Naxçıvanın Göygöl möcüzəsi - Gölün bir tərəfində yay, bir tərəfində qışdır - APA TV

  Рет қаралды 6,099

APA TV

APA TV

Жыл бұрын

#APATV #naxçıvan #ordubad #tebiet #göygöl #Seyrangah #mənzərə #Aza #Xurs #Nürgüt #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023
Naxçıvanın Göygöl möcüzəsi - Gölün ortasında bulaqlar qaynayır - APA TV
Göygöl deyəndə çox adamın ağlına ilk gələn Gəncədir, amma bu belə deyil. Çünki Ordubadın da eyniadlı gölü var. Öz unikallığı ilə seçilən, insanların marağına səbəb olan və hamının getmək istədiyi Ordubad rayonu ərazisində yerləşən Göygöl muxtar respublika təbiətinin zəngin incisidir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır.
Bura yollanarkən Ordubadın bir birindən gözəl Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinin mənzərələrini seyr etmək insanda ayrı bir abu-hava yaradır. Aza, Ərəzin, Çuğa yurdlarının ağuşunda yerləşən, Xan bulağı, 7 çeşmə, İsgəndərli, Çınqıllı, Ərəzin, Soğanlıq kimi çeşmələri, Tilləg meşəsi ilə məşhur olan və ətəyində qartalların qanad açdığı Göygöl, həm də yay aylarında obalara qucaq açır. Gölə gedən yolun üzərində olan Saqqarsu və Əyriçayın bol suları isə birləşərək, o məşhur Gilançayın yaranmasına səbəb olub. Suyun ecazkar gözəlliyini biosferə bəxş edən ana təbiət sanki yeraltı dünyanın şıltaqlıqlarını lal sükutlu, ancaq kiçik axarlı Göygölə ərməğan edib.
Zəngəzur silsiləsinin cənub yamacında yerləşən şirinsulu, axarlı gölün yay aylarında səthinin temperaturu 14-15 dərəcədir, qış aylarında tamamilə donur, sahəsi isə dəyişkəndir. Belə ki, göl qarlı illərdə böyüyür, quraqlıq illərində isə kiçilir. Suyu kimyəvi tərkibinə görə zəif minerallı, hidrokarbonatlı-natriumlu-kalsiumlu olan gölün ətrafı sıldırım qayalarla əhatəlidir. Burada bitki örtüyü zəif yayılsa da, nadir növlərə rast gəlmək də mümkündür. Kiçik Qafqaz dağları ilə əhatələnmiş Göygöl bənzərsiz mənzərəsinə, ekoturizm infrastrukturuna və ideal şəraitinə görə əvəzedilməz məkandır.
Müxbir: Ceyhun Məmmədov
Operator: Əli Xudiyev APA TV ORDUBAD
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 3
@bestproduction
@bestproduction Ай бұрын
Allahim nece gozeldi
@user-nn4km1qx9o
@user-nn4km1qx9o Жыл бұрын
Burda xidmet etmisem gozel yerdi salam olsun Ordubat ehline
@rovsen6180
@rovsen6180 7 ай бұрын
Insallah ordada olariq
Ordubadın Göygöl möcüzəsi
10:13
Naxcivantv
Рет қаралды 35 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 47 МЛН
Ordubadlılar necə insanlardır?
29:24
Peleng
Рет қаралды 35 М.
Muxtarın övladlarının başına nə gəldi?
6:24
Farid Abdullah
Рет қаралды 24 М.
Su Səsi restoranı #ordubad Ordubad #naxcivan
2:51
Ulviyye Aliyeva
Рет қаралды 5 М.
Göygöldə yaşamış babasının evini axtaran alman
3:07
Baku TV
Рет қаралды 175 М.
NAXÇIVANDA - Məni necə qarşıladılar ?
39:16
Peleng
Рет қаралды 69 М.
Hədəf - Ordubad rayonu - 07.03.2024
22:23
Naxcivantv Media
Рет қаралды 2 М.