Qadın sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna atdı -Moskvadan Ucara qaytaran mesaj

  Рет қаралды 453,769

TV11

TV11

Күн бұрын

Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə - 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: “Həmin vaxt anamın başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: “Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü.
Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşdırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi”.
“Bibim dedi, rayona səhər gedərsən”
Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: “Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim.
Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söyldi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində “Dörd yol” deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik.
Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim.
Xəlil Ucara nə məqsədlə getməyimi soruşduqda, ona anam Jaləni görmək istədiyimi dedim”.
“Şans verməyimi istədi”
Rüzgarın sözlərinə görə, Xəlilə avtovağzala, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirib: “Xəlillə sağollaşdım, avtobusla avtovağzala getdim, saat 01.20-də Bakıdan nömrəsini xatırlamadığım “Mercedes” markalı taksi ilə yola çıxdım. Saat 4 radələrində Ucar rayonuna çatdım. Kəndimizin girişində taksidən düşərək piyada evə getdim.
Darvazadan həyətə baxdıqda heç kəsin olmadığını gördüm. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq həyətə keçdim. Qonaq otağında olan çarpayıdan səs gəldikdə anamın yuxudan ayıldığını hiss etdim. Ayaqqabımı soyunaraq qonaq otağına daxil oldum. Otağa girən kimi işığı yandırdıqda anamın çarpayıda oturmuş vəziyyətdə qorxaraq mənə baxdığını gördüm.
Anamdan niyə evdən çıxmadığını soruşdum və telefonunu götürdüm, zənglərə, mesajlara, şəkillərə baxdım. Telefonda kənar şəxsə aid heç nə tapmadım. Anam mənə səhv etdiyini, bir də belə bir şey olmayacağını dedi. Həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyimi istədi”.
Davamı TV11-in "11-ci teleşöbə" verilişində...

Пікірлер: 1 800
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Komedixana  385-ci Bölüm 08.09.2024
51:46
Komedixana
Рет қаралды 936 М.
Qonşu qadın (2015)
26:16
Azərbaycanfilm
Рет қаралды 199 М.