Qızının başını soyuducuya soxdu, ona görə özünü asan qadının qardaşına ərə getdi

  Рет қаралды 231,893

1000 Production

2 жыл бұрын

Azərbaycan musiqi tarixinin ən önəmli ismlərindən birini anırıq... Biri var idi, Parçalanmış vətənini parçalanmış üəryində, nalə kimi səsində yaşadan Rübabə Muradova...
Foto
Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.
Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.
Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.”
Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Deyilənə görə bir dəfə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən Qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.
1975-ci ilin sonunda rejissor Mehdi Məmmədovun qurluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə Rübabə o qədər təbii oynayırdı ki onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...
Hindistandan məşhur "Cənab 420" adlı hind filminin yaradıcı heyəti Bakıya gələndə, Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.
Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir.
Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.
Beləliklə, Rübabə Muradova Cənubi Azərbaycanla sərhədlərimizin dağıdıldığı o tarixi günü görmədən, dünyadan köçdü... Səsindəki o yanğı isə, musiqi tariximizi əbədi naləsi kimi bizimlə yaşayacaq...

Пікірлер: 352
@afethuseynova1908
@afethuseynova1908 2 жыл бұрын
Allah Rübabə xanıma rəhmət eləsin.Həmişə ürəklə sevdiyim müğənni olub.Mahnılarıni həmişə zum-zümə etmişəm. 1981-ci il may ayı idi. Dərsdə tənəffüs idi. Tənəffüsdən sonra nəğmə dərsimiz olacaqdı. Sinifdə hamımız qızlar idik. Mən də Rübabə xanımın Qaragilə mahnısını oxuyurdum .Həmin gün nəğmə dərsini ədəbiyyat müəllimi keçəcəkdi. Zəng vurulmamisdan qabaq müəllimə sinifə yaxınlaşanda içəridən səs gəldiyini eşidib və qapıdan qulaq asıb. Birdən qapı açıldı, hamımız müəlliməni görüb öz yerlerimizə keçdik. Müəllimə soruşdu ki, oxuyan kim idi .Heç kimsəsini çıxarmadı. Mən utana -utana, mən idim dedim. Məni lövhəyə çıxarıb, o mahnını birdə oxu dedi. Sanki, müğənniyəm kimi oxudum. Səsin çox gözəldir, heç bilirsən hansı müğənninin səsinə oxşayır ? Mənə həmin vaxt elə gəldi ki, günah eləmişəm. Düzün deyim, bir az qorxdum da. Müəllimə dedi ki, Rübabə Muradovanın səsindən seçilmədi səsin, mənə elə gəldi ki, sinifdə radio var. Həmin gün nəğmə dərsindən 5qiymetdə aldım. Rübabə xanımın ölüm xəbərini də çox həyacanla qarşıladım. Amma hələ də onun mahnılarını sevə-sevə həm dinləyirəm, həm də özüm zümzümə edirəm. Kiminsə vaxtını aldimsa üzr istəyirəm .Millətimi çox sevirəm.
@ramalnovruzov6099
@ramalnovruzov6099 2 жыл бұрын
Ay xanim, madamki, milletini cox sevirsiz unutmayin ki, bu MILLETIN o sese boyuk ehtiyaci var
@mrsx483
@mrsx483 2 жыл бұрын
Cox gozel xatire paylawdiniz, Allah Rubabe xanima rehmet elesin, size can sagligi versin, herden xatireleri kimseynen boluwdurmek hevesi de Olur insan
@gulmuresadiqov7093
@gulmuresadiqov7093 2 жыл бұрын
2981ci il qelmeyib hele ay xanım 1981ci il olar duz yazin
@legend6304
@legend6304 2 жыл бұрын
Oxumaqla belə gOzeldi ellerinize sagliq
@user-vs5px8yi5o
@user-vs5px8yi5o 2 жыл бұрын
Ay necada xowdur manda Rubaba xanimin mahnisini zum zuma ediram hamiwa.bir qadin olaraq
@kemalemikayilova342
@kemalemikayilova342 2 жыл бұрын
Səsə bax daaa..... çağlayır elə bil.Allah rəhmət etsin
@sirvantv4314
@sirvantv4314 2 жыл бұрын
Rübabə Muradova Azərbaycan incəsənətinin böyük korifey sənətkar qızı idi Əsrlər keçsə də Rübabəni kim isə əvəz etmək istəsədə Rübabə olmayacaq Allah rəhmət eləsin məkanı cənnət olsun insallah
@Bakuasigi6558
@Bakuasigi6558 2 жыл бұрын
Bəzən öz həyatımızda çətinliklə rastlaşanda "mənim bəxtimnəndir" və bu kimi ifadələr işlədirik və zənn edirikki hərkəs həyatını xoş firavandır bir tək biz bədbəxtik. Bu cür tanınmış və öz zəhmətilə uğur qazanan insanlara baxıb həsəd aparanlar olur ama onların həyatda nələr yaşadığından xəbərimiz yoxdur. Allah Rübabə xanımın timsalında bütün dünyasını dəyişmiş sənət adamlarımıza rəhmət eləsin. Ruhları şad olsun. Məkanları cənnət olsun.
@tahirehuseynova7382
@tahirehuseynova7382 2 жыл бұрын
Həqiqətən gözəl sənətkar idi. Allah rəhmət eləsin.
@dilsadaliyeva986
@dilsadaliyeva986 Жыл бұрын
Rübabə cox gozel müğənnidir. Mən dəfələrlə gözəl səsin tamaşaçısı olmuşam. MƏKANI CƏNNƏT OLSUN! NUR İÇİNDƏ YATSIN! AMİN!
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 2 жыл бұрын
Rübabe içse de neynese de menim üçün indiki bir çox müğənnidən qat qat üstündür korifey senetkardir
@kemalemikayilova342
@kemalemikayilova342 2 жыл бұрын
Bütün məşhurların fərqli və qəmli həyat hekayəsi varmış
@qoncaaliyeva5770
@qoncaaliyeva5770 2 жыл бұрын
ALLAH RUS HÖKUMƏTİNƏ LƏNƏT ETSİN, YER ÜZÜNDƏN SİLİNİNİB YOX OLSUNLAR, DARMADAĞIN OLSUNLAR. AMİN YA ALLAH. ONLAR BİZİ BU GÜNƏ QOYDULAR. NİLLƏTİ , ÖLKƏNİ BÖLDÜLƏR, AYIRDILAR .
@_mmaviii19
@_mmaviii19 11 ай бұрын
Rusa niye lenet elesin savadslz danlwma o vaxdl qarbacuq idi ssri vaxdl qarbacuqda amerkanln adaml idi amerka orgetdi daqlt ssrini sora qacdl amerkaya amerka o vaxdan millete dovran oynadlb putin o vaxdl olsaydl suzme daqlllardl ssri
@almazpashakizi6369
@almazpashakizi6369 2 жыл бұрын
Əvəzolunmaz müğənni, görkəmli sənətkar. Yeganə müğənni idi ki, canlı, fonoqrammasız oxuyurdu. ALLAH rəhmət eləsin.
@elcinhuseynov8153
@elcinhuseynov8153 2 жыл бұрын
Heyıf bele senetkar gelmez bır daha Allah qeni-qenı rehmet elesın mekanı cennet olsun
@sadiqsalami9929
@sadiqsalami9929 2 жыл бұрын
Allah rəhmət eləsin, amma, vəfatından illər keçəndən sonra,xanım haqqında nahaq belə şeylər paylaşırsız,onun səsi, bənzərsiz ifaları yadımızdan çıxmaz,bir səhv edib, içib, indiki müğənnilər kimi lüt gəzmiyib.siz belə şeylər paylaşıb reytinq qazanmaq istəyirsiz,ayıb olsun.hər halda xanımın övladı, nəvə, nəticələri yaşayır,hər halda sizə çox sağ ol,deməyəcəklər
@dodoisuususu4346
@dodoisuususu4346 8 ай бұрын
Allah lənət eləsin bu böyük,əvəzolunmaz sənətkar haqqında danışdıqlarına görə.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 2 жыл бұрын
Sizə əhsən Sərdar bəy. Bu verilişlər təkrarsızdı. Sizə sonsuz təşəkkürlərimiz var. Sizi televiziyalarda görməyə səbirsizlənirik.
@gulyabagirova772
@gulyabagirova772 2 жыл бұрын
Хватит о ней говорить. Вы все врете. Не стыдно
@hevvaeliyeva282
@hevvaeliyeva282 2 жыл бұрын
978qgh
@qarayevaferide1418
@qarayevaferide1418 Жыл бұрын
​@@gulyabagirova772 ki kk no no no noq
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 2 жыл бұрын
70ci illərin radio reportaj verilişini araşdırsaz dəqiq odur Allah rəhmət eləsin 🤲🙏dinlədikcə heyran oluram sənətkara🎤🎼
@hediyyebayramova5203
@hediyyebayramova5203 2 жыл бұрын
ALLAH SİZİ QORUSUN SƏRDAR BƏY.HƏQİQƏTƏN RÜBABƏ MURADOVA ƏVƏZOLUNMAZ SƏNƏTKAR İDİ.İLLƏR KEÇİB AMMA ONUN GÖZƏLLİYİ,GÖZƏL İFALARINI HEÇ VAXT UNUTMAMIŞAM.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN BÖYÜK SƏNƏTKAR
@mehribanmmmdova3932
@mehribanmmmdova3932 2 жыл бұрын
Necə gözəl bir səs.Bənzərsiz səs.Heç vaxt qulaq asmaqdan yorulmadan.
@ebelmammadova2497
@ebelmammadova2497 2 жыл бұрын
Səsinin axarlığına,məlahətliliyinə heyran qaldığım sənətkarımız.nə qədər qulaq asıram ruhum dincəlir.Allah ona qəni qəni rəhmət eləsin.məkanı cənnət olsun.həyatı nakam sənətkarımız.Sərdar bəy sizlərə də çox minnətdarıq belə sənətkarları gündəmə gətirirsiz.işinizdə uğurlar...
@meridian2425
@meridian2425 2 жыл бұрын
Allah rehmet elesin...Bele senetkarlar evezolunmazdirlar....
@samgaxy2329
@samgaxy2329 2 жыл бұрын
Səsidə gözəldi, özü də mən də onun həm səsinin həm də gözəlliyinin vurğunu idim. Allah rəhmət etsin. Heyif səndən Rübabə xanım. Heyif. Əvəzsiz sənətkar.
@azerbaijan_az
@azerbaijan_az 2 жыл бұрын
Öz gözəl səsinidə özü ilə apardı, leylini də özü ilə apardı, öz gözəlliyini də. Mən Ondan sonra ikinci Leyli görmədim. Allah sizi rəhmət etsin, gözəl xanım.
@nergizismayilov5533
@nergizismayilov5533 2 жыл бұрын
O bəlkə də içib hər necə llub, amma o qadında bir sərtlik var idi. Səs də necə gözəl və təkrarolunmaz, allah rəhmət eləsin.
@xumayberenq8283
@xumayberenq8283 2 жыл бұрын
АЛЛАН☝️🤲 РУБАБА🎼 ХАНЫМ🎶 МУРАДОВАЯ РЕНМЕТ☝️🤲 ЕЛЕСИН😥!😥!😥!
@rehaurehau135
@rehaurehau135 2 жыл бұрын
Gözdən yaş çıxarmı, Ürək yanmasa Bu sözlər sanki məhz Rübabə xanıma aiddi.Bütün nəğmələrini xüsusi ürək yanğısı ilə oxuyurdu! Allah Rəhmət eləsin əvəzolunmaz,unudulmaz sənətkarımıza!🇦🇿🇦🇿
@cmileqasimqizi5550
@cmileqasimqizi5550 2 жыл бұрын
Təşəkkürlər Sərdar bəy oğlum bizləri məşhurların həyatları haqqında bilmədiklərimizlə bilgiləndirdiyiniz üçün.Çox sağol
@vasifmdtov3357
@vasifmdtov3357 2 жыл бұрын
Teşekkürler size ugurlar
@Ziko1652
@Ziko1652 2 жыл бұрын
Təxminən 70-ci illərin əvvəli olardı. 6-7 yaşım var idi. Rübabə xanımı ilk və son dəfə kəndimizdəki Sevil adlı bir qohumun palatka toyunda gördüm. Payız idi. Bayırda yağış tökürdü. Əynində dəri kurtka var idi, eləcə də toyu idarə edirdi. Çox şık görünürdü. Allah rəhmət eləsin.
@minayqaraisayeva973
@minayqaraisayeva973 2 жыл бұрын
Allah rəhmət eləsin əsil sənətkar idi
@umunagiyeva4825
@umunagiyeva4825 2 жыл бұрын
Allah rəhmət eləsin. Rübabə xanımın bütün ifalarını həmişə dinləyirəm. Heyf ki 50 il ömür yaşadı onun yanığlı səsi məni məndən alıb aparırdı.Qızı Şahnaz xalamla bir həyətdə yaşayırdı.Xalam qızının toyunda Rübabə xanım oxuyub Allah qəni qəni rəhmət eləsin. Sərdar bəy sizə TŞK edirəm
@tomirisbayil2784
@tomirisbayil2784 Жыл бұрын
Şahnaz səhv etmirəmsə 8 ci sinifdən qoşulub qaçdı. Təzə Bazarın aşağısında 44 saylı məktəbdə
@abbrashad1857
@abbrashad1857 2 жыл бұрын
Senatkar idi Allah rehmet etsin
@bshshdhshdjdjd3674
@bshshdhshdjdjd3674 2 жыл бұрын
Cox saq olun. Var olun.
@user-zo5ie2uc5k
@user-zo5ie2uc5k 2 жыл бұрын
SALAM HÖRMƏTLİ APARICI. ALLAH RƏHMƏT EYLƏSİN RÜBABƏ XANIMA. MƏN QISA YAZACAM. RÜBABƏ XANIM TƏKRAR OLUNMAZ BİR SƏNƏTKARDIR .ONUN YANĞILI SƏSİ BULAQ KİMİ QAYNAYAN AŞIB DAŞAN SƏSİ HEÇ VAXT OLMAYACAQ . RÜBABƏ XANIMIN SAĞLIĞINDA ONUN PAXILLIĞINI ÇƏKƏN BİR NEÇƏ SƏNƏTKARLAR OLUB Kİ HƏMİŞƏ ONA LƏKƏ VURMAQ ONU GÖZDƏN SALMAQ İSTƏYİBLƏR AMMA BACARMAYIBLAR ELİN GÖZÜ TƏRƏZİDİR. ARAQ İÇƏN ADAM OXUYA BİLMƏZ ARAQ İÇƏN ADAM TOY APARA BİLMƏZ NƏ QƏDƏR DÜŞÜNCƏSİZ XAİN PAXIL İNSANLAR VAR HƏYATDA NİYƏ ÖLMÜRLƏR.RÜBABƏ XANIM ALLAHIN BƏXŞ ETDİYİ MÖCÜZƏ İDİ.ÇOX HEYİF ÇOX ERKƏN GETDİ.GÖRÜN NECƏ ALÇAQ ADAMLARDIR ÖLÜSÜNDƏN MƏZARINDAN DA ƏL ÇƏKMİRLƏR O DÜNYADA NƏ CAVAB VERƏCƏKLƏR. HƏR İTİ QURDU FAHİŞƏLƏRİ FƏXRİ XİYABANDA DƏFN EDİBLƏR FƏXRİ XİYABANIDA ONA ÇOX GÖRÜBLƏR. O O DÜNYADA CƏNNƏTDƏ YATANDA ONA LƏKƏ VURAN ONA TORBA TİKƏN FAHİŞƏLƏR CƏHƏNNƏMDƏ YANACAQLAR İNŞƏALLAR. QURU DİVARA PALÇIQ YAPIŞMAYAN KİMİ RÜBABƏ XANIMADA O LƏKƏLƏR YAPIŞMADI. XALQIMIZ ONU SEVİB YENƏDƏ SEVİR SEVƏCƏKDİR ONA GÖRƏKİ YALAN AYAQ TUTAR AMMA YERİMƏZ. ONA LƏKƏ VURAN MÜĞNİNİN BİRİDƏ QOCA QƏHBƏ AMERİADA YAŞAYIR HƏLƏ YAXŞI ZİBİL OLSAYDI ÇOXDAN ÖLÜB GEDƏRDİ.HƏMİŞƏ RÜBABƏ XANIMIN AYAĞININ ALTINI QAZIYIB ONA GÖRƏ Kİ ONUN SƏSİ KİMİ SƏSİ OLMAYIB ONUN ZƏNCULƏLƏRİ KİMİ ZƏNCULƏ EDƏ BİLMƏYİB İNDİDƏ ONUN PAXILLIĞINI ÇƏKİR HEÇ ONU DİNLƏYƏN YOXDUR SAĞLIĞINDA AMMA RÜBABƏ XANIMI İNDİDƏ DİNLƏYİRLƏR. ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN MƏKANI CƏNNƏT OLSUN QƏBRİ NURLANDOLSUN RUHU ŞAD OLSUN DAİMA İNŞƏALLAH.
@ozumozum6093
@ozumozum6093 6 ай бұрын
Mən sizinlə razıyam.
@merinabiyeva4685
@merinabiyeva4685 4 күн бұрын
Düz deyirsiz 🙏🏻 Allah rəhmət eləsin
@kamrantagzade1406
@kamrantagzade1406 2 жыл бұрын
Telet Içerı Şeherde bızım gonşumuz ıdı. Çox şerefsız ınsan olub. Özü eledıyı cınayete göre menım boyuk emimin üzüne durub, emimi tutdurub. Allah rehmet elesin Rubabe xanıma, çox gözel sesı olub..
@zualv7661
@zualv7661 Жыл бұрын
Sevimli müğənnim❤️ Heç kim süddən çıxmış ağ qaşıq deyil. Səsi 1 xəzinə idi. İnsanın bəxti gətirməyəndə gətitmir. Qadın böyük qüvvədir. Qısqanclıqla sevgi olmur, ölür o sevgi Allah sizə rəhmət etsin Rübübə Xanım🙏🙏🙏
@user-pm9hg6zr7p
@user-pm9hg6zr7p 2 жыл бұрын
Məkanı cənnət olsun...mən dəyərli İnsanların yaşadığı zamanı bölüşdüyümə görə ömürə minnətdaram...var olun Bəy...tanıyıb tanıtdıran əməyinizə sağlıq.
@elihesenzade2440
@elihesenzade2440 2 жыл бұрын
Qardash sag olun gozel verilishdi! Var olasiz. Allah rehmet elesin.
@zahramammadova6487
@zahramammadova6487 2 жыл бұрын
Allah rəhmət eləsin! Amin!
@adem3935
@adem3935 Жыл бұрын
Allah rəhmət eləsin gözəl səsi vardı .Rəhmətlik babamın xoşu gələrdi səsinnən qulaq asardı.
@mominetehmedova858
@mominetehmedova858 2 жыл бұрын
Bu gözəl sənətkar haqqında verdiyiniz məlumata görə təşəkkürlər
@DahiFuzuliasiqiym
@DahiFuzuliasiqiym 2 жыл бұрын
BÖYÜK İNSAN. ALLAH RƏHMƏT ELƏSİN. BİR NEÇƏ DƏFƏ BAXMIŞAM. YENƏ DƏ BAXIRAM. 🇦🇿☀ SƏSİ BİR ALOVDUR.. 🔥
@zibaelesger2810
@zibaelesger2810 2 жыл бұрын
Talesiz olub rehmetlik cox gozel sesi var idi Yaniqli oxuyurdu
@user-gd3lh6jv8h
@user-gd3lh6jv8h 11 ай бұрын
Vallah talehsiz olub diyende ki insan özü özüne edir ne edirse ! Az iceydi ! Qezeqenliq etmiyeydi ! Öz ailəsini dagitmiyeydi ! Allah ona sesi kimi gözel ailede qismət etmişdi ! Özü alkas həyatı secdi !
@ozumozum6093
@ozumozum6093 6 ай бұрын
Düz deyirsən
@samamammmdova8737
@samamammmdova8737 2 жыл бұрын
ALLAH rəhmət eləsin.Məkanı cənnət olsun .
@allahverdihuseynov2810
@allahverdihuseynov2810 2 жыл бұрын
f
@ilhamequliyeva7082
@ilhamequliyeva7082 2 жыл бұрын
Çox sağ olun,Sərdar bəy.Allah Rübabə xanıma qəni qəni rəhmət eləsin.Bu təqdimatınızla incəsənətimizə böyük xidmət etmiş oldunuz.Var olun.
@NusabeHuseynova-op6zt
@NusabeHuseynova-op6zt Жыл бұрын
Allah rəhmət etsin məkanı cənnət olsun Bizim evimizdə əvvəlki illər vallar olardı bizikilədə hər axşam Rübbabə xanima qulaq asardılar kaş həmin günlər olsrdı
@dilareesgerova1542
@dilareesgerova1542 2 жыл бұрын
Mər rübabə muradovanı çox çox sevirdim onun səsinin özünün vurğunu idim yeganə müğənni idiki o dünyasını dəyişəndə mən hönkür hönkür ağlamışam hələdə onu çox sevirəm mən onu həyatda canlı görməmişəm yalnız ekranlarda və radio dalğalarında dinləmişəm onun səsi mənim mənəvi qidam olub hansı həyatı yaşayıb dəxli yoxdu mən onu hələdə böyük hörmət və məhəbbətlə anıram dinləyirəm allah rəhmət eyləsin hamımız gedəcəyik heç kəs bu dünyada qalmır
@ranaibrahimova1277
@ranaibrahimova1277 2 жыл бұрын
İsə xatırlamaq vacib deyil. Böyük sənətkar olub, Vətən həsrəti ilə yaşayıb və bu ayrılıq dərdi onun ömrünü qısaldıb. Allah rəhmət etsin.
@burhankerimli7990
@burhankerimli7990 2 жыл бұрын
Allah rehmet elesin Mekani cennet olsun. Dovrumuzun gozel Rubabasi.
@gioulzarkassoumova5678
@gioulzarkassoumova5678 2 жыл бұрын
ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺
@natellaabdullayeva1828
@natellaabdullayeva1828 2 жыл бұрын
Loooijĺlpp
@vusalaliyev9810
@vusalaliyev9810 2 жыл бұрын
Allah rəhmət eləsin əvəzolunmaz sənətkara 50 yaşında dünyasını dəyişmiş imiş amma 70 yaş kimi görünürdü yazik
@cingizeliesger5046
@cingizeliesger5046 2 жыл бұрын
Ruhu şad olsun sından səsindən heç vaxt olmayacaq çox təssüf
@taranaquliyeva8771
@taranaquliyeva8771 2 жыл бұрын
Cox sagolun,Allah sizdən razı olsun!
@heqiqethuseynova4886
@heqiqethuseynova4886 2 жыл бұрын
Allah rəhmət etsin.Bir gün televizorda Vətən daşı verlişinə baxırdım Bir oğlanın Yasamal qəbiristanlığında kiminsə məzarın axtardığın gördüm Ürəyimə damdiki bu.Rubabə xanımın məzarı olacaq.Elədə oldu Bu oğlan Rübabə xanımın bacısı oğlu idi ..Adı yadımda qalmayıb.O İrandan torpaq gətirmişdi.Məzarin üstünə torpağı səpdi.Rubaba xanımın bir arzusu yerinə getdi .Ovaxt sərhədlər yenicə açılmışdı Rübabə xanıma o günləri görmək qismət olmadı.Vaxtsiz əcəl onu apardı.Ruhu şad olsun.
@renamemmedova898
@renamemmedova898 2 жыл бұрын
Çox sağ ol Həyatda ən çox vurğunu olduğum müğənni haqda məlumat verdiyinizə görə Allah rəhmət eləsin Rübabə Muradovaya nur içində yatsın
@gozelquliyeva7899
@gozelquliyeva7899 Жыл бұрын
Mən irandan gələndə oranın torpağından gətirib onun qəbrinə səpdim Cox sevdiyim müğəni idi Allah onu qəni qəni rəhmət etsin😢😢
@meryemquliyeva4704
@meryemquliyeva4704 6 ай бұрын
Cox sevdiyim sənətkar .Allah rəhmət eləsin,heyif cavan ölub cox sag olun
@rinaazizov8074
@rinaazizov8074 2 жыл бұрын
Gözel çatmagaş Rübabe Muradova!
@akberfataliev7877
@akberfataliev7877 Жыл бұрын
Allah rəhmət eləsin gözəl sənətkar.
@user-kn3hz5ib8u
@user-kn3hz5ib8u 11 ай бұрын
Allah rəhmət eləsin Amin
@aqwinmemmedzade1723
@aqwinmemmedzade1723 2 жыл бұрын
Bilmədimiz maraqlı hadisələr👍
@eminebayramova4147
@eminebayramova4147 2 жыл бұрын
Çan allah rəhmət etsin böyük sənətkardı .bu çür sənətkara neçə şaiələr cıxardilar .lal olmuşlar .yeri cənnət olsun
@gultakinvaliyeva801
@gultakinvaliyeva801 2 жыл бұрын
Allah rehmet elesin. Evezsiz senetkar Rubabe Muradova yaniqli ses sahibi.🥀🥀
@unudulanxzin.3519
@unudulanxzin.3519 2 жыл бұрын
Emekdar artist olan əmim tez tez rayona qastrola gelirdi.O Əbulfet Əliyev , Tukezban İsmayílova , Sara Qedimova ,Rubabe Muradova ,Xaneli Ekberov ve adlarini unutdugum bir cox mugenniler tez tez bizim eve qonaq olurdular.Allah rehmet elesin hamisina.Gozel insan , gozel senetkarlar idi.
@rubabuibrahimova7480
@rubabuibrahimova7480 6 ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN SƏNƏ ADAŞ.GÖZƏL SƏNƏTKAR HEYİF İNDİ BELƏ OXUYANLAR AZDI.😢
@user-vt9cz4yx3j
@user-vt9cz4yx3j Жыл бұрын
Korifey senetkar Allah Rehmet Elesun Mekani Cennet olsun
@azeriazeri2308
@azeriazeri2308 2 жыл бұрын
Cavan idi.Allah rəhmət Eləsin. Habil Əliev rəhmətlikdə cox kaprizzni insan olub .Ürəyim gəlmədi nə sözdü.Nə isə.
@sahibmediatv3660
@sahibmediatv3660 2 жыл бұрын
Allahdan Rübabə xanıma rəhmət eləsin ruhu şad olsun.Yad elədiyinizə görə sizə təşəkkür edirəm Sərdar bəy.
@zemfiraqurbanova9593
@zemfiraqurbanova9593 2 жыл бұрын
Allah Qızılsəs Rubaba xanımı rəhmət etsin .Mən fanatiyam.
@ellababaeva3724
@ellababaeva3724 2 жыл бұрын
Azərbaycan operasinin yeganə LEYLİSİ. HEC KİM Rübabə xanim kimi ifa edə bilmədi bu obrazi. Allah rəhmət etsin.
@aygunaliyeva6089
@aygunaliyeva6089 2 жыл бұрын
Allah rehmet etsin🤲🤲
@ilxame
@ilxame 2 жыл бұрын
Cox gozel sese malik olub.evezolunmaz. Allah rehmet elesin.Ozu de gozel idi.
@user-gp7os2cq6f
@user-gp7os2cq6f 2 жыл бұрын
Allah rəhmət eyləsin böyük sənətkar , bəh- bəh nə gözəl səsi var .
@qarateleyvazova913
@qarateleyvazova913 2 жыл бұрын
Allah rəhmət eləsin
@rasimasadov8153
@rasimasadov8153 2 жыл бұрын
Allah size qeni qeni rehmet elesin . Amin ! !
@damlayagmur443
@damlayagmur443 Жыл бұрын
Maxruq- Rübabə - Tahirə Muradovalar. Allah rəhmət eləsin hamısına. Rübabə içməkdən serroz oldu.
@validaseidova129
@validaseidova129 2 жыл бұрын
Beh .beh..cox gozel sesi vardl rehmetliyin gel bize xalq mahnlsl ve Qaragile mahnlslnln mohrunu vurmuw Senetkar ruhun wad olsun. Cenabi Allahdan Sene rehmet dileyirem.
@mamedibrahimov1722
@mamedibrahimov1722 2 жыл бұрын
SƏNƏTKARLIĞINA. BÖYÜK. RƏĞBƏT. VƏ. HÖRMƏT. BƏSLƏDİYİM. SƏNƏTKARA. ALLAH. RƏHMƏT. ELƏSİN. QƏBRİ. NURLA. DOLSUN. ŞƏXSİ. HƏYATI. HAQQINDA. BİR. SÖZ. DEYƏ. BİLMƏRƏM
@zeynalcaniyev7621
@zeynalcaniyev7621 2 жыл бұрын
Halal olsun size heç adamın ağlına gəlməyən unutduğu görəndə ürəyi isindiyi insanlar haqqında videolar hazırlamaq böyük işdir son olaraq Rübabə muradovanin qəbir daşı bir az köhnəlib dövlət tərəfindən düzəldilir yaxşı olar bacısında qəbri yanındadı
@kalbinlesaklabeni7000
@kalbinlesaklabeni7000 2 жыл бұрын
Tesegür edrem bele gözel reportaj hazrlamlslz
@user-ey4cz2ru4y
@user-ey4cz2ru4y Жыл бұрын
Allah rehmet elesin Rübabe muradova mekanı cennet olsun insaıah
@user-tf7bd5yq6o
@user-tf7bd5yq6o 2 жыл бұрын
Məncə, AYIBDIR, belə bir ğərkəmli sənətkara belə yanaşmaq...
@tamellapashayeva1425
@tamellapashayeva1425 2 жыл бұрын
Cox gozəl verlisdir Rubabə xanimi cpx sevirəm Allah ona rəhmət eləsin Qulaq asmaqdan dotmuram Bəzən aglayiram
@musfiqamahmudova3191
@musfiqamahmudova3191 2 жыл бұрын
Belə bir səs cətin birdə ola Allah rəhmət eləsin əvəz olunmaz sənətkara
@heqiqethuseynova4886
@heqiqethuseynova4886 2 жыл бұрын
Məkanı cənnət olsun.Onun yerin bir kimsə verməz Əsil sənətkar idi.
@user-iq3lu5ul1k
@user-iq3lu5ul1k 2 жыл бұрын
Аллах рахмат еласин,чох гозал санаткар иди.
@narminarustamova9232
@narminarustamova9232 2 жыл бұрын
Allah rehmet elesin.😪😪
@xuramanquliyeva3248
@xuramanquliyeva3248 2 жыл бұрын
Allah rəhmət eləsin,gözəl sənətkar idi.
@safigarasulova5673
@safigarasulova5673 2 жыл бұрын
ALLAH rəhmət eləsin. Çox gözəl səsi və avazı vardı
@zaraqarayeva3682
@zaraqarayeva3682 2 жыл бұрын
Gözəl videolar ərsəyə gətirirsiz. Təşəkkürlər.
@elxanazimli1729
@elxanazimli1729 2 жыл бұрын
Tewekkur emeyinize saqliq🙏🙏😔👏👏👏
@natiqhuseynov6622
@natiqhuseynov6622 2 жыл бұрын
Allah qeni qeni rehmet elesun korifey senetkarimiz rubabe muradovaya.
@aideeliyeva2251
@aideeliyeva2251 2 жыл бұрын
Allah rehmet eylesin cox gozel sesi olub esl ses
@turan2117
@turan2117 2 жыл бұрын
EH,ALLAH REHMET EYLESIN.MUGAMIN SAHI.🙏☝️🌹❤
@eldenizazer8831
@eldenizazer8831 2 жыл бұрын
Allah sənə rəhmət eləsin Rübabə xanım. Azərbaycan səhnəsinin əvəzolunmaz ilduzu. Qəbrin nurla dolsun məkanın çənnət olsun.
@saadateyvazova4951
@saadateyvazova4951 2 жыл бұрын
Allah rəhmət eləsin Cavan rəhmətə getdi Amma onun paxıllığını çəkən müğənni qarğaya dönüb hələ də yaşayır Səsi Amerikadan gəlir Səhnənin Leylisi tək rəhmətlik idi Mən səhnədə o Leylidən görmədim
@evezsadqov4608
@evezsadqov4608 2 жыл бұрын
O qarğa ya dönən kimdi Xanim
@omrummenim9455
@omrummenim9455 2 жыл бұрын
Kimdi O Mugennniii?
@saadateyvazova4951
@saadateyvazova4951 2 жыл бұрын
Dərindən fikirləşsəniz taparsınız
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 2 жыл бұрын
@@evezsadqov4608 zeynəbi deyir...
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 2 жыл бұрын
Zeynəbin içkidi nəşə olmayıb bu günə kimi qarğa ya qaşqaldağ kimi yaşayır...bu qadın içki içirdu bunu hamı bilir və serrozdan da ökdü..bunu da hamı bilir..isyər qadın istər kişi toylarında olanlar görüblər necə konyak içdiyini və tüstülədiyini. Deməyək indikilər belədir,elə keçmişdkilərin həyatı bəllidir..
@xuramanhuseynova6520
@xuramanhuseynova6520 2 жыл бұрын
Ruhu şad məkanı cənnət oldun amin ""
@mayaabdulova3763
@mayaabdulova3763 2 жыл бұрын
Mənsizədə bu dünyanın işi keçərmış Əcəba nə üçün mən cahana gəldım. Deyən Rübabə. Sən cahanda həmişə var olacaqsan. Onun qəlbində bütün sevənlərın ah naləsı var.
@user-gp8sv5or5p
@user-gp8sv5or5p 2 жыл бұрын
Mən özüm şahidəm. BAKI kənd toylarında araq içib oxuyurdu.
@user-uk9lz9ck2h
@user-uk9lz9ck2h 2 жыл бұрын
Чох сах ол гардаш аллах сандан разы олсун давамы галсин
@zohreyusifova7793
@zohreyusifova7793 2 жыл бұрын
İnanin ki ureyim agridi ....bele bir sual yarandi mende goresen , mugenniler aktyor aktrisalar qeder bedbext insanlar varmi heyatdaa.. ?
@user-gd3lh6jv8h
@user-gd3lh6jv8h 11 ай бұрын
Özleri özlerne edirlər ! Aile qurub ər qısqanan da efirə buraxmayanda ilan dili çıxarıb yola qetirirler sonrada basliyirlar təpik atmaqla evde söz söhbət yaratmaqa ayrılmaqa bəhanə axtarırlar Eləyə qalsa Zeynəb Xanlarovanın yaxşı ailesi olub uşaqlar böyudukden sonra eri rəhmətə qetdi oğulları anaların qayğıma qalırdı Sara Qədimova -Nesibe Zeynalova -Sofa Besirzade Etaye Əliyeva -Terane Vəlizadə - Züleyxa Mirismayilova - Melek xanım Eyyubova -Sekine İsmayılova - ne qeder muqennilermiz var ki gözel aileleri olub indide olanı var !
@teraneibrahimova6221
@teraneibrahimova6221 7 ай бұрын
Allah rehmet elesin ruhu rahatliq tapsin inşallah
@zaminamemmedova1714
@zaminamemmedova1714 2 жыл бұрын
Sən yaxşı adamsan aparıcı
@teranezeynalova1144
@teranezeynalova1144 2 жыл бұрын
Allah rehmet elesin 🥀🥀 sevimli senetkarimiz
@TV8Azerbaijan_
@TV8Azerbaijan_ Жыл бұрын
Düz danişmirsan QULU Əsgərovla ilk dəfə Salyanda oxuyub.Hər ikisin allah rəhmət eləsin
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 59 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 148 МЛН