OTORİNOLARİNQOLOQ, SƏS PROBLEMLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS, PH.D, DOSENT DOKTOR RAMİL HƏŞİMLİ KİMDİR?

  Рет қаралды 51

SAGLAM TV

SAGLAM TV

Ай бұрын

WIKIMED.AZ TƏQDİM EDİR
Ramil Həşimli (3 may 1978) - Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir.
Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001-2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003-2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Ramil Həşimli 2007-2009-cu illərdə Nəsirəddin Tusi adına klinikada həkim-otorinolarinqoloq kimi çalışmışdır. 2008-ci ildə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda qulaq-burun-boğaz xəstəlikləri kafedrasının assistenti kimi fəaliyyətə başlamış və 2019-cu ildə həmin kafedranın dosenti vəzifəsinə seçilmiş və hazırda bu vəzifədə çalışır.[3] O həmçinin LOR Hospitalda qulaq-burun-boğaz cərrahı, foniatr vəzifəsində çalışır və "VoiceDr Clinic"-in rəhbəridir.
Əsas elmi və tibbi fəaliyyəti qırtlağın kəskin və xroniki xəstəlikləri, səs professionallarında rast gəlinən xəstəliklərin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur.
Apardığı tədqiqatların nəticələri ilə 50-dən çox beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir. 100-dən artıq elmi çap işinin müəllifidir.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyi ilə Ə. Əliyev adına ADHTİ-də foniatriya (səs müayinə) laboratoriyasının qurulması layihəsinin rəhbəri olmuşdur. "Foniatriyanın əsasları" tədris vəsaitinin həmmüəllifidir. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir.[7][8][9]
Ramil Həşimlinin rəhbərlik etdiyi həkimlər briqadası tərəfindən Azərbaycanda ilk dəfə "səs qalınlaşdırma" əməliyyatı icra olunmuşdur.[10]
"Medeniyet" medikal jurnalının beynəlxalq redaksiya şurasının üzvüdür. Mərkəzi və Qərbi Asiya QBB BBC Cəmiyyətinin baş katibidir. Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz Cəmiyyətinin və Avropa Larinqologiya Cəmiyyətinin üzvüdür. Beynəlxalq Səs Cəmiyyətinin Azərbaycan üzrə milli koordinatorudur.
Evlidir, 3 övladı var.
Doktor Ramil Həşimli ilə əlaqə telefonu: (+994) 50 201-26-29

Пікірлер: 1
@rovshenmusayev5708
@rovshenmusayev5708 25 күн бұрын
Maşallah
Hadisədən sonra Xalq Artisti Ağadadaş Ağayevin Xalqa ilk müraciəti
14:40
Əhalini dollarla bağlı nə narahat edir?
16:52
Baku TV
Рет қаралды 2,8 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 28 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
Xəyanət (198-ci Seriya)
56:44
Xəzər Film
Рет қаралды 20 М.
Sızdıran Bağırsakların 7 İşareti | Dr. Berg Türkçe
8:13
Dr. Eric Berg - Türkçe Kanalı
Рет қаралды 2,4 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН