Neftçalada 17 yaşlı qız necə şantaj olunub? - TƏFƏRRÜAT

  Рет қаралды 18,638

APA TV

APA TV

Күн бұрын

Bir neçə gündür Neftçala rayonunda 17 yaşlı qızın şantaj olunaraq qeyri-etik fotolarının çəkilməsi sosial şəbəkələrdə ciddi müzakirə olunur.
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
APA TV-nin əməkdaşları məsələyə aydınlıq gətirmək üçün Neftçalanın mental məsələlərə görə adını çəkmədiyimiz kəndində olub, 17 yaşlı qız və ailə üzvləri ilə görüşüblər. Qızın özü və nənəsi hadisə barədə kameramıza danışmaq istəməsələr də, sosial şəbəkələrdə yazılanların həqiqət olduğunu təsdiqləyiblər.
17 yaşlı qızın iddia etdiyinə görə, rayonun Dördlər kənd sakini, kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan 1990-cı il təvəllüdlü Əyyar Ağalar oğlu Əzizov bir müddət əvvəl izlədiyi nənəsi evdə olmadığı vaxt əlində tüfəng onlara gələrək saçından yapışıb və onu kəndin çöllük ərazisinə aparıb. Orada onun paltarlarını cıraraq çılpaq şəkillərini çəkib. Daha sonra qıza təcavüz etmək istəsə də, buna nail ola bilməyib. Hətta əlindəki tüfənglə atəş açaraq, bu barədə kimsəyə bir söz deyəcəyi təqdirdə, qardaşını və dayısını öldürməklə təhdid edib. Qorxusundan susan qız başına gələnləri kimsəyə danışmayıb. Lakin Əyyar Əzizov çəkdiyi şəkilləri “WhatsApp” proqramı vasitəsilə həmkəndlilərinin əlavələrinə göndərdikdən sonra məcbur olaraq hadisə barədə nənəsinə və dayısına danışıb. Daha sonra hüquq-mühafizə orqanlarına şikayət olunub.
Kiçikxanım nənə isə bildirib ki, nəvələri - qızının oğlu və qızı doğulandan onun himayəsindədirlər. 17 yaşlı qız nəvəsi hüquqşünas olmaq arzusu ilə universitetə hazırlaşıb və qəbul imtahanlarında iştirak edib. Lakin məlum hadisə ilə əlaqədar yaşadığı stress bu arzusuna çatmağa ona imkan verməyib. Nənənin də, qızın da istəyi odur ki, onların şikayətlərinə ədalətli baxılsın və Əyyar Əzizov layiqli cəza alsın. Birinci vəkilin işindən narazı olan ailə ondan imtina edib və artıq ikinci vəkillə müqavilə bağlayıb.
Əyyar Əzizovun qardaşı Ələddin Əzizov isə ittihamlarla razılaşmır: “Qardaşım alverçidir, buğda, arpa satır, həmin ailə ilə də tez-tez alverləri olub. Alver müqabilində hətta qardaşıma olan borclarını da verməyiblər. Münasibətlər belə qurulub. Onların arasında sevgi olub. Qardaşım evlidir 2 uşaq (1 yaş və 6 aylıq) atasıdır. Mən biləni evlənənə qədər də seviblər bir-birlərini. Qardaşımla aralarında intim münasibətləri olmasa da, tez-tez bir yerdə olublar, yeyib-içiblər, qardaşım onların evinə gedib. Ad günündə saat hədiyyə edib. Onların evində olub, yeyib-içmək məclisi təşkil ediblər. Bütün bunlardan qızın nənəsinin və anasının da xəbəri olub. Əyyarın telefonuna baxsanız, orda qızın videoları, qardaşımın maşınını sürməsi - hamısı var orda”.
Ələddin Əzizov iddia edir ki, hər şey qızın öz razılığı ilə baş verib: “Qız gecə saat 1-də açıq olan köhnə kondisionerin oyuğundan çıxaraq onunla birgə evdən gedib. Tüfənglə onu evdən çıxarması, zorla çılpaq şəkillərinin çəkilməsi bütün bunlar yalandır. Sadəcə, qardaşım həmin şəkilləri iki nəfərin “WhatsApp”ına göndərib, onlar da bir neçə nəfərə yönləndirib. Beləcə, şəkillər kənd sakinləri arasında yayıldıqdan sonra, nəhayət, bütün baş verənlərdən qızın dayısı da xəbər tutub. Qız özünü təmizə çıxarmaq üçün dayısını və ailəsini aldadıb. Yalan olaraq bildirib ki, bəs Əyyar onu gecə tüfənglə qorxudaraq məcbur evdən aparıb və zorla çılpaq şəkillərini çəkib. Təbii ki, bunlar yalandır. Qardaşımın, əlbəttə, günahı qızın qeyri-etik şəkillərini yayması olub. Deməyim odur ki, olmayan şeyləri qardaşıma yükləməsinlər. Qardaşım etdiyi günaha görə cəza alsın, etmədiyi günahlara görə onu yükləməsinlər”.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Əyyar Əzizov müəyyən təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Rəsmi facebook səhifəmiz: / tvapaxeber
Rəsmi instagram səhifəmiz: / apatvresmi
Rəsmi twitter səhifəmiz: / apatvofficial
#apatv #apaxeber

Пікірлер: 65
@nagiyev0525
@nagiyev0525 3 жыл бұрын
Allah senin de arzularını ürəyində qoysun
@seylakadirova3194
@seylakadirova3194 3 жыл бұрын
ALLAH SƏNİ ELƏ GÜNƏ QOYSUN Kİ BÜTÜN KƏNDƏ TAPDAQ OLASAN BİNAMUS.
@elxansuleymanov7248
@elxansuleymanov7248 3 жыл бұрын
Allah lenet elesin bele kisilere.kisi demek olarsa
@guneleliyeva8854
@guneleliyeva8854 3 жыл бұрын
Qardaşıva haq qazandırsan cındır Allah belavınızı versın.senı orda turmede petuq edecekler.
@turanramazanzade2045
@turanramazanzade2045 3 жыл бұрын
Biri vardı qızları şantaj eden ama müharibeye getdi qazi oldu hörmete mindi)))
@babkqasova1203
@babkqasova1203 2 жыл бұрын
He
@Herseyden_biraz_59
@Herseyden_biraz_59 3 жыл бұрын
Saçınnan tutub aparanda nujeli bu heç çığırmadı bu kəntdə bunları görən olmadımı nəsə burda məmalı məsələlər çoxdur
@Malik-Həşimov
@Malik-Həşimov 5 ай бұрын
Siz bəs niyə paylaşırsız videonu yığışdırın reytinqinizi
@baki-veteran
@baki-veteran 3 жыл бұрын
Qizi tutaq ki,bildik pisdir,bes evli oqlanin qeyreti hani,ozunun qizi yoxdur?
@aygunseferova2802
@aygunseferova2802 3 жыл бұрын
O heledi
@alikibishov3451
@alikibishov3451 3 жыл бұрын
AY QARDAŞ SENİN QARDAŞIN OĞRAŞ EVLİ DEYİLDİ SEN QARDAŞININ YAMIN VERMİRSEN ELYARA İŞ DÜŞÜR
@sakitsukurov6622
@sakitsukurov6622 3 жыл бұрын
Isdiyir demek o demek deyilki qizi santaj elemelidi o eclafin layiqli cezasin vermek lazimdi
@seideelili.6265
@seideelili.6265 3 жыл бұрын
Su canağı suda sınar.......... Necə şirəliyir qardaşını........
@ilhamesefereliyeva8945
@ilhamesefereliyeva8945 3 жыл бұрын
Binamus alçaq qardaşının gör necə tərəfin saxlayır. Utanmaz.evində qadın yoxdur .Can 17 yaşlı qızın adına ləkə gətirirsiz .o qlz bundan sonra necə çıxacaq üzə.Allah bəlanızı versin.belə şərəfsiz ölümə məhkumdur.valideynlırin kəntdən qovmaq lazımdır ki belə yaramaz övlad dünyaya gətiriblər
@tomristuran2345
@tomristuran2345 3 жыл бұрын
Qoy həbs olsun. Belə alçaqlıq intihara səbəb olar ay utanmaz
@duygumirzeyeva3301
@duygumirzeyeva3301 3 жыл бұрын
Allah göstərməsin
@heccissukurova1582
@heccissukurova1582 3 жыл бұрын
Bele qardaşla arxa yerə gəlməz...
@quzgun7394
@quzgun7394 3 жыл бұрын
Soxum Onada Qardasinada Ona Haqq Qazandiraninda Var Yoxuna
@ШахназАлиева-ф1й
@ШахназАлиева-ф1й 3 жыл бұрын
Не чындыр огланды .О гадынды йохса кишиди .Берке ермениди .АЗЕРБАЙДЖАН ОГУЛЛАРЫ БЕЛЕ ИШ ГОРМУР .
@РукхияИбрагимова
@РукхияИбрагимова Жыл бұрын
Хеберин йохду о гедер шерефсиз гейретсизлер варки .Анд олсун Аллаха гейресизин о дунядада йери йохду. Онун башынын Гиллеспи чатмыр
@tomristuran2345
@tomristuran2345 3 жыл бұрын
Oturun dərdini çəkin də...əxlaqsızlıqdır axı. Utanın.
@mahirmammadov5808
@mahirmammadov5808 3 жыл бұрын
Osturax sohbeti nese.
@adilmecidli7409
@adilmecidli7409 3 жыл бұрын
HİS EDİRDİM Kİ KƏND TANİŞ GƏLİR
@adilmecidli7409
@adilmecidli7409 3 жыл бұрын
ƏYAR AĞALAR OĞLU GƏLİNLƏDƏ GƏZİRDİ BİR QİZİDA ALADİB ONDAN ƏVVƏL
@nagiyev0525
@nagiyev0525 3 жыл бұрын
Allah senin balansı versin göre sen anan bacın yoxdu allah sene lentə elesin qara yaxmaq o qeder asandı
@ШахназАлиева-ф1й
@ШахназАлиева-ф1й 3 жыл бұрын
ГЕРЕЙ ЕРМЕНИДЕН АШАГЫ СЕВИЙЕДЕ ,ОЛАСАН ,БЕЛЕ БИР ИШ ГОРЕСЕН
@aygunseferova2802
@aygunseferova2802 3 жыл бұрын
Allah boyvuzu yere soxsun.Deylenler hamsi duzdu qonşumuzdu.2sindede varr ele
@eilishpashayev5829
@eilishpashayev5829 3 жыл бұрын
Dordlerdensiz?
@aygunseferova2802
@aygunseferova2802 3 жыл бұрын
@@eilishpashayev5829 hmmm
@eilishpashayev5829
@eilishpashayev5829 3 жыл бұрын
@@aygunseferova2802 hemen oğlani hebs edibler yoxsa nece? 🙄🙄🙄
@aygunseferova2802
@aygunseferova2802 3 жыл бұрын
@@eilishpashayev5829 beli helede ordadi.qiz da nişanlanib
@eilishpashayev5829
@eilishpashayev5829 3 жыл бұрын
@@aygunseferova2802 qiza yaaziğim gelirdiyee oğlan cehennem. Kendde hami bilirde demekki bu hadiseni?
@rahilramal2027
@rahilramal2027 3 жыл бұрын
Bütün cinayetleri edenlere demey isderdim ki,önce Siz hemen adamın yerinde ola bilərsiz inanmıram olmağ isdeyesiz onda heç kimin namusuna satasmayin özüne satasmayin hamı rahat yaşasın beqeyretler Allahın əzabına məhkum qalacag
@pehlivanhalil4175
@pehlivanhalil4175 3 жыл бұрын
Ə Ələddin, senin qardaşın şerefsizi ki , şekil paylayib camaatin qızının. İki nefere ya 10 nefere ne ferqi var. Özü de evli. Gijdillaxlar
@fatosfatos4988
@fatosfatos4988 3 жыл бұрын
Sən o pis ağzunla şəhidlərin adın tutma yum! Pislik yum 😷😷😷😷 Şərəfsizlər sizdədir, aduvu başqasına qoyma! Bu sənə axırıncı xəbərdarlığım.......
@fatosfatos4988
@fatosfatos4988 3 жыл бұрын
Bu Neftçala, Salyan əhlində qeyrət vaaar? 🙉 🙉 Ölmür utanmaqdan, hələ danışırda. Elə olsaydı, o, uşaq danışmazdı, oğtəşlər ! Allah hamuzun bəlasın versin! 🤲 🤲 🤲 🤲 🤲 🤲 🤲
@mleykhuseynzad9581
@mleykhuseynzad9581 3 жыл бұрын
QEYRƏT OLMASA SƏNİN KİMİLƏRİN ÜSTÜNDƏ ŞƏHİD OLMAZDI BİLDÜN? BU YAZIVA GÖRƏ BAŞIVA OYUN AÇARLAR SƏNİN.MEŞƏ ÇAQQALSIZ OLMUR.HƏR YERİN PİSİ YAXŞISI VAR.AĞZVN DANŞĞN BİL.
@mleykhuseynzad9581
@mleykhuseynzad9581 3 жыл бұрын
ALLAH SƏNİN BƏLAVI VERSİN Kİ SƏNİN KİMİLƏRƏ GÖRƏ ŞƏHİD OLANLARI DA QEYRƏTSİZ ADLANDIRIRSAN AY ŞƏRƏFSİZ
@edqarqarayev7827
@edqarqarayev7827 3 жыл бұрын
Heryerin yaxşısı pisi var. Yazdiğina fikir verr!
@mleykhuseynzad9581
@mleykhuseynzad9581 3 жыл бұрын
@@edqarqarayev7827 baş qoşmuyun özünə hörmət etmiyənin birididə
@fatosfatos4988
@fatosfatos4988 3 жыл бұрын
@@edqarqarayev7827 Elə qoxdumki? 🙉 🙉
@agalsgribadov7668
@agalsgribadov7668 3 жыл бұрын
Ay biqeyrət sənin bacının şəklini o cür paylaşsalar sənə xoş gələr?
@adilmecidli7409
@adilmecidli7409 3 жыл бұрын
SALAMLAR GÖRƏSƏN HANSİ KƏTDİR BİLƏNDƏ XAYİŞ ELƏM DESİN
@fatosfatos4988
@fatosfatos4988 3 жыл бұрын
Vüsalsan nə poxsan, heç olmasa səni kimilər, ölsün danışmasın ! Bu 1 deyil 5 deyil oğrəşlər hələ danışırsuzda! Adamluğuz, kişiliyüz varsa, gedin pisliy oğrəşlərdən hesab çəkün! Vapşe mumla.......
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
"Ahımız tutdu": Neftçalada camaat tuthatutdan danışır...
2:21
AzadliqRadiosu
Рет қаралды 110 М.
Neftçala kəndində gördüklərimiz - İlkin Həsənovun reportajı
6:49
BBC News Azərbaycanca
Рет қаралды 95 М.
Banu - Neftçala, Abbasalı kəndi 2 - 05.10.2019
52:54
Space TV
Рет қаралды 84 М.
Ölüb Dirilən alim | 40 il Öz Qəbrində Şam yandırıb
11:30
Rehman Melikli
Рет қаралды 266 М.
Banu - Neftçala, Abbasalı kəndi - 28.09.2019
56:41
Space TV
Рет қаралды 56 М.
O, illerdir adada tek yashayir (Yashamaq gozeldir)
16:04
Kanal S
Рет қаралды 249 М.
TOYXANA-Neftçala 2.Bölüm(Orxan Lökbatanlı)
21:44
Musviq Sahverdiyev
Рет қаралды 772 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН