Musa Yaqub-Öyrətmə özünə, öyrətmə məni (ifa Xəzər Süleymanlı)

  Рет қаралды 230,852

Xəzər Süleymanlı

Xəzər Süleymanlı

3 жыл бұрын

şeir: Musa Yaqub
ifa: Xəzər Süleymanlı
Atv / Günün Sədası / Nanə Ağamalıyeva
Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yanıb yandıracaq bu alov səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
#xezersuleymanli #xəzərsüleymanlı #atvcanli

Пікірлер: 292
@XezerSuleymanli
@XezerSuleymanli 3 жыл бұрын
Bu gün Atv kanalındakı çıxışımı Musa Yaquba həsr etdim...
@serqoxulum8440
@serqoxulum8440 3 жыл бұрын
Dunyada Yaqub da Musa da çoxdu Amma Musa Yaqub tək gəldi getdi......
@mijmij133
@mijmij133 3 жыл бұрын
Bu Səsi,bu Misraları dönə-dönə hər gün,hər saat necə dinlemeyesen?!👍🏻
@ayshanqarayeva362
@ayshanqarayeva362 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@isquzu220
@isquzu220 3 жыл бұрын
Axşamınız xeyir yenə hər zaman kimi ruhlari oxşadi öz şerləri ilə səsiniz uca zirvələrdən gəlsin Xəzər bəy Allah sizə uzun ömür can sagligi versin amin🤲♥️🌹
@aygunqarayeva4641
@aygunqarayeva4641 3 жыл бұрын
Şair, Allahımız səni qorusun 🤲🌹
@elzaninseirleri5556
@elzaninseirleri5556 3 жыл бұрын
Xezere qulaq asmaq sizin saglamliginiz ucun ziyandi 🚬💔👍👍👍
@bolghacyeva4739
@bolghacyeva4739 2 жыл бұрын
niyə?))
@habitnerimanov9817
@habitnerimanov9817 2 жыл бұрын
Düzdü
@aynurelicanova3502
@aynurelicanova3502 2 жыл бұрын
😪😪😪😪
@nrz555
@nrz555 2 жыл бұрын
😂😂
@sene_ne
@sene_ne Жыл бұрын
Yazma şeir Elza yazma 😂
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
Bir vaxt özünə öyrədənlərin yoxluğunu da öyrəndik əvəl-Allah. Öyrəndik deyirəm, amma hələ də ən kiçik şeylərdə onu axtarırıq. Ən pis anımızda ona qaçma istəyi gəlir içimizdən. Ən yaxşı günümüzdə onun qollarına qaçmağı arzulayırıq. Ayrılığa məhkum olan bütün adamlar eyni darıxır, şair..
@arzunezirli8649
@arzunezirli8649 3 жыл бұрын
😢😢😢beli her kes eyni darlxlr.Eeehhhh bu MEHEBBET😔
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
@@arzunezirli8649, özü də nə eh...))
@aylaibrahimova9517
@aylaibrahimova9517 3 жыл бұрын
İnsan bir defe yaşayar heyatında o hissi.Kimler bele gelib heyatından keçse vere bilmez onun yerini...😢
@ulviibrahim5157
@ulviibrahim5157 3 жыл бұрын
@@aylaibrahimova9517, tamamilə razıyam. 🖤
@arzunezirli8649
@arzunezirli8649 3 жыл бұрын
@@ulviibrahim5157 heee bemeyin🙏
@vdim56
@vdim56 3 жыл бұрын
Çox gözəl ifa,çox gözəl səs,çox gözəl diksiya.Halal olsun sizə ruhu gözəl insan..
@user-kt6cm3lv1r
@user-kt6cm3lv1r 2 жыл бұрын
Ə'la ...Gəncədən salamlar .
@feqanallahverdiyev4743
@feqanallahverdiyev4743 Жыл бұрын
👍
@xyalmirzyev7364
@xyalmirzyev7364 2 жыл бұрын
Super ALLAH rəhmət eləsin sənə Musa Yaqub.Gəncliyimin ilk sevgi şeyiridi .İndi diləyəndə də o hissləre qapaniram
@nihadmahmudlu2041
@nihadmahmudlu2041 3 жыл бұрын
Kəndimizin gözəl qəlbli şairi,Musa Yaqub!Allah sənə rəhmət eləsin 🙏🏻 bizə çox gözəl miras qoyub getdiniz
@nihadmahmudlu2041
@nihadmahmudlu2041 3 жыл бұрын
@@Russi1985 bəli
@hasanov9749
@hasanov9749 3 жыл бұрын
O öyrətməsədə, biz özümüz sanki istəyərək alışırıq, dərd bu olsa gərək...🖤
@Leyla-517
@Leyla-517 Жыл бұрын
Öyrətdi və getdi😢
@mijmij133
@mijmij133 3 жыл бұрын
Heç vaxt yollarinda dayanmadığın Heç həndəvərində dolanmadigin Gəlib birdən sənə nə şirin olur🥀 Öyrəşmək, bağlanmaq ən betəridir....
@xeyalumudov8676
@xeyalumudov8676 3 жыл бұрын
😔😔😔😔 çox pis şeydi öyremek çoxx pisss helede içim yanırrrr
@ulkrliyeva9001
@ulkrliyeva9001 2 жыл бұрын
Mən səni görməyə adət etmişəm adət məhəbbət deyil Səni görməyəndə xiffət etmişəm xiffət məhəbbət deyil Sənə lazıminca hörmət etmişəm hörmət məhəbbət deyil yalvarıram məhəbbət umma məndən...
@Novıymirtv
@Novıymirtv 2 жыл бұрын
NƏ GÖZƏL ŞEERDİ...BU QARDAŞ DA YAXŞI SƏSLƏNDİRİR ŞEERİ..
@huseynovcosqun4417
@huseynovcosqun4417 27 күн бұрын
Çox gözəl şeirdi ugurlar olsun allah səsinə qüvvət versin amin
@yeganehuseyinli5683
@yeganehuseyinli5683 2 жыл бұрын
Elə bil mənim xasiyyətimi anladır😪😪😪😪😪😪😪
@elagoz56778
@elagoz56778 2 жыл бұрын
Öz dunyamin qapısını açmaq üçün ilk öncə Xəzər bəyin şeirlərini açıb qulaq asıram .
@kerimovkamran
@kerimovkamran 2 жыл бұрын
Xəzər bəyə qulaq asmaqdan çox qəmli olmuşam. Öyrəşdim vəfasızın gedişinə də öyrəndim, necə ki o oğlanın zülmət gözlərinə öyrəşmişdim eləcə də yoxluğuna öyrəşdim
@azimaaliyeva6995
@azimaaliyeva6995 3 жыл бұрын
O əllər mənimki olmayacaqsa Sən Allah özünə öyrətmə məni 😥🥀
@user-zy7vj2xy9n
@user-zy7vj2xy9n 2 ай бұрын
Sağ ol ifayagörə,Xəzər bəy!Allah M.. Yaquba rəhmət eləsin.,əvəzsiz şeirdi.Elə ifa da o şeir kimi əvəzsidi.
@sehermusayeva3383
@sehermusayeva3383 2 жыл бұрын
Adam bu şerin içində olmaq istəyir
@papatya2779
@papatya2779 3 жыл бұрын
Nece gözel şeir ve ifa səsinizi qüvvət sanki insanın ürəyindən keçəni deyirsiniz
@asadulvi5224
@asadulvi5224 3 жыл бұрын
Allah Musa Yaquba rehmet size de merhemet elesin. Sesinize quvvet. Bizi werlere aglamaga yaman oyretdiniz. Davamini gozliyirik her zaman🙏❤
@qiymetehmedova3543
@qiymetehmedova3543 2 жыл бұрын
talehin amansız zərbələrin almış qəlbin fəryadıdır bu ayrılıq çox acıdir ifana görə təşəkkürlər Xəzər bəy çox sevilənsiniz uğurların bol olsun yeni ifalar sorağı ilə
@clalzki2173
@clalzki2173 3 жыл бұрын
Şeirlərin şahı qiraətçilərin şahının dilində.Çox gözəl və çox sağolun
@ruhiyeesgerova2891
@ruhiyeesgerova2891 2 жыл бұрын
Cox sağolun Xəzər bəy sizin səsinizi sevirəm
@nahidealiyeva7815
@nahidealiyeva7815 2 жыл бұрын
Allahım har kasi sevdiyina qovuşdursun.
@dilqemsediyev5470
@dilqemsediyev5470 3 жыл бұрын
Sizə Xalq artisti adı verilməlidir. Bravo. Tək azərbaycanda deyil,dünya da belə səs yox a,kişi. Mədəniyyət nazirliyi yatır yenə.
@ismaylzadeayxan8651
@ismaylzadeayxan8651 2 жыл бұрын
Əhsən sizə mənim sevgi şairim səsinizə ürəyinizə salıq ... 👏👏🙏
@melisa3763
@melisa3763 2 жыл бұрын
Sevdiyim insanin ilk hedyyelerinden idi bu seir mene...Hec bilmedim nece oxudum,nece bitirdim...Amma bu ifa bir basqadir.
@ali__6556
@ali__6556 2 жыл бұрын
super...
@asiftelekom4770
@asiftelekom4770 8 ай бұрын
Musa yagub allah size rehmet elesin bu gozel seire gore xezer dedikce oldurur meni yaxsl menada
@aybenizzeynalova4256
@aybenizzeynalova4256 Жыл бұрын
Cox saq ol, məni 35 il əvvələ qaytardı. Bu seri ilk dəfə mən nişanlıma oxumuşdum
@floraimameliyeva3262
@floraimameliyeva3262 2 жыл бұрын
Offf dinlemek cetin gelir 😔😔
@resadetsuleymanov9475
@resadetsuleymanov9475 5 ай бұрын
Ismayilli torpaqi gor nece sair yetisdirib ruhu sad olsun
@sevincibrahimova4744
@sevincibrahimova4744 2 жыл бұрын
Super👍👍👍👍🙌👍👍
@revanroyal2845
@revanroyal2845 2 жыл бұрын
Gözlər dolur qəlb durur sevgi sesi duyulur
@resadetsuleymanov9475
@resadetsuleymanov9475 5 ай бұрын
Musa muallimə Allah rəhmət eləsin
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 3 жыл бұрын
Mənim dərdlərimin ayaqları var...Allah sizə rəhmət etsin dahi sənətkar.Şeir sevənlər Musa Yaqubu heç vaxt unutmayacaq.
@validammmdova1213
@validammmdova1213 3 жыл бұрын
Çox möhtəşəm bir ifa.Allah qorusun bu səsi və bu səsin sahibini.Allah Musa Yaquba rəhmət eləsin.
@arifeliyev403
@arifeliyev403 2 жыл бұрын
Gözəl şeyir şeyini çox sevirem
@ulkrliyeva9001
@ulkrliyeva9001 2 жыл бұрын
Mənim derdlerimin ayaqları var Harda olsa gəlib tapacaq məni...
@amilhuseyinov5613
@amilhuseyinov5613 2 жыл бұрын
Var olun
@amilhuseyinov5613
@amilhuseyinov5613 3 жыл бұрын
Sizə qulaq asanda bu vəfasız dünyadan uzaqlaşıram .Var olun
@mr-um3jq
@mr-um3jq 3 жыл бұрын
Şerhleri oxumaga gelenlerede salam olsun😊😊 (heyat coxx fani ve vefasiz)
@benpozitif6443
@benpozitif6443 3 жыл бұрын
Bu şiir süperrdır..çok defa dinlemışım🍀🍀🍀👏
@solmuscick1769
@solmuscick1769 3 жыл бұрын
Bezen deyə bilmədiyimiz sözleri mahnılar şeyirler vastesiyle çatdırırıq ünvanına 😔🎶📖📝
@gulbenizqemberli7240
@gulbenizqemberli7240 2 жыл бұрын
Bu nece hafizedi...👏
@memmedovak6024
@memmedovak6024 2 жыл бұрын
Resad Kesemenli,Xezer Suleymanli ne gozel qonaqlar👍👍
@gulayeyusibzade3243
@gulayeyusibzade3243 2 ай бұрын
Nece ıcıne adamın toxunur,sevırem ınsalah allah butun sevenlerı yarımcıq heyat qısmet etmesın,menı onsuz onu mensız etmesın
@gulnarelesgerova8273
@gulnarelesgerova8273 2 жыл бұрын
Ehsen...👏👏👏...Insani o qedef uzaqlara aparirsizki...
@nadejdanadejda7352
@nadejdanadejda7352 9 ай бұрын
Sevgidən dönməyim çox çətin olur öyrətmə özünə öyrətmə məni!
@turanturku961
@turanturku961 2 жыл бұрын
Musa yaqub hikməti Xəzər bəyin möhtəşəm qirayəti… Mükəmməl👌
@xanimesgerov6242
@xanimesgerov6242 Жыл бұрын
Allah ömür versin. Səsinizə güc qüvvət versin..👍👏
@halilslaibrahimceylanturko9890
@halilslaibrahimceylanturko9890 3 жыл бұрын
Allah sizi qorusun yenədə mötəşəm demisin♥️♥️♥️♥️🥰🥰🥰🌹🌹🌹🌹👍👏👏👏👏👍👍👍👏👏
@sebrsebr9683
@sebrsebr9683 Жыл бұрын
Ay Allah ureyim yanir ilahi 😭😭
@humaypenceliyeva776
@humaypenceliyeva776 7 ай бұрын
Ne gozel ses ne gozel ifa
@karabaxazerbaycan9222
@karabaxazerbaycan9222 8 ай бұрын
Nane xanim Allah sizi xowbext elesin siz cox gozel el catmaz ureye sahib bir xanimsiz ❤❤❤
@ugurabbasli4727
@ugurabbasli4727 3 жыл бұрын
Mohtewem wer ve ifa👍👍👍
@Sevinceliyeva566
@Sevinceliyeva566 Жыл бұрын
Yazim bura.beyenin tekrar izleyim😢
@milahacieva6825
@milahacieva6825 2 жыл бұрын
Cox gozel sesi var
@letafetismayilova2755
@letafetismayilova2755 3 жыл бұрын
Yaman qəribədi dünyanın işi....🥀 Şairimizə rəhmət...🥀 Xəzərin səsinə qüvvət...🌹
@natiqlizad2718
@natiqlizad2718 2 жыл бұрын
super şer, super ifa.👍👍🙏🙏
@rozaquliyeva3986
@rozaquliyeva3986 2 жыл бұрын
Oyredir tesuff ki .. cox gozel sozderi vardi ruhuma oxsadi
@melahethesenova6335
@melahethesenova6335 2 жыл бұрын
Xəzər müəllim sizin ifanızda bütün şeirlər insanın ruhunu oxşayır, ,,Öyrətmə özünə , öyrətmə məni ,, daha təsirli həm də çox dərin mənalıdır
@azadaliyev3518
@azadaliyev3518 2 жыл бұрын
son zamanlar yalniz bir seyi derk etdim Allah qarsimiza bizi heqiqi seven gozumuze sevgi ile baxan insanlar cixartsin eger bir qadin sevilmirse bu onun ucun olumnen beterdi
@username-tg7sg
@username-tg7sg Жыл бұрын
Gözel sirin sesi var!
@zumrudaliyeva1711
@zumrudaliyeva1711 3 жыл бұрын
Xəzər Süleymanlı,hardan gəlib çıxdın bu kədərli-qəmli-əzablı həyatıma,söylədiyin şerlərlə. Heç vaxt onları oxumuram,amma qulaq asmaq,onları içimə almaq,beynimə həkk etməyi xoşlayıram. Yadımda qalmırlar,hələ uşaqlıqdan,ancaq biri söylədikcə mən ondan əvvəl mızıldanıram. Bilirsiz hansı bir şeri desəz ,mən orda hökmən özümü tapıram,onu yaşayıram. Mütaliyə etməyi çox sevirəm (şeri çıxmaq şərti ilə,onu kimsə desin,qulaq asım, amma hər deyənidə bəyənmirəm!!!) Demək olar ki,hər gün sizi dinləyirəm,dinlədikcə onu əsil mənada yaşayıram,bəlkədə yaşda artıq özünü göstərir,Sizə isə ürəkdən çox sağ ol deyirəm,bəzən kino lenti kimi hər arxaya fırlansada əzablarımı yenidən yaşasamda,səhvlərimi (onlar azda olsa,səhvsiz heç kim ola bilməz) görsəmdə yenə sağ olun. Səsinizin məlahəti məni heyran edib. Səsinizə qüvvət,sizə can sağlığı arzu edirəm. Yəqin ki,bunu oxumağa həvəsiniz olmaz uzun olduğuna görə ,mən yenə ürəyimdən keçənləri yazdım. 🤲🤲🙏🙏
@humayaxundova4767
@humayaxundova4767 2 жыл бұрын
Supersen👍
@yalandunya5859
@yalandunya5859 3 жыл бұрын
Salam əziz şair,səhər sizi izlədik şaddd olduq ,🙌 efirlərde gorey həmişə sizi 💓✋
@bakcell8839
@bakcell8839 2 жыл бұрын
Əla.Zeynəbin ifasında bu şeiri dinləmişik.Oda gözəl, bu da.
@narbabayevnarbabayev1631
@narbabayevnarbabayev1631 2 жыл бұрын
kaş sizi bir defe görəydim 🤗❤
@aygunqarayeva4641
@aygunqarayeva4641 3 жыл бұрын
Möhtəşəmsiniz, dəyərli şair! Var olun, necə ki varsınız! Səsinizə, ruhunuza, ürəyinizə qüvvət!🤲🌹🌺
@nihadzeynalli-zd9ur
@nihadzeynalli-zd9ur 4 ай бұрын
xezer saır qardasım dostum var olasan ehsen cox superdı seırın ❤👍
@solmazcabbarzade9086
@solmazcabbarzade9086 Жыл бұрын
Var ol səni qardaşım
@selenam6560
@selenam6560 Жыл бұрын
allah gorusun,amin.sag olun.
@iraazri7457
@iraazri7457 3 жыл бұрын
Bir az da sadəlöv uşaq kimiyəm..... Mənim əslində sənə verəcəyim çox şey yox: Çay var, içərsən Mən var sevərsən Yol var, gedərsən. Səsinizə sağlıq, Xəzər bəy, həmişəki kimi, mükəmməl. 💕💕💕
@rovsen7691
@rovsen7691 3 жыл бұрын
Hmm
@NesirovTurxan
@NesirovTurxan 5 ай бұрын
Bəli çox gözəl şeyirdi super lap adamı kövreldir ❤
@asiftelekom4770
@asiftelekom4770 11 ай бұрын
Sesinle sesinle oldurursen adaml allah seni saxlasln men cox kovrelirem garabagll bir nene 70yasda
@atlantidaatlantida6525
@atlantidaatlantida6525 3 жыл бұрын
Dinlərkən insanın ruhu dincəlir.
@shrizadzkizad6127
@shrizadzkizad6127 Жыл бұрын
Ən çox sevdiyim şair,ən çox sevdiyim şer, gözəl ifa👍👍👍
@sevinckerimova8729
@sevinckerimova8729 3 жыл бұрын
Çox gözəl şerdi çox sag ol var ol
@knsinarkoz6414
@knsinarkoz6414 Жыл бұрын
Sesinizdeki hüzur
@useruseruseruser8144
@useruseruseruser8144 Жыл бұрын
İmtahan dünyası yaşayırıq biz
@iyosifdoni8399
@iyosifdoni8399 3 жыл бұрын
sizin səsiniz səsləndirdiyiniz şeirlər məni məhv edir.Sevgi yaşa baxmaz mənim həyatımı anladır.Var olusu mənə bəsdi.özünü mənə istətdi məni öyrətdi özünə.indidə ölürəm kül oluram.
@bextiyarsemedzade6678
@bextiyarsemedzade6678 2 жыл бұрын
Sizi dinləmək çox xoşdu Möhtəşəm!!!!
@VusaleZeynalli9293
@VusaleZeynalli9293 3 жыл бұрын
😔çox gözəl,möhtəşəm səs və şeir Uzaqlara aparır insanı🥺
@ceyla3132
@ceyla3132 2 жыл бұрын
SUPER SƏSSS❤️❤️❤️👍
@tamillasemedova2620
@tamillasemedova2620 5 ай бұрын
Coxsaholun var olun
@durdanedcafarova7300
@durdanedcafarova7300 Жыл бұрын
👍👍👍
@arazisayev908
@arazisayev908 2 жыл бұрын
Sənin dediklerin o qədər böyük sözlərdiki orda oturan bilməzlər ne demek istirsən
@siyastliyev3248
@siyastliyev3248 3 жыл бұрын
Salam əziz şair ❤️Allah səni qorusun🥰 Bu şeir lap yerinə düşdü.amma çox təsüf öyrətdi məni özünə 😔😔
@user-id4bp7yc5x
@user-id4bp7yc5x 3 ай бұрын
Dahi Musa Yaqub
@Huzurumsan
@Huzurumsan 2 жыл бұрын
İçimi parçalayan səs,ifa😥🥀💔👏
@mahirtahirli3547
@mahirtahirli3547 Жыл бұрын
Cox sevdiyim ses ve weyirler💔
@gulu162
@gulu162 3 жыл бұрын
İlk bəyəni məndən səsinizə qüvvət şair Sən Allah özünə örgətmə məni
@aydanseyfiyeva2126
@aydanseyfiyeva2126 3 жыл бұрын
Necə gözəl səsləndirmisiz 😍 Hər zaman ki kimi möhtəşəmm😍
@ramileseferova1651
@ramileseferova1651 3 жыл бұрын
Möhteşem,👌
@mnicoxsxmahyatsnidtrkedrm2663
@mnicoxsxmahyatsnidtrkedrm2663 3 жыл бұрын
Klasss
@nezaketxdrova6064
@nezaketxdrova6064 Жыл бұрын
Cox gozel...tesekkurler
@iradamuradova5166
@iradamuradova5166 3 жыл бұрын
Allah sizi gorusun
@siyavussiyavus3050
@siyavussiyavus3050 7 ай бұрын
Super👍
@vusalehaciyeva9213
@vusalehaciyeva9213 3 жыл бұрын
Men onsuz da poeziya delisiyem.Siz sheir soyleyende ve o gozel sesiniz gelendese men ozume qapanib gedirem uzaqlara😳😳.hemisheki kimi mohteshemsiz.👍ATV-de de seher baxdim size.gozel verilish oldu.sesinize quvvet.
@cemileibrahimli3420
@cemileibrahimli3420 3 жыл бұрын
Hər zamankı kimi...superr
@Tarana-ru3mf
@Tarana-ru3mf 7 ай бұрын
Masallam❤🎉
Xəzər Süleymanlı Şeirləri ( Necəsən zalım, sevgili, və b. )
17:37
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 13 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 105 МЛН
Mikayıl Müşfiq - Yenə o bağ olaydı ( səs: Arzu Hüseynova )
2:06
Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS
4:08
ALQAYIT   Seir
10:08
Cavad Cafarov
Рет қаралды 354 М.
XƏZƏR Süleymanlı (Kaş olmayaydı) & Almaxanım (Sil getsin)
2:03
Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı ifasında
1:00:26
Kitab Kimi
Рет қаралды 15 М.
Xəzər Süleymanlı-Unudacağam səni (Elgiz İsmayılovun şeiri)
2:34
Xəzər Süleymanlı
Рет қаралды 150 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 780 М.
Әділет Жауғашар & SUNDET MUSLIM - Бір оқиға [M/V]
3:05
Әділет Жауғашар
Рет қаралды 106 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 992 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 8 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,6 МЛН