Рет қаралды 794,970
Könül Kərimova ft Cabbar Musayev "Bu sevginin ömrü bura qədərmiş"
Sözləri: Nüsrət Kəsəmənli
Musiqisi: Cabbar Musayev
Mahnı sözləri:
Bu dünyada əbədilik nə vara ki,
Ömür kimi hər şey gəldi gedərmiş,
Nə sevginin günahı var, nə bizim,
Bu sevginin ömrü bura qədərmiş.
Ayrılırıq xatirələr içində,
Bu ayrılıq ölümdən də betərmiş,
Təsəllimiz bu olacaq, sevgilim,
Bu sevginin ömrü bura qədərmiş.
Gülə-gülə başlamışdıq bu eşqi,
Axırında göz yaşıymış, kədərmiş,
Məhəbbətin payız fəsli var imiş,
Bu sevginin ömrü bura qədərmiş.
#nextmuzik #KönülKərimova #BuSevgininÖmrüBuraQədərmiş