Oqtay Ağayev - Sən, Ey Uşaqlıq (Rəsmi Audio)

  Рет қаралды 125,900

Oqtay Ağayev

Oqtay Ağayev

Күн бұрын

Oqtay Ağayevin “Sən, Ey Uşaqlıq” albomundan "Sən, Ey Uşaqlıq" ifası artıq onlayndır.
Oqtay Ağayevə KZbin-da abunə ol: mikpro.az/oagh...
Musiqi: Vasif Adıgözəlov
Söz: Əliağa Kürçaylı
Oqtay Ağayevi rəqəmsal plaftormalarda dinlə:
Keçid: lnk.to/Oqtay_A...
Genius: mikpro.az/oagh...
Sözlər:
[Bənd 1]
Nəğmə susdu dodaqlarda
Dilə gəldi tüfənglər
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər
Cəbhələrdə bir əsgər
[Bənd 2]
Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yaz oldu
İstəyimiz yaz oldu
[Nəqərat]
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
[Bənd 3]
Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yaz oldu
İstəyimiz yaz oldu
[Bənd 4]
Görmədik biz gül dəstəsi
Görmədik biz oyuncaq
Ata səsi, ana səsi
Eşitmədik doyunca
Eşitmədik doyunca
[Bənd 5]
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri
[Nəqərat]
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
Sən, ey uşaqlıq
Sən bizdən uzaq düşdün artıq
De, səni yellər apardı?
Ya soyuq əllər apardı?
[Bənd 6]
Öz qoynuna aldı bizi
Bu buruqlar şəhəri
Yarı böldük tikəmizi
Gözlədik al səhəri
Gözlədik al səhəri
Gözlədik al səhəri
Oqtay Ağayev tərəfindən ifa olunan “Sən, Ey Uşaqlıq” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023
Etiketlər:
#OqtayAğayev #SənEyUşaqlıq #mikpro

Пікірлер: 48
@nerminvelizade9365
@nerminvelizade9365 2 ай бұрын
Bu axşam qarşıma çıxdı. Dinləyərkən birdən birə dünyasını dəyişən illərlə heç ağlıma gəlməyən Babam yadıma düşdü. O dünyasını dəyişən zaman uşağ idim. Musiqidənmi, sözlərdənmi bilmirəm lap uşağkən babamla olan xatirələr gözümün önündə canlandı. Sözləri, həsir papağı vardı onu çıxarmazdı yayda başından o papaqla oturuşu , bizi hələ 5, 6 yaşlarımızda parka aparıb oynatması oturub yadıma salmağa çalışsam xatirimə gətirə bilməyəcəyim xatirələr canlandı gözümdə elə birdən birə. Ölmədən öncə heç görədə bilməmişdim məktəbdə idim evə qayıdanda qonşumuz verdi xəbəri həmdə elə rahat dedi ki "baban ölüb" deyə inanmağım gəlmədi qapımız tərəfə boylananda maşınları gördüm. Atam hamıdan kənarda gözyaşların gizlədirdi onda bildim hə yoxdu daha. Sanki heç var olmayıbmış kimi gəlirdi bəzən mənə.. amma elə deyilmiş.Allah rəhmət etsin Baba❤😔
@user-ex5kn8nh8y
@user-ex5kn8nh8y 2 ай бұрын
Amin.Allah dünyasin dəyişən bütün baba,nənələrə rəhmət eləsin
@Oyun.saatidi
@Oyun.saatidi Ай бұрын
Allah rəhmət eləsin qardas
@ibrahimamirov5998
@ibrahimamirov5998 8 күн бұрын
Bu mahnı kimi kommentlərdə bu mahnını dinləyən yoldaşlarımız da çox keyfiyyətli insanlardır. Mahnı zövqünüzü təqdir edirəm.
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 5 ай бұрын
Nə gözəl mahnı hanı bizim uşağlığımız
@user-gg6ox3sj8z
@user-gg6ox3sj8z Күн бұрын
Getdi gencliyimiz getdi uşaqliğimiz getdi gözel günlerimiz ve esasida getdi Şedevirlerimiz😢😢😢😢😢
@huseynpanahov3752
@huseynpanahov3752 Ай бұрын
Nəğmə susdu dodaqlarda Dilə gəldi tüfənglər Mənim atam uzaqlarda Cəbhələrdə bir əsgər Cəbhələrdə bir əsgər Anamızın laylaları Nənnilərdə pozuldu Arzuladıq ilk baharı İstəyimiz yaz oldu İstəyimiz yaz oldu Sən, ey uşaqlıq Sən bizdən uzaq düşdün artıq De, səni yellər apardı? Ya soyuq əllər apardı? Sən, ey uşaqlıq Sən bizdən uzaq düşdün artıq De, səni yellər apardı? Ya soyuq əllər apardı? Görmədik biz gül dəstəsi Görmədik biz oyuncaq Ata səsi, ana səsi Eşitmədik doyunca Eşitmədik doyunca Öz qoynuna aldı bizi Bu buruqlar şəhəri Yarı böldük tikəmizi Gözlədik al səhəri Gözlədik al səhəri Sən, ey uşaqlıq Sən bizdən uzaq düşdün artıq De, səni yellər apardı? Ya soyuq əllər apardı? Sən, ey uşaqlıq Sən bizdən uzaq düşdün artıq De, səni yellər apardı? Ya soyuq əllər apardı? Sən, ey uşaqlıq Sən bizdən uzaq düşdün artıq De, səni yellər apardı? Ya soyuq əllər apardı? Sən, ey uşaqlıq Sən bizdən uzaq düşdün artıq De, səni yellər apardı? Ya soyuq əllər apardı? Öz qoynuna aldı bizi Bu buruqlar şəhəri Yarı böldük tikəmizi Gözlədik al səhəri Gözlədik al səhəri Gözlədik al səhəri Gözlədik al səhəri
@ZiKoMaGa
@ZiKoMaGa 17 күн бұрын
Çox gözəl oxuyursan qardaş. Niyə baxanlar az olub maraqlıdır. Səsinə qüvvət 👍🏻
@ulkrqhrmanova1330
@ulkrqhrmanova1330 3 ай бұрын
Bu mahnını və himnimizi dinləyəndə hər dəfə qəhərlənirəm.gözlərim dolur. 1993 doğumluyam. Tam bizim uşaqlığımızı anladır(
@raufsherifzade8205
@raufsherifzade8205 Күн бұрын
1993 məndə qəhərlənirım
@huseyn_memmedov
@huseyn_memmedov 2 ай бұрын
07 təvəllüdəm burda nə işim var özümdə bilmirəm deyəsən içim qocalır...
@shantivivantes4501
@shantivivantes4501 Ай бұрын
Sair, ne tez qocaldin Sen? Aman verin biz böyükler qocalaq, siz heyatin dadini cixardin, sizin de vaxtiniz gelecek❤
@huseyn_memmedov
@huseyn_memmedov Ай бұрын
@@shantivivantes4501 Doğrudur elə məhz dadını çıxara bilmədiyimiz həyat qocaldır içimizi..🖤
@n.ms.7286
@n.ms.7286 10 ай бұрын
Sadə, təmiz, möhtəşəm👍
@islamfetullayev7234
@islamfetullayev7234 Ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN.
@minorminor4874
@minorminor4874 3 ай бұрын
Heyif deyildi o səslər.adamın ruhu qidalanır.
@azrbaycanagdam1469
@azrbaycanagdam1469 2 ай бұрын
Sizin kimi senetkarlarin dovru birde qayida ovladlarimiz yaziqdi olarda musiqinin ne oldugun anlaya mekaniniz cennet olsun dinledikce doymuruq
@pervizmemmedli6055
@pervizmemmedli6055 6 ай бұрын
Ş E D E V R!!!
@mahirahmedov4504
@mahirahmedov4504 2 ай бұрын
Hər bu musiqini zümzümə edəndə,gözlərimin yaşını saxlaya bilmirəm.1-ci Qarabağ müharibəsi illərim yadıma düşür.😢
@shantivivantes4501
@shantivivantes4501 Ай бұрын
O günler getsin qayitmasin deyerken yene de qayitdilar.
@shantivivantes4501
@shantivivantes4501 Ай бұрын
Bu mahnini birinci defedir esidirem, cox gemli mahnidir ve cox gözel ifade.Indiki neslimizde bu mahninin yeniden aktual oldugun qebul getmek hecde asand deil. Yene de Atalari cebhede döyüsen ve vefat eden usaqlarimiz var......
@heyifsehidlerden9399
@heyifsehidlerden9399 3 ай бұрын
Dinləməkdən doymaq olmur 😢😢😢
@milina789
@milina789 Ай бұрын
İlahi səs, duruş vay canina həqiqətən ƏHSƏN necede zövqlü musiqi, heçvaxt köhnəlməyən kəlmələr ....kaş indiki müğənnilərdə bele ola bilsə .... Unutmayaqki Azərbaycan keçmişdə ciceklənib ama indiki Azərilər (əlbətdəki istisnalar var )hec vaxt onu möhtəşəm edə bilməz ...
@maqafeyziyev8026
@maqafeyziyev8026 12 күн бұрын
Mohtewem
@Darkly_Afton
@Darkly_Afton 4 ай бұрын
Uşaqlığım və köhnə filmlər ağlıma gəlir
@user-xh1vt1dy4h
@user-xh1vt1dy4h 18 күн бұрын
Allah rəhmət eləsin
@EsrefEsrefbeyli
@EsrefEsrefbeyli 25 күн бұрын
Bu senetkarlari dinleyende basa dusursenki indi yasamirsan ne yasamisansa o zamanda problemsiz dertsiz borc xerc fikirlesmeden yasiyardiq gozel idi o iller Ana ata sag idi ele bilirdin hemise sag qalacaqlar ehhh bele musiqiye qulaq asanda adam kovrelir ureyine bir agirliq cokur basa dusursenki bos yasiyirsan indi data hecneyin lezzeti qalmiyib ...
@rovsanenesirova8894
@rovsanenesirova8894 2 ай бұрын
Unudulmayan kalifey sənətkarımız. Nur içində yatın😢
@ruslanabdullayev3639
@ruslanabdullayev3639 18 күн бұрын
Korifey
@BRGamer-id1wu
@BRGamer-id1wu Ай бұрын
Allah rəhmət eləsin dəyərli sənətkar
@MedineHesenli7
@MedineHesenli7 Ай бұрын
Sedevrdi ve en sevdiyimdi🫀🏹🙂‍↔️😢bu mahnı.:)(:(. . .
@user-ts1jl5er8o
@user-ts1jl5er8o 3 ай бұрын
Bu mahnı babamı xatırladır .Babamın atası 7 yaşında olanda 1944 cu ildə İtkin düşüb gəlməyib .Anaları baximsizliqdan 8 yaşında rəhmətə gedib soyuq iflicden 🥹😪 bu mahnı 1941 - 1945 ci il Babam gilin uşaqlıqi Hakda yazılıb. sedeverdi .Rəhmətlik Oktay müəllimin ifasında vapşe çox gözəldi .Yardimlidan Salamlar Azərbaycana .Musiqi Azərbaycanlıların geninde var
@aytnabdullayeva605
@aytnabdullayeva605 4 ай бұрын
Cox gozeldir
@milina789
@milina789 Ай бұрын
Möhtəşəm,nece gozəl musiqi 😔🤍
@aygunmagerram
@aygunmagerram 9 ай бұрын
#suppersong #Azerbaijansong #guzelsarkilar #tiktoksarkilari #azerbaijanlegend #Azerbaycansarkilari
@n.ms.7286
@n.ms.7286 10 ай бұрын
🤲🏻🤲🏻🤲🏻👏🏻👏🏻👏🏻👍
@VusalBaxisov-cq7zq
@VusalBaxisov-cq7zq 3 ай бұрын
Adami uşaqliğimiza sanki aparir bu musiqi❤
@user-ne6vb3br2k
@user-ne6vb3br2k Ай бұрын
👍👏
@Nicat_55
@Nicat_55 4 ай бұрын
Gözəl mahnılar 🥺
@MatanatAliyeva-gy4ys
@MatanatAliyeva-gy4ys 3 ай бұрын
Əsil musiqi
@elnarehuseyn711
@elnarehuseyn711 3 ай бұрын
möhtəşəm!❤❤❤
@kenanhesenli0911
@kenanhesenli0911 3 ай бұрын
01.06.2024 👍✌❤👏👏👏🇦🇿
@GulcinYıldız-w9t
@GulcinYıldız-w9t Ай бұрын
Filmi. İzlerken. Ağlardık. Almanya'daki. Alman. Kadını. Almış. Birde. Çocuğu. Var. Evine. Geliyor. Alman. Yaya. Geri. Dönerken. Kaza. Oluyor. Türkan. Sarayda. Çocuklarına. Sahip. Cikiyor
@babekmiriyev_2017
@babekmiriyev_2017 5 ай бұрын
❤❤
@iradenagiyeva6969
@iradenagiyeva6969 15 күн бұрын
Правельно он васпевает нашу родину,ИРЕВАН это земля Азербайджана ,Русские подорили Армянам.
@knangurbanov2957
@knangurbanov2957 4 ай бұрын
Nə olar mənə pianonun kimin çaldığını deyinnnnnnnn
@Lckylckygirl
@Lckylckygirl 4 ай бұрын
bu mahnı ilk dəfə "Şərikli çörək" filmində ifa olunub? Yoxsa ondan da qabaq?
@ar4773
@ar4773 4 ай бұрын
Ele sef etmiremse o kino ucun yazilib mahni
Oqtay Ağayev - Qaytar Eşqimi (Rəsmi Audio)
3:31
Oqtay Ağayev
Рет қаралды 280 М.
RETRO AZERBAIJANI MUSIC
21:12
Narmnel
Рет қаралды 600 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 11 МЛН
Oqtay Ağayev - Ötən Günlər (Yadındamı) (Rəsmi Audio)
4:25
Oqtay Ağayev
Рет қаралды 99 М.
Sən, Ey Uşaqlıq
2:58
Oqtay Ağayev
Рет қаралды 64 М.
Akif İslamzadə - Alagözlüm (Neyləyim) (Rəsmi Audio)
5:36
Akif İslamzadə
Рет қаралды 4,9 МЛН
Azerbaijan retro songs mix part 1
37:37
All About Azerbaijan
Рет қаралды 106 М.
Roya Rizvan - Qaytar eşqimi ( Live - 13.08.2021 )
3:31
Röya Rizvan
Рет қаралды 4,4 МЛН
Oqtay Ağayev - Sevgilim (Gözlərimin Nuru) (Rəsmi Audio)
4:41
Oqtay Ağayev
Рет қаралды 25 М.
Elmira Rəhimova - Sən Yadıma Düşəndə (Rəsmi Audio)
5:26
Elmira Rəhimova
Рет қаралды 962 М.
Azər Zeynalov - Gəncədən Gəlirəm | 1999
4:25
Azər Zeynalov
Рет қаралды 286 М.
Kəmalə Əhmədova - Retro Azerbaijan Music  | Vol. 1
12:16
Kəmalə Əhmədova
Рет қаралды 668 М.
Tez Gəl
2:22
Şövkət Ələkbərova
Рет қаралды 561 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН