Nizami Rəmzinin ifa etdiyi siyasi-meyxananı video-rolik şəklində AzTV-nin əməkdaşı Hacı Asim Babayev təxminən 1992-ci ildə hazırlamışdır. Görüntülər "Səadət" sarayında (o illərdə bu saray ən dəbdəbəli şadlıq sarayı sayılırdı) keçirilən şair-qəzəlxan, meyxana ustası Tahir Rəvanın toy məclisindəndir. Allah Nizami Rəmziyə, balabançı Həsən (Qasan kimi tanınıb), Məhərrəm Nəcəfzadəyə (tar, saz, gitara ifaçısı) rəhmət eləsin, ruhları şad olsun. Məhərrəm 1980-ci ildən Bakı, Abşeron, Xızı toylarında sazı özünəməxsus ifası ilə təbliğ edirdi. Rolikin qəhrəmanları balabançı Qasanla müğənni Tahirə Məmmədli rəqs edirlər. Toydan əvvəl Meksikadan səfərdən qayıtmışdım, oradan xüsusi qablarda yerləşdirilən və qış rəmzi olan "qar yağması"nı gətirmişdim. Məhərrəm də həmin qarı Qasanla Tahirə xanımın başına səpələyir...
@kazansamir8 ай бұрын
Ətraflı məlumat üçün təşəkkürlər.
@M-Rah2 жыл бұрын
Allah rəhmət eləsin,cahil yaşamaq ömürə yamaqdır
@AzadAliev-u9n9 ай бұрын
Allah rəhmət eləsin
@qribquliyev76006 ай бұрын
Allah rəhmət eləsin Şair
@idealideal95447 ай бұрын
Allah rehmet elesun
@elsenmammadov75102 жыл бұрын
Sersem yasamag yeni ki gic gic yasamag
@kenanbaku002 жыл бұрын
Sovet gəldi bizi məhv etdi, zalım gəldi haqqı dandı, cəmiyyət artıq ət deyil, vaxt gələr qəlb ürəydən döyünər