Рет қаралды 185,821
Video o qədər real görünürdü ki, hətta informasiya saytları bununla bağlı dəqiqləşdirilməmiş və istinadsız məlumatlar paylaşaraq insanları çaş-baş saldı. Guya Dövlət Yol Polisi yeni bahalı avtomobil alıb. Məsələ o qədər böyüdü ki, nəticədə Dövlət Yol Polisi bahalı avtomobil almadıqlarını və ölkədə bu cür dövlət nömrə nişanlı avtomobil olmadığını açıqlamaq məcburiyyətində qaldı. Bundan sonra bildik ki, bu, real avtomobil yox, 3D effekti ilə yaradılan görüntüdür və onu elə bizim öz əməkdaşımız, İtv Xəbər Yekun-un virtual studiyasını qrafikalarla gözəlləşdirən Ayxan Azad hazırlayıb. Ayxan könülləri yalnız 3D qrafikaları ilə yox, həm də 44 günlük müharibədə iştirakı ilə fəth edib. Gəlin, onu yaxından tanıyaq.
/ ictimai.tv
/ ictimaitv.official
itv.az/
#İTV
#İTVXəbərYekun
#ictimaitv #video #televiziya #baku #videolar #itv