Qazaxıstan necə ölkədir, orda nələr var?

  Рет қаралды 12,156

Demədi Demə

Demədi Demə

Күн бұрын

Bu gün bütün dünyanın gözü Qazaxıstana çevrilib. Dünya mediasının gündəlik xəbər bülletenində “Qazaxıstan” sözü iri hərflərlə yazılır. Könül istərdi ki, qardaş ölkənin adı daha gözəl, daha parlaq hadisələrin anlatılması üçün bu qədər məhşurlaşsın. Amma heyf ki, belə deyil...
Bəs, haradı Qazaxıstan? Bu gün qardaş ölkəni daha yaxından tanıtmaq istəyirəm sizə. Ərazisinə görə, Mərkəzi Asiyanın ən böyük, bu siyahıda dünyanın 9-cu ölkəsidir Qazaxıstan. Dənizə çıxışı yoxdur. Sahəsi 2,724,900 km²-dır. Şimaldan Rusiya, şərqdən Çin, cənubdan Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Qərb sahillərində Xəzər dənizi vasitəsilə bizim də qonşumuuz sayılır.
Ölkə ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdir. Tarix boyunca buralarda köçəri türk xalqları yaşayıb. 13-cü əsrdə Çingiz xan indiki Qazaxıstanı əsarəti altına alır. Zamanla türk köçəri tayfalarından olan qazaxlar birləşdi və yaşadıqları ərazilərə sahib çıxmağa başladılar. Beləcə, o dövrün müxtəlif yazılı mənbələrinə adlarını yaza bildilər. Bu gün çin, rus, ərəb, fars, bizans, moğol və türk dillərində olan bir çox mənbələrdə “qazax” ismi keçməkdədir. Təbii ki, əsərlərin dil xüsusiyyətlərinə görə, "qazax" adı, Asa, Kasa, Hasa, Haysak, Kasok, Qasaq, Hasıq, Kazak, Kazsak kimi fərqli şəkillərdə yazılıb. Qazaxların mövcudluğunun dəqiq tarixi isə bilinmir. Akademik Marr yazır ki, "Qafqazda qazaxlar yaşayırlar". Çex tarixçisi Grozniy`in fikrincə, "Qazaxlar eramızdan əvvəl Xəzər dənizinin şərq bölgəsində yaşayan hunların nəvələridir və “Qafqaz”, “Kaspi” sözləri də onların adından, “qaz”, “qas” söz köklərindən yaranıb”.
Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. Həmin vaxt müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranır. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi
.
Qazax xanlığı üç hissədən ibarət idi: Ulu juz, Kiçik juz və Orta juz. 18-ci əsrin ikinci yarısından etibarən, onlar bir-birindən fərqli siyasət yürütməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazax torpaqlarında müstəmləkəçilik siyasəti ilə məşğul oldular. Yerli qazaxları məcburən köçürdülər, torpağın sərvətini mənimsədilər. Qazaxların dilinə, dininə və həyat tərzlərinə müəyyən qadağalar gətirildi.
Bu vəziyyət, təxminən, 2 əsr davam etdi. 1912-17-ci illər arasında əhali aclıq və müxtəlif siyasi qadağalar səbəbiylə rus hökumətinə qarşı etiraza qalxdı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917-20 ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda" dövlətini qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti təkrar ələ keçirdilər və Qazaxıstan SSR oldu...
SSRİ-nin mövcudluğu dövründə ruslar qazaxların milli şüurunun itirilməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Hazırda da qazaxlar rus kökənli sözləri çox işlədir.
Qazaxların comərdliyi, qorxmazlığı və döyüşkən ruhu həmişə ruslar üçün, xüsusilə, Sovet rəhbərliyi üçün təhdid hesab olunub. 1933-cü ildəki süni aclıq, 1937-38-ci illərdəki soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar torpağın zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rusların köçürülərək burada yerləşdirməsi bu təhdidin azalmasına yönəlmişdi.
1986-cı ildəki məşhur "Celtoksan" hadisəsi isə qazaxlara edilən zülmün “zirvəsi” sayılır. Qorbaçov Qazaxıstan Kommunist Partiyasının birinci katibi, qazax əsilli Kunayevin yerinə Kolbini təyin edir. Bu qərar dekabr ayında verilir. “Jeltoksan” qazaxca dekabr ayının adıdır. Bəzi mənbələrdə Kolbinin rus, ya da çavuş əsilli olduğu mübahisəli olsa da, qazaxlar onun gəlişini sakit qarşılamır. 16 dekabrda başlayan etirazlar 19 dekabrda sona çatır. Küçəyə ilk çıxan tələbələr olur. 17 dekabrda Alma-Ata əhalisi də tələbələrə dəstək məqsədilə küçələrə axışır. Onları susdurmaq üçün yerli güc orqanları ilə birlikdə rus OMON`çuları da silaha sarılır. Bu cür reaksiyanı gözləməyən qazaxlar Çimkənd, Taldıkurqan və Qarağandı şəhərlərində də ayağa qalxırlar. Amma təbii ki, əliyalın xalqla silahlı güclərin qarşıdurmasında qalib tərəf silah olmalıydı və oldu da...
Yaranmış vəziyyətdən ehtiyat edən sovet rəhbərliyi 10 yanvar 1987-ci ildə Qazaxıstan Kommunist Partiyasına ikinci katib vəzifəsinə milliyyətcə qazax olan Səidullah Kubaşovu gətirmək məcburiyyətində qaldı. Hadisələrin bir daha təkrarlanmaması üçün DTK vasitəsilə iştirakçılar təqib olunmağa, həbs edilməyə başlandı.

Пікірлер: 73
@zizseyidova8103
@zizseyidova8103 2 жыл бұрын
Maraqlı məlumata görə çox sağ olun. 👍👍👍
@tahminaalieva1429
@tahminaalieva1429 2 жыл бұрын
Çox sagolun melumat ucun
@demedideme1
@demedideme1 2 жыл бұрын
İzlədiyiniz üçün təşəkkür edirəm
@ugurseyid6214
@ugurseyid6214 2 жыл бұрын
Türkiyə haqqında məlumat verib xaiş edirik
@esedovracu3713
@esedovracu3713 Жыл бұрын
Təşəkkürllər dəyərli məlummarlarınız üçün📚🤝
@ugurseyid6214
@ugurseyid6214 2 жыл бұрын
Əla
@polatalemdarkurtlarvadisip5939
@polatalemdarkurtlarvadisip5939 2 жыл бұрын
Çox sağolun
@demedideme1
@demedideme1 2 жыл бұрын
Çox sağ olun
@cmileqasimqizi5550
@cmileqasimqizi5550 2 жыл бұрын
Təşəkkürlər Bahadur bəy
@demedideme1
@demedideme1 2 жыл бұрын
Çox sağ olun
@bhramgur3276
@bhramgur3276 2 жыл бұрын
Qardaş Qazaxıstan haqqında verdiyiniz qiymətli məlumatlara görə təşəkkür edirəm İran İslam respublikası haqqında da buraxılış hazırlasanız əla olar qabaqcadan təşəkkürümü bildirirəm
@sahin5307
@sahin5307 2 жыл бұрын
Redd olsun İran o yana oqraşdilar
@bhramgur3276
@bhramgur3276 2 жыл бұрын
@@sahin5307 mən onu buraxilisa məsul olan şəxsə bildirmişəm sənin fikrin mənim üçün maraqlı deyil
@bayramzade01
@bayramzade01 Жыл бұрын
İranı anlata bilərəm adı islamdır ama xuliqan petuxlardan ibarətdir
@gulnarseyidova4357
@gulnarseyidova4357 2 жыл бұрын
👍👍
@akqnzj
@akqnzj Жыл бұрын
Kazakhstandan salamlar
@bestt8926
@bestt8926 2 жыл бұрын
Olarda bir mitinq oldu, biz həmin dəqiqə başladiğ narahat olmağa. Amma bizdə 44 günlük müharibə oldu, qazaxistanan səs cixmadi.. nəysə
@bayramzade01
@bayramzade01 Жыл бұрын
Xaiş edirəm sizdən Afrika ölkələri haqqında məlumat verin
@vuqarelekberov926
@vuqarelekberov926 2 жыл бұрын
Azərbaycanda da belə mitinqlərdə olsa daha yaxşı olardı
@milmuqan6325
@milmuqan6325 2 жыл бұрын
Hər ölkənin daxılı problemləri var. Demirəm hər şey bizdə əladı , lakin erməni kimi düşmənimız olan yerdə nə mitinq. Bizə indi parcalanmaq yaraşmaz.
@vuqarelekberov926
@vuqarelekberov926 2 жыл бұрын
@@milmuqan6325 Sən əminsən ki parçalanma olacaq?
@milmuqan6325
@milmuqan6325 2 жыл бұрын
@@vuqarelekberov926 bəs sən əminsən ki olmayacaq ? Hər halda olkədə sabitliyin pozulmağı arzu olunmazdı. Elə bilirsən tək ermənidi düşmənimiz ? Mehriban düşmənlərimiz o qədərdi ki . Ümüd edirəm Allah xalqımıza xeyirli nə varsa onu qısmət etsin.
@vuqarelekberov926
@vuqarelekberov926 2 жыл бұрын
@@milmuqan6325 20 yanvar mitinqi olmalıdır. Necə ki mitinqlə azadlığa çıxdıq beləcədə bu rejimdən çıxa bilərik
@milmuqan6325
@milmuqan6325 2 жыл бұрын
@@vuqarelekberov926 Allah bütün şəhidlərimizə rəhmət eləsin . Onda xalq Qarabağ məsələsinə görə etirazların bildirməyə görə mitinqlərə cixmışdılar , Sovet rəhbərinə qarşı . 20 yanvarıda yaşamışam. Ondan sora ki Qarabağın işğalında. Torpaqlarlmızın bir bir əlimizdən getməyində. Carəsiz acız qaldığlmızıda. Cöllərə düşən qacqınlarıda , başsızlıq , özbaşınalıq, aclıq , yiyəsizliyidə. O vaxt ki rəhbərlərin vətənpərvər vijdanlı olmağında hec bir şübhəm yoxdu. Amma hər vijdanlı Vətənpərvər - güclü siyasətci ola bilməz. Məsələ budu. 44 günlük müharibədəki qalibiyyətimizdə xalqımızın, ordumuzun birliyi, rəhbərimizin güclü siyasıtci olmasıdır.
@qutlu_yol
@qutlu_yol 9 ай бұрын
Əla ,təşəkkürlər👍🇦🇿❤️🇰🇿
@resadaliyev6152
@resadaliyev6152 2 жыл бұрын
Qardaş ölke?😁😅 Qazaxistan ne vaxtdan qardaşimiz oldu)
@yusifniftiyev3840
@yusifniftiyev3840 2 жыл бұрын
Nədi bəs?
@bayramzade01
@bayramzade01 Жыл бұрын
Nədir bəs Qardaşımızdırda
@ergahmetoglu4148
@ergahmetoglu4148 Жыл бұрын
Doğru diyorsun, Azerbaycan bize kardeş ölke,Senin kardeş ölken İran 😁
@qutlu_yol
@qutlu_yol 9 ай бұрын
Bəs nədir?😂 Qazaxıstan bizim qardaşımızdır.Azərbaycan və Qazaxıstan eyni millət,eyni soydur.Ali və üstün türk millətidir
@qutlu_yol
@qutlu_yol 9 ай бұрын
​@@ergahmetoglu4148Fikir vermə.Azərbaycan və Qazaxıstan qardaş ölkədir🤘🐺🇦🇿❤️🇰🇿🐺🤘
@Mbappe768
@Mbappe768 Жыл бұрын
Təhsil necədir Qazaxıstanda ?
@huseynhuseynov9505
@huseynhuseynov9505 6 ай бұрын
Qazaxlar .qardaşlar var olsun. ..
@raufbsyramov8745
@raufbsyramov8745 Жыл бұрын
MEN QAZAQİSTANDA OLMUSAM .XOSUMA GELEN BİR YERDE DEYİL HEC SEVMEDİM.MENİM UCUN EN GÖZEL YER AZERBAYCAN VE QARDAS TURKUYE
@Рафаил_Татарин
@Рафаил_Татарин Жыл бұрын
Neden oşun gelmedi deye bilersen?
@ergahmetoglu4148
@ergahmetoglu4148 Жыл бұрын
Senin Sevmeyine ihtiyaç değiliz🇰🇿🇰🇿🇰🇿
@qutlu_yol
@qutlu_yol 9 ай бұрын
Qazaxıstan Azərbaycanın qardaşıdır.eyni millətin iki dövlətidir🇦🇿❤️🇰🇿
@user-sj7cy9zf5u
@user-sj7cy9zf5u 2 жыл бұрын
Diktator Astananın adını dəyişib öz adını qoyub ,adın batsin
@jdjsbf
@jdjsbf Жыл бұрын
#Qazaxıstan🇦🇿
@terlantalibov5167
@terlantalibov5167 2 жыл бұрын
Azadlıq
@ehedhasilov438
@ehedhasilov438 2 жыл бұрын
Beydim
@semayeelibeyova8428
@semayeelibeyova8428 2 жыл бұрын
Məlumatlar çox dolğun və maraqlı idi. Yalnız, şəhərin adı Almata yox Almatıdır rəsmi olaraq. Bir zamanlar Rəqsanə də Almata demişdi. Xeyli də müzakirə olunmuşdu))) Yadıma o düşdü))
@demedideme1
@demedideme1 2 жыл бұрын
İzlədiyiniz üçün təşəkkür
@akqnzj
@akqnzj Жыл бұрын
Ehsen
@sananabdiyev
@sananabdiyev 22 күн бұрын
Əsil adı Alma Atadır.Almatı ruscadır.Öyrənmək yaxşı şeydir bala.Tarixi düzgün oxuyun əzbərçi təhsil imtahan üçün yox.Onda bilərsiz nə var nə yox
@KABUSREDD
@KABUSREDD Жыл бұрын
Sən canı sonlarda o nə musiqidir fona qoymusuz? Bu nə təqdimatdır?
@The..Jennie
@The..Jennie Жыл бұрын
Menimde atam buradadi💫
@The..Jennie
@The..Jennie Жыл бұрын
Melumat ucun coxxxx sag olun🌼
@lemanyva4855
@lemanyva4855 Жыл бұрын
salam mümkünsə deyə bilərsiz orda yaşamaq ya gedib işləmək olarmı yəni pul qazanmaq yaxşı olur?
@ibishovceyhun9039
@ibishovceyhun9039 2 жыл бұрын
Bahadur Dayi
@bayramvliyev4709
@bayramvliyev4709 Жыл бұрын
PAKİSTANLA BAĞLI MƏLUMAT
@aliyevahad9903
@aliyevahad9903 2 жыл бұрын
Düzdü onlarıda ruslaşdırıblar
@ain8884
@ain8884 Жыл бұрын
Орыстанған сен , Азербайжанды Туркия схавает в 0 Қазақ ол қазақ болып қалады , атабабаларымыздың аманаты бар
@qutlu_yol
@qutlu_yol 9 ай бұрын
​​@@ain8884Sən hansı millətsən? Bütün Rusiyanı tutacağıq.Bütün Torpaqlarımızı alıb yenidən türk yurdu edəcəyik.Rusiyanın 80 faizi türk millətinindir və türk torpağıdır.Bir gün mütləq rusları məhv edib öz yurdumuzu azad edəcəyik
@kafkazseverniy3146
@kafkazseverniy3146 6 ай бұрын
Қазақстанның солтүстігіндегі қазақтар орыс билігін қабылдады.Олар орыстар сияқты өмір сүреді.Қазақстанда болдым, білемін.Гарағанды ​​мысал.
@yasinmustafayev9091
@yasinmustafayev9091 2 жыл бұрын
Çingizxan.yox.teymrləng
@kasbtbq.8596
@kasbtbq.8596 2 жыл бұрын
Qazaxstan İnteresnıy Ölkedir
@user-ok3tr3mm5l
@user-ok3tr3mm5l 2 жыл бұрын
gürcüstan aqqinda
@demedideme1
@demedideme1 2 жыл бұрын
İzlədiyiniz üçün təşəkkür
@fsanseyidova7882
@fsanseyidova7882 2 жыл бұрын
Əla
En Zengin Türk Devleti KAZAKİSTAN Hakkında 17 İNANILMAZ GERÇEK
18:59
Sümeyra Çenet Videoları
Рет қаралды 3,9 МЛН
Kazakistan'da İnanılmaz İş Fırsatları
21:14
Dünyadan Bildiriyoruz
Рет қаралды 17 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,6 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Sovetlərə geri qayıdış- QIRĞIZISTAN     Gəzdim Gördüm Çəkdim
10:45
Vizasız Ölkələr və Qiymətlər
13:26
HərşeyŞünas
Рет қаралды 24 М.
1 ŞƏHƏR VƏ 24 SAAT - QAZAX
27:13
1 şəhər və 24 saat
Рет қаралды 15 М.
Pakistan Haqqında Bunları Bilirsinizmi? - Bir Dünya
10:16
Qazax tam fərqli toy
11:47
UCAL MEDİA
Рет қаралды 11 М.
Bu Qidaları Yeyən Kimi Damarlar Açılır!
10:59
Demədi Demə
Рет қаралды 6 М.
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,2 МЛН
Tag him😳💕 #miniphone #iphone #samsung #smartphone #fy
0:11
Pockify™
Рет қаралды 2,8 МЛН
Looks very comfortable. #leddisplay #ledscreen #ledwall #eagerled
0:19
LED Screen Factory-EagerLED
Рет қаралды 8 МЛН
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН