Рет қаралды 144,675
Mütləq baxın ✌️ Bu film üstündə çox əziyyət çəkmişik🙏 “KORRUPSİYA XƏRÇƏNGİ” müalicə olunmayan xəstəlik! Akademik Cəmil Əliyevin var dövləti üzə çıxdı💵 Azərbaycanda İlk dəfə yayımlanır! Baxıb, dəhşətə gələcəksiz!🇦🇿
👉Azərbaycan vətəndaşlarının və əsasən “XƏRÇƏNG” xəstələrinin haqqı görün necə yeyilir! İnsan nə qədər vicdansız olmalıdır ki, dövlət büdcəsindın xəstələrə ayrılan pulları ilə özünə dəbdəbəli həyat qursun❗️
Milli Onkologiya Mərkəzində baş verən cinayətləri araşdırmışlq, faktlarla, sübutlarla!✅
👉Onkologiya Mərkəzində olan korrupsiya haqqında nə TV-lər görsədir nədə qazetlər yazır! Bilirsiz niyə? Çünki onlar qorxurlar! Biz amma qorxmuruü! Çəkib sizlərə görsədirik ki, ayıq olasız!
👉Xərçəng xəstələrin haqqını yeyən, körpələrimizin, böyüklərimizin pulunu mənimsəyən Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevi yaxından tanıyaq! Ölkənin baş onkoloqu Cəmil Əliyevin şərab zadodlarını, gəmilərini, otellərini, bahalı maşınlarını tapmışıq! Bu qədər var dövlət hardandır? Baş prokurorluq araşdırmasa da biz araşdırmışıq!
“CHABİANT” markalı çaxır zavodu, İsmayıllıda olan “ŞATO MONOLİT” qonaq evi, 100 hektarlarla ÜZÜMLÜKLƏR, “SİYƏZƏN BROYLER” toyuq zavodu, Badamdar qəsəbəsində yerləşən “DUBAİ İnternational HOTEL”, “WORLD MED” tibb mərkəzi, Xəzər dənizində üzən 6 gəmi, və bir neçə milyonluq maşın qarajı- bunlar hamısı CƏMİL ƏLİYEVİN nəzarətindədir!
Azərbaycanda olan onkologiya (xərçəng olan) vətəndaşlarının Onkologiya Mərkəzində muayinəsi və mualicəsi pulsuzdur. Çünki hər il Milli Onkologiya Mərkəzinə dövlət büdcəsindən milyonlarla manat ayrılır. Pul ona görə ayrılır ki, xərçəngdən əziyyət çəkən vətəndaşlarımıza qayğı göstərilsin. Amma bu baş vermir. Onkologiya Mərkəzinə gedən vətəndaşlardan mualicə, muayinə, əməliyyatlar üçün küllü miqdarda pul tələb olunur. Kimin pulu varsa o yaşayacaq kimin pulu yoxdursa-yıxılıb ölməlidir! Bəs dövlət büdcəsindən ayrılan milyonlar kimin cibinə axır? Bəli, həmin mərkəzin baş direktoru Cəmil Əliyevin cibinə.
Faktlar "SANCAQ MEDİA GROUP" tərəfindən yoxlanılıb. Müəllif hüquqları qorunmalıdır!
Mehman Hüseynov rəsmi Facebook: / mehman.irfs
Instagram: / sancaq.production
SANCAQ facebook: / sancaq.biz
KZbin: / mehmanhuseynovofficial