Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında 108 saylı qərarının 27-ci bəndində xüsusi isimlərin yeni yazılış qaydaları göstərilir. Burada bir neçə tanınmış şəxslə yanaşı, Üzeyir bəyin soyadı da “Hacıbəyov” deyil, yeni şəkildə yazılacağı göstərilir: “Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli”. Göründüyü kimi, burada sovet illərindən fərqli olaraq Üzeyir bəyin “bəylik” titulu da özünə qaytarılıb. Bu qərardan 20 ilə yaxın dövr keçsə də, Xalq artisti, professor, "Şərəf" ordenli xanəndə Mənsum İbrahimov hələ də dahi bəstəkara Hacıbəyov kimi müraciət edir...