Nüsrət Həsən - fayda yox (peşmanlığın şeiri)

  Рет қаралды 444

Nüsrət Həsən

Жыл бұрын

FAYDA YOX
Məni səndən ayrı saldı səhvlərim.
İndi yüz il peşman olsam fayda yox.
Birdəfəlik bağlandı eşq dəftərim,
Həsrətindən viran olsam fayda yox.
Uzaqlardan uzaq oldu məsafə.
Öz sevgimi qurban etdim bir səhvə.
Sevən ürək qırıldısa bir dəfə
Ən müqəddəs insan olsam fayda yox.
Səni geri gətirərmi gümanlar?
İçimdəki bu acını kim anlar?
Gözümdə yaş, dilimdə and-amanlar,
Bir əlimdə Quran olsam fayda yox.
Həyat bir də güldürərmi üzümü?
Fələk sənə yetirərmi sözümü?
Gecə-gündüz danlayaraq özümü
Öz-özümlə düşmən olsam fayda yox.
müəllif: Nüsrət Həsən
06.06.2023

Пікірлер: 4
@sadiqeliyev615
@sadiqeliyev615 Жыл бұрын
Var ol şair gözəl şerlərə görə təşəkkür edirəm
@nrgizumudova9085
@nrgizumudova9085 Жыл бұрын
Lirikanı sevirəm, gözəl paylaşmdı. Uğurlar
@uzaqlarnqadn-1719
@uzaqlarnqadn-1719 Жыл бұрын
_Salam eziz insan xoş geldiz.Gözel paylaşım.Uğur ve şans sizin olsun_
@meleklerim2338
@meleklerim2338 Жыл бұрын
Elbetde fayda yox.İndi nə qədər peşmanam desin ki...
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 111 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,9 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 116 МЛН