Рет қаралды 775
M.Səfərov adına Horadiz şəhər 1 N-li tam orta məktəbində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “ Payız lövhələri layihəsi həyata keçirilmişdir.
Payız fəsli ərzində həyata keçirilən layihə ana dili, həyat bilgisi, musiqi , təsviri incəsənət,texnologiya,fiziki tərbiyə təhsil sahələrini əhatə etmişdir.
Layihənin reallaşması payız haqqıında,təbiətin qanunauyğunluqları haqqında biliklərin möhkəmləndirilməsinə,”İl ”, “Fəsillər” .“Meyvələr,”Tərəvəzlər”,Ağaclar və kollar ” “Giləmeyvələr”,” Quşlar”,”Heyvanlar” mövzuları üzrə lüğət ehtiyatının zənginləşməsinə,
əldə olunmuş biliklərin və müşahidələrin müxtəlif fəaliyyət növlərində əks etdirilməsinə,idrak fəallığının, təfəkkürün,təxayyülün, kommunikativ bacarıqların,yaradıcılıq qabiliyyətlərinin inkişafına köməklik göstərmiş, bədii ədəbiyyata ,xalq yaradıcılığına marağı artırmış,təbiətə,heyvan və quşlara qayğıkeş münasibət tərbiyə etmək üçün zəmin yaratmış, yalideynlərin uşaqlarla birgə yaradıcı fəaliyyətə cəlb olunmasına stimul vermişdir.
Layihənin reallşaması zamanı şagirdlər tərəfindən mövzu üzrə onlarla oriqamı və maketlər hazırlanmış ,rəsmlər çəkilmiş, xeyli şifahi xalq ədəbiyyatı nümunələri (tapmacalar,atalar sözləri,bayatılar və s. ) öyrənilmiş,şair və yazıçıların şeirləri əzbərlənmiş, mahnılar,rəqslər hazırlanmışdır,idman yarışları təşkil olunmuşdur.
Layihə 21 dekabrda təşkil olunmuş “Əlvida,payız” tədbiri ilə başa çatmışdır.