Naxçıvan Muxtar Respublikası - 100 (1924-2024)

  Рет қаралды 738

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

29 күн бұрын

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış videoxülasə - fonovideo sənədlər toplusu “Naxçıvan-100” Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmişdir.
Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar.
Sözügedən layihə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli, 4248 nömrəli Sərəncamına əsasən hazırlanmışdır. Təqdim edilən məlumatlar-media resurslar adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanmışdır.

Пікірлер
Ağasadıq Gəraybəyli yaradıcılığı arxiv sənədlərində
35:26
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Рет қаралды 2,5 М.
Heydər Əliyev: Zamanın fövqündə dayanan Ulu Öndər (2-ci hissə)
31:05
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Рет қаралды 644
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 6 МЛН
NAXÇIVANDA - Məni necə qarşıladılar ?
39:16
Peleng
Рет қаралды 77 М.
Xurşidbanu Natəvanın oğurlanan sümükləri - Ağdamdan reportaj
16:38
Belə belə İşlər
Рет қаралды 56 М.
Naxçıvan Muxtar Respublikası 100
17:18
Naxcivantv Media
Рет қаралды 736
Qarabağa gedən yol silsiləsindən... Füzuli rayonu (videoxülasə-toplu)
1:23:37
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Рет қаралды 706
Qondarma "Zəngəzur" məsələsini gündəmdə saxlayan səbəb nədir?
45:24
Sahar Azeri tv PLUS+
Рет қаралды 1,5 М.
Azərbaycanın səhnə ustadları - Əliağa Ağayev
51:56
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Рет қаралды 29 М.
Ərbəin mərasimindən xüsusi reportaj...  (2024)
17:55
24news ge
Рет қаралды 20 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 6 МЛН