Salam. İlk öncə belə gözəl əl işinə görə sizə təşəkkür edirəm. Çəkib ictimaətlə paylaşırsız. Hal hazırda istifadə etsiyiniz pitminutkanı yeni nəsil sensorlu qaz temperaturunu ızü tənzimləyən pitminutka ilə əvəz edib daha təkminləşdirmək olarmı bu işi? Mənim fikrim də var ki sisteçi eynən sizdəki kimi çəkim lakin pitminutkanı qeyd etdiyim kimi təzyiqi özü tənzimləyən sensorlu pitminutka ilə əvəz etməkdi. Sizcə mən dediyim alınarmı? Bu sualə sizə verməkdə məqsədim bu durki qazı əl ilə azldıb artırmırsan istədiyiniz tempdə qoysaniz bəs edər. Yəni üstünlüyü bu dur.
@budaq8 ай бұрын
Salam. Çox sağ olun. Sizin fikrinizi bəyənirəm. Mən də gələcəkdə nə vaxt dəyişsəm pitiminutkanı, o vaxt siz dediyiniz pitiminutkalardan quraşdırmağı planlaşdırıram. Məsələn, hal-hazırda gecə radiatorun ikisini (yatmadığımız otaqda) demək olar ki, bağlayıram. Azacıq açıq qalır. Belə olan halda isə sistemdə temperatur qalxır və digər otaq çox isti olur. Buna görə də pitiminutkanın istiliyini də azaltmalı oluram. Amma siz deyən pitiminutkadan olsa, mən pitiminutkaya əl vurmaram. Ancaq gecələr boş qalan otaqların radiatorunu azaldaram, gündüzlər də açaram. Qazı isə pitiminutka özü artırıb azaldar.
@Maraqli935Faktlar10 ай бұрын
Qardaş Allah köməyiniz olsun,mende deyildim bu qardas da yeniden çekerdi ceski,,sutkaya 1 aN işlədir qaz ,,, yeni hem gecə hemde gündüz dayanmadan işlədir????
@budaq10 ай бұрын
Siz də sağ olun. Demək olar ki, sutka boyu işləyir. Gündüzlər gün çıxanda fasilə veririk. Amma elə vaxt olur ki, günlərlə dumanlı, tutqun və soyuq günlər olur, o zaman fasiləsiz sutkalarla işləyir. Bunu dözümlülüyü barədə qeyd edirəm. O ki qaldı sərfiyyata, mən təxmini deyirəm günə bir manat. Çünki, bizim evdə bu cür iki sistem, bir qaz plitəsi (dördgöz) və hamam-mətbəx üçün daha bir ayrı pitiminutka hamısı bir sayğac üzərindədir. Təxmini götürəndə 1 manat yazar bir sistem. Qış yeni başlayanda daha az yazır. Bu, həm də evin istini saxlamasından da asılıdır.
@Maraqli935Faktlar10 ай бұрын
@@budaq inşallah mendə quracam ev 2 otaqlıdır 4 radiator eve 1 radiator hamama panel radiator yaxşı olar məncə ,birde termostat qoşsaz yaxşı olardı, dayanmadan işləsin deyni
@budaq10 ай бұрын
@@Maraqli935Faktlar Rele qoşdum, amma xoşuma gəlmədi. Suyun temperaturuna uyğun olaraq sönüb-yanır. Amma mən özüm əl ilə lazım olanda azaldıb-çoxaldıram, otağın temperaturuna uyğun. Yəni, içəri normal qızıbsa, qazı azaldıram ki, o qaydada da saxlasın temperaturu. İnşəAllah bir video hazırlayacam bu barədə. Rele ilə işləyəndə qızma və soyuma bir-birini əvəz edir ki, bu da həm otağa, həm də kalonkaya xoş gəlmir.
@ugurallahverdiyev602210 ай бұрын
Salam qaqa necəyə yığırsan bunu deyərdin zəhmət olmasa 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@budaq10 ай бұрын
Salam. Pitiminutkanın üzərində (detallarında heç bir dəyişiklik etmirik. Sadəcə olaraq, pitiminutka və su (dövriyyə) nasosu əlavə edirik.
@ugurallahverdiyev602210 ай бұрын
Allah sizdən razı olsun 🙏🙏🙏
@budaq10 ай бұрын
Çox sağ olun.
@nihadmemmedli57089 ай бұрын
salam pitminutkani açıq havada olanda ona baca lazım deyil?
@budaq9 ай бұрын
Salam. Baca hər bir halda lazımdır. Açıqda olanda küləkli havalarda xüsusilə olması vacibdir. Bizim pitiminutkanın borusu evin boyanması zamanı çıxarılmışdı. Ötən videomuzda onu görə bilərsiniz: kzbin.info/www/bejne/p5jUk2icgNGEm5Y
@b2222aliev4 ай бұрын
salam bcur sistem pitmnutka ile pamidor aranjirde qurmaq olarmi mende 6 sotudu nece piti munutka qoya bilere su matopu markos ve ya semes qoya bilermi ve ayda ne ce kub qaz istvade olar
@budaq4 ай бұрын
Salam. Sərfiyyatı dəqiq bilmək olmaz indidən. Bir ev boydadır 6 sot. Amma nəzərə alsaq ki, divar əvəzinə nazik plyonkadır, sərfiyyat bir evinkindən də çox olar. Pitiminutka gərək böyük ola. Nasos isə adi su nasosu yox, dövriyyə nasosu - istilik sistemi üçün olanlardan ola ki, isto suya dözə.
@b2222aliev4 ай бұрын
salam bizde s 24 lt yuxari piti munutka yoxdur dovrye nasosda cetin tapmaq olar baxslayin 25 sm slankla icnde istlik yaratmq ola yoxsa hec olmasa5 derece
@budaq4 ай бұрын
32-lik pitiminutkalar çox yerdə var axı. Olmasa, 24 də olar. Dövriyyə nasosu da həmçinin, tapılandır. Radiator qoymayacaqsınızsa, içərini isitmək üçün şlanq yox, metal boru lazımdır. İstini yaxşı ötürmək üçün.
@b2222aliev4 ай бұрын
@@budaq cox sax olin mesletnize kore men kurcustanlyam bizde demur boru cox bahadi dovye maroru neclik
@budaq4 ай бұрын
@@b2222aliev Siz də sağ olun. Dövriyyə nasosu heç olmasa dəqiqədə 70 litr su vura bilən olsun. Onlar da 90 vatdan çox olur.
@ugurallahverdiyev602210 ай бұрын
Qaqa qaz sərfiyatı nə qədərdir ? Zəhmət olmasa
@budaq10 ай бұрын
Təxminən günə 1 manat.
@ugurallahverdiyev602210 ай бұрын
Qaqa sizinən necə əlaqə saxlamaq olar.? Öncədən təşəkkür edirəm
@budaq10 ай бұрын
Əlaqə vasitələrimiz burda var: mehemmed.com/ozum/elaqe-vasitesi/