İMADƏDDİN NƏSİMİ Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm, Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm. Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən, Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbhəməm. Aləmül-qeybin süfatı məndən oldu aşikar, Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm. Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən, Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm. Ümmühat ilən nə var abaya olmasa xələl, Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm. Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam, Talibi-didari-yaram, şadimanam, xürrəməm. Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir, Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.
@c384093 жыл бұрын
Bah bah bah....
@shararehghorbani85822 жыл бұрын
🕊💜🕊💜
@endlessturk31743 жыл бұрын
نه قدر گؤزل سازیمیز وار، سیزین سسیز بیر دونیا رنگ قاتمیش بو اثره.