Naxçıvanda Məzrə gölü qurudu, iki kənd susuz qaldı - Balıqlar bir gecədə qırıldılar - APA TV

  Рет қаралды 3,018

APA TV

APA TV

Жыл бұрын

#APATV #su #Məzrəgölü #Məzrə #göl #kənd #balıq #Naxçıvan #Babək #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
Məzrə gölü qurudu, iki kənd susuz qaldı - Balıqlar bir gecədə qırıldılar - APA TV
Naxçıvanın Babək rayonundakı Məzrə gölü quruduqdan sonra, iki kəndin camaatı susuz qalıb. Rayonun Qaraqala və Məzrə kənlərinin suvarma üçün istifadə etdiyi bu göl, bir neçə ay öncə quruyub.
Kənd sakinləri deyir ki, bir vaxtlar gölün suyu ilə bütün işlərini götürüblər. Göl quruyandan artezian və qrunt sularının ümidinə qalıblar. İndi isə təsərrüfatlar susuzluqdan məhv olur. Gölün quruması həm də buradakı xeyli balığın məhv olmasına, kəndlərdə yeni salınan meyvə bağlarının qurumasına səbəb olub.
Məzrə, Qaraqala, Kalbaoruc və Məmmədrza Dizə kəndlərinin sakinləri dəfələrlə Məzrə gölünün quruduğu ilə bağlı aidiyyəti orqanlara məlumat versələr də, hələ də bunun bir nəticəsi olmayıb. Məsələ ilə bağlı Məzrə kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. İcra nümayəndəsi məsələdən xəbərdar olduqlarını və gölün qurumasının kənd təsərrüfatına xeyli ziyan vurduğunu dilə gətirib.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-i ilə əlaqə saxladıq. Cəmiyyətin sədr müavini Elnur Behbudov bildirdi ki, Məzrə və ona yaxın göllərdə suyun olmamasının səbəbi Heydər Əliyev adına Vayxır Su Anbarında su ehtiyatının az olması ilə əlaqədardır: “Son 5 illə müqayisədə su ehtiyatı hələ də toplanmayıb. Hazırda olan su ilə yalnız içməli su təmin edilir. Yağıntıların az olması nəticəsində anbar tam olaraq dolmayıb. Əgər anbardakı su göllərə verilərsə, o zaman içməli su problemi yarana bilər. Odur ki, hazırkı vəziyyətdə yalnız yağıntılardan su ehtiyatı toplanılır, istənilən səviyyəyə çatdıqdan sonra göllərə həmişəki kimi su buraxılacaq.”
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Bədəl Həsənov bildirdi ki, ilk olaraq nazirlik suyun istifadəsi ilə bağlı ictimaiyyət arasında ekoloji maarifləndirmə tədbirləri aparır. Nazirlik daha çox il ərzində kadastr məlumatları hazırlayır və aidiyyəti quruma təqdim edir: “Yəni aparılan əsas proqnoz dağlıq zonalarda qarın, yağıntının həcmi və burada əldə olunacaq suyun miqdarı ilə bağlıdır. Nazirlik bu barədə məlumatı mütəmadi olaraq Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edir. Eyni zamanda, məsələ ilə bağlı cari ildə də məlumatlar hazırlanıb, Meliorasiya və Su Təsərrüfatına təqdim edilib. Problemin kökü isə bu il yağıntıların həddindən artıq az olmasıdır”- deyə, o qeyd edib.
İndi kənd sakinlərinin ümidi yağışa, qara qalıb.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: kzbin.info...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Пікірлер: 7
@user-kh8du2oz6j
@user-kh8du2oz6j Жыл бұрын
Allahdan istəyin.Allah köməyin olsun.
@user-hj5mb6ni6f
@user-hj5mb6ni6f Жыл бұрын
Короче человечискй ФАКТОР!...перекрыли воду на озер что бы набират воду на водохронилиши...
@tnayalyev2376
@tnayalyev2376 Жыл бұрын
Salam uca OLan ALLaha duva edmək Lazımdı ALLah böyükdi
@user-rd2kp8xg7b
@user-rd2kp8xg7b Жыл бұрын
Двй на лапу проблем быстро рещает
@samirsuleymanov2088
@samirsuleymanov2088 Жыл бұрын
Her 12 ilde 1 defe planet cevrilir hemin prosesdi...okean qaynayir quruyur nuve boyuyur
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 59 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 1,8 МЛН
Naxçıvan: "30 ildir ki, blokada şəraitində yaşayırıq"
4:19
Naxçıvanda üçəmlər dünyaya gəlib
1:51
Naxcivantv
Рет қаралды 6 М.
“Nuhçıxan Naxçıvan” - Qahab və Naxışnərgiz kəndi
43:27
Sabirabad - Miri kimdir ?  Miri açku yeyimi kim dedi ?
13:43