Bu hər ailəyə şamil deyil. Kənardan baxanda bir çoxlarına yanlış təsir bağışlayır. Və bəzi qadınlara, mən niyə iş görməliyəm? Niyə evdə tutsaq olmalıyam? Və ancaq gəzib əylənməliyəm deyir. Və bu səbəblərdən ailədə bir çox mübahisələr yaranır. Nəinki qadın hər insan işinə vaxt ayırdığı kimi istirahətinə də əyləncəsinə də vaxt ayırmaqda ixtiyar sahibidir.Qadına sanki baş qaldırma təsiri aşılayır. Ev işlərini görmək ailəyə xidmət etmək pis bir şeydi məgər? Yoldaşım işləyir bir də gəlib ev işlərini görməlidir? Əgər mən işləsəydim yoldaşım evdə qalsaydı eyni ilə bu onun öhdəsinə düşərdi. Əlbətdə ki qarşılıqlı hörmət diqqət bunlardan çox çox önəmlidir. Ancaq quru quru səni ailəmi sevirəm deməklə olmur sevgi ailə diqqət istər fədəkarlıq istər. Hər ailədə söz söhbət olar heç bir kobudluğa haqq qazandırmıram ancaq insanıq heç birimiz məsum deyilik. Yoldaşına zülm edənlər ümid edirəmki səhvlərini başa düşüb bu əməllərindən geri dönərlər. Araşdırmalar göstərir ki şiddəti göstərdikcə şiddət azalmır əksinə artır. Bu pisxologiyada da belədir.