Nüsrət Həsən - çox sənsizəm

  Рет қаралды 2,054

Nüsrət Həsən

Жыл бұрын

Sənsizliyi zərrə-zərrə, damla-damla yaşayıram.
Acısını ayrı-ayrı hüceyrəmdə daşıyıram.
Könül yaram quruduqca təkrar-təkrar qaşıyıram.
Bu dünyada ruh kimiyəm, bədənsizəm.
Çox sənsizəm.
Sənsizliyi küçə-küçə oba-oba dadmışam mən.
Küçələrin palçığına addım-addım batmışam mən.
Sən olmayan hər ünvanda, hər məkanda yadmışam mən.
Öz evimdə qürbətdəyəm, vətənsizəm.
Çox sənsizəm.
Sənsizliyi udum-udum, nəfəs-nəfəs yaşayıram.
İçim sevginin zindanı, çölüm qəfəs yaşayıram.
Yavaş-yavaş dərk edirəm sənsiz əbəs yaşayıram.
Nə olsun ki məzarsızam, kəfənsizəm?!
Çox sənsizəm.
Sənsizliyi saat-saat, fəsil-fəsil həzm etmişəm.
Hisslərimi bircə-bircə sətir-sətir nəzm etmişəm.
Yoxluğuna dözmək üçün var gücümlə əzm etmişəm.
Anla bunu, gözəl gözlüm, çox sənsizəm.
Çox sənsizəm.
müəllif: Nüsrət Həsən
08.07.2023
#şeir #ayriliq #ayrılıq #sənsiz #nüsrəthəsən

Пікірлер: 5
@nergizbabayeva6612
@nergizbabayeva6612 6 ай бұрын
Allah sizi qirusun . Donmuw qelbimi hec olmasa aglada bilduz ❤
@GalaGala-d9j
@GalaGala-d9j Жыл бұрын
Bu dünyada ruh kimiyəm, anla məni çox sənsizəm, çox sənsizəm. Təşəkkürlər məni məndən alan şeir üçün.
@nergizbabayeva6612
@nergizbabayeva6612 6 ай бұрын
Allah sizi qorusun ❤
@kamraneyyubov8094
@kamraneyyubov8094 10 ай бұрын
Sağol Nüsrət əla
@sadiqeliyev615
@sadiqeliyev615 Жыл бұрын
Çox gözəl şerlərdən biri ❤
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 654 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН