Akademik Musiqili Teatr Hacıbaba Bağırov 90

  Рет қаралды 1,665

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Official (MUSİQİLİ TEATR)

2 жыл бұрын

12 iyun gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü idi.
Bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirdi.
Teatrın kollektivi öncə mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar.
Ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident Mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət​ nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Dünən saat 19:00-da isə Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva) tamaşası oynanılıb.
Xatırladaq ki, bu tamaşa illər öncə H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanmışdı. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə bir hədiyyə kimi təqdim edilir.​
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşa səhnəyə qoyulduğu gündən​ böyük maraqla qarşılanır və dünən artıq 81-ci dəfə nümayiş olunurdu.
Tamaşadan əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığından danışıb.​
Qeyd edək ki, tamaşadan öncə foyedə aktyorun “O olmasın, bu olsun” musiqili komediyasında yaratdığı Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında isə Sonqulu (2004)​ obrazlarının​ səhnə geyimləri də sərgilənib.
(Video: Murad Həsənov)

Пікірлер: 7
@doctor.kameliya101
@doctor.kameliya101 2 жыл бұрын
Allah rahmat etsin...Çox sevirəm Hacıbaba Baqirovu-tamasalarina baxanda sanki yaşayır...
@railekareemi3202
@railekareemi3202 Жыл бұрын
Hacibaba cox iste'dadli ve sevimli senetkar olub. Allah rehmet etsin. Bele bir aktyoru yad edib verilishi teshkil edenlere ve butun ishtirakchilara da can sagligi arzu edirik.
@elnurenagdeliyevareks7887
@elnurenagdeliyevareks7887 2 жыл бұрын
Böyük sənətkara Allah rəhmət eləsin.Nə yaxşı ki,zamanında sizi canlı gördük.
@anureli
@anureli Жыл бұрын
Dahi senetkar hemise Yad edirem 😢 ve oyrenirem onun yolunu Allah rehmet elesin
@yaqutsalmanova2401
@yaqutsalmanova2401 Жыл бұрын
ALLAH rəhmət eləsin
@doctor.kameliya101
@doctor.kameliya101 2 жыл бұрын
Afaq xanim❤️🌹
@behappydontworry4714
@behappydontworry4714 2 жыл бұрын
ALLAH rəhmət eləsin böyük sənətkarımz Hacıbaba Bağırov 😢
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 8 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶
00:21
TheSoul Music Family
Рет қаралды 12 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 6 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,6 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
0:21
SIDELNIKOVVV
Рет қаралды 1,4 МЛН
Мажор вызвал полицию и пожалел😂#Сериалы #Фильмы #Нарезки
0:54
MixFilm | Фильмы и Сериалы
Рет қаралды 1,4 МЛН