Рет қаралды 3,886
Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu, OKP) - təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.
Obsessiya - güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər.
Kompulsiya - pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar).
Mövzu üzrə çıxış edir: Narınc Psixologiya Mərkəzinin Xalqlar Dostluğu filialının klinik psixoloqu Ofelya Məmmədova.
Ünvan: NPM. Xalqlar Dostluğu filialı: Məhəmməd Hadi küç. 27.( Xalqlar Dostluğu metrosunun yaxınlığında, Maxi.az-ın yanı).
Müraciət üçün əlaqə nömrələri:
Tel: (012)4804781
Mob: 0552582700