Qan azlığı

  Рет қаралды 42,806

Ege Hospital

Ege Hospital

Күн бұрын

🔻 Qan azlığının səbəbləri və əlamətləri nələrdir?
🔻 Qan azlığı özlüyündə xəstəlikdir, yoxsa əlamət?
🔻 Torpağın iyi xoşunuza gəlirsə, bu, qan azlığının göstəricisi ola bilərmi?
Bu və ya digər sualların cavabını videonu izləməklə tapa bilərsiniz. Azərbaycanda ilk Hematologiya yandal uzmanı Dr. Təhməz Həziyev mövzu haqda danışır.
#EgeHospital #QanAzlığı #Hematoloq

Пікірлер: 175
@nrminrhimzad1026
@nrminrhimzad1026 5 ай бұрын
Canim hocam iyiki varsniz Siz mənə heyat verdiniz.Rebbim sizi qorusun ❤
@mhmmdnzrov881
@mhmmdnzrov881 2 жыл бұрын
Çox sağ olun dəyərli məlumata görə
@elcinsixeliyev7604
@elcinsixeliyev7604 2 жыл бұрын
yaxşı ki varsız 🤲 menimde ömrüm parçalanmaq üzredir😔😔bu zeher qan azlıqından 😔ölüm qorxusu ömrümü yedi
@aliyevaaylin3930
@aliyevaaylin3930 10 ай бұрын
Duzelmisiz
@MHuseynov-x1u
@MHuseynov-x1u 7 ай бұрын
Mende eleyem vallah
@zakirhsnov8590
@zakirhsnov8590 4 ай бұрын
Meyvə-tərəvəz, göm-göyərti bol-bol yeyin.
@Vahid-eliyevB
@Vahid-eliyevB 3 ай бұрын
Sebebi nedi qan azliqin??
@Fidoşhhka
@Fidoşhhka 3 ай бұрын
Tərliyib təntimək pis olmaq baş gecələmək ürək bulanmaq qaranlıq görmək varmı əlamətlər ürəyin tez döyünməsi
@AyanAgayev-x2x
@AyanAgayev-x2x 8 ай бұрын
Salam doktor mende urek ritmi pozulur,istilik gelir,rengim solur arabir de bas gicellenmesi yaranib bu qan azligi elameti ola bilermi?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Bəli, ola bilər, ümumi qan analizini yoxlatdırmağınızı tövsiyyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@BEHRUZ-k4n3x
@BEHRUZ-k4n3x 14 күн бұрын
Salam.Hemoqlobin 12.7 dir....risklimi? 13den cox olmali dediler
@qurbanlikamal5433
@qurbanlikamal5433 Жыл бұрын
Salam doktor qan azlıgından tezıq duşermı?bırdekı başda sancılar olarmı??zehmet olmasa cvblayın
@EgeHospital
@EgeHospital Жыл бұрын
Salam. Keçmiş olsun. Bəli qanazlığından, xüsusən də şiddətli qanazlığından təzyiq düşmələr müşahidə oluna bilər. Baş ağrılarını da izah edə bilər, əgər ciddi qanazlığı varsa. Xüsusən, 10-un altında olan hemoglobin dəyərlərində həm təzyiqdə düşmə, həm də baş ağrıları görülə bilir. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@aliymuradova9563
@aliymuradova9563 7 ай бұрын
Salam həkim baxiram verilən suallara cavab yazirsiniz Allah razi olsun.. mən demir defisli anemiyayam qanım asagi olur 100dən asagi sədəfim soyulur sacımda tokulmə var birde gozlərimə baxiram sarikimi cuzi qizarti var. Yəni qanım o curdu. Nə istifade edebilərem tbii olsun amma biraz qanım olsun uzur isteyirem dodağım ağa çalır rəng saridan. Öncəden minnətdaram Allah razi olsun
@EgeHospital
@EgeHospital 6 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Əgər həqiqətən dəmir defisitliyi anemiyası isəniz, yəni dəmir testləriniz yoxlanılıb, qanazlığında başqa bir səbəb yoxdursa, sadəcə dəmir əskikliyidirsə, bunu xanımlarda adətən menstrual itkiyə bağlayırıq. Ona görə mütləq kontrol edirik və tövsiyə edirik ki, ginekoloq kontrolu olsun. Menstruasiyası çox qanaxmalı olan xəstələrdə onu düzəltmək lazımdır. Çünki, onu düzəltməsəniz, o itki davam edir. Yox, əgər hər hansı bir anormallıq yoxdursa, əgər qanazlığı ciddi səviyyədədirsə, 10 və 10-dan aşağıdırsa, qanazlığını qida ilə düzəltmək adətən çətin olur. Ona görə mütləq orada dərman müalicəsi tövsiyə olunur. Çünki dəmir toksik maddədir və yediyimiz qidada nə qədər dəmir yesək də, qidadan o dəmirin hamısı əmilmir. Az miqdar dəmir əmildiyinə görə qida ilə ciddi qanazlığını düzəltmək olmaz. Qanazlığı yaranmasın deyə profilaktika məqsədilə dəmir ilə zəngin qidaları artırmaq tövsiyə oluna bilər. Amma məsələn sizin əgər menstruasiyada qanamanız çoxdursa, o zamana yediyiniz yemək çatdırmaya bilər. Yəqin ki, çatdırmır ki, hemoqlobin 10-nun altına düşür. Qida isə qaraciyər, qırmızı ət, ıspanaq, alma, bunların dəmir ilə zəngin olduğu bilinir. Bunları qəbul edə bilərsiniz. Yeməkdən həmən sonra tünd çay içilməyə bilər (dəmiri bağlayıb bədəndən xaric etdiyi üçün). Bu kimi tədbirlər alına bilər. Amma bununla qanazlığı düzələr demək yalan olar. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@aliymuradova9563
@aliymuradova9563 6 ай бұрын
@@EgeHospital çox sagolun Allah razi olsun Allah aqibətinizi xeyir etsin hər zaman
@CesurGoyusov
@CesurGoyusov 2 ай бұрын
​Salam dokdor qizmin 9 yasi var dizlerine sanki harasa çırpılmış kimi goyermeler olur qanin umumi analizi biyokimyevi analiz ve preferik yayma analizine de verdik hamsi normal cixdi eger her şey normal ise ozaman neden qaynaqlanir bu goyermeler?
@ElcinAga
@ElcinAga Жыл бұрын
Həkim torpağ iyi çox xoşuma gəlir😢
@ugurqurbanov1440
@ugurqurbanov1440 2 жыл бұрын
Leykositlere ve eritrositlere mualuce edirsiz ce hekimin adini seyin zehmet olmasa
@EgeHospital
@EgeHospital 2 жыл бұрын
Salam. Hematoloq Uzman Dr Təhməz Həziyevə müraciət edə biləriniz. Tel: 1117 012 599 1117 050 299 1117 055 336 33 20
@AyxanAstaraxan
@AyxanAstaraxan Ай бұрын
Salam doktur menim 16 yaşim var Hemoqlibin 9.4 Demir 2.5 dir 6 ay müalicede olsam 9.5 olub sadece bunun sebebi nedir çox aşagidirmı hemoqlobinim tehlüke varmı zehmet olmasa deyerdizde
@AyxanAstaraxan
@AyxanAstaraxan Ай бұрын
10 dene B12 10 dene B6 iynesi deyib ve xeyli derman düzelmir bunun sebebi nedir
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Hər vaxtınız xeyir. Əgər 16 yaşında qadın xəstədirsə, o zaman əksərən dəmir əskikliyinə bağlı ola bilir. Amma digər irsi qanazlığı səbəbləri, talassemiya daşıyıcılıq kimi bunlar dəyərləndirilməlidir. B12 bir yerə qədər bəzən qanazlığı səbəbi ola bilir. B6-nın bununla çox əlaqəsi yoxdur. Ona görə sadəcə bu yazdıqlarınıza istinadən bir şey demək təəssüf ki, mümkün deyil. Çünki gərəkirsə qan yaxmanıza baxılmalıdır, dəmir panelinə; ferritin, total dəmir bağlama ilə birlikdə ətraflı baxılmalıdır. Ondan sonra həqiqətən bu düzəlmirmi, yoxsa düzələn bir məsələdir, sadəcə düzgün addımlar atılmayıbmı, ona qərar verilə bilər. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@fermanibrahimovibrahimov5844
@fermanibrahimovibrahimov5844 Жыл бұрын
Qan azlığı deyəndə ürəyim titrəyir. Həyat yoldaşımı o xəstəlik apardı.
@guluimanova5873
@guluimanova5873 11 ай бұрын
Qan azliqinan dunyasini deyiwdi.Neceydiki qani
@JrdjjdjdjJfkdk
@JrdjjdjdjJfkdk 9 ай бұрын
Salam həkim zəhmət olmasa deyərdiniz. Qan azlığına görə ayaqlar şişə bilərmi? (əsasda sol ayaq)
@EgeHospital
@EgeHospital 9 ай бұрын
Salam. Xeyr, qanazlığı ayaqda şişmə verməz, hələ kəsinliklə tək tərəfli ayaqda şişmə ilə əlaqəsi yoxdur. İkisi ayrılıqda dəyərləndirilməlidir; yəni qan azlığı varsa, səbəbi və ayaqda şişliyin səbəbi. Əgər ayaqda şişliyin səbəbi, məsələn, iltihabi bir şişlikdirsə, o qanazlığı yarada bilir. Amma qanazlığı olduğu üçün kəskinliklə ayaq şişməz. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@JrdjjdjdjJfkdk
@JrdjjdjdjJfkdk 9 ай бұрын
@@EgeHospital çox sagolun
@bakcellazercel9027
@bakcellazercel9027 4 ай бұрын
Faiznen deye bilersiz zehmet olmasa normal 30 yasinda bir xanimin qan faizi nece olmalidi??
@Luisa11-f
@Luisa11-f 8 ай бұрын
Dr, salam mən Yanvar ayında analiz verdim məndə Hemoqlobin, 12.1 g/dL Ferritin, 11.3 ng/dL Vitamin D, 11.09 ng/mL Eritroçitlər, 72.9 fL Həkim deyir normaldı səndə sizcə düz deyir?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Qanazlığınız yoxdur. Xanımlar üçün hemoglobin 12 normaldır. Amma sizdə dəmir əksikliyi və vitamin D əksikliyi var. Dəmir əksikliyinə bağlı səbəb ginekolojik itkiyə bağlı ola bilər. Yəni ciddi şikayətiniz varsa, qanama çox olursa, ginekoloq kontrolu tövsiyyə edərəm. Dəmirin sadəcə əksik olması da bəzən müalicə gərəkdirə bilər (müalicə üçün mütləq qanazlığı olmasına da ehtiyac yoxdur). Ona görə sizə bir terapevt və ya bir hematoloq tövsiyyə edərəm. Bir də vitamin D qəbul etməlisiniz. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@Luisa11-f
@Luisa11-f 8 ай бұрын
@@EgeHospital üreyim gun ərzinde mohkem vurur 1 saniyeye kecib gedir Taxikardiya kimi elametlerdi, bu demir azliqindan ola bilermi? Süretli çeki atandan sonra oldu mende baska ginikoloji problemim yoxdu yoxlanmisam Gece olur en cox qorxu heyacan yuxuya getmek isdeyrem sanki nese yuxudan vurub ayildir meni boquluram boqazimda sanki düyün var
@MuhammedMuhammedov-sh4lt
@MuhammedMuhammedov-sh4lt 5 ай бұрын
Salam Doktor ilk öncədən cox saq olun Mende Hemoqlabin
@natiqibadov6483
@natiqibadov6483 6 ай бұрын
Qan azlığını iynə yolu ilə tez bərpa etmək olur?Aylarca dərman atmaq istəmirəm ürəyim bulanır elə olanda.
@SevanəƏkbərova
@SevanəƏkbərova 8 ай бұрын
Salam həkim.Zəhmət olmasa deyə bilərsiz düzəlməyən teykapaniya ne demekdi?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Yazıda hər halda xətanız var; leykopeniya ola bilər. Leykopeniya ağ qan hüceyrəsinin azlığıdır. Düzəlməyən leykopeniya deyə bir şey yoxdur, səbəbi bilinməyən leykopeniya ola bilər və ya səbəbi tapılmamış leykopeniya ola bilər. Sizə ancaq hematoloq müayinəsi tövsiyyə edərəm. Buradan başqa bir söz demək mümkünsüzdür. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@bakuazerbaycan4016
@bakuazerbaycan4016 4 ай бұрын
Salam Hekim qan azlilixindan .Boxazda qasinma qiciq olarmi birde ki esas icde qizdirma ve birdeki Dilde iy dad tam bilmemey ve dilde narahatcliq hisi olarmi yeni Sanki dilde axirlasma biraz disdeme dili Sanki ucundan bir narahatciliq hisi dili disdemey kimi hiss olurmu .insanda birdeki elde biraz gicilti olarmi deqiq bilmey istiyirem .
@EgeHospital
@EgeHospital 3 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Saydığınız şikayətlər qanazlığı ilə əlaqədar ola bilər. Əgər ciddi qanazlığıdırsa, ola bilər. Amma yanaşı olaraq B12 vitamin əskikliyi bu tip şikayətlər yarada bilər. O baxımdan öncəliklə bir terapevt və yaxud istəyərsənizsə, bir hematoloq qəbulunda olmağınızı tövsiyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@turkanmisirova1583
@turkanmisirova1583 7 ай бұрын
Salam eritrosit 3.8-5.1 norma. Analiz de 5.11 cixib netice. Talasemiya sayilir?
@EgeHospital
@EgeHospital 7 ай бұрын
Salam. Keçmiş olsun. Öncəliklə sadəcə eritrosit dəyərinə baxaraq talassemiya demək doğru deyil. Burada həm hemoqlobin miqdarı, həm eritrositlərin orta həcmi, eyni zamanda eritrositlərin miqdarı üçü birlikdə dəyərləndirilməlidir (pasiyentin dəmir testləri, yaşı, cinsiyyəti ilə birlikdə). Ondan sonra talassemiya daşıyıcılıq şübhəsi varsa, onun üçün müvafiq test aparılmalıdır. (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)
@TunarEsgerli-c2v
@TunarEsgerli-c2v 10 ай бұрын
Salam dəyərli doktorumuz Sizdən bir məsləhət almaq istəyirəm. Bilmək olar mielofibrozun malicəsində tək dərman olaraq jakavi'dənmi istifadə olunur? Və yaxud digər müalicələr var.
@EgeHospital
@EgeHospital 10 ай бұрын
Salam. Hər vaxtınız xeyir olsun. Mielofibbrozun kəsin müalicəsi ilik transplantasiyasıdır. Təbii ki, yüksək riskli mielofibrozdursa, xəstənin yaşı və digər faktorlar da uyğundursa, tək müalicə ilik transplantasiyasıdır. Amma jakavi xəstəliyi kontrol altına almaqda ən effektiv vasitədir. Günümüzdə bir neçə daha effektiv dərmanlar da var. Amma ölkədə onların əlçatanlığı biraz aşağıdır. Keçmiş olsun. (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)
@Elza123-n6f
@Elza123-n6f 9 ай бұрын
Cox sag ol doktor
@JrdjjdjdjJfkdk
@JrdjjdjdjJfkdk 9 ай бұрын
​@@EgeHospitalSalam həkim zəhmət olmasa deyərdiniz. Qan azlığına görə ayaqlar şişə bilərmi? (əsasda sol ayaq)
@samirsireliyev1954
@samirsireliyev1954 8 ай бұрын
HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır. Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil. Keçmiş olsun, hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@AytenIsbendiyarof
@AytenIsbendiyarof 2 ай бұрын
Salam hekim.eller.ayaqlarda sumuk agrisi.eseb.basgicellenme.qanazligindan ola bilermi
@EgeHospital
@EgeHospital 2 ай бұрын
Salam. Keçmiş olsun. Bəli, sümük ağrısı, baş gicəllənmə, bunlar hamısı qanazlığından ola bilər. Qanazlığınız ən azından ümumi analiz ilə yoxlanılmalıdır. Onun nəticəsinə görə də ehtimal olunan səbəb nədir (xanımlarda adətən dəmir əskikliyi olur, kişilərdə daha fərqli səbəblər olur), ən azından terapevtlə başlayıb, ya da birbaşa hematoloqda müayinə oluna bilərsiniz. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ArzuArzu-hj5xe
@ArzuArzu-hj5xe 25 күн бұрын
SALAM HEKIM BY HOSBITAL HARADA YERLEWIR HEM DEMIR HEM QANIM AZLIGI BAWIM HERLENIR COX XAHIW EDIREM IN BANK HAS I WEHERDE YERLEWIR YAZASU?
@EgeHospital
@EgeHospital 4 күн бұрын
Salam. Ege Hospital Bakı şəhəri, akademik Həsən Əliyev 38 ünvanında yerləşir. Hematoloq Uzman Dr Təhməz Həziyevin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117 012 599 1117 050 299 1117 055 336 3320
@aynuraslanova419
@aynuraslanova419 3 ай бұрын
Salam doktur ,mən qanın ümumi analizini vermişəm , həkim dedi qanın 48 faiz - dir ,vitamin D əksikliyi də var 34 yaş üçün vitamin D neçə faiz olmalıdır ? Vitamin D - in çoxalması üçün mütləq dərman içilməlidirmi ? Xahiş edirəm cavablandırın .
@EgeHospital
@EgeHospital 3 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Qanın faizlə ölçülməsi köhnədə qalmış, hazırda günümüz tibbində istifadə olunmayan metoddur. Ona görə dəqiq bir şey deyə bilmərəm. Hemoqlobin neçədir? O bilinməlidir. Hemoqlobin normalda xanımlarda 12-nin üzərində, kişilərdə 13-ün üzərində olmalıdır. Əgər hemoqlobin 12-nin altındadırsa, bir hematoloq dəyərləndirsə yaxşı olar. Vitamin D -nin neçə olduğunu yazmamısınız. Vitamin D-nin yaş üçün bir sərhəddi yoxdur. Yalnizca tövsiyə olunur ki, 30-40 -ın üzərində olmalıdır. 30-20-nin altındadırsa, yükləmə dozası tövsiyə olunur. Kenardan almaq sadəcə günəş şüalarına məruz qalmaqla mümkündür. Yetəri qədər günəş şüalarına məruz qala bilirsinizsə (yay fəslidir), Vitamin D çox aşağı deyilsə, 20-30 arasindadırsa, içmədən günəş şüaları ilə bir yerə qədər qaldırıb yoxlaya bilərsiniz. Ən azından deyək ki, yay uzunu günəşlənib, payız qabağı qalxıb-qalmadığını ölçə bilərsiniz. Qalmayıbsa, orda ala bilərsiniz. Yox əgər Vitamin D 20-nin altındadırsa, o zaman yükləmə dozasına ehtiyac olar. Tək başına günəş şüalarına etibar etmək olmaz. Yükləmə dozası dərman qəbulunu tövsiyə edərəm. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@huseynyagmur64
@huseynyagmur64 Жыл бұрын
Torpaq, mohur, buz ve qehve yeyirem.
@GulnarəZiləliyeva
@GulnarəZiləliyeva 3 ай бұрын
Salam doktor qizima aplastik animiya diaqnozu qoyulub mualicələr gedir ilik köcurmə mutləqdimi???
@EgeHospital
@EgeHospital 3 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Aplastik anemiya qazanılmış bir ilik xəstəliyidir, ilik çatışmazlığıdır. Şiddətinə görə ilik köçürməyə ehtiyac olduğuna qərar veririk. Əgər çox şiddətli səviyyədədirsə, yəni xəstənin qırmızı qanı üçün qan köçürməyə ehtiyac olacaq qədər qırmızı qan aşağıdırsa, trombosit çox aşağıdırsa (köçürmə gərəkdirəcək qədər), ağ qan hüceyrələri çox aşağıdırsa, yaşı da cavandırsa, ilik köçürmə tövsiyə olunur (başqasından ilik köçürmə). Yox əgər yüngül səviyyədədirsə, o zaman mütləq deyil. Ona görə sadəcə mesajla cavab vermək çətindir. Bir neçə başqa parametrləri də kontrol etmək lazımdır. Keçmiş olsun. Allah şəfa versin. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@Anar-vt9wr
@Anar-vt9wr 5 ай бұрын
Salam hekim. Menim ayaqimda deyset usume var, xemde aqri qan azligindan ola bilermi? Rematizma ele bildim var, oda yoxlandim cimadi rematizma. Xais edirem sualimi cavablandirasiz
@EgeHospital
@EgeHospital 2 ай бұрын
Salam. Keçmiş olsun. Ayaqda üşümə hissiyatı əlbəttə qanazlığında ola bilər, tiroid (zob) problemindən ola bilər, həmin bölgənin - ayaqların qanlanma problemindən ola bilər. Tövsiyyə edərəm ki, bir həkim müayinəsində olasınız. Pasiyent bəydirsə, siqaret çəkirsə, damar problemləri ola bilər. Xanımdırsa qanazlığı ola bilər. Ümumi yoxlanış olmağınızı tövsiyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@tarlanaxadov7555
@tarlanaxadov7555 8 ай бұрын
Salam dr .menimde qanim 7 dir ..yeni qan azliginin aşagi olmasinin sebebin bilmek üçun hansi analizleri verilmedi ..yeni qani hansı sebebler azalda biler?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Öncəliklə Qanın ümumi analizinə baxaraq biz analaya bilirik hansı tip qan azlığına oxşayır, ona görə analizlər istəyirik. Məsələn, qanazlığı ola bilər parçalanma mənşəlidir, bu qanın ümumi analizində fərqli cür görsənir, o zaman biz parçalanma testlərini istəyirik. Yox, əgər qanın ümumi analizində dəmir əskikliyinə bağlı qanazlığı əlamətləri görsənirsə, o zaman parçalanma testlərini də etməyə ehtiyac yoxdur. Sadəcə dəmir testlərinə baxırıq. Ona görə ümumi analizinizi bir həkimə göstərib ondan tövsiyyə alsanız daha yaxşı olar. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@shanmuradova770
@shanmuradova770 Ай бұрын
Salam doktor məndə hemoqlobinim..6.5 dir yəni qorxulu falan deyillki?
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Keçmiş olsun. Qorxulu olub olmadığı sizin yanaşı xəstəlikləriniz, yaşınız, bunun səbəbi və s. ilə birlikdə dəyərləndirilməlidir. 6,5 ciddi aşağı bir rəqəmdir. Amma gənc insanlarda qorxulu olmaya bilər. Amma araşdırılması və müalicə olunması qədər də ciddi aşağıdır. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@qafqazmmmdov6210
@qafqazmmmdov6210 4 ай бұрын
Salam hekim menim qanimda leykosit miqdari az cixib .tez tez xestelenirem. Bu onunla elaqelidimi birde leykosit miqdarin nece artira bilerem
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir olsun. Leykosit miqdarının az çıxması həkim tərəfindən dəyərləndirilməsi gərəkən məsələdir. Keçici ola bilir, bəzi virus infeksiyalarında azala bilir, B12 əksikliyində ola bilir, qaraciyər -dalaq problemlərində ola bilir, bəzi revmatizmal xəstəliklərdə ola bilir. Ona görə hər hansısa bir qida ilə, ya da dermanla yüksəldin deyə bilmərəm sizə. Düşmə səbəbi dəqiqləşdirilib, ona görə müalicə aparılmalıdır. Əlbəttə leykosit bizim immunitet hüceyrəmizdir. Əgər çox aşağıdırsa, xəstələnməni o izah edə bilər. Sizə hematoloq müayinəsi tövsiyə edərəm. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@qonckrimova5032
@qonckrimova5032 3 ай бұрын
​@@EgeHospitalsalam.doktor.menim ayagimda cox sayda qirmizi lekeler emele gelir.bunun sebebi qanla bagli ola bilermi?analiz verdim qanim cox duru cixdi
@EgeHospital
@EgeHospital 2 ай бұрын
@qonckrimova5032 Salam. Hər vaxtınız xeyir olsun. Qırmızı ləkələr əgər qan duruluğu səbəbindən yaranıbsa (təbii ki, görmədən bir söz demək çətindir, bəlkə dəri ilə əlaqədardır), amma qan duruluğu ilə bağlıdırsa, qırmızı, maviyə çalan, bəzən saralan, bəzən üzərinə basanda ağrılı ləkələr, yəni qan duruluğu varsa, qan duruluğu hansı tip qan duruluğu olduğuna baxılıb ona görə də səbəbi bilmək lazımdır. Bir hematoloq müayinəsi tövsiyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@GunəşGotovit
@GunəşGotovit 5 ай бұрын
Həkim salam.Baxıram çox yoruma cavab vermisiniz Allah razı olsun.Mən səhər yuxudan durannan başım eləbil yuxulu kimi olur aydınlanmır.Qulaqlarımın tutulduğunu hiss edirəm.diqqətim zəifdir.uşaqların dediklərini qavraya bilmirəm.baş ağrısı .yorğun gücsüz..bunlar qan azlığından ola bilərmi.birdə elə hey yatmaq isdəyirəm
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun. Əlbəttə, qulaqlarda küy hissiyatı, diqqət pozğunluğu, baş ağrısı, yorğunluq, gücsüzlük, yuxusuzluq, hamısı qanazlığı əlamətidir. Tövsiyə edərəm ki, qanazlığının səbəbi müəyyən olunsun. Qadınlarda fərqli, kişilərdə fərqli səbəblər ola bilir. Xüsusilə qadınlarda daha bəsit, daha rahat düzəldilə bilən səbəblər olur. Tövsiyə edərəm həkimə yaxınlaşasanız. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@shortgen
@shortgen 2 ай бұрын
​@@EgeHospitalSalam doldur siz harda işləyirsiz
@jfkdkkfkdkd3991
@jfkdkkfkdkd3991 5 ай бұрын
Salam çox dəyərli həkim anam xəstədir qanı azdı hara aparmıram xeyri yoxdu sizinlə necə əlaqə saxlamaq olar çox xahiş edirəm ünvanınızı mənə yazrdız
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hematoloq Üst Uzman Dr Təhməz Həziyev Ege Hospitalda pasiyent qəbul edir. Ege Hospital akademik Həsən Əliyev 38 ünvanında yerləşir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117, 012 599 1117, 050 299 1117, 055 336 3320.
@xediceseferov7186
@xediceseferov7186 Ай бұрын
Hekim 8faiz qan qalib..nece faize dusende klinik olum ola biler?
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Hər vaxtınız xeyir. Qanın faizlə ölçümü artıq günümüzdə istifadə olunmayan bir metoddur. 8 % deyilən göstəricinin həqiqətən neçə hemoqlobinə bərabər gəldiyini demək çətindir. Qan düzgün ölçülübsə, doğru cihazla qan sayımı aparılıbsa, hemoqlobin neçədir, bu önəmlidir. Önəmli olan budur, qan faizi deyil. Hemoqlobini 2-3 olan çox ağır qanazlığı olan hemoqlobin rəqəmləridir. Bunlar ciddi həyati risk daşıyırlar. Amma sadəcə rəqəm önəmli deyil, hemoqlobinin necə olduğu təkbaşına önəmli deyil. Yanaşı digər xəstəliklər önəmlidir. Onlarla birlikdə dəyərləndirilməlidir. Ölüm riski baxımından bunlar hamısı birlikdə dəyərləndirildikdən sonra bir şey demək olar. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@BaharOrucova-oe4ik
@BaharOrucova-oe4ik 10 ай бұрын
Salam həkim qızımın sacı tökülür qan azdığınnan ola bilər?
@EgeHospital
@EgeHospital 10 ай бұрын
Salam. Hər vaxtınız xeyir, keçmiş olsun. Qanazlığından ola bilər. Ümumi qan analizi, dəmir testləri, (bir də tiroid az çalışmasından ola bilər) TSH analizlərinə baxılması lazımdır. Əgər bunlar normaldırsa, dermatoloqa müraciət edin. Yox, əgər bu analizlərdə anormallıq olarsa, müvafiq həkimlərə müraciət etmək lazımdır. Bir də yaş önəmlidir; Pediatrik yaş qrupundadırsa - pediatr, deyilsə, yetişkin həkiminə müraciət etmək lazımdır. (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)
@AzadeMemmedova-d8z
@AzadeMemmedova-d8z 8 ай бұрын
Salam doktor nevemin 6 yasi olacaq hemetoligiya inistutunda qan analizi verdiy biz ucqar kendlerde oluruq busaat herteref qardi cixada bilmiriy analizderderinde cavabi biz gelenden sonra cixdi hekime gostere bilmedim zehmet olmasa mene basa salardiz zehmet olmasa NRBC# Nuveli erositler olmalidir (0,03-0,32) cixib 0,00 cox xais edirem meni bilgilendirerdiz bu haqda qabaqcadan tesekkur edirem size
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Mən uşaq həkimi deyiləm. Təəssüf ki, uşaqlarla işləmirəm. Amma ümumi deyə biləcəyim odur ki, nüvəli eritrositlər normalda qanda olmamalıdır. Orda mötərizədə yazılan referans aralığına fikir verməyin. 0,00 olmalıdır elə. Maksimum olarsa da bu aralıqda olmalıdır, o mənada qeyd olunub. Yəni o bir problem deyil, keçmiş olsun, hələlik. Ucqar dağ kəndinə salamlar! (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@AzadeMemmedova-d8z
@AzadeMemmedova-d8z 8 ай бұрын
@@EgeHospital tesekkurler gozel hekim Allah sizi qorusun var olun
@kukla555
@kukla555 8 ай бұрын
Salam doktor nolar mene cavab verin mende qan azligi var urek bulama halsizliq taqetsiz oluram hali olmur men neyniyim
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Sizə tövsiyyəm qanazlığınız hansı səviyyədədir, öncəlikdə onun müəyyən olunması, səbəbinin nəyə bağlı olduğu və müalicə yazılması üçün bir hematoloqa yaxınlaşmağınız olacaqdır. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@Vahid-eliyevB
@Vahid-eliyevB Ай бұрын
Qan azliqi var mende cekim 49 a duwub hec bir yerim agrimir ne qeder hekime gedirem ele diyir zon Ud mende udanmiram boyum 1.68 cekim uje 49 😢ne ede bilerem
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Hər vaxtınız xeyir. Çəkinizin 49 kq olmasını izah edən bir bəslənmə, diet vərdişiniz varsa, bunu düzəldə bilmirsinizsə, bunun üçün yaxşı olar ki, gərəkli başqa həkimlərdən məsləhət alasınız. Zond biz o zaman tövsiyə edirik ki, arıqlama əgər kəskin bir arıqlamadırsa, o zaman mütləq mədə-bağırsaq sistemi yoxlanması gərəkir. Zondun özünü uda bilmirsinizsə, qastroenteroloqun tövsiyə edəcəyi başqa metodlarla mədə-bağırsaq sistemi yoxlanıla bilər. Qanazlığınız əgər dəmir əksikliyinə bağlıdırsa, öncəliklə o müalicə oluna bilər. Tablet deyil, bəlkə damar daxili müalicə ilə müalicə oluna bilər. Ondan sonra gərəkirsə mədə-bağırsağınız dəyərləndirilə bilər. Zond udmaqla təkcə mədə-bağırsaqda yara, xora üçün kontrol etmirik, həm də eyni zamanda orada bir atrofiya, yediyimiz qidanın tərkibindəki dəmiri əmilimini əngəlləyəcək atrofiya varmı, yoxmu, onu görmək üçün də lazım olur. Yaxşı olar ki, bir hematoloq kontrolunda olasınız. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@aqwinmahmudlu5054
@aqwinmahmudlu5054 8 ай бұрын
Mənim gözün sanki təndirdə isdi çıxir elə olur dedilən qan azlığı müalicə yazmadilar incələnsin qanın ?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Sualınız nə idi? Daha aydın ifadə edə bilərsinizmi?
@AnarUmdov-tf3ud
@AnarUmdov-tf3ud 5 ай бұрын
salam doktor qan azligindan insan dünyasini deyise biler?
@EgeHospital
@EgeHospital 5 ай бұрын
Salam. Əlbəttə ki, (təkbaşına səbəb olmaz) qanazlığı bir insanda ciddi səviyyədədirsə, xüsusən, ürək çatışmamazlığından həyatını itirməyə səbəb ola bilər. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@cavidanbaxisli366
@cavidanbaxisli366 2 ай бұрын
Salam həkim oglumun 4 yasi var.talasemiya dasiyicisidir.qani 79 du.bu nece faizdir.
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Hər vaxtınız xeyir. Qanın faizlə ölçülməsi keçmişdə qalmış, günümüzdə istifadə olunmayan ölçümdür. Qanı 79 dediyiniz, əgər hemoqlobini 7,9 və ya 79-dursa, bu daşıyıcılıq üçün biraz aşağı hemoqlobindir. Balaca uşaq olduğundan tövsiyə edərəm ya uşaq hematoloqu, ya bir pediatrda dəmir testlərini yoxlatdırasınız. Bəzən dəmir əskikliyi ola bilər. Daşıyıcılıqdan hemoqlobin bu qədər düşməz. Dəmir normaldırsa, talassemiya həqiqətən daşıyıcıdırmı, ara formasıdırmı, o dəqiqləşər. Tövsiyəm bu olar, hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@flo72l61
@flo72l61 6 ай бұрын
Salam. 7.9 hemoqlobin nə qədər deməkdir. 40 yoxsa 48 faiz?
@EgeHospital
@EgeHospital 6 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Faiz hesabı köhnədə qalmış, günümüzdə artıq istifadə olunmayan bir hesablamadır. 7,9 hemoqlobinin nə qədər ciddi qanazlığını olduğunu bilmək istəyirsinizsə, xanımlarda normalda hemoqlobin 12-dir (hemoqlobinin alt sərhəddi). Ona görə bir müqayisə apara bilərsiniz. Yəni 12 olmalı ikən, 7,9-dur sizdə. Çox ciddi qan köçürüləcək qədər aşağı deyil. Amma ciddi aşağı sayıla bilər. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ilkinmehdiyev9406
@ilkinmehdiyev9406 8 ай бұрын
Salam hekim menim qanim azdi ayaqlarım ağrıyır ve sümüklərim belim qan azlığından olma ehtimalı var ?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Əlbəttə ki, sümüklər, bel, başqa yerlər, bunlar da başımız kimi (məsələn, qanazlığı olduğu zaman baş ağrayır) o bölgələrə də qan gedir. Qanazlığı olduğu zaman sümükdə, əzələdə, sinirdə ağrı olması normaldır. Amma yanaşı olaraq bir də o bölgələrdə hər hansı bir xəstəlik varsa, onlar da qanazlığı yarada bilər. Ona görə sizə ancaq həkim müayinəsi tövsiyyə edərəm. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@NigarQasimova-i3r
@NigarQasimova-i3r 6 ай бұрын
Salam doktorum mənim qızım koronanin vaxtında balaca qızı olmuşdu istiliyi oldu sistem qosdurduq ..xülasə o vaxtdan qoxu hissi yoxdu nə edək coxxxx təşəkkür edərdim əvvəlcədən​@@EgeHospital
@AygulDavudova-xs9ot
@AygulDavudova-xs9ot 8 ай бұрын
Salam,məndə dörd gün olar ki,halsızlıq var, birinci gün baş gicəllənmə,ondan sonrakı günlər baş ağrı,dizlərdə keyləşmə halsızlıq,təzyiqim də aşağıdır, bunlar qan azlığından ola bilərmi 😔
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Keçmiş olsun. Bunlar mütləq qanazlığından olacaq əlamətlər deyil. Çox spesifik əlamətlər deyil. Qanazlığından da ola bilər, infeksiyadan da qaynaqlana bilər. Öna görə də ümumi bir yoxlanış tövsiyə edərəm. Ehtiyac olarsa, hematoloq müayinəsinə gedərsiniz. Amma ümumi bir terapevt müayinəsi, check-up analizi tövsiyyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@AygulDavudova-xs9ot
@AygulDavudova-xs9ot 8 ай бұрын
@@EgeHospital va Aleykum Salam, çox sağ olun, cavab verdiyinizə görə ayrıca təşəkkür edirəm
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Siz də sağolun.
@dunyabdullayeva
@dunyabdullayeva 6 ай бұрын
Salam ne etdiniz duzeldi mende eynisi oldu
@AygulDavudova-xs9ot
@AygulDavudova-xs9ot 6 ай бұрын
@@dunyabdullayevavitaminlər qəbul edirəm, şükür Allaha Əlhəmdülillah yaxşıyam hələki
@AygunSarizada
@AygunSarizada 8 ай бұрын
Salam, siz uşaq, ya böyük hemotoluqusuz?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hematoloq Uzman Dr Təhməz Həziyev böyük hematoloqudur. Uşaqları müayinə etmir. Həkimin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117 012 599 1117 050 299 1117 055 336 3320
@mubarizquliyev5766
@mubarizquliyev5766 8 ай бұрын
Doktor mən əyağa duranda gic kimi ollam elə bil bədən mənim olmur o qan azlığınan olar qurban səə bidənə cavab verərsəndə
@EgeHospital
@EgeHospital 7 ай бұрын
Salam. Keçmiş olsun. Bəli, xüsusilə ayağa qalxmaq ilə yaranan halsızlıq, baş dönmə kimi şikayətlər qanazlığı əlaməti olar. Başqa səbəblər də ola bilər. Amma öncəliklə ümumi qan analizinizi kontrol etdirməyinizi tövsiyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)
@elil_2008
@elil_2008 5 ай бұрын
Salam doxdur mənim Qadım çox azdır çox halsız yorgun olram birdə ki Qan azlığı Artığ çəkiye yol açırmı ?
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun. Qanazlığı artıq çəkiyə adətən yol açmaz. Tərsinə, arıqlama verə bilər. Amma birtərəfli bir məsələ deyil. Qanazlığınız olduğu üçün hərəkətiniz azalırsa, o da bəlkə çəki itkisi yaratmaya bilər. Burda sizə tövsiyəm odur ki, qanazlığınızın səbəbi tapılsın, o müalicə olunsun. Bunun üçün də istəyirsinizsə, bir hematoloq və ya bir terapevtə yaxınlaşa bilərsiniz. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@bakuazerbaycan4016
@bakuazerbaycan4016 4 ай бұрын
Salam Hekim .mende Kecen il olmusdu biraz qan azlilixi var .Vitaminler yazdi yaxsi oldum amma iki uc aydan Sonra .bu il Tekrar yene yaranib .Ozude yay ayinda xestelenirem .tez tez adi bir soyuq olan kimi ozumu coox pis hiss edirem .birdeki esas .mende qanazlilixindan boxazimda qiciq olarmi qasinma falargit yarada bilermi .Birdeki dilde narahatciliq yarada bilermi hekim yeni uyusma dad bilmemey ,ve Biraz dilde axirliq yarada bilermi Sanki .Qorxudan Sozu diye bilmirsiz kekeleme ,ve Dilde, topux vurma olarmi ,dil Sanki guc axirliq gelir ele bilirsiz hansisa bir virusa yoluxmusuz
@RamizSeyidov
@RamizSeyidov 5 ай бұрын
Doxdur herwey bircir olur izah ede bilmirem bawımdada gicelme olur neden olar xaiw edrem cavab verin
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Qanazlığı əlbəttə çox ciddi səviyyədədirsə, ölüm təhlükəsi yaradar. Üstəgəl qanazlığı olan insanda başqa problem də varsa, (məsələn ürək problemi, ağciyər ilə əlaqədar nəsə bir problem varsa) bu risk artar. Amma öncəliklə nə qədər şiddətli qanazlığı olduğu dəqiqləşdirilməlidir, səbəb dəqiqləşdirilməlidir. Sadəcə qanazlığı varsa, ümid edirəm tək başına müalicə oluna biləcək bir məsələdir. Başınızda tərif etdiyiniz əlamətlər də hamısı qanazlığının əlamətidir. Qorxu keçirməkdənsə, qanazlığınızın səbəbini tapmaq üçün həkimə yaxınlaşmağınızı tövsiyə edərəm. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ElcinMemedov-p2c
@ElcinMemedov-p2c Ай бұрын
Salam doktor mən də qan azlığından əziyət çəkirəm hmoligiyam 6,1di nə yeyim
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Keçmiş olsun. Əgər hemoqlobin 6,1-dir deyirsinizsə, bu sadəcə yeməklə düzəldiləcək qədər həfif bir qan əskikliyi deyil. Xüsusilə səbəbi dəqiqləşdirilməlidir. Mən buradan anlaya bilmirəm xəstə qadın yoxsa kişidir. Qadınlarda adətən periodik qan itirmələrə bağlı dəmir əskikliyi olur ki, bunun müalicəsi daha rahatdır. Kişilərdə daha ciddi səbəblər araşdırılmalıdır. Ona görə sadəcə yeməklə yüksəldilməsi mümkün olacaq məsələ deyil. Dediyiniz 6,1 hemoqlobin yarı-yarıya kimi az miqdarda hemoqlobin deməkdir. Həkim müayinəsi tövsiyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ElcinMemedov-p2c
@ElcinMemedov-p2c Ай бұрын
Səbəbi sizcə nə ola bilər subay vaxtimda kisədən əmaliyat olmuşam sonra uziyə getdim dedi elə ağır şey yox du xırda prablemlər di hamilə qalma ehtimalım var
@ElcinMemedov-p2c
@ElcinMemedov-p2c 25 күн бұрын
@@EgeHospital salam həkim neyniyim nə olar olar da həkim dedi səndə bilmək olmur qan azlığının olması
@ElcinMemedov-p2c
@ElcinMemedov-p2c 21 күн бұрын
@@EgeHospital salam doktur qan artıran dərman isdifadə eliyim
@MatanatHuseynova-d9r
@MatanatHuseynova-d9r 2 ай бұрын
Salam hekim menim qanlm azdl baqazlmdada daralma var qan azliqlndan ola biler
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Hər vaxtınız xeyir. Keçmiş olsun. Təəssüf ki, anlamadım, harda daralma var demisiniz. Boğazımda yazmaq istəmisinizsə, ciddi dəmir əksikliyi və dəmir əksikliyinə bağlı qanazlığında bəzən qida borusunda pərdə yarana bilir. O da udma çətinliyi verə bilir. Əgər dediyiniz belə bir şeydirsə, qanazlığı bunları edə bilir. Öncəliklə qan ümumi analizi və dəmir testləri ətraflı baxılmalıdır. Çox ciddi əksikliklərdə müalicə verilməlidir. Bogazdakı şikayət də öz-özünə keçə bilər. Ciddi səviyyədədirsə, ona da bir qastroenteroloq baxmalıdır. Əgər doğru anladımsa sualınızı, cavabı budur. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@Agayeva....
@Agayeva.... 8 ай бұрын
Salam Doktor.mende beta talesimiya dasiyiciligi var.qorxuludurmu?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir olsun. Xeyr, beta daşıyıcılıq bir xəstəlik halı deyil, adı üstündə; bir daşıyıcılıq halıdır. Qorxulu deyil, hər hansı bir şeyə çevrilməz. Əgər ailəli deyilsəniz, yoldaşınızda da daşıyıcılıq olmamalıdır; İki daşıyıcıdan xəstə uşaq doğulma ehtimalı var. Yox əgər yoldaşınız da daşıyıcısıdırsa, tövsiyyə olunan süni mayalanma yolu ilə övlad sahibi olmağınızdır. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@Agayeva....
@Agayeva.... 8 ай бұрын
@@EgeHospital ALLAH RAZI OLSUN COX SAG OLUN
@AytacSalmanli
@AytacSalmanli 4 ай бұрын
Menim qanim 8 fayizdi normaldi mi??ne ede bilerem neyi yoxlatmaliyam doktor
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Faizlə qan hesabı artıq günümüzdə tərk edilmiş bir metoddur. Tövsiyə edərəm ki, "hemoqlobininiz neçədir?"- o haqda məlumat sahibi olasınız. Hemoqlobin əgər 7-8-in altındadırsa, bu biraz daha təcili bir haldır. Normalda xanımlarda 12-nin üzərində olmalıdır. 12-nin altındadırsa, mütləq səbəbini aydınlaşdırmanızı tövsiyə edərəm. Analizi verən şəxs əgər xanımdırsa, qadınlarda ən çox dəmir əksikliyi aylıq periodik itkilərə bağlı olur. Onunla əlaqədar dəmirləri yoxlatdırmaq lazımdır. Təbii ki, həkim nəzarətində hansı analizlər olmalıdır, onlara baxılsa, yaxşı olar. Keçmiş olsun, hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@RamizSeyidov
@RamizSeyidov 5 ай бұрын
Doxdur salam qan azlıqım var qorxu keçirirem ölüm verirmi
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Qanazlığı əlbəttə çox ciddi səviyyədədirsə, ölüm təhlükəsi yaradar. Üstəgəl qanazlığı olan insanda başqa problem də varsa, (məsələn ürək problemi, ağciyər ilə əlaqədar nəsə bir problem varsa) bu risk artar. Amma öncəliklə nə qədər şiddətli qanazlığı olduğu dəqiqləşdirilməlidir, səbəb dəqiqləşdirilməlidir. Sadəcə qanazlığı varsa, ümid edirəm tək başına müalicə oluna biləcək bir məsələdir. Başınızda tərif etdiyiniz əlamətlər də hamısı qanazlığının əlamətidir. Qorxu keçirməkdənsə, qanazlığınızın səbəbini tapmaq üçün həkimə yaxınlaşmağınızı tövsiyə edərəm. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ilhammmmdova4241
@ilhammmmdova4241 2 жыл бұрын
Salam hekim men mede xercangiyem medem cexareleb 5 il əməliyyat olmuşam indi qanemda hemoqlobin 5 faizdi hekim deyir mutleq qan köcurulmelidi mən hemoqlobini dermanla qaldera bilerammi feresen dermane ateram
@lamiyhmidzad1450
@lamiyhmidzad1450 2 жыл бұрын
Hemoqlobin 5disə qan köçürülməlidir. 7dən yuxarı olanda qidayla dərmanla artırmaq olar
@ilhammmmdova4241
@ilhammmmdova4241 2 жыл бұрын
@@lamiyhmidzad1450 salam siz həkimsiniz fersen qan dərmanı atıram qan 5 faizdi mede xercangiyem 5 ildi mede cexarelebde həkim 2 ay fersen atmage tapşerde
@lamiyhmidzad1450
@lamiyhmidzad1450 2 жыл бұрын
Xeyr həkim deyiləm
@ilhammmmdova4241
@ilhammmmdova4241 2 жыл бұрын
@@lamiyhmidzad1450 he bldim feysbukda baxdem hekimlerin sehifesi olur hec derman da xeyir etmir muallime iwleyiram daha mektablar aceler ager iw neca iwleyacam bu awage qanla bilmirem seherlar duranda gozum cox qaraler hemiwe da meyva yeyiram hec na ila qarwesene ala bilmedim kecan il 7 faiz idi amma bu il 5 faiza duwdu qaneme qaldera bilmirem amma hiss ediram ki bu qanla yenidan xercang yaranacak men hematologiya germali idim amma cox bawesoyuqluq etdim
@User069f
@User069f 8 ай бұрын
Salam mən 12 yanvarda qızılcaya yoluxdum bu gün isə 12 fevraldı mənim ayaq və əllərimdə şişlik var birdə iştahsızlıq var
@EgeHospital
@EgeHospital 7 ай бұрын
Salam. Keçmiş olsun. Açıqcası qızılca və digər infeksion xəstəliklərdə əl və ayaqda şişkinliyi gözləmərik. Əl və ayaqda şişliklər revmatizmal mənşəli, bədəndə zülal azalması ilə əlaqədar olan böyrək və qaraciyər mənşəli, tiroid mənşəli, ürək mənşəli (yaşınızı bilmədiyim üçün deyirəm) ola bilər. Ən azından bir terapevt ilə danışmağınızı tövsiyə edərəm. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)
@User069f
@User069f 7 ай бұрын
@@EgeHospital keçdi hl hazırda min şükür yaxşıyam 18 yaşım var başlayada 1 həftə idi yataq rejimində idim ona görə olub
@zuhurun_sesi
@zuhurun_sesi 7 ай бұрын
Menim hemoqlobinim 7.3 chixib. Pis xesteliyim var he? 😔
@EgeHospital
@EgeHospital 7 ай бұрын
Salam. Keçmiş olsun. Tək başına hemoqlobin səviyyəsinə baxaraq pis xəstəlik demək düzgün deyil. Çünki əgər xanımsınızsa və menstruasiya görən yaşdasınızsa, xanımlarda adətən bu xoşxassəli dəmir əksikliyi ola bilər. Amma ən azından ümumi analizinizlə birlikdə gərək sizə bir terapevt və sonrasında ehtiyac olarsa hematoloq dəyərləndirməsi tövsiyə edərəm. (Uzman Dr Təhməz Həziyev, Hemaltoloq)
@nurlanmmmdov1282
@nurlanmmmdov1282 4 ай бұрын
Salam həkim mənim qızım qanı 42 fayizdi talesimiya ola bilər
@EgeHospital
@EgeHospital 4 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Faizlə qan hesabı köhnədə qalmış metoddur. Tək başına qanın qırmızı qan hissəsi ilə talassemiya haqqında bir şey demək mümkün deyil. Həm qırmızı qanın, hemoqlobinin miqdarı, həm eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin miqdarı, həm də eritrositlərin orta həcminə baxılaraq buna görə dəyərləndirilməlidir ki, talassemiya (daşıyıcılıqdan gedir də hər halda söhbət) daşıyıcılıq ehtimalı varmı yoxmu, ona görə gərəkirsə analiz olunsun, ya yox. Həkimə yaxınlaşıb ona görə kontrol etdirməyinizi tövsiyə edərəm. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@nemmmmmm.
@nemmmmmm. 2 жыл бұрын
Salam hekim mende gozumde qaralti olur qaraltida bilsiz nece qaralti hele bil eve zeif isiq taxbalar menm gozumde problem var yoxsa qan azligindadi xais ellem cavab vern
@EgeHospital
@EgeHospital 2 жыл бұрын
Salam. Sizə rutin qan analizləri (qanın ümumi analizi) vermək, ona görə əgər qan azlığı aşkarlanarsa, hematoloq görüşü tövsiyyə oluna bilər. Keçmiş olsun. (Uzman Dr. Təhməz Həziyev, Hematoloq)
@Vahid-eliyevB
@Vahid-eliyevB 2 ай бұрын
Mende qan aliqi unitet duwub sebeb ne olar??
@EgeHospital
@EgeHospital Ай бұрын
Salam. Sualınız aydın olmadı.
@Vahid-eliyevB
@Vahid-eliyevB Ай бұрын
@@EgeHospital mende qan azliqi var ariqlamiwam cox ama hec bir yerim ağrımır analizler verirem hec kim bilmir nedi
@SerhedHuseynov-jq7tx
@SerhedHuseynov-jq7tx Жыл бұрын
Salam doktor mənim onuc yaşda bacmda qan azlığı var
@_daisy_by_collection_6646
@_daisy_by_collection_6646 6 ай бұрын
Doktorun adını bilən varmı harda çalışdığı?
@EgeHospital
@EgeHospital 6 ай бұрын
Salam. Hematoloq Uzman Dr Təhməz Həziyev Ege Hospitalda pasiyent qəbul edir. Həkim qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117, 012 599 1117, 050 299 1117, 055 336 3320.
@MuhammedMuhammedov-sh4lt
@MuhammedMuhammedov-sh4lt 5 ай бұрын
Salam Doktor Menim analizim necedi? Hemoqlobin 10.5 g/dL 11 - 15,2 11.1 HCT Hematokrit 34.0 % 33 - 44,5 36.1 MCV Eritrositlərin orta həcmi 68.0 fL 80 - 97 68.2 21.0 pg 26 - 34 21.0 MCH Eritrositdə hemoqlobinin orta həcmi 30.9 g/dL 32,6 - 35,8 30.7 MCHC Eritrositlərdə hemoqlobinin orta qatılığı PLT Trombositlər 218.4 10³/UL 150 - 400 214 LYM% Limfositlər% 30.0 % 5 - 55 36.9 MXD% 9.2 % 1 - 20 9.0 NEU% Neytrofil% 61.1 % 45 - 95 54.1 LYM# Limfositlər 2.0 10³/µL 1,2 - 3 2.4 MXD# 0.6 10³/µL 0,09 - 0,6 0.6 NEU# Neytrofillər 4.1 10³/µL 2,5 - 5,5 3.5 RDW-SD 36.4 fL 37 - 54 37.1 RDW-CV 14.3 % 11 - 16 14.2 18.9 fL 9 - 17 14.6 PDW Trombositlərin paylanma enliyi MPV Trombositlərin orta həcmi 10.3 fL 9 - 13 10.2 P-LCR 30.9 % 13 - 43 29.1 PCT - Trombokrit 0.22 % 0,17 - 0,35 0.22 EÇS (Vesterqren üsulu) 10 mm/saat 2 - 20 3 Periferik yayma - Çubuqnüvəli 4 % 1 - 6 1 - Seqmentnüvəli 57 % 45 - 70 54 - Eozinofillər 2 % 1 - 6 1 - Limfositlər 30 % 19 - 41 37 - Monositlər 7 % 3 - 11 7 QEYD: Laborator müayinə nəticələri DİAQNOZ deyil! Son rəyi, müalicə həkimi klinik
@EgeHospital
@EgeHospital 5 ай бұрын
Salam. Bura analiz atıb və qarşılığında həkimdən cavab gözləmək üçün uyğun yer deyil. Sizə tövsiyəm hər hansı həkimə yaxınlaşıb ondan məsləhət alasınız. Bura sadəcə ümumi məlumat almaq yeridir. Sizə verəcəyim məlumat; analizinizdə qanazlığı görsənir. Gerisini bir həkimlə dəyərləndirməlisiniz. Keçmiş olsun. Hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@AgakisiBunyatov
@AgakisiBunyatov 29 күн бұрын
Salam doktor sizdə suğorta keçərlidir .
@EgeHospital
@EgeHospital 4 күн бұрын
Salam. Hematoloq Uzman Dr Təhməz Həziyevin qəbuluna yazılmaq və daha ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlaya bilərsiniz. Tel: 1117 012 599 1117 050 299 1117 055 336 3320
@Nuriyeva_Gunel
@Nuriyeva_Gunel 5 ай бұрын
Doktor mənim qızım möhür yeyirdi gizlində. Deməli dəmir çatmır
@EgeHospital
@EgeHospital 5 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Ola bilər. Ciddi dəmir əksikliyi olan insanlarda normalda yeyilməyən bəzi şeyləri yeməyə meyllilik ola bilir. Ona görə o baxımdan da dəyərləndirilə bilər. Təbii ki, bəlkə başqa psixolojik səbəbi də ola bilər. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@AzeriBaku-s2z
@AzeriBaku-s2z 2 ай бұрын
Torpaq yirem men nece edim😢
@xumayberenq8283
@xumayberenq8283 2 ай бұрын
ЧАААААН, УСЕР, БАЧЫ, СЕН КУБИК ЙЕСЕН ДАНА ЯХШЫ ОЛАР!😂 ЧААААН БУ БИР ЗАРАФАТДЫР😂 МЕН ДЕ БУ ЯХЫНДА ГАН АЗЛЫГЫ ВЕ ФЕРРУМ ЧАТЫШМАЗЛЫГЫНДАН МУАЛИЧЕ АЛДЫМ. ЙЕНИ 10 ДЕФЕ СИСТЕМ ВЕНАМА ВУРУЛДУ. ЧОХЛУ ДЕРМАНЛАР ГЕБУЛ ЕТДИМ ВЕ ЙЕНЕ ГЕБУЛ ЕДИРЕМ... АЛЛАН☝️🤲🌞СЕНЕ ШЕФА ВЕРСИН! ТУНД ГЫРМЫЗЫ ЧУГУНДУРУН СОКУНУ ДУЗЕЛДИБ ИЧИРЕМ ВЕ САИР. АЛЛАН☝️🤲СЕНЕ ДЕ ЧАН🌞👍САГЛЫГЫ ВЕРСИН❤!❤!❤!
@AgakisiBunyatov
@AgakisiBunyatov 2 ай бұрын
Salam doktor məndə leykositlər 31dir siz onu müalicə edirsiz hər ay yoxlatdırıram 29 33 arasıgəzir.
@EgeHospital
@EgeHospital 2 ай бұрын
Salam. Leykositlər 31, hər ay 29-33 arası dəyişirsə, bu ən az 6 aydır bu şəkildədirsə, bu sümük iliyi ilə bağlı bir məsələ ola bilər. Kəskin bəd xəstəliklərdən olmaya bilər. 6 aydan çoxdursa, böyük ehtimalla kəskin pis ilik xəstəlikləri ilə bağlı deyildir. Amma sümük iliyimizin eyni zamanda xroniki bəzi xəstəlikləri vardır ki, onlarda diaqnozunu erkən bilib onların müalicəsi haqqında plan aparılmalıdır. Ona görə tövsiyə edərəm ki, bir hematoloq kontrolunda olasınız. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ElyGasm
@ElyGasm 6 ай бұрын
Salam hekim mende urek bulanma bash gicellenme reng solgunlugu urekde doyunme heyacan olur hemcinin bash agrisi bunlar qan azlgndan ola biler zehmet olmasa cavab vererdizde gozlermde bulanig gorneye bashlayb
@EgeHospital
@EgeHospital 6 ай бұрын
Salam. Saydığınız əlamətlər, bəli, hamısı qanazlığı ilə əlaqədar ola bilər. Amma bunlar çox spesifik əlamətlər deyil. Ən azından ümumi qan analizinizi yoxlatdırmağınızı, bir terapevt qəbulunda olmağınızı tövsiyə edərəm. Qanazlığı varsa, orada aşkarlanar, sonrasında səbəbi, tipi, nəyə bağlı qanazlığıdır, o müəyyənləşər. Ona görə müvafiq müalicə aparılar. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@ElyGasm
@ElyGasm 6 ай бұрын
@@EgeHospital coxsagoln hekm
@Elza123-n6f
@Elza123-n6f 9 ай бұрын
Mende qan azligi var mende fibroma var ginikoluq deyir onnandi 42 yawim var
@EgeHospital
@EgeHospital 9 ай бұрын
Salam. Bəli, qadınlarda uşaqlıq fibromaları qanaxmaya və o da qanazlığına səbəb ola bilər. Əksərən dəmir əksikliyinə bağlı qanazlığıdır. Öncəliklə dəmir əksikliyi müalicə olunmalı, yanaşı olaraq da ciddi səviyyədə qanama verir, qanı çox düşürəcək səviyyədə olursa, uşaqlıq fibroması ilə də bağlı tədbir görülməlidir. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@resulehmedcelebiyev6276
@resulehmedcelebiyev6276 2 жыл бұрын
Salam doktur menim menstural olanda üşmem başım coox ağryır nede ola bier
@aynurbayaramova3903
@aynurbayaramova3903 2 жыл бұрын
Normal haldi
@NazimAğayev-h8n
@NazimAğayev-h8n Жыл бұрын
Salam hekim menim 45 fayiz qanım var amma işdahım da yaxşı dır qan axmam da yoxdu neden qanım az olar?
@EgeHospital
@EgeHospital Жыл бұрын
Salam. Hər vaxtınız xeyir olsun. Təəssüf ki, cinsiyyəti və yaşı bilmədən, müvafiq müayinə aparılmadan, hemoqlobiniz necədir, hansı tip qan azlığıdır onu bilmədən səbəbə bağlı bir şey demək çətindir. Ona görə sizə müayinə tövsiyyə edəcəm; Terapevt və ya Hematoloq. Keçmiş olsun. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@aqwinmahmudlu5054
@aqwinmahmudlu5054 8 ай бұрын
Qan institutua yazıldi
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Sualınızı daha aydın ifadə edə bilərsinizmi?
@МилейлаАлиева-у5э
@МилейлаАлиева-у5э 7 ай бұрын
Qan artanda insan kökəlir
@samirsireliyev1954
@samirsireliyev1954 8 ай бұрын
HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır. Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil. Keçmiş olsun, hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
@samirsireliyev1954
@samirsireliyev1954 8 ай бұрын
HEMOQLOBLININ 10 FAUZ OLMASI COX AZDI? VE EN YUKSEK NE QEDER OLMALIDIR?
@EgeHospital
@EgeHospital 8 ай бұрын
Salam. Hər vaxtınız xeyir. Hemoglobinin faiz ölçümü günümüzdə istifadə olunan bir metod deyil. Gram/deciliter (g/dL) ilə ölçülür. Əgər gram/deciliter (g/dL) ilə hemoglobin 10 yazılıbsa, bu çox aşağı deyil, amma qanazlığıdır. Səbəbinin araşdırılması lazımdır. Bir də var köhnə üsulla xəstəyə faiz bildirilirdi, orda 10% çox aşağıdır. Amma o ölçüm metodu günümüzdə işlədilən bir metod deyil. Keçmiş olsun, hələlik. (Uzman Dr Təhməz Həziyev, Hematoloq)
Qan Azlığının Fəsadları və Təbii Çarələri
9:25
Fizuli Hüseynov
Рет қаралды 126 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,4 МЛН
Qan Azlığından Təbii Yolla Qurtulmaq?- Vacib İzlə...
6:50
Dr. Günay Əhmədova
Рет қаралды 409 М.
Kansızlığa Ne İyi Gelir? Kansızlık Nasıl Giderilir? ve Kansızlık Giderici Kür Tarifi
10:25
Dəmir defisitli anemiya nədir? Əsas əlamətləri hansılardır?
14:16
Bioloji Tebabet Klinikası
Рет қаралды 12 М.
Ağ Qanın Artması Və Azalması Zaman Nə Etməli
13:25
Fizuli Hüseynov
Рет қаралды 26 М.
MÖCÜZƏ! Bu Qadın Yeriyə Bilmirdi - İndi isə...
7:59
Alqoloq Vüsal Eyvazov
Рет қаралды 88 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН