Qədim Naxçıvan abidələri

  Рет қаралды 16,669

Azerbaijan Realities

Azerbaijan Realities

7 жыл бұрын

Qədim Naxçıvan abidələri
Azərbaycanın tarixində xüsusi yeri olan Naxçıvan qədim abidələrlə zəngindir. Bu diyarda hər daşın, hər qayanın altında Azərbaycan xalqının zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan abidələr yatır. Məmləkətimizin ayrılmaz bir parçası olan bu diyarda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək olar.
Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur ki, onların da 58-i dünya əhəmiyyətli sayılır. Qazma, Əshabi-kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri aşkar olunub. Eramızdan əvvəl IV minilliyin sonu və II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala-şəhər yaşayış məntəqələri salınıb. Gəmiqaya rəsmləri tipli təsviri sənət abidələri Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji dünyagörüşünü əks etdirir. Əshabi-Kəhf mağarası Qurani-Kərimin Kəhf surəsindəki mağara olduğu ehtimal edilir.
Naxçıvanın daha bir möhtəşəm abidəsi memar Əcəminin şah əsəri olan Mömünə Xatun türbəsidir. Bu türbəni Naxçıvanın Tac-Mahalı da adlandırırlar. Türbə təkcə Azərbaycanda deyil, islam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır. O, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatunun qəbrüstü məqbərəsi kimi ucaldılıb. El arasında bu türbəyə "Atabəy günbəzi" də deyilir.
Memar Əcəmiyə aid daha bir tarixi memarlıq abidəsi Yusif ibn Küseyr türbəsidir. 1162-ci ildə inşa edilən türbə xalq arasında ata-baba türbəsi adlanır. Abidənin gövdəsində kufi xətlə Qurandan ayələr yazılıb.
Orta əsr Naxçıvan memarlığının ən qiymətli yadigarlarından biri də Qarabağlar türbəsidir. Qarabağlar abidələri kompleksinə türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən ibadətxana binasının qalıqları daxildir. Qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikildiyi güman edilir. Türbənin fasad bəzəyi təkrarlanan "Allah" sözlərindən yığılıb.
Naxçıvanın diqqət çəkən memarlıq abidələrindən biri də Ordubad şəhərinin mərkəzində XIV əsrə aid Buzxana abidəsidir. Bina boyük otaqdan, 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın hündürlüyü 11 metr, divarlarının qalınlığı isə 80 santimetrdir. Qış aylarında zirzəmiyə su vurularaq buz halına salınır, yay aylarında isə yerli əhalinin ərzaq məhsulları və azuqələrini saxlamaq üçün istifadə edilirmiş.
XVIII əsrə aid tarixi abidələrindən biri sayılan və Naxçıvanın əzəmətli tikililərindən hesab edilən Xan sarayı şəhərin qonaqlarının maraqla ziyarət etdikləri məkanlardan biridir. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərlinin tikdirdiyi ehtimal edilir. Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Hazırda bu sarayda Naxçıvan Xalça Muzeyi yerləşir.
XVIII əsrə aid Şərq hamamı Naxçıvanın dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələrindən biridir. Bu memarlıq kompleksi vaxtilə Naxçıvan şəhərinin mərkəzindən keçən Bazar çayının yaxınlığında inşa edilib.
Yolunuz Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Naxçıvana düşsə, bu abidələri ziyarət etməyinə dəyər.

Пікірлер: 20
@gunelpasayeva8432
@gunelpasayeva8432 5 жыл бұрын
Men özüm Azerbaycanın bir çox rayonlarıda yaşamışam düzdü insanları çox qonaqperverdi bütün rayonların ama Naxçıvan insanları qeder mehriban qonaqperver yer görmedim tebieti memarlığı incesenti abideleri çayları bulaqları qeyri adidi.heleki Eshabi keff tamam başqa bir alemdi.yemekleriçox lezzetlidir.Naxçıvan qehremanlar diyarıdı bu torpaq neçe neçe akademikler seneykarları ile dünyaya ses salıb.❤💓
@ruslannovruz9744
@ruslannovruz9744 Жыл бұрын
Gözel Naxçıvan...🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 Biraz yaşıllaşdırsaydılar Naxçıvanı çox cözel yer olardı,amma,teesuf ki,isdiden her ağac bitmir Naxçıvanda.
@aykralicas3178
@aykralicas3178 4 жыл бұрын
Mənim canım ürəyim Azərbaycanım torpağına qurban olum ☺💙❤💚
@gunelpasayeva8432
@gunelpasayeva8432 5 жыл бұрын
Gözel şeher gözel veten Azerbaycanın döyünen üreyi❤
@turanurlan4596
@turanurlan4596 3 жыл бұрын
000
@alidrago56
@alidrago56 3 жыл бұрын
TÜRKÜN qedim yurdu NAXÇIVAN!
@pembis3079
@pembis3079 3 жыл бұрын
Çox marağlı yerlər
@azeri9437
@azeri9437 5 жыл бұрын
🇦🇿 ❤
@fatimveliyeva3207
@fatimveliyeva3207 4 жыл бұрын
🇦🇿❤
@biznesonline3466
@biznesonline3466 4 жыл бұрын
Torpagva qurban olum
@elyanoraqwert5622
@elyanoraqwert5622 5 жыл бұрын
Alişqam eka nax gözeldi
@NurlanNurlann455
@NurlanNurlann455 3 ай бұрын
Lütfen naxçıvanda yerleşen abide hansıdı.
@fatimesalmanova4918
@fatimesalmanova4918 Жыл бұрын
Qış aylarinde zirzemiye su neyi axidilib buz halina salinir? Onu anlamadim
@tukazabdullayev717
@tukazabdullayev717 6 жыл бұрын
Aradigimi bulamadim yaaaa
@malikxudoverdiyev9600
@malikxudoverdiyev9600 6 жыл бұрын
Qessab Meherrem. Ne arıyordunki yardımcı olalım..
@gunelpasayeva8432
@gunelpasayeva8432 5 жыл бұрын
Ne axtarırsan ele
@pembis3079
@pembis3079 3 жыл бұрын
Bende bulamadım 12 ci esre ait azerbaican memarlık abidelini arıyordum😞
@tutuxanm4896
@tutuxanm4896 2 жыл бұрын
@@pembis3079 Salam. mende onu axtarıram İntibah dövrü mədəniyyəti aid. Tapa bilmirəm ❤️
@azepro9304
@azepro9304 4 жыл бұрын
Fondaki mahnını adı nedi
@AzerbaijanRealities
@AzerbaijanRealities 4 жыл бұрын
kzbin.info/www/bejne/h2nTaIGJrrWgp68
Naxçıvan şəlalələri
21:36
Naxcivantv
Рет қаралды 21 М.
Qədim Naxçıvan abidələri
12:22
Naxcivantv
Рет қаралды 525
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
NAXÇIVAN - ƏSHABU KƏHF
3:25
Nigar Cahangir
Рет қаралды 21 М.
Şirvanşahlar sənədli filmi
26:05
Baku Media Center
Рет қаралды 43 М.
Naxçıvan - qədim yurd yerimiz - Baku TV
10:10
Baku TV
Рет қаралды 3,9 М.
Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir
7:56
Naxcivantv
Рет қаралды 4,3 М.
Qubadlının qədim tarixi abidələri
2:33
İCTİMAİ TV
Рет қаралды 4,7 М.
Naxçıvan Muxtar Respublikası
5:29
Naxcivantv
Рет қаралды 7 М.