Orkhan Zeynalli x Uran - Kor Zabit | "Buz Uşağı" Konserti

  Рет қаралды 86,018

Orkhan Zeynalli

Orkhan Zeynalli

Күн бұрын

Orkhan Zeynalli-nın Uran ilə birgə konsertdə "Kor Zabit" parçasının ifası.
Orxan Zeynalli-ya KZbin-da abunə ol: mikpro.az/ozey...
Musiqi: Orxan Zeynallı, Uran, Hacı Əliyev
Söz: Orxan Zeynallı, Uran
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozey...
Instagram: mikpro.az/ozey...
Genius: mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozey...
Sözlər:
[Bənd 1: Orkhan Zeynalli]
Salam, əsgər! Danışır Vətən
Sağ ol ki, varsan!
Bünövrəsi millət olan evdə sən, bil ki, divarsan
Həm oğulsan, həm ata
Həm qardaş, həm də ki yarsan
Bilirdim, gələcəksən
30 ildir, tərk-i diyarsan
Döyüşə gedir igidlər
Gedir ömürlük burada
Əmrini verir komandir
Qışqırır bölük burada
'92 fevralında qar içində qaçan körpələr
Əridib buzlar içində
Böyüyüb dönüb qurda
Döyüşə gedir igidlər
Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm"
"Kor Zabit", "Okaber - Taboo"
"Guantanamero", "Marş"
"İgid Əsgər - Şəmistan"
Sənə hər an can qurban
Sən olasan Gülüstan
Nigaran ananın göz qapaqlarında gir, islan
Əllərindən öpürəm, ana
Qəlbində bitsin üsyan
Doğsun Günəş camalında
Kəsilsin əbədi leysan
Oğlun bitirdi hicranı
Evinə dönür, gör, neçə insan
[Nəqərat]
Kor zabit, onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır, vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
Kor zabit, onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır, vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
[Bənd 2: Uran]
93-cü illər, döyüşlər, Ağdam
Axıdılan bir qram qan
Bir parça torpaq deməkdir
Bunu döyüşən hər adam yaxşı başa düşür
Müharibə meydanında, adətən
Ölüm və həyat mələkləri görüşər
Qanlı döyüşlərin birində
Partlayan mərmidən qopan qəlpədən
Biri bu zabiti edir kor
O fikirləşir, ya gör, ya da belə yaşamaq olmaz
Göz azadlıqdır, qanadsız quş havada qalmaz
Hərbi hospital, 1 saat cərrahiyyə əməliyyatı
İnsan mənəviyyatı, insan iradəsi
Bu əməliyyatın hər dəqiqəsi
İşıqla qaranlığın mübarizəsi
İnsanla ölümün, nuru qayıtmır zabit gözünün
Qayıdır ürəyi, həyat enerjisi, çox şükür
Cərrah həkim bunu etmək üçün yaman tər tökür
Amma tale döyüşdə, adətən, çox qəddar
Zabit çıxır hospitaldan, əldə əsas ona həmkar
Çox həkim ümid verir
Çox həkim deyir: "O görəcək"
Hamı fikirləşir: "Zabit sevinəcək bunları eşidib’’
Düzdür, dövlət ona verib
Təltiflər və medallar
Zabitə isə lazımdır
Gözünü alan torpaqlar
Satqınçılıqla verilən yerlər
Mənfəətlə birləşən göylər
Alçaqlıq, ikiüzlülük
Bunlar qalacaq kor zabitin yaddaşında ömürlük
Biz insanlar bəzən görərək
Ürəyimiz döyünərək yaşamırıq, ölürük
[Nəqərat]
Kor zabit, onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır, vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
Kor zabit, onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır, vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
[Bənd 3: Uran]
Bir gün oğul nəsə deyir zabit atasına
Dediyi sözlər duz tökür veteran zabitin yarasına
Həyat ağrılarının hamısına dözən zabitə gəlir qəribə
Yeni nəslin bu səhv düşüncəsi
Oğul deyir: "Müharibə başlayarsa
Əgər birisi gizlənir"
Başqasının ölüsü, dirisi
Haqdan xəbəri yox
Onda hanı vətənpərvərlik?
Hanı milliyyətçilik hissi?
Belə şeylər, əziz atam
Öldürmürmü həvəsi?
Kor zabit qalxır ayağa oturduğu yerdən
Sol əli əsir, damla yaş çıxır gözündən
Birdən bədəni əsir əsəbdən
Oğul peşmandır suala
Ağsaqqal gözlərin göstərib deyir
Məni bu hala salan mənim mənliyim
Mənim vicdanımdır, halaldır qanım
Bu torpağa görə şikəst canım
Qeyrətim bayrağımdır
Ürəyim Azərbaycanın
Ölüm, külə dönüm, yanım
Məhv olum, solum-sağım olsun
Milliliyini danan zibillər
Amma bu ellər götürüb silah dönəcək yenə səngərə
Əgər hərə çəkilsə bir qırağa
Onda Qarabağa və digər torpaqlara
Axı kim olacaq cavabdeh?
Ancaq səfeh insanlar bu dünyada özün düşünür
Yaxşı ki, gözlərim görmür, lakin qəlb döyünür
Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq
Gözlərim cəhənnəmə
Əsas Azərbaycan yaşayacaq!
[Nəqərat]
Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
Olmaz bir qarışından düşmənə pay, Qarabağ
Kor zabit, onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır, vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
[Çıxış]
Və gördü...
İnşAllah
İnşAllah
Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#OrkhanZeynalli #Uran #mikpro

Пікірлер: 207
@K.Salayev
@K.Salayev 5 күн бұрын
Hərbi Xidmətdəyəm Allah bütün Şəhidlərimizə Rəhmət etsin..
@MuzafferIsmayilov
@MuzafferIsmayilov 4 ай бұрын
Şəhid kapitan Rəşad Əliyevin həyat yoldaşından müsahibə alırdıq. Gedəndə ailəsinə mən gələcəkdə uşaqlarımız sülh içində yaşasın , daha şəhid xəbəri eşidilməsin deyə gedirəm demişdi.Naxçıvanda yaşayırdılar, həyat yoldaşına isə Naxçıvana gələn yollar azad olunacaq , ordan dağlarnan gələcək deyilmişdi . Buna görə hər gün o yollara baxırmış xanımı. Təkbaşına 13 erməni öldürən kapitan özü də şəhid olur döyüşlərdə. Hər dəfə Zəngəzurla bağlı xəbər gedəndə o şəhid ailəsi yadıma düşür. İnşallah bir gün o torpaqlarımız da azad olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tezliklə Zəngəzurun azad olunmasını xəbərini eşitmək diləyi ilə. Mahnının sözlərində deyildiyi kimi... Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ? Olmaz bir qarışından düşmənə pay, Qarabağ
@gunaymammado
@gunaymammado 4 ай бұрын
👌🏻🤌🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@Hərşeyvarburada
@Hərşeyvarburada 4 ай бұрын
Şada da zabitim olub :( Şahbuz
@VusalQubatov
@VusalQubatov 3 ай бұрын
Sen Qubali Resad Eliyevden danisirsan????
@MuzafferIsmayilov
@MuzafferIsmayilov 3 ай бұрын
@@VusalQubatov yox qardaş, Rəşad Əliyev aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Siz dediyiniz səhv etmirəmsə əslən Qubalı olan Polkovnik-leytenant Rəşad Quliyevdir. Oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
@CosqunAgayev-si5tb
@CosqunAgayev-si5tb 3 ай бұрын
Nefçalanın Qardaşbəyli kəndinin şəhididi xidməti Naxçıvanda olub.Allah rehmət eləsin Amin🤲
@rufomhmdv
@rufomhmdv 4 ай бұрын
Xidmətimin bitməyinə 6 ay qalıb bəyənin xatirəsi qalsın 🫡 🇦🇿
@behruzselim2528
@behruzselim2528 3 ай бұрын
Sag salamat qayidin🙏🏻🙏🏻🙏🏻
@aysenurh6688
@aysenurh6688 3 ай бұрын
Görüşümüzə 6 ay qaldı, ey əsgərim, mən səni gözləyərkən evim Beytülahzan adlanır.
@rufomhmdv
@rufomhmdv 3 ай бұрын
@@aysenurh6688 burda her yer Beytülhazan
@rufomhmdv
@rufomhmdv 3 ай бұрын
@@aysenurh6688 burda her yer Beytülhazan
@rufomhmdv
@rufomhmdv 3 ай бұрын
​@@aysenurh6688 burda her yer Beytülhazan
@7eykemiya
@7eykemiya 4 ай бұрын
Bağışlasın Şəhid Anaları Qələbə Sevincimizi 🥀💔
@strongerdemon3855
@strongerdemon3855 3 ай бұрын
Bagişlamiyacaqlar heç bir zaman. !!
@shadowdarkblue
@shadowdarkblue 4 ай бұрын
Gözlərim cəhənnəmə əsas Azərbaycan yaşayacaaaaqq!!!! Mənim üçün Azərbaycan repinin 1 nömrəsi Urandır. Mən də varam izləyənlər bilər. Adam bədahətən nəfəs almadan freestyle deyirdi. Kim etiraz edir etsin. URAN ❤️
@azerhesimov0000
@azerhesimov0000 4 ай бұрын
Uran girərkən o səsləri unutmayacam
@RehimRehim-xd6tl
@RehimRehim-xd6tl 5 күн бұрын
Kor zabit rep dünyasında efsane bir şedevr oldu və olacaq . Respekt Uğurlar Uran.
@arzu_poladova
@arzu_poladova 4 ай бұрын
-Bir nəfəsə oxuduz, bir nəfəsə dinlədikk. Mükəmməll.. 🤍
@xeyaledilek
@xeyaledilek 4 ай бұрын
Sözlər yetməz bu anlara❤ Amma bir anlıq təsvvür etdim ki, Hüseyn Dərya da sağdır və bir səhnədə yer alırsınız🥹 Sizə uzun ömürlər arzu edirik, Uran, Orxan🙏
@O77-vnnt
@O77-vnnt 4 ай бұрын
Yuzz faiz . Çox heyıfkı ölûm hakdı.
@orxanrustamov9127
@orxanrustamov9127 3 ай бұрын
😔
@sxyeva.3085
@sxyeva.3085 3 ай бұрын
Sesini eşiden kimi, Hüseyn Deryani xatirlamaq.....Uğurlar...
@frid8339
@frid8339 3 ай бұрын
Kaşki Bu Kaşkilər Olmayaydı. Allah Rəhmət Eləsin Sözləri Bir Dərya Olan Hüseyinə
@EmilElekberov-yo5ij
@EmilElekberov-yo5ij 3 ай бұрын
Hüseyn Derya yek uran super orxanda pis deyil
@bunyaminbehmenzade5458
@bunyaminbehmenzade5458 4 ай бұрын
Bunu səhnədə canlı dinləmək bir ömür unudulmayacaq iz buraxdı. Mükəmməlsiz
@gozely1006
@gozely1006 4 ай бұрын
Düzdür, dövlət ona verib Təltiflər və medallar Zabitə isə lazımdır Gözünü alan torpaqlar … 🙌🏻👏🏻
@isikoalieff1800
@isikoalieff1800 3 ай бұрын
2ci qarabag Veterani Olaraq Tuklerim biz biz Olaraq Dinleyib Ozum ozumle Azerbaycanla Fexr edib qururlandim❤
@TuralGasanof
@TuralGasanof 2 ай бұрын
Mükəmməl ifa.2012-ci ildən Hərbi xidmət,Hərbi Akademiya ,kursantlıq həyatı və s. keçdi gözümün önündən.28.06.2024 -ci il :Rütbə Kapitan İnşallah Təqaüdə çıxdığım gün bu yazını xatırlayacam🙏❤️
@TunzaleAsadova-b3m
@TunzaleAsadova-b3m Ай бұрын
Uranin sesi gelende gizilti kecdi ureyimden.. cox qarisiq duygulardi, biz bunlarla boyumusduk, ve şehidlerin ekseriyyeti bu nesilden oldu (( Allah rehmet elesin. Uran , Orxan mohtesemsiz!
@W1se5
@W1se5 4 ай бұрын
16 yaşımda olmağıma baxmayaraq vətən pərvərlik hissi ruhuma fərqli təsir bağışlayır Tüklərim biz-biz oldu. Uran Kor zabit və Torpaqdan ev ayrılıqda çox dinləyirdim belə isə tam bir əfsanədir . Orxan ❤ Uran
@ilkin2017
@ilkin2017 3 ай бұрын
Nc nc nc Uran Kor Zabit, Sade bir qız. Dəyirman Ya Qarabağ Ya Ölüm Host un oxuduqlari Biz bunlarla boyuduk beli bunlarla Belkem de ona görə biz bele Vətənpərvər, Əxlaqli , Qeyrətli, Namuslu olduq. Veteni Anani Atani sevmeyi qorumagi bele Vətənpərvər mahnilarla oyrendik...
@İsmayıl_N-yev
@İsmayıl_N-yev 2 ай бұрын
Möhtəşəm izah👏👏👏👍
@herbici0523
@herbici0523 3 ай бұрын
Tarix oxuyub Tarix yazan bir Qazidir bunu yazan...🫂🇦🇿
@shahin.husizada.7
@shahin.husizada.7 2 ай бұрын
Kor Zabit bir şedevrdi
@aytnmmmdzad5067
@aytnmmmdzad5067 4 ай бұрын
Həmin konsertdə idim, bu hissəni xüsusi zövqlə izlədim
@shahnazbaghirova1149
@shahnazbaghirova1149 3 ай бұрын
Uranın səsi çox təmizdir
@MrMamed70
@MrMamed70 3 ай бұрын
URAN ORXAN, BU NE BURULĞAN İDİ QARDAŞ, KÖVRELTDİN ❤❤❤✊🏽🇦🇿🇦🇿🇦🇿 QARABAG AZERBAYCANDIR!!!
@gulummemmedova6936
@gulummemmedova6936 20 күн бұрын
VETENİME canım qurban ...!!! Uşağlığomın repi...
@efqanibrahimxelilov2494
@efqanibrahimxelilov2494 3 ай бұрын
Yaşlı gözlerle dinledim😢😢😢😢
@ramazannovruzov6145
@ramazannovruzov6145 Ай бұрын
Uran brat ti prosta ox.uet. Allah sene quveet guc nefes versin👍🏻👍🏻👍🏻👍🏻😘😘😘😘😘
@behruzyusifov1261
@behruzyusifov1261 3 ай бұрын
Gozlerim yasardi.hem kor zabitin sozleri hem yanimda sehid olan qardaslarim,qazi olan qardaslarim yadima dusdu.halaldi usaqlar.
@muradismayilzade2311
@muradismayilzade2311 2 ай бұрын
Konsertdə Uranın səsi gələndə gözüm doldu tərk elədim Əloyunlarını..
@nizamiismaylov2162
@nizamiismaylov2162 4 ай бұрын
Vətən varlilarin yaxşi yaşamasi ucun kasiblarin öldüyü yerdir😢😢
@İsmayıl_N-yev
@İsmayıl_N-yev 2 ай бұрын
Çünki varlı isdediyi vaxt evindekiləri çixarda bilir burdan ama kasıbın belə şansı yoxdur.ona gorə yeri gəlsə vətən üçün ailəmiz üçün ölməliyik.
@eyyubhebilli1220
@eyyubhebilli1220 4 ай бұрын
Hər dinlədiyimdə bütün hüceyrələrimə qədər hiss etdiyim iki ifa, yeniyetməlik illərimin qəhrəmanları...
@bxtiyarxankisiyev732
@bxtiyarxankisiyev732 3 ай бұрын
Uran sən başqasan qardaş❤
@surxaysurxay3091
@surxaysurxay3091 3 ай бұрын
2007 ci ildə qulaq asmışdım Kor Zabit trackinə və dillərimizdə əzbər olmuşdu.Bu gün bu trackin əslindən də qəşəng səslənəcəyi ağlıma gəlməzdi,əhsən Uran əhsən Aid.
@okdaykerimli9874
@okdaykerimli9874 3 ай бұрын
Heyf boyuk senetkar idi qiymet veren olmadi Urana
@cavidhaciyev789
@cavidhaciyev789 2 ай бұрын
Men bu repe qulag asanda aglamişdim yaşamişdim bu kilpi qulag asanda
@tapomansur6299
@tapomansur6299 3 ай бұрын
Urann❤❤ Yenə olsun
@rashadalakbarov2265
@rashadalakbarov2265 2 ай бұрын
Orxan yaxşı ki varsan brat
@vaqifzabratZabrat
@vaqifzabratZabrat Ай бұрын
Balaca maqintafonumda qulaq asdığım Uran🤍Və həyatımın ən ağır vaxtlarında qulaq asdığım Orxan🤍
@aligojaev2201
@aligojaev2201 3 ай бұрын
Gözlərim doldu, əsas da son verse'de. Bu gün əgər azrapda da vətənpərvərlik hiss daşınırsa bunun səbəbkarı Uran və Dəyirmandı. Halal olsun Ustad... Kim gəlirsə gəlsin, sənin yerin bəllidi bizdə...
@cemilrizvanl
@cemilrizvanl 3 ай бұрын
2005 ci il yadıma düşür.Bu rep mənim üçün bir travmadı.Var ol Uran👍
@orkhanabdullayev1518
@orkhanabdullayev1518 Ай бұрын
Senetkarlar!!!!!! ❤
@feqanehmedov4374
@feqanehmedov4374 4 ай бұрын
Bu treckə qulaq asarkən gozlərimi bağladim.Sadəcə doyus yolu canlandi beynimde.Bu trecki sadəcə muharibədə canini qoyanlar cox dərin anlayar.Cox heyf .
@perviznamaz
@perviznamaz 2 ай бұрын
Uran sen başqasan 👍
@yaqubisgenderli7626
@yaqubisgenderli7626 4 ай бұрын
Ancaq səfeh insanlar bu dünyada özün düşünür Yaxşı ki gözlərim görmür, lakin qəlb döyünür Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq Gözlərim cəhənnəmə Əsas Azərbaycan yaşayacaq!
@behruzyusifov1261
@behruzyusifov1261 3 ай бұрын
Allah butun 1ci Qarabag,2ci Qarabag o cumleden butun sehidlerimize rehmet elesin .Qazilerimize can sagligi.Allah Ordumuzu Qorusun .amin.
@KamranAliyev-zf9fc
@KamranAliyev-zf9fc 2 ай бұрын
Orxan Zeynallını sòzleri tamam başkadır. Heyf ki orda ola bilmedim.
@efqanhuseynov1824
@efqanhuseynov1824 3 ай бұрын
ALLAH rehmet elesin sehidlerimize. Qazilerimize sefa dileyirem. En boyuk mesuliyyet herbici heyatina aid cunki onlar dusmenle her an uz be uzdu. Onlarsiz veten yoxdur. Onlar bizim qururumuz
@Malish_13
@Malish_13 3 ай бұрын
🎭🔥
@livgerrsteven7636
@livgerrsteven7636 4 ай бұрын
Uranın 1 saniyə belə lyric ekranına baxmaması 🔥
@Rizvan-d2x
@Rizvan-d2x 3 ай бұрын
MOHTESEM❤❤❤MOHTESEM❤❤❤MOHTESEM❤❤❤
@elsadcfrov3590
@elsadcfrov3590 2 ай бұрын
Qeyrətim bayrağımdır. Vətənim Azərbaycanım 🇦🇿🇦🇿🇦🇿🇦🇿
@elimelili1331
@elimelili1331 2 ай бұрын
Möhtəşəm ❤
@kovakadini88
@kovakadini88 4 ай бұрын
Xeyirli olsun hərkəsə xoş dinləmələr 🙋🤌✨
@tofiqcebrayilov2572
@tofiqcebrayilov2572 3 ай бұрын
Əslində zabit zahirən kordur lakin biz insanlığın çoxluğu ruhən koruq. Biz insanlar bəzən görərək, ürəyimiz döyünərək, yaşamırıq ölürük.
@faminmirzeliyev9522
@faminmirzeliyev9522 3 ай бұрын
Uran ❤
@K.Lala79
@K.Lala79 3 ай бұрын
Ağladım....🥺🥺Ruhunuz şad olsun,əziz oğullar, qardaşlar,atalar,ərlər....
@xeyalnamazov1822
@xeyalnamazov1822 Ай бұрын
Bu sadəcə bir musiqi deyil , həyat dərsidir. Halal olsun sənə Uran 🙏🏻🙏🏻🙏🏻
@azebaku4276
@azebaku4276 4 ай бұрын
Bilirdim gələcəksən, 30 ildir tərkidiyarsan... Bağışla bizi Vətən, 30 ildən sonra gəldik...
@ruslanhasanov88
@ruslanhasanov88 3 ай бұрын
2 əjdaga Halal Olsun Fəxrlərimiz 🇦🇿✊
@OkaberKarabin13
@OkaberKarabin13 4 ай бұрын
Mükəmməl+mükəmməl
@feridenagiyeva1642
@feridenagiyeva1642 3 ай бұрын
Allah bütün şəhidlərimizə rəhmət qazilərimizə şəfa versin .Vətənimizin müstəqilliyi əbədi olsun 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤️❤️❤️
@heckim6588
@heckim6588 4 ай бұрын
Hər kəlməsi qızıldı, möhtəşəmsiniz!
@zakakhalilov
@zakakhalilov 4 ай бұрын
Dogurdan kor zabit kimi ogullar canini verdi ,torpaqlarimizi geri qaytardi❤️
@anarofficial4852
@anarofficial4852 4 ай бұрын
Yaxski varsan ❤ mekteb illerimden dinlediyim qaraqan aid okaber ❤❤❤
@xeyalesamilzade5817
@xeyalesamilzade5817 4 ай бұрын
Orda olub əzbər oxudum.İnsanın iliklərinə qədər işləyir sözləri.😢
@feyyazbutayev9446
@feyyazbutayev9446 3 ай бұрын
İkinizi biyerde görmey ❤❤
@RehimRehim-xd6tl
@RehimRehim-xd6tl Ай бұрын
Kor zabiti gələcək nəsillər dinləyəcək İnşaAllah.
@tagiyevelchin2469
@tagiyevelchin2469 12 күн бұрын
Bravo!!!!!!
@gulummehmanzade2133
@gulummehmanzade2133 3 ай бұрын
Bu ikilini bir yerde gormek mene lezzet eledi.sag olun ....gencliyimi geri qaytardiniz bu deqiqelerde...😢
@ElvinYusifov-pg2jg
@ElvinYusifov-pg2jg 3 ай бұрын
Ehsen cox qururverici ve vetenperver bir sozler.
@rakivieux
@rakivieux 4 ай бұрын
Qarşınızda baş əyirəm✌️😘
@samiraismayilova1017
@samiraismayilova1017 3 ай бұрын
Allah bütün şəhidlərimizin ruhunu şad etsin.
@DrWt-g3k
@DrWt-g3k 3 ай бұрын
MÖHTƏŞƏMSİZ!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@xeyalibadullayev5105
@xeyalibadullayev5105 3 ай бұрын
Uran- 2005 AAHM
@elnurfeyzizade7666
@elnurfeyzizade7666 4 ай бұрын
Repden daha artigi . mohtewemsiz.zehmeti olan her kese sonsuz tewekkurler.
@farizmammadov5428
@farizmammadov5428 4 ай бұрын
Mən 7ci dəfə qulaq asıram. Uran çox gözəl emosiyaları baxışladı. Hər ikinizə uğurlar
@rafi_6_3
@rafi_6_3 3 ай бұрын
❤ hemiwe uzun yol gedende mawinda tek olanda ya kor zabit yada aidin mahnilarini dineyirdim yorgunlugumu alirdi yolu daha maraqli eliyirdi . Biraz kecmiwe qayitdim ✌🏿
@rufetaliyev3333
@rufetaliyev3333 3 ай бұрын
Çox sağolun uşaqlar... Her ikiniz möhtəşəmsiniz...
@FezailKarabin
@FezailKarabin 3 ай бұрын
Möhtəşəm
@malikovtogrul5822
@malikovtogrul5822 3 ай бұрын
Uran🎉🎉🎉
@raminisgenderov8873
@raminisgenderov8873 3 ай бұрын
❤️🇦🇿🔥 canim Azerbaycanim. Cox wukur Bu gunumuzu bize yawadan wehidlerime Allah rehmet elesin. Qazilerimize Allah wefa versin
@mehdicabbarov8101
@mehdicabbarov8101 3 ай бұрын
Bunun yenisini yazmaq lazimdir.cunki qaytardiq o torpaqlari.o kor zabit artiq ruhen gorur.
@VusalQubatov
@VusalQubatov 3 ай бұрын
Uraaaaaaaaaan
@gunaybextiyarova1988
@gunaybextiyarova1988 4 ай бұрын
Kor Zabit nostaji 👍👍
@SADiGNURi
@SADiGNURi 3 ай бұрын
Uran sən neynədin uran belə gedəssən irəli👍
@tamerlanhuseynov677
@tamerlanhuseynov677 2 ай бұрын
Rep üçün çox təşəkkür edirəm. Həmşəki kimi supper. Ancaq bu repi ordakı musiqiçilərlə etsəydiniz daha gözəl olardı.
@nerminmemmedli2492
@nerminmemmedli2492 4 ай бұрын
Enerjini necə ötürürsüüzzz,möhtəşəəəmmmm!!!!... 💣💥💥💥
@perfect_gamer-cs6mb
@perfect_gamer-cs6mb 3 ай бұрын
Əla
@juneydhasanli3097
@juneydhasanli3097 4 ай бұрын
Çox dəyəlidir, çox sağ olun! Uğurlar!
@pervizsultanov9286
@pervizsultanov9286 3 ай бұрын
Cənab kapitan MEHBALİ FERİD -HƏHİMOV TƏBRİZ -------DSX+ÇHB---------- HAQQİNİ HALAL EDİN SƏHİDLƏRİM
@ilaheniftalyeva
@ilaheniftalyeva 4 ай бұрын
Hər konsertdə bu track insanda dərin duyğular oyadır🥹💙
@OrxanKarimov-v4x
@OrxanKarimov-v4x 3 ай бұрын
Uran sanki özü yaşayıb bu hadiseni o cür təsvir edir
@alizadeh5555
@alizadeh5555 4 ай бұрын
Enerjiniz nece mohtesemdi Orxan Uran yasayin yasadin
@xeyalibadullayev5105
@xeyalibadullayev5105 3 ай бұрын
Super Super Çox sağ olun Qardaşlar
@Schmetterling93
@Schmetterling93 4 ай бұрын
Uraaaan supeeerrr hər zaman olduğu kimi👍👍👍
@ulviemin8340
@ulviemin8340 3 ай бұрын
Kor zabit. Bu trek tək Uranın yox, xalqın şedevrdir.
@metanetguluzadeh1634
@metanetguluzadeh1634 3 ай бұрын
@IlqarEhmedli
@IlqarEhmedli 4 ай бұрын
Uran canavarsan 🐺
@HaciOgullari
@HaciOgullari 4 ай бұрын
Tüklərim biz biz olur buna və Ya Qarabağ Ya Ölümə qulaq asanda.Müharibədə olanları nə qədər danışsaqda yaşamayana hə danış anlamaz.Arzu etmirəm kimsə müharibə görsün.Ömrlük getdi travmamız...
@umidmemmedov4906
@umidmemmedov4906 Ай бұрын
Çıxa bilmirəm mahnidan🥲
@MaraqliTV42
@MaraqliTV42 4 ай бұрын
Kor zabit 🇦🇿
@FikoZulfuqarli
@FikoZulfuqarli 4 ай бұрын
Kor zabit nuru qayıtdı gözünün 💪
@behruzselim2528
@behruzselim2528 3 ай бұрын
Hay daa Urana halal olsun, canli repi cox super ifa etdi. Orxan abi de hec de, ikisi de super👍👍👍
URAN vs Şahin Zirvə - Freestyle | 2005 | Space TV
5:12
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 82 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
Orxan Zeynallı Gemini konserti - Qocalmısan ft. Okaber
6:00
Elektrozavr
Рет қаралды 30 М.
Uran x Xpert x Ziq Zaq x Paster - #iricapli (Official Music Video)
4:36
Synaps Records
Рет қаралды 7 МЛН
Orkhan Zeynalli ft. Röya Miri - Bir Də Gəlsəm (Rəsmi Musiqi Videosu)
6:31
Gəl Gedək (Live)
4:34
Orkhan Zeynalli
Рет қаралды 1,7 МЛН
Qaraqan və Nazryn - Səhraların Ulduzu
5:26
QARAQAN
Рет қаралды 133 М.
Orkhan Zeynalli ft. Çinarə Məlikzadə - Böyük Ümidlər/Xatirədir
4:56
ORXAN ZEYNALLI - MƏNİ XATIRLA (LİVE CONCERT) 4K
4:36
Elmar Qasımov
Рет қаралды 2,7 М.
Orkhan Zeynalli ft. Ayni Khalid - İllər Sonra (Rəsmi Musiqi Videosu)
3:20
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 18 МЛН