No video

“MTN işi” üzrə 4 zərərçəkən onlardan rüşvət kimi alınan 13 milyon dolları tələb edir

  Рет қаралды 2,123

Turan İnformasiya Agentliyi

Turan İnformasiya Agentliyi

Күн бұрын

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan bir qrup şəxs iyulun 19-da Baş Prokurorluğun binasının qarşısında məhkəmə prosesinin ədalətli aparılmamasına etiraz edib.
Onlar həmçinin hesab edirlər ki, sədrlik edən hakim ittiham olunanların tərəfini saxladığından dəymiş zərərin ödənilməsində problemlər yaşanacaq.
“Çünki sədrlik edən hakim zərərçəkmişlərin vəkillərinin vəsatətlərini təmin etmir, onların sözlərini yarımçıq kəsir”, - zərərçəkmiş kimi tanınan Hüseyn Səfərov qeyd edib.
Səfərovun sözlərinə görə, bu iş üzrə 36 nəfər zərərçəkən kimi tanınıb. Onlardan 4-ü dünyasını dəyişib.
“Mövlam Şıxaliyev (ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi-red.) bu iş üzrə zərərçəkənlərdən birindən 8 milyon dollar, Akif Qurbanovdan 1 milyon dollar, Nizami Kazımovdan 2 milyon dollar, məndən isə 2 milyon dollar pulu hədə- qorxu ilə alıb”, - Səfərov jurnalistlərə deyib.
Zərərçəkən kimi tanınan Əfsəl Həsənəliyev 40 il hüquq- mühafizə orqanlarında çalışdığını bildirib. O, təqaüdə çıxdıqdan sonra bizneslə məşğul olub.
“Məni 5 ay ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlayıblar. Azad edilməyim üçün 100 min manatdan 50 min dollara eniblər. Məni məcbur etdilər ki, evimi “Unibank”a girov qoyum və pulu onlara verim”, - zərərçəkmiş deyib.
Daha sonra Əfsəl Həsənəliyev Baş Prokurorluğun binasının qarşısında özünü yandırmağa cəhd edib. Bu zaman digər zərəçəkənlər onun özünü yandıraraq intihar etməsinə imkan verməyiblər.
Baş Prokurorluqda zərərçəkənləri qəbul ediblər. Onlar şikayət ərizələrini Baş Prokurorluğun məsul əməkdaşına təqdim ediblər.
Öz növbəsində Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a bildiriblər ki, şikayətçilərə hakimlərin fəaliyyətilə bağlı etirazlarını Məhkəmə-Hüquq Şurasına təqdim etmək tövsiyə edilib.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.
Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunublar.
2016-cı ildə Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, 19 şəxsin barəsində həbs qətimkan tədbiri, 1 nəfərin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxsin barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
2020-ci ilin aprelində prezidentin koronavirusla bağlı imzaladığı əfv sərəncamı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisləri olmuş Akif Çovdarov və Sübahir Qurbanov yaşları ilə əlaqədar əfv olunublar
Kanala abunə ol - bit.ly/3fQCXFu
WebSite: www.turan.az
Facebook: www. tur...
Telegram: t.me/turanagency
#xeberler​​ #xeberler2021​ ​ #xəbərlər​ #qarabağ​ #Xəbər​ #Xəbərlər​ #SonXəbər​ #Turan​ #azerbaycan​ #siyaset

Пікірлер: 1
@zorroser25
@zorroser25 11 ай бұрын
Азербайджанда бизнес ачанын аглы йохду
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 22 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 125 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 96 МЛН
Azərbaycanda növbəti devalvasiya gözlənilir? - Natiq Cəfərli Çətin sualda
29:50
Turan İnformasiya Agentliyi
Рет қаралды 38 М.
Qanunsuz ovlarla bağlı cərimələr
1:01
REAL TV
Рет қаралды 144
Rioters attack hotel housing asylum seekers amid far-right violence
13:39
Channel 4 News
Рет қаралды 1,6 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 22 МЛН