Рет қаралды 5,843
Videolarımız xoşunuza gəlirsə Kanalımıza abunə olmağı unutmayın
"Dinə bilmədim"
1.
İlk dəfə sahildə gördüm onu mən,
Gizli bir üşütmə keçdi qəlbimdən.
Tutmuşdu üzünü mavi Xəzərə,
O dənizə baxdı, mən o gözlərə.
Dinmək istədim, dinə bilmədim,
Dinə bilmədim,
Nə edim, bilmədim.
2.
Dolandı bahar, yay, dolandı payız,
Fikrimdən silinib, getmədi o qız.
Aradım mən onu bağda, bağçada,
Hüsnünü hər zaman salaraq yada.
Görmək istədim, görə bilmədim,
Görə bilmədim,
Nə edim, bilmədim.
3.
Mən toya çağrıldım bir axşam çağı
Bəzənib, gülürdü qonaq otağı.
Görüncə tanıdım mən o gözəli,
Ağ libas geyinib o gözəl pəri.
Hamı gülsə də, gülə bilmədim,
Gülə bilmədim,
Nə edim, bilmədim.
---------
ƏHMƏD BAKIXANOV ADINA XALQ ÇALĞI ALƏTLƏRİ ANSAMBILININ BƏDİİ RƏHBƏRİ XALQ ARTİSTİ PROFESSOR MÖHLƏT MÜSLÜMOV.