Рет қаралды 5,425
"Onkologiya" adı gələndə xəstələrin bir çoxu panikaya düşür, qapanır və müalicə olunmaq istəmir. Bəziləri müalicəyə inanmır. Bir hissəsi də müalicə olunarsa yatağa düşəcəyini düşünür. Müasir müalicə üsulları, xüsusilə də erkən mərhələlərdə çox effektivdir. Bir çox xəstə vaxtında diaqnoz qoyulmaqla və uyğun müalicə üsulu seçilməklə uzunmüddətli remissiya əldə edə bilir.
Ona görə də xərçəngin müalicəsində 3 məqam önəmlidir:
1. Erkən mərhələdə onkoloji xəstəliklər müalicə oluna bilir. Mümkün qədər tez aşkarlamaq lazımdır. Bunun üçün də risk qrupunda olan xəstələr vaxtaşırı skrininq testlərdən keçməlidirlər.
2. Araşdırın, həkiminizi seçin və ona etibar edin. Effektiv müalicə həkim və xəstə işbirliyi nəticəsində əldə olunur.
3. Müalicədən qaçmayın. Hansısa şans varsa, qiymətləndirilməlidir.
#DrİlkinGöyüşov #Uroloq #Androloq #Onkouroloq #Onkologiya #ProstatXərçəngi #Xərçəng
________________
Mən Dr.İlkin Göyüşov. Rusiyanın Nijni Novqorod şəhərində anadan olmuşam və uzun müddət orada yaşamışam. Nijni Novqorod Dövlət Tibb Akademiyasını, sonra urologiya ixtisası üzrə rezidentura, daha sonra da onkologiya ixtisası üzrə internaturanı bitirib, 2016-cı ildən onkoloq-uroloq işləyirəm. Böyrək, prostat vəzi, sidik kisəsi və kişi reproduktiv orqanlarının xəstəliklərinin cərrahi müalicəsi ilə məşğulam. Səhifəmdə sahəmlə bağlı paylaşımlar edirəm. Sizin üçün maraqlı olarsa izləyin, fikirlərinizi qeyd edin və faydalı hesab edirsinizsə dostlarınızla bölüşün.
Telefon: +994708105551
İş yeri: Respublika Diaqnostika Mərkəzi @rdmbaku
KZbin / @drİlkingöyüşov
TikTok / drilkingoyushov
Instagram / drilkingoyushov
Facebook / drilkingoyushov
Blog / drilkingoyushov
Google maps.app.goo.g...