Qendab Quliyeva - Şur destgahi Bine kend toyu 1998

  Рет қаралды 1,952

Qəndab Quliyeva

Qəndab Quliyeva

Күн бұрын

Qəndab Quliyevaya KZbin-da abunə ol: / @qendabquliyeva
#QendabQuliyeva#Şurdestgahbinekendtoyu1988

Пікірлер: 42
@dashginaga
@dashginaga 9 ай бұрын
Çox təşəkkür edirəm, Hafiz bəy! Bu, möhyəşəm bir muğam ziyafətidir.Böyük və kiçik, bütün dəstgahların minor şöbələrinə baş vurur Qəndab xanım. Əslində Şur havasında köklənib sənətkar. Amma Şurdan Şüştərə, Şüstərdən Mahura, Mahurdan Rasta... o qədər rahat və incə keçidlər eləyir və yenə qayıdır ki, sanki bir dəstgah oxuyur. Bu sənətkarlığın zirvəsidir. Son 50 ildə Qəndab xanımdan və Alim Qasımovdan başqa bu şedevral cəsarəti başqa heç kimdə görməmişəm. Ondan əvvəlkilərdən də yalnız Seyid bu dəryaya baş vurardı. Gənc istedadlar dönə dönə dinləməlidirlər ki, sənətin zirvəsindən qorxmasınlar. Ruhun şad olsun, Qəndab xanım! Var ol,Ağasəlim müəllim!❤
@qendabquliyeva
@qendabquliyeva 9 ай бұрын
Salam Daşqın bəy. Bu lenti Sizə görə tam paylaşdım. Çoxları 2-3 dəqiqə baxır.
@logmanabbasli2604
@logmanabbasli2604 8 ай бұрын
Çox möhtəşəm ifa edib rəhmətlik.
@arifqaramanli2961
@arifqaramanli2961 9 ай бұрын
Qəndab xanım Quliyevaya Tanrıdan qəni-qəni rəhmət diləyirəm! Tanrının rəhməti onunla olsun! Məkanı cənnət olsun! Qəbri nur ilə dolsun!
@elturan9472
@elturan9472 9 ай бұрын
Təkrar dinləyirəm .ALLAH rəhmət eləsin .
@user-ex8nv8rh8d
@user-ex8nv8rh8d 8 ай бұрын
Toylar yaraşigi meclisler yaraşigi Xanim Qendabimiz 😢😢hami nece lezet alardi seni dinledikce😢😢 Allah rehmet eylesin nur icinde yat gözel xanim🙏
@logmanabbasli2604
@logmanabbasli2604 6 ай бұрын
Heç bir xanəndəilə müqyisə edilməyəcək super bir ifadır.
@FerhadMeherremov-s7o
@FerhadMeherremov-s7o 8 ай бұрын
Bu ifaya mən əvvəllər də qulaq asmışam. Möhtəşəm ifalardan biri. Allah Qəndab xanıma rəhmət eləsin. AMİN
@qendabquliyeva
@qendabquliyeva 8 ай бұрын
Fərhad müəllim bu videonu 1 aydı paylaşmışam. Yeni videodu.
@murtuzameherremov6713
@murtuzameherremov6713 6 ай бұрын
Allah rəhmət eləsin məkanı cənnət olsun Amin
@merkezaliyev3853
@merkezaliyev3853 9 ай бұрын
Şur muğamının bütün hissələrini ardıcıllıqla,çox Ustalıqla oxuyur.Hissədən hissəyə keçəndə həm təsniflərldən, həm də rənglərlədən çox məharətlə istifadə olunur.Simayi şəms və Sarənc hissələrini özünə məxsus tərzdə ifa edib.Şur muğamına da xüsusi olaraq yekun vurur. Allah rəhmət eləsin Qəndab Xanıma.
@mahirceferov9366
@mahirceferov9366 7 ай бұрын
Mekanln cennet olsun Qendab xanlm
@babayevelxan1960
@babayevelxan1960 8 ай бұрын
Super
@azadhemidov
@azadhemidov 7 ай бұрын
Allah sənə rəhmət eləsin Nənə.
@prvinmehtiyeva8368
@prvinmehtiyeva8368 9 ай бұрын
R uhu şad olsun
@logmanabbasli2604
@logmanabbasli2604 8 ай бұрын
Qəndab xanımın səsində olan məlahət və yanğı bizi yormadığından nəniki 37 dəqiqə saatlarla qulaq asırıq.Hər lentinə dəfələrlə qulaq asmışam,ən çox da Xaric Segahına.Amma hərdən adam həyatda elə hadisələrlə rastlaşır hər şey yaddan çıxır.Ona görə bir müddət uzaq qalmışam.Allah Qəndab xanıma rəhmət eləsin.
@qendabquliyeva
@qendabquliyeva 8 ай бұрын
Hacı bu vide yadındadı? Yarmçıq paylaşmışdım. Lent köhə idi. Həmn lenti çox çətinliklə bərpa etdirdim. Ən mötəşəm ifalardan biridi. Rəng yerində də təsnif oxuyub.
@FerhadMeherremov-s7o
@FerhadMeherremov-s7o 9 ай бұрын
Möhtəşəm ifa!! Sona qədər dinlədim. Allah korifey sənətkarımız Qəndab xanıma rəhmət eləsin. AMİN
@ayguncebiyeva6956
@ayguncebiyeva6956 9 ай бұрын
Səsin axarlığı ,o qədər yaddaşda qalır ki,böyük sənətkarımız Qəndab xanımın ifası əvəz olunmaz şəkildə xatırlanır.Səhnə mədəniyyəti mükəmməl ifası ilə hörmətlə sevir və yad edirik. Allah rəhmət eləsin. Ruhu şad Məkanı Cənnət olsun İnşallah. Hörmətli Hafiz müəllim Allah sizlərə sağlıqlı ömürlər nəsib etsin İnşallah. Allah böyük sənətkarımız və sizin Ananız Xanım Qəndab Quliyeva nın qəbrini nurla doldursun Amin.🤲🇦🇿
@ГюльбутаМахмудова
@ГюльбутаМахмудова 9 ай бұрын
Kişi qeyrətli yerlim Allah sənə rəhmət eləsin məkanın cənnət olsun
@calqaya2848
@calqaya2848 9 ай бұрын
Allah rəhmət eləsin böyük sənətkarımız.
@camalvelizade5055
@camalvelizade5055 9 ай бұрын
Allah rəhmət eləsin Ustad Xanəndə Qəndab xanıma.Bakı toylarının Ustad Xanəndəsi.
@huseynmemmedv2494
@huseynmemmedv2494 9 ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN.
@mugamatmugamat7014
@mugamatmugamat7014 9 ай бұрын
Bu toy Bakı Binə kəndində olub. Möhtəşəm bir ifa.
@ayshanhamidova
@ayshanhamidova 9 ай бұрын
Allah rehmet elesin
@fuzuliqarabag7623
@fuzuliqarabag7623 9 ай бұрын
Mötəşəm ifadı. Qarabağın yox Azərbaycanın əvəzsiz xanım xanəndəsi. Hələ dinləyirəm.
@zibahuseynova7612
@zibahuseynova7612 9 ай бұрын
Ruhu şad olsun .Məkanı cənnət olsun! Qəndab xanım bu toyda bütün müğamlara baş vuru .Möləvi ,Vilayəti ,Şur ,Əraq və.s.
@azersellbaksell5100
@azersellbaksell5100 9 ай бұрын
ALLAH RƏHMƏT ELƏSİN QƏNDAB XANIMA
@refiqesultanova9026
@refiqesultanova9026 9 ай бұрын
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
@cemileletifova7094
@cemileletifova7094 9 ай бұрын
Allah rəhmət eləsin Qəndab xanima Baki toyuna oxsayir
@haciabaset5503
@haciabaset5503 9 ай бұрын
Tamam-kamal bir "Sur" dəstgahı dinlədim. Bərdaştı ilə Şuri şahnazı ilə, Bayatı türki ilə, Şikəsteyi farsı ilə, Simayi-şəmsi ilə və Sarənci ilə. Bir şöbədən o biri şöbəyə keçidi rənglə yox, uyğun təsniflərlə etməyi tamaşaçıya başqa bir zövq verir. Bayatı türkdə oxuduğu Seyyidin qəzəlini əksər xanəndələr ( elə Qəndab xanımın özü də) Dəşti muğamında oxuyurlar. Çünki bu qəzəl Dəşti muğamına daha çox otirur. Ancaq Qəndab xanım bu şöbədə həmin qəzəli elə gözəl oxuyur ki, sanki bu qəzəl elə Bayatı türk üçün imiş. Şikəsteyi-farsa keçidi qəmli bir bayatı ilə etməyi dinləyicinin ruhunu şöbəni dinləməyə hazırlayır. Şikəsteyi farsa həzin segah çalarları qatmağı muğamı daha da zənginləşdirir. Belə oxumağı dinləyici saatlarla dinləsə də yorulmur, əksinə böyük zövq alır. Belə bir "Şur"u 1986-cı ildə Alim Qasımov Amerikada oxumuşdu. Hər ikisi Azər baycanın muğam dahiləridir. Allah qəndab xanıma rəhmət eləsin. Alim müəllimə cansağlığı versin. Hafiz bəy çox varolun dəyərli lentə görə.
@babayevelxan
@babayevelxan 9 ай бұрын
Allah rəhmət eləsin
@mugamatmugamat7014
@mugamatmugamat7014 9 ай бұрын
Hafiz bəy mən həmişə dinləmişəm. Hazırda tam dinləməmişəm. Rəhmətlik hər toyda Dəstgahlar ifa edib.
@qendabquliyeva
@qendabquliyeva 9 ай бұрын
1 İL ÖNCƏ TOYDA 28 DƏQİQƏLİK İFASI VARDI. 14 DƏQİQƏSİN PAYLAŞDIM. DAŞQIN BƏY VƏ HACI ABASƏT BƏY MƏNƏ VİDEONU KƏSMƏMƏYİ BİLDİRDİLƏR. MƏHS ONLARA GÖRƏ BU LENTİ TAM PAYLAŞDIM. AMMA İNANMIRAM Kİ, DİNLƏYİCİLƏR TAM DİNLƏYƏ. DİNLƏYƏN OLSA MUĞAMLARIN ADIN YAZAR.
@qendabquliyeva
@qendabquliyeva 9 ай бұрын
Kimin şərhin bəyənmək olmursa, həmən şəxs videonu dinləmədən şərh yazıb.
@hafizhamidov5727
@hafizhamidov5727 9 ай бұрын
Bu videonu Daşqın bəy, Hacı Abəsət bəy, Gülər xanım, Elmira Xanım və Təbrizə xanəmın Atası tam dinləyəvəyinə əminəm. Eyni zamanda ailə üzvlərimiz.
@elmiraquliyeva3936
@elmiraquliyeva3936 9 ай бұрын
Salam.Qardaşım böyük həvəslə dinləyirəm.
@elmiraquliyeva3936
@elmiraquliyeva3936 9 ай бұрын
Belə ifanı,belə sənətkarı dinləməmək olarmı? İndiki toylarda oxuyana qulaq asan yoxdu hamı oynamaqda. Görün bütün toy əhli necə maraqla həvəslə diqqətlə qulaq asır.Həm sənətə həm sənətkara dəyər verilir. Allah dəyərli sənətkarımıza qəni qəni rəhmət eləsin.
@hafizhamidov5727
@hafizhamidov5727 9 ай бұрын
​@@elmiraquliyeva3936xanım, təəssüflər olsun ki, dinləyənlərin 58 faizi 3 dəqiqə dinləyib. Videonu kim sona dək dinləyir bilirəm.
@hafizhamidov5727
@hafizhamidov5727 9 ай бұрын
​@@elmiraquliyeva3936bilirəm sizin dinlədiyinizi. Bu videoya 70 faiz 3 fəqiqə baxıb.
@azadhemidov
@azadhemidov 9 ай бұрын
Allah rehmet elesin
Qendab Quliyeva - Mirze huseyn segahi  Maştağa toyu #qendabquliyeva
23:01
7 mugam destgahi
1:22:41
Az Türk
Рет қаралды 58 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН
‏‏‏۲۴ با فرداد فرحزاد: واکنش‌ها به اظهارات متناقض پزشکیان
43:59
Iran International ايران اينترنشنال
Рет қаралды 45 М.
KEÇMİŞ TOYLARIMIZ
6:24
Elcin Video
Рет қаралды 766
KEÇMİŞ TOYLARIMIZ
1:04:13
Elcin Video
Рет қаралды 821
Qendab Quliyeva - Kime yalvarim #qendabquliyeva
6:51
Qəndab Quliyeva
Рет қаралды 1 М.
Şur - Məmmədbağır Bağırzadə,Ağasəlim Abdullayev,Arif Abdullayev
38:41
Ağasəlim Abdullayev
Рет қаралды 14 М.
Qendab Quliyeva - Aile meclisi 2 hisse #qendabquliyeva
22:44
Qəndab Quliyeva
Рет қаралды 1,3 М.
Duresen Qobustanli Qobustan toyu
12:55
Elnur Niftaliyev Official
Рет қаралды 51 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 6 МЛН