-1977)

Пікірлер: 63
@ruslanagayev9259
@ruslanagayev9259 Жыл бұрын
Mirzə müəllimin ifası həqiqətən də mini teatr tamaşasıdır. Fortopiano və ritmin müşayiəti ilə bu bu qədər rəngarəng bir ifa ortaya qoymaq üçün sadəcə Mirzə Babayev olmaq lazımdır. 85 yaşında belə dinamik və qüsursuz oxumaq üçün də elə Mirzə Babayev olmaq lazımdır. Mirzə Babayev kimi müqtədir sənətkarların yetişməsi üçün yüz illər lazımdır. Və təbii ki, onu yetişdirən mühit. Dinləyərək ruhumuz dincəlsin. Allah hər üçünə rəhmət eləsin, Tofiq Quliyevə də, Zeynal Cabbarzadəyə də, Mirzə Babayevə də. Heyif ki, bir daha belə sənətkarlar və sənət əsərləri yaranmayacaq.
@bachzadeh
@bachzadeh Жыл бұрын
Çox haqqlısınız👏👏👏👏👏👏
@user-wi2cl8dm4z
@user-wi2cl8dm4z Жыл бұрын
Hər bir sözünüzün altından imzamı qoyuram.
@user-wi2cl8dm4z
@user-wi2cl8dm4z Жыл бұрын
Bundan gözəl ifa etmək mümkün deyil bu mahnını! Hər mahnını bir tamaşaya çevirən Mirzə dayı! Allah ruhunu şad eləsin!
@nail9002
@nail9002 9 ай бұрын
Çox gözəl.Allah dahi sənətkarımıza rəhmət eləsin.Nur içində yatsın.Paylaşım üçün təşəkkürlər👏
@S.A_K.3734
@S.A_K.3734 9 ай бұрын
Çox gözəl əla mükəmməl Sənətkar.Paylaşım üçün təşəkkürlər.
@bachzadeh
@bachzadeh 9 ай бұрын
Qəlbinizə yatdısa, Ruhunuzu oxşadısa nə xoş bizə.. Diqqətiniz və dəyərləndirdiyiniz üçün biz sizə təşəkkür edirik 🎶
@seadeteliyeva6682
@seadeteliyeva6682 Жыл бұрын
ALLAH rehmet elesin senetkarimiza
@feridaslanov6981
@feridaslanov6981 7 ай бұрын
Azərbaycanın Frank Sinatra sı, dahi sənətkar, Allah rəhmət eləsin!
@elmannatiq892
@elmannatiq892 10 ай бұрын
Evez olunmaz SENETKAR.!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@semsisemsi7766
@semsisemsi7766 Ай бұрын
Xalqın sənətkarı, Allah sizə rəhmət eləsin 🙏 sizdən bir də olmayacaq
@rasidhuseyinov2999
@rasidhuseyinov2999 2 жыл бұрын
Allah rehmet elesin. Cox pozitiv Adam iydi ,hemde cox gozel senetkar iydi.
@vekil4073
@vekil4073 7 ай бұрын
Allah rəhmət eləsin sizə Mirzə müəllim sizi dinlədim çox xoş oldu. Sizdən birdə olmayacaq
@vusalgoranboylu5639
@vusalgoranboylu5639 Жыл бұрын
Allah rəhmət eləsin çox gözəl insan idi
@cavid6251
@cavid6251 6 ай бұрын
Mirzə Babayev den birde gelmeyecek. Gunu bugunde masinimda musiqilerini boyuk lezzetle dinleyirem. Hayfki aramizda yoxdu bugun bucur boyuk insanlarin musiqilerine biyuk ehtiyac var
@eldarjafarov597
@eldarjafarov597 2 жыл бұрын
Senetkar. Kifayet qeder yashi olsa sa nece gozel oxuyur. Allah rehmet elesin. Hamimizin Mirze dayisi
@bachzadeh
@bachzadeh 2 жыл бұрын
Çox doğru nüansa toxundunuz, çox təşəkkür edirəm. Amin
@trlnrza
@trlnrza 7 ай бұрын
ALLAH SIZE REHMET ELESIN MIRZE MELLIM.MAHNIDAKI PROFISANNALIQ COX GOZELDI.OXUMAGLA KICIK DRAMI NECE BIR ARADA TUTMAGINIZ MOHTESEMDIR.
@suleymanaliyev3092
@suleymanaliyev3092 2 жыл бұрын
Allah Rehmet Elesin Dahi senetkar. Esl oxumaq Esl musayet budur super hamisi yeri yerinde. Indikilerin oxumaq oxumaq deyil sadece nagil danisirlar
@fikratbagirov664
@fikratbagirov664 Жыл бұрын
Özlerini ulduz sayan oxuyanlar öyrensinler Mirze dayidan nece oxumaq laximdir.
@bachzadeh
@bachzadeh Жыл бұрын
Əfsuslar..... Örnək götürmək üçün Sənətkarların əsərlərinə müraciət edəndə də, gec olacaq...
@whitegreen3728
@whitegreen3728 6 ай бұрын
Allah Mirzə Babayevə rehmet eylesun Cox gözel muğenni idi.
@rustmsdov3313
@rustmsdov3313 2 ай бұрын
Allah rəhmət eləsin . Əsil sənətkariydi
@user-fo4zu8jr9t
@user-fo4zu8jr9t Ай бұрын
Məkanı cənnət, ruhu şad, qəbri nurla dolsun unudulmaz sənətkarımızın.Allah rəhmət etsin.🥀🥀🥀🥀🥀🥀🥀
@arzummmdli4488
@arzummmdli4488 Ай бұрын
çox ləzzət ediree😂😂 hərəkətlərər baxx😂😂😂
@gasanoffa_
@gasanoffa_ 9 ай бұрын
Hegigi Senetkar❤
@renabaxsiyeva9859
@renabaxsiyeva9859 Жыл бұрын
AllAh Rəhmət eləsin🌷🌷✨Gözəl sənətkarımız.Bəstəkarimizida,Sairimizidə🌷T.Quliyev Z Cabbarzadə
@zamirquliyev9657
@zamirquliyev9657 8 ай бұрын
Nece wovq ile oxuyub Allah rahmet eylesin
@ilhamaliyev246
@ilhamaliyev246 3 ай бұрын
Allah rəhmət eləsin
@gioulzarkassoumova5678
@gioulzarkassoumova5678 6 ай бұрын
ALLAH Rehmet elesin Boyuk Senetkarimiza! Mekani Cennet olsun! Ruhu shad olsun! Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺
@user-nj1ji9qu5f
@user-nj1ji9qu5f 6 ай бұрын
Аллах Сани Рахмат этсин мирза ❤
@rashadrasimoglu6027
@rashadrasimoglu6027 Жыл бұрын
Super
@hesa19E70
@hesa19E70 Ай бұрын
ALLAH rəhmət eləsin deyerli senetkar.Esil zovqlu musiqi, mahnilar sizinle getdi.Efirler qalib qas alan,dodaq sisirden, linza taxan matiske gede gudelere, bardan cixan fahiselere
@lonewolf7977
@lonewolf7977 Жыл бұрын
Maşşalah❤❤❤❤
@alijafarzadeh2885
@alijafarzadeh2885 Жыл бұрын
Allah rahmet eylesin...
@PasaQuliyev-st2yo
@PasaQuliyev-st2yo Ай бұрын
Çox çox çox sağolunki belə gözəl sənətkarı paylaşmısız
@PianobyVN
@PianobyVN 2 жыл бұрын
Müşayet . 2 sidə Sənətkardı
@aynurkhalilova690
@aynurkhalilova690 2 жыл бұрын
Elə onu yazmağ istəyirdim. Ənvər Sadıqov və Elman bəy (soyadı?)
@user-uc3dd9lj7s
@user-uc3dd9lj7s 5 ай бұрын
РУХУН ШАД ОЛСУН
@nigarmikaylova7705
@nigarmikaylova7705 Жыл бұрын
Musiqimiz💜😍
@cenktek1931
@cenktek1931 Жыл бұрын
Ne zaman ki elektronik müzik aletleri azeri müziklerinde kullanılmaya başladı iş o zaman büyüsünü güzelliğini kaybetti
@sadiqhesenov8720
@sadiqhesenov8720 3 күн бұрын
Mirze dayi da korinnoy idi. Rehmetlik
@ayselmmmdova449
@ayselmmmdova449 9 ай бұрын
👍👍👍👍👍💯💯💯💯👌👌🎶🎶🎶
@fikratbagirov664
@fikratbagirov664 6 ай бұрын
Superrrr.Indiki özlerini ulduz sayanlar baxib Mirze dayidan oxumagi öyrensinler.
@arzutagiyeva7961
@arzutagiyeva7961 4 ай бұрын
Allah rəhmət etsin min kərə Heyif bu cur saglam insandan Özunden sonra bədən və dil ifadəsiylə oxuyan 2ci ifaci Faik Agayevdir
@lonewolf7977
@lonewolf7977 Жыл бұрын
Piano❤❤❤
@fasa1mus
@fasa1mus 5 ай бұрын
Кепенек кепенек кепенеккккккккккк!! 😊Аллах сене рехмет елесин. Пишу из Питера
@romamamedov3554
@romamamedov3554 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sabinaaltungeyik3241
@sabinaaltungeyik3241 Жыл бұрын
Legenda
@shortsvideos2463
@shortsvideos2463 Жыл бұрын
👏👏👏👏
@bachzadeh
@bachzadeh Жыл бұрын
🎶🎵🎶🎵🎶
@aichabayramova274
@aichabayramova274 27 күн бұрын
❤❤
@alikbratelnik1173
@alikbratelnik1173 2 жыл бұрын
Mirze qedew
@user-ng4qq1cf8e
@user-ng4qq1cf8e 5 ай бұрын
Möhtəşəm
@bachzadeh
@bachzadeh 5 ай бұрын
Qəlbinizi oxşadısa nə xoş bizə. Çox təşəkkür edirik 🎶
@SusnMustafayeva
@SusnMustafayeva 25 күн бұрын
84 yaşlı Mirzə babayev Mikrafon 1 qədər aralı səsiilə bütün zalı ayağa qaldrıb indkilər az qalır mikrafonu yiyə yendə səs yoxdu
@user-on2kt3uz7d
@user-on2kt3uz7d 5 ай бұрын
Allah sizə rəhmət eləsin
@alikbratelnik1173
@alikbratelnik1173 2 жыл бұрын
Partizan Mirze
@user-kl9xv9hf4q
@user-kl9xv9hf4q 5 ай бұрын
Salam, bu mahnının adını necə tapa bilərəm
@bachzadeh
@bachzadeh 5 ай бұрын
Salam, mahnının adı qeyd olunub, Mirzə Babayev - Nargilə ( "Məzəli mahnı") bəstəkar Tofiq Quliyev 🎶
@arzummmdli4488
@arzummmdli4488 Ай бұрын
🫶🫶🫶🫶🫶🫶
@IronMan-fv6jx
@IronMan-fv6jx 5 ай бұрын
Allah rəhmət eləsin
001 03.avi
15:14
bobzni
Рет қаралды 32 М.
Məzəli Mahnı
2:02
Gülağa Məmmədov - Topic
Рет қаралды 41
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 49 МЛН
Mirzə Babayev - Nargilə
3:04
Gunay Abbasova
Рет қаралды 6 М.
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Həmid Pirnəbixah
Рет қаралды 1,1 МЛН
Yaşar Nurinin 50illik yubileyində,Hacıbaba,Afaq Beşirqızı,Avtandil
6:58
Ülkər Yaşarqızı
Рет қаралды 336 М.
Çay Süzün
3:00
Mirzə Babayev
Рет қаралды 25 М.
Tofiq Quliyev - "Nargilə" | Tofiq Quliyev, Gülağa Məmmədov və Həsən Seyidbəyli
1:39
Retro Vinyl Collection Azerbaijan
Рет қаралды 90 М.
V I A Qaya Ey heyat sen ne qeribesen
3:27
Babaali Aliyev
Рет қаралды 2,5 МЛН
Mirzə Babayev haqqında bilmədikləriniz - BAKU TV
18:31
Baku TV
Рет қаралды 53 М.
Brilliant & Mirza Babayev "Mirza dayi" (music: Eldar Mansurov)
4:37
Фаган Алиев
Рет қаралды 59 М.