Рет қаралды 44,395
Narkotik bağlantısından xilas olmuş Həyat Naminə Reabilitasiya Mərkəzinin rəhbəri Kənan Hacıyev danışır
Ölkədə narkomaniyanın geniş yayılması güc strukturları ilə yanaşı, cəmiyyəti də hərəkətə gətirib.
Sosial şəbəkələrdə narkomaniyaya qarşı mübarizədə müvafiq qurumlara yardım etmək üçün vətəndaşlara çağırışlar edilir.
Narkomaniyaya qarşı mübarizəyə vətəndaş cəmiyyəti institutları da qoşulub. Bu sırada Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin adını çəkmək olar. Təşkilat gənclərin narkotikə meyllənməsinin qarşısını almaq üçün maarifləndirici çarx hazırlayıb. Bu çarxda narkotik maddələrin fəsadları vaxtilə bu bəlaya yoluxmuş şəxslərin dilindən cəmiyyətə çatdırılır. Həmçinin videoçarxda narkotik asılılığından qurtulmağın mümkünsüzlüyü barədə iddiaların əslində əsassız olduğu konkret nümunələrlə ictimaiyyətin diqqətinə çatdırılır.