Nüsrət Kəsəmənli "Dəli bir ağlamaq keçir könlümdən..." Emin Turan İmamoğlu

  Рет қаралды 285,678

𝑬𝒎𝒊𝒏 𝑻𝒖𝒓𝒂𝒏 𝒊𝒎𝒂𝒎𝒐𝒈𝒍𝒖

𝑬𝒎𝒊𝒏 𝑻𝒖𝒓𝒂𝒏 𝒊𝒎𝒂𝒎𝒐𝒈𝒍𝒖

Күн бұрын

#eminturanimamoglu #nüsrətkəsəmənli #ədəbiyyat #poeziya #şeir #poeziyateatrı
Söz: Nüsrət Kəsəmənli
Səs: Emin Turan İmamoğlu
Piano: ‪@fuadibrahimli‬
Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı,
öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı...
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.
Könlünə dəydiyim,
incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum, laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi
ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içinə saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.
Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.
Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb,
Qapılar çoxalıb dördqat olubdur.
Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum,
Tavanlar çiynimə barı uçulsun...
Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdən.

Пікірлер: 272
@zulfiqarquliyev7932
@zulfiqarquliyev7932 2 жыл бұрын
Aman Allah, şərhləri oxuyuram, nə qədər ürəyindən " dəli ağlamaq keçən" insanlarımız var.Nə olar, insanların ürəyindən " dəli bir gülmək" keçə?!.Bütün dünyanı, bəşəriyyəti gülən, həm də gözlər yaşarana qədər gülən görmək nə gözəl olardı.
@denizDenizli-ms6iy
@denizDenizli-ms6iy 3 ай бұрын
Nə qədəq gözəl və sadə insan arzu- su,""Dəli bir gülmək keçə könüllərdən" Allah ürəyinizə görə versin.
@zulfiqarquliyev7932
@zulfiqarquliyev7932 2 жыл бұрын
"Dəli bir bağırmaq, hayqırmaq keçir könlümdən".ŞƏHİDLƏRİM canım SİZLƏRə fəda olsun
@useruseruseruser8144
@useruseruseruser8144 2 жыл бұрын
Allah cümlə şəhid qardaşlarımıza Cavid qardaşımıza rəhmət eləsin Amin
@Aqsin_Emrahov
@Aqsin_Emrahov 11 ай бұрын
Bu dunyanin qemi sevincinden daha qiymetlidir. O sebebden Allah sevdiyi insanalara bu dunyada sevincden daha cox qem verir. Misalcun bir qadinin dunyaya usaq getirdiyi zaman yasadigi sevinc hissi ve bir sehid anasinin ovladini itirdiyi zaman cekdiyi acilar. Sevinc hissi gozeldir amma qem cekmek qiymetlidir
@sastelekom3921
@sastelekom3921 Жыл бұрын
Allah razı olsun sizdən Allah rəhmət eləsin Husrət Kəsəmənliyə bizim zəmanəmizin sevgi şairi
@sevinceliyeva8918
@sevinceliyeva8918 Жыл бұрын
Bəli...Dəli bir ağlamaq keçir könlümdən....Ağlamayım nə edim.Ömür günüm gedib.Yox yox ağlamıram.Allaha şükür edirəm ki sonluğu əsil müsəlman kimi oldu.Əlhəmdulilləh.Allah bizi cənnətdə görüşdürsün in şə Allah.
@azerbaycanoglu9799
@azerbaycanoglu9799 4 жыл бұрын
Allah Nuster Kesemenliye Rehmet Elesin. Bu Seri beyenmeyen ermeni olmalidi.
@sastelekom3921
@sastelekom3921 Жыл бұрын
Sevgı dolu şaır Allah sənə rəhmət eləsın Nusrət Kəsəmənlı . Bızım gənclıyımızın faydalandigi şaır məkanin cənnət olsun Dəlı blr aglamag kecır könlumdən Sankı mənımcun yazib sevdıyını ıtırən ana can yoldaşini ıtırən qadin
@lalememmedova2905
@lalememmedova2905 3 жыл бұрын
Hər dəm mən də pis olanda aģlaylb ūreyimi boşaldlram Allah heç kimə aģlamag gismet etməsin ancaq sevinc ğöz yaşlarl olsun amin
@dunyadunya
@dunyadunya Жыл бұрын
Так не думайте пожалуйста
@ArzuKhaligova
@ArzuKhaligova 7 ай бұрын
Amiiiiiin🤲😇
@useruseruseruser8144
@useruseruseruser8144 2 жыл бұрын
Yalnız namazımda dua ederem Allaha and olsun çox kövrəltdi bu şeir məni nə qədər ağlasamda hek kimə demirəmki
@anitaaynus7482
@anitaaynus7482 3 жыл бұрын
Nedense bu aralar deli bir aglamaq kecir konlumden...honkur honkur 😥😢🥺
@milaqaflanova2128
@milaqaflanova2128 4 жыл бұрын
Gəncliyini yaşamayan şəhidlər, oğul toyu görməyən şəhid analar, sahibsiz qalan Qarabağ bir dəli ağlamaq keçir könlümdən...
@RR-uw1xd
@RR-uw1xd 4 жыл бұрын
Bu gün bilsən necə dolmuşam vətənim qan ağlayır, ürəyim yanır. Anaların fəryadı qulaqlarımda mənimdə könlümdən ağlamaq keçir. 😔😔🇦🇿
@vusaleliyeva2727
@vusaleliyeva2727 4 жыл бұрын
Renessme 0315 gözel cox gözel dediz özünüz qeleme almisiz?maşallah xoşuma geldi
@RR-uw1xd
@RR-uw1xd 4 жыл бұрын
@@vusaleliyeva2727 nədəndir bilmirəm, kövrək olanda sözlərim bir birin əvəz edir.
@vusaleliyeva2727
@vusaleliyeva2727 4 жыл бұрын
Cox aqirdi vetenmizin darda olmasi şehdller vermeymiz Anllarin qişrib feryad etmesi bacillarin tabut qarşisinda yanmaqi odlanib yana yana feryad etmesi onllarin yerne özümü qoydum coooooxxx cetin derdi cox
@vusaleliyeva2727
@vusaleliyeva2727 4 жыл бұрын
Renessme 0315 bilirsiz mende de ele olur men özümde şer yazan olmuşam indi yazmiram iller önce yazirdim ona göre hardasa yazdiqivizi beyendim birazda düzeliş ede bilerdiz amma gözeldi
@GulsefaAgazade
@GulsefaAgazade 4 жыл бұрын
Salam online biznes barədə məlumatiniz var? isteseniz 0708591897 biznes barede melumat vere bilerem🌹
@oktayqurbanov4338
@oktayqurbanov4338 4 жыл бұрын
Deli bir aglamaq kecir konlundem wehidlerimiz bizi yandirdi yaxdi edilen feryadlar bizi yandirdi Allahim rehm ele bize yalvariram
@AzeGrayWolf17
@AzeGrayWolf17 Жыл бұрын
Allah rehmet elesin bùtùn òlenlere.menimde atam òlùb.
@azrhmdov7155
@azrhmdov7155 Жыл бұрын
Emin,oğul,cox sağ ol bu seyri səsləndirdidiyin ücün,hər bir insanın elə 1 anı olur ki nəinki dəli bir ağlamaq hayqırmaq istəyir
@eminturanimamoglu
@eminturanimamoglu Жыл бұрын
Sizlər sağ olun!
@naileelesgerova963
@naileelesgerova963 4 жыл бұрын
Menim də... Allah Azərbaycanın və hər 1imizin xoşbəxt günlərini reallaşdırsın. Amin !
@rovsenmursalov6316
@rovsenmursalov6316 3 жыл бұрын
Yaşaya bilmirəm bir yetim ömrü..., Qayıt uşaqlıgım qayıt sen geri...!!!
@TofiqSirvanli
@TofiqSirvanli 4 жыл бұрын
Əsil Şairlər ölməz....Onlar daimə qəlblərdə yaşayır.... Nüsrət kəsəmənli kimi.........
@vilayatismayilova6066
@vilayatismayilova6066 7 ай бұрын
Möhtəşəm səslənmə ifası edildi. Əhsən, Əhsən. Səsinizə sağlıq Var olasız. Məhəbbət şairimizin ruhu şad olsun 🤲🤲 💐🌹💐🌹💐🌹👍👍
@yuskabagio4267
@yuskabagio4267 Жыл бұрын
Deli ağlamaq keçir amma gelir boğazımda duyunlenir deli bir boğulmaq hissi öldürür meni
@meleksemedova3568
@meleksemedova3568 4 ай бұрын
Ağladım və qəlbimdən keçən şeirAllah sənə rəhmət etsin gəncliyimin şairi
@sudabhacyeva7700
@sudabhacyeva7700 3 жыл бұрын
Mən bu şeiri çox sevirəm.Elə bu günkü günümüzlə də necə şəsləşir.Alı Mustafayevin də bu adda şeiri var.O da çox möhtəşəm şeirdir.Allah hər ikisinə rəhmət etsin.
@teraneelekberova5136
@teraneelekberova5136 3 жыл бұрын
Sevdiyim şair. Allah rəhmət eləsin.😔😔😔
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Demek olarki her axsamlar qulaq asiram teklikde
@nuraytelekom9192
@nuraytelekom9192 4 жыл бұрын
Emin bey çox sağolun sesləndirdiyiniz üçün mənimde könlümden deli ağlamaq kecir cünki cavan qardaşımı ve anamı itirmişəm kaş sağ olardilar onlara ehtiyacim var karantin qurtarsaydi qebirüste gedib çoxlu ağlayardim bu şeire qulaq asdiqca keçmişimə qayitdim 😥😥😥😥😥😥
@nazliceferli2729
@nazliceferli2729 4 жыл бұрын
ALLA REHMET ELƏSİN ALLA SEBİR VERSİN .ALLAH HEÇKİMƏ GÖSTERMESİN
@nuraytelekom9192
@nuraytelekom9192 4 жыл бұрын
@@nazliceferli2729 ölənlərinize rehmet
@wiserufa7760
@wiserufa7760 4 жыл бұрын
Nur icində yatsınlar məndə gedə bilmirəm amma gedəndədə boşluq hissi daha da artır
@nuraytelekom9192
@nuraytelekom9192 4 жыл бұрын
@@wiserufa7760 😥
@talehqeribov7352
@talehqeribov7352 3 жыл бұрын
Allah rəhmət eləsin 😭
@mehribannagiyeva
@mehribannagiyeva Ай бұрын
Gözəl şair gözəl seir gözəl səsləndirmə🤙❤️
@mamedov5798
@mamedov5798 4 жыл бұрын
Вечная память тебе Великий Неповторимый ☝️
@useruseruseruser8144
@useruseruseruser8144 2 жыл бұрын
Həyat acılarıyla gözəldir imtahan dünyasındayıq
@aygunmeybullayev6461
@aygunmeybullayev6461 4 жыл бұрын
Nüsret Kesemenlinin en sevdiyim seirlerinden biri..Ancaq bu qeder gözel seslendirile bilerdi.Çox Tesekküler ❤️
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Gənc analar üçün iş! Məsuliyyətli, məqsədyönlü, 20 yaşdan yuxarı insanları işə dəvət edirik. Iş gün ərzində fasilələrlə 5-6 saat (sizə uyğun vaxtlarda). Karyera yüksəlişi. Daimi əsasda işləmək mümkündür. - qeydiyyat rəsmi - iş prosesində məsafəli və pulsuz təlimlər - karyera yüksəlişi - sərbəst qrafik. Iş haqqında məlumat direktə və ya whatsAppa göndəriləcək.
@schooltime9633
@schooltime9633 4 жыл бұрын
Allah rehmet elesin her iki dahi sairimize
@user-sc8sv1xk2z
@user-sc8sv1xk2z 3 жыл бұрын
Yerin behişt olsun Nüsrət müəllim
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
AMIN ALLAH AMIN
@narandayva4220
@narandayva4220 3 жыл бұрын
Qurbətdə insan daha da iti hiss edir 😔😔😔🇦🇿🇦🇿🇦🇿
@faiqsixbabayev6716
@faiqsixbabayev6716 Ай бұрын
Allah rəhmət eləsin böyük şairimizə Amin
@urekogrusu3869
@urekogrusu3869 Жыл бұрын
menimde könlümden aglamaq kecir cünki balam günahsız yerf tutulub
@Cicekeliyeva-1988
@Cicekeliyeva-1988 Жыл бұрын
Salam, Emin bəy.Gözəl ifa üçün çox sağ olun
@dndjdhhdhehe4565
@dndjdhhdhehe4565 4 жыл бұрын
Allah sənə rəhmət eləsin Nüsrət müəllim.
@bshshdhshdjdjd3674
@bshshdhshdjdjd3674 8 ай бұрын
İıahi necede gözel yazıb bu şeyri. Allah rehmet etsin amin. 😢😢😢😢😢
@ДамироваФизза
@ДамироваФизза 4 жыл бұрын
Allah rehmet elesin, deyerli sairimize.
@СолмазГусейнова-ж9о
@СолмазГусейнова-ж9о Жыл бұрын
Allah rəhmət eləsin Nüsrət Kəsəmənliə.
@МахираМусаева
@МахираМусаева 8 ай бұрын
Мне этот стих очень понравился, спасибо и поэту и испольнителю
@azerbaycanoglu9799
@azerbaycanoglu9799 4 жыл бұрын
Men Nustet Kesemenlini ikinci Mikayil Musfiq sayiram. Qebri Nurla dolsun her iki Dahi Sairimizin.
@seymurizmaylov3895
@seymurizmaylov3895 4 жыл бұрын
Nüsrət çoxxxx daha professional idi. Sevdiyim yeganə şair
@Meleyke-p9s
@Meleyke-p9s 2 жыл бұрын
@@seymurizmaylov3895 her ikisi sevgi wairi idi
@melahetbeydullayeva334
@melahetbeydullayeva334 3 ай бұрын
Gece saat 3 e ishlemish.Deli bir aglamaq kecir konlumden.qayit sen omrume tezelik getir😢😢
@turanetutu1476
@turanetutu1476 4 жыл бұрын
Allah size rehmet etsin şair gozel serdi seslendirende.
@NesibeƏliyev
@NesibeƏliyev Жыл бұрын
Allah rəhmət eləsin qəbri nurla dolsun Amin çux təsirli sejırdı man hamışa tez tez oxunurdu ama başa düşmürdü sura başa düşdüm sasiva quvat versin Allah Amin
@fexreddinqurbanov6214
@fexreddinqurbanov6214 4 жыл бұрын
Oglu Rəsad sag olsun. Gözəl şair idi. Bir sevda aglayır içimdə mənim seirini çox sevirəm.
@hemzelir6871
@hemzelir6871 4 жыл бұрын
Allah rehmet elesin .Nə gözəl sözlər. Əhsən olsun.bir dəfə gəldilər və getdileler
@hqiqtltifova8680
@hqiqtltifova8680 3 жыл бұрын
Nüsrət kəsəsmənlinin xatirəsini əbədiləşdirəcək şeirlərdən biri...
@mursalhagverdiyev938
@mursalhagverdiyev938 2 ай бұрын
Allah rəhmət eləsin,Böyük şairə.
@ilana14
@ilana14 5 ай бұрын
Allah neneye Rehmet elesin .Qelbim qirilib artiq💔
@vilayatismayilova6066
@vilayatismayilova6066 3 жыл бұрын
Çox sevdiyim şeir. Gözəl səsləndirirsiz Hərdən könlümdən ;dəli bir ağlamaq keçir könlümdən. Təşəkkür edirəm ❗
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Menimde cox sevdiyim seerdi. Her gun qulaq asiram
@gunelhaciyeva4642
@gunelhaciyeva4642 4 жыл бұрын
Her defe dinleyende chox kovrelirem❤😰
@mariyamariya2529
@mariyamariya2529 4 жыл бұрын
İlahi ne gözel menalı bir şeyirdi adamı lap uzaqlara aparır
@faiqagayev8659
@faiqagayev8659 4 жыл бұрын
Bütün şeirlərmiz gözəl Allah rəhmət eləsin Nüsrət Kəsəmənliyə
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Gənc analar üçün iş! Məsuliyyətli, məqsədyönlü, 20 yaşdan yuxarı insanları işə dəvət edirik. Iş gün ərzində fasilələrlə 5-6 saat (sizə uyğun vaxtlarda). Karyera yüksəlişi. Daimi əsasda işləmək mümkündür. - qeydiyyat rəsmi - iş prosesində məsafəli və pulsuz təlimlər - karyera yüksəlişi - sərbəst qrafik. Iş haqqında məlumat direktə və ya whatsAppa göndəriləcək.
@imamverdisrfov6335
@imamverdisrfov6335 Жыл бұрын
Allah RƏHMƏT ELƏSİN GOZEL İNSAN
@SamsungJ-ox1sk
@SamsungJ-ox1sk 4 жыл бұрын
En gozel arzularim kecir ureyimnen catmadiqca aglmaq kecir ureyimnen
@nigareliyevaa6383
@nigareliyevaa6383 4 жыл бұрын
Deli bir aglamaq kecir könlümden o benem😢😢
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Gənc analar üçün iş! Məsuliyyətli, məqsədyönlü, 20 yaşdan yuxarı insanları işə dəvət edirik. Iş gün ərzində fasilələrlə 5-6 saat (sizə uyğun vaxtlarda). Karyera yüksəlişi. Daimi əsasda işləmək mümkündür. - qeydiyyat rəsmi - iş prosesində məsafəli və pulsuz təlimlər - karyera yüksəlişi - sərbəst qrafik. Iş haqqında məlumat direktə və ya whatsAppa göndəriləcək.
@elzahmdli5142
@elzahmdli5142 4 жыл бұрын
Şer də,ifa da,musiqi də mükəmməl.Əməyinizə,ürəyinizə,dilinizə saglıq
@telliallahverdiyeva6770
@telliallahverdiyeva6770 Жыл бұрын
Çox gözəl şeir insanın ruhuna işləyir
@xatunhacyeva9475
@xatunhacyeva9475 4 жыл бұрын
her zaman deli bir aglamaq kecib kolnumden😢😢😢
@XeyalAliyevXEYAL6318
@XeyalAliyevXEYAL6318 4 жыл бұрын
?
@bestmobile9434
@bestmobile9434 4 жыл бұрын
Ədəbiyyatı yaxşı bilmək lazımdır.Təbii ki bu Nüsrət Kəsəmənlinin şeiridir.Cox sevdiyim sair
@antigagurbanova3726
@antigagurbanova3726 4 жыл бұрын
Allah rəhmət élesin o ğözéĺ şaire.
@mmdvaaygun
@mmdvaaygun 4 жыл бұрын
Çoxmu sevdik nədi indi gözlərim dolub. Bir gün səni görmək keçir könlümdən yanından sadəcə keçib getmək qoxunu hiss etmək keçir könlümdən🥀
@elnurqubadov6185
@elnurqubadov6185 4 жыл бұрын
INSALLAH gecde olsa arzularina çatarsan
@maisekazimova2539
@maisekazimova2539 4 жыл бұрын
Yüyürüb , yüyürüb dərə boyunca, Düşüm çəmən üstə qoy, üzüqoylu, Öpüm bu torpağı, öpüm doyunca ; Üzümə üz qoysun hər soyuq daşı, Qoy şehə qarışsın gözümün yaşı... Qurumuş bulaqlar içir könlümdən, DƏLİ BİR AĞLAMAQ KEÇİR KÖNLÜMDƏN .
@bshshdhshdjdjd3674
@bshshdhshdjdjd3674 4 жыл бұрын
Allah rehmet etsin. Mekanınız cenet olsun sevgi şayiri. Amin.
@h.m.f9109
@h.m.f9109 4 жыл бұрын
menim qelbimin wairidir nusret kesemenli.yadimdadir kentden eve geldim icer girdimki radyoda nusret kesemenli vefat etdi dediler.dizlerimi yere atib aglamqdan bir hal oldum.
@gulxarabbasova4596
@gulxarabbasova4596 Жыл бұрын
Allah sənə rəhmət eləsin dahi məhəbbət şairimiz
@gunay816
@gunay816 4 жыл бұрын
Allah rəhmət eləsin sənə unudulmaz,təkrarolunmaz,istedadli, gözəl insan! Qiraətiniz dinlədikcə keçirilən hisslərə tam uyğundur. Çox sağ olun!
@aliyaahmedova905
@aliyaahmedova905 4 жыл бұрын
Bu sheiri chox gozel seslendirmisiz. İnsanin ruhu dinceldir sesiniz. Tekrar tekrar dinleyirem❤
@АйгюнАхмедханова
@АйгюнАхмедханова 4 жыл бұрын
Çox sağolun! Kövrlətdiz məni
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Kovrelmeyin Heyat ozu bir kovrekdi
@useruseruseruser8144
@useruseruseruser8144 2 жыл бұрын
Mənim dostum tək Allah olub bilmirəm necə kömək edim sizə
@elnurqubadov6185
@elnurqubadov6185 Жыл бұрын
Gucunuz çatirsa onun imkansiz bendelerine komek edin ALLAHA xoş gedecek
@dunyadunya
@dunyadunya Жыл бұрын
Saq olun
@МарифКараев
@МарифКараев 3 жыл бұрын
1 чи дэфэ Шушада М. П. Вагифин мэгбэрэсинин ачылышында кордум.hэмин кун ахшам Шушада Гарабах меhманханасында яхындан кордум. АЛЛАХ рэхмэт елэсин. Татарстан.
@dunyadunya
@dunyadunya Жыл бұрын
Саг олун
@rübanəaxundova5073
@rübanəaxundova5073 Жыл бұрын
Dəli bir aglamaq kecir konlumden
@qrtyuiop1147
@qrtyuiop1147 4 ай бұрын
Müqəddəs Şəhidlər xiyabanında Dəli bir ağlamaq keçir könlümdən! Alı Mustafayev.
@sadehuseynova6549
@sadehuseynova6549 4 жыл бұрын
Allah rehmet elesin 😭
@elnurhasimov9812
@elnurhasimov9812 Жыл бұрын
Həqiqətən dəli bir ağlamaq keçir içimdən😢😢😢
@aidpasayeva8185
@aidpasayeva8185 3 жыл бұрын
Ruhumuz rahatlayan şeir, Allah o dünyanı versin
@vicdanlbiri4522
@vicdanlbiri4522 4 жыл бұрын
O qədər ağlamaq ki dünya dayansın .Səsin avazın hır yana yayılsın . Bəxdbəxlik üzə vurmasa da gözlərdə hias olunir. Fuad İbrahimli əla ifa edib
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Gənc analar üçün iş! Məsuliyyətli, məqsədyönlü, 20 yaşdan yuxarı insanları işə dəvət edirik. Iş gün ərzində fasilələrlə 5-6 saat (sizə uyğun vaxtlarda). Karyera yüksəlişi. Daimi əsasda işləmək mümkündür. - qeydiyyat rəsmi - iş prosesində məsafəli və pulsuz təlimlər - karyera yüksəlişi - sərbəst qrafik. Iş haqqında məlumat direktə və ya whatsAppa göndəriləcək.
@meleynesibova841
@meleynesibova841 4 жыл бұрын
Deli bir ağlamaq keçir könlümdən....
@soluseferoffa8440
@soluseferoffa8440 4 жыл бұрын
Allah sənə rəhmət eləsin xalqımın ölməz şair oğlu.İndi məncə çoxlarının mənim kimi Dəli bir ağlamaq keçir qəlbindən.Ğecənin bu vaxtında bu nə şeir idi ya Rəbbim çıxdı qarşıma.Xəyallarım qarışdı.Duyğularım məni haralara apardı. ..Şeir öz aktuallığını saxlayb.Çünki indi çoxlarının qəlbindən Dəli bir ağlamaq keçir.
@elnazmecidova9423
@elnazmecidova9423 4 жыл бұрын
Çox gözeldi ses ve musiqi.Sesive qüvvet.
@gulcinqehramanova6272
@gulcinqehramanova6272 4 жыл бұрын
Atamın qəbri üstə getmək çox keçir könlümdən amma karantinə görə gedə bilmirəm çox darıxıram canım Atam😢😢😢
@anarhaciyev5400
@anarhaciyev5400 4 жыл бұрын
😢😢😢😢😢
@nuraytelekom9192
@nuraytelekom9192 4 жыл бұрын
Cann mənde anamın qardaşımın qebirüste getmək isteyirem allah Ölənlərinə ve ölənlərimize rehmət eləsin
@gulcinqehramanova6272
@gulcinqehramanova6272 4 жыл бұрын
@@nuraytelekom9192 Allah rəhmət etsin🙏
@gunay816
@gunay816 3 ай бұрын
Həqiqətən ağlatdınız, Emin bəy😢💔! İfanız möhtəşəmdir👏👍💖!Çox təsirli ifa edirsiniz! Çox sevirəm həm sizin ifanızı, gəm də Xəzər Süleymanlının. Sizə çatan yoxdur! Əhsən!!!
@eminturanimamoglu
@eminturanimamoglu 3 ай бұрын
Var olun! Minnətdaram sizə!
@gunay816
@gunay816 3 ай бұрын
@@eminturanimamoglu var olun! Uğurlarınız bol olsun!💖🇦🇿
@eminturanimamoglu
@eminturanimamoglu 3 ай бұрын
@@gunay816 tik- tok və feysbukda da izləyə bilərsiniz səhifələrimi.
@telli1473
@telli1473 4 жыл бұрын
Çox gözəl . Allah rəhmət eləsin .
@sabireshahveledova8405
@sabireshahveledova8405 4 жыл бұрын
Möhtəşəm !!!!!İfan çox gözəldir !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Gənc analar üçün iş! Məsuliyyətli, məqsədyönlü, 20 yaşdan yuxarı insanları işə dəvət edirik. Iş gün ərzində fasilələrlə 5-6 saat (sizə uyğun vaxtlarda). Karyera yüksəlişi. Daimi əsasda işləmək mümkündür. - qeydiyyat rəsmi - iş prosesində məsafəli və pulsuz təlimlər - karyera yüksəlişi - sərbəst qrafik. Iş haqqında məlumat direktə və ya whatsAppa göndəriləcək.
@mhbbtsfrova1737
@mhbbtsfrova1737 4 жыл бұрын
Dəli bir ağlamag keçir könlümdən...
@gulbenizhesenov5268
@gulbenizhesenov5268 Жыл бұрын
OF AY DUNYA. SEN NECEDE ACMASISAN😢😢😢
@mhmmdsfrov1562
@mhmmdsfrov1562 4 жыл бұрын
Super!!
@firuzheybtova8130
@firuzheybtova8130 Жыл бұрын
Allah sene rehmet elesin sair
@vusaleimanova9492
@vusaleimanova9492 3 жыл бұрын
Men bu gün ağlamışam ürəkdən
@elnurqubadov6185
@elnurqubadov6185 3 жыл бұрын
Niye
@davudisayev6157
@davudisayev6157 4 жыл бұрын
Super! Sənətkar, sağ ol!
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Gənc analar üçün iş! Məsuliyyətli, məqsədyönlü, 20 yaşdan yuxarı insanları işə dəvət edirik. Iş gün ərzində fasilələrlə 5-6 saat (sizə uyğun vaxtlarda). Karyera yüksəlişi. Daimi əsasda işləmək mümkündür. - qeydiyyat rəsmi - iş prosesində məsafəli və pulsuz təlimlər - karyera yüksəlişi - sərbəst qrafik. Iş haqqında məlumat direktə və ya whatsAppa göndəriləcək.
@gulxarabbasova4596
@gulxarabbasova4596 Жыл бұрын
Elə mənimdə dəli bir ağlamaq keçir könlümdən
@elimirzeyev5705
@elimirzeyev5705 4 жыл бұрын
Super gozel sozlerdi menali
@XeyalAliyevXEYAL6318
@XeyalAliyevXEYAL6318 4 жыл бұрын
Taleh yazımı bilsəydim bu dünyaya gəlməzdim heç 😔😔
@elsadvelzade8442
@elsadvelzade8442 4 жыл бұрын
Yoxlugun hergun agladir meni..
@aylingunew4878
@aylingunew4878 4 жыл бұрын
Elə koverlmiwem bilmirəm nədən dəli bir aglmaq keçir könlümdən .....🥀🥀🥀💔🥀😥
@gulnarcavadova632
@gulnarcavadova632 4 жыл бұрын
Əlavə iş imkanı kimi bizim yeni biznes lahiyəmizə qatılmaq istəyirsinizmi ? Regim sərbəstdir, təlimlər pulsuz online keçirilir. İnternetə çıxışınızın olması kifayət edir ki, əlavə olaraq gəlir qazanasız. Namizədlər 22 yaşdan yuxarı xanımlar daxildir.
@gunelzeynalova5577
@gunelzeynalova5577 3 жыл бұрын
Mən də 😪😪😪😪😪😪😪
@mmmdmmmdov8642
@mmmdmmmdov8642 4 жыл бұрын
Allah rəhmət eləsin eloğlu.
@reyhanreyhane7764
@reyhanreyhane7764 4 жыл бұрын
Rehmetliyin heykeli,sesi,yazdigi qelemi,ureyindekileri desem nece?Senin yerini veren 2 ci birsi olmayib olada bilmez. Mekanin nurla dolsun. Cox-cox wevirdim sizi. Hemiwe werlerinizi oxuyardim. 😔😔
@ceyranaxundova6332
@ceyranaxundova6332 4 жыл бұрын
Mən lap çoxdan bağışlamışam.Sağ olduğunu bilməyim ən böyük sevincim, təsəllimdi.💔😥
@gulmiracabbarova3320
@gulmiracabbarova3320 4 жыл бұрын
Allah sənə qəni-qəni rəhmət eyləsin gözəl insan istedadlı şair xalqını sevən vətən övladı Nüsrət Kəsəmənli.
@zeynebsadigova494
@zeynebsadigova494 4 жыл бұрын
Aminn
@rvanabasov621
@rvanabasov621 4 жыл бұрын
Beli esas o xowbext olsun men bedbext olsamda eybi yox
@samsunggt7845
@samsunggt7845 4 жыл бұрын
brushwork to make money on.
@faridamemmedli6116
@faridamemmedli6116 4 жыл бұрын
Men onlayn biznes emekdasi feride xanim. Xanimlar tehsilinden asili olmayaraq Size evden idare olunacaq is teklif edirem. Gelirimiz 450manatdan baslayir ve artan gelirdi. bunuda qeyd edim ki isimiz tam resmidir. İstesez wp.0775271498 yaza bilersiz.
@meleksemedova3568
@meleksemedova3568 4 ай бұрын
Ömür gün yoldaşın itirən ananədənini bilərəkdən kövrəlmişəm şair
@novagarabag1186
@novagarabag1186 4 жыл бұрын
Sllah rehmet etsin
@kraloyuncu9173
@kraloyuncu9173 4 жыл бұрын
Allah Rəhmət elesin Böyük şair
@sevdapenahova9547
@sevdapenahova9547 4 жыл бұрын
men bu werin Ali Mustafayeve aid oldugunu bilirem
@zehramehdizade3869
@zehramehdizade3869 Жыл бұрын
Çox düz dəli bir ağlamaq keçir könlümdən.😢😢😢
NÜSRƏT KƏSƏMƏNLİDƏN 7 SEVGİ ŞEİRİ XƏZƏR SÜLEYMANLININ İFASINDA
16:09
Cabir Novruz  "Sən elə bir vaxtda rast gəldin mənə..."  Emin Turan İmamoğlu
6:20
𝑬𝒎𝒊𝒏 𝑻𝒖𝒓𝒂𝒏 𝒊𝒎𝒂𝒎𝒐𝒈𝒍𝒖
Рет қаралды 61 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Ötən günlər - Nüsrət Kəsəmənli - 25.06.2022
1:35:34
İCTİMAİ TV
Рет қаралды 18 М.
Nüsrət Kəsəmənli & Oğru olmaq istəyirəm (səs: Furqani)
3:01
Kanal Poeziya
Рет қаралды 266 М.
BİTMEYEN ÖZLEMİM
3:32
Faruk Görgülü
Рет қаралды 601
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Kitab Kimi
Рет қаралды 94 М.
Mirələm Mirələmov - Təkcə mənim olaydın (Nanəli)
7:42
ATV Music
Рет қаралды 25 МЛН
Gedim biraz ağlayım...
5:14
Dekorativ Saatlar
Рет қаралды 1,4 МЛН
Nüsrət Kəsəmənli - Sen deme tezeden sevmek olarmıs
2:55
Seir Dunyasi
Рет қаралды 102 М.
Nüsrət Kəsəmənli Şeirləri 1-ci hissə
32:06
Salyan MKS
Рет қаралды 54 М.
Ramiz Rövşən - Qədrimi bilmədi bu adam mənim - Kamran M. YuniS
4:08
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН