Qeybətin gətirdiyi dünya və axirət bəlaları - Hacı Şahin - Hər bir qeybət edənin vay halına

  Рет қаралды 13,299

ISLAM TV Official

ISLAM TV Official

5 жыл бұрын

Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
Bəzi çirkin əməllərimiz insanlarla rabitəmizə mənfi təsir qoyar. Bu çirkin əməllərdən biri də qeybətdir. Qeybət elə bir şeydir ki, əgər həmin insan bu xəbəri eşitsə, xoş qarşılamaz.
Yəni, sən kiminsə nöqsanını başqalarının yanında deyirsən. Bu nöqsan ola bilsin ki, əxlaq, rəftar və bədən eybləri olsun. Qeybət sırf dillə edilən bir əməl deyildir. Yazmaq və ya işarə etmək də qeybətə şamil edilir.
Həzrət Peyğəmbər (s) soruşur: “Bilirsinizmi ki, qeybət nədir?”.
Deyirlər: “Xeyr”.
Buyurur: “Qardaşını elə yada salmaqdır ki, əgər başa düşsə, narahat olar”.
Soruşurlar: “Əgər o şeyi ki, deyirlər, qardaşımızda olsa belə?”.
Buyurur: “Əgər o şeyi ki, deyirsən, onda olarsa, qeybət etmişsən, əgər onda olmazsa, böhtan atmısan”.
İslamın tövsiyə etdiyi ən gözəl əxlaqi fəzilətlərindən biri budur ki, başqasının eybini gizlədək.
Qeybətin gətirdiyi bəlaları iki dəstəyə bölmək olar: dünya və axirət bəlalarına.
Qeybətin mənəvi və axirət bəlası
1. Yaxşı əməlləri məhv edər. Qeybət nəticəsində insanın gördüyü yaxşı əməllər məhv olar. İmam Sadiq (ə) buyurur: “Qeybət etmək hər bir müsəlmana haramdır. Necə ki, atəş odunu yeyər, qeybət də yaxşı əməlləri yeyər və aradan aparar”.
İnsan qeybət edərək əməl dəftərində olan yaxşı əməllərini məhv edər və onu qeybət etdiyi insanın əməl dəftərinə ötürmüş olar.
Həzrət Peyğəmbər (s) nəql edir: “Qiyamət günü sizlərdən birini məhşər səhrasına əməllərinə baxmaq üçün hazır edərlər. Əməl dəftərini əlinə verərlər. Ona baxan zaman yaxşı əməllərindən heç bir şeyi orada görməz.
Deyər: “Pərvərdigara! Bu, mənim əməl dəftərim deyildir. Çünki dünyada yerinə yetirdiyim əməl və ibadətdən orada bir şey görmürəm”. Ona deyilər ki, sənin Allahın xəta etməz. Bu əməl dəftəri - sənindir.
Qeybət etdiyin üçün gördüyün yaxşı əməllər qeybət etdiyin insanın əməl dəftərinə yazılmışdır. Sonra başqa birini hesab üçün gətirərlər. Əməl dəftərini ona verərlər. Dəftərə nəzər salar, ancaq gözlədiyinin əksinə olaraq orada çox sayda ibadət və yaxşı əməl görər. Təəccüblənib deyər:
“Allahım, bu, mənim əməl dəftərim deyildir. Mən burada yazılan yaxşı əməlləri görməmişəm”. Ona deyilər: “Çünki filankəs sənin haqqında pis danışmışdır və ona görə də onun yaxşı əməlləri sənin əməl dəftərinə yazılmışdır””.
2. Allah vilayətindən xaric olar.
İmam Sadiq (ə) buyurur: “Hər kəs möminin abırını aparmaq və eybini tutmaq üçün onun əleyhinə danışarsa, Allah bu cür insanı öz vilayətindən xaric edər. Şeytanın vilayətinə tərəf göndərər, ancaq şeytan onu qəbul etməz”.
3. İnsanın inancı fasid olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətin müsəlmana təsiri, cüzamın bədənə təsirindən daha tezdir”.
4. İbadətin dəyəri azalar.
O kəs ki, qeybət edir, ibadətinin dəyəri azalmış olar. Həzrət Peyğəmbər (s) buyurur: “Məsciddə əyləşmək və namazın vaxtının çatmasını gözləmək ibadətdir o zamana qədər ki, insan həds etməsin”. Soruşdular ki, həds nədir? Buyurdu: “Qeybət etmək”.
5. Əməlləri qəbul olmaz.
6. Behiştdən məhrum olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Behişt üç nəfərə haramdır: söz gəzdirənə, qeybət edənə, daima şərab içənə”.
7. Mükafatı təxirə düşər.
Allah Musaya (ə) vəhy edir ki, qeybət edən əgər tövbə edərsə, behiştə daxil olan sonuncu kəsdir. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan olar.
8. Qiyamət günü çirkin şəkildə təcəssüm olar.
Qeybətin dünya bəlaları
1. Abrı aparar.
İmam Sadiq (ə) buyurur: “Qeybət etmə ki, qeybət olunarsan. Qardaşın üçün quyu qazma ki, özün ora düşərsən”.
2. Düşmənçilik yaradar.
İmam Əli (ə) buyurur: “Qeybətdən çəkin, çünki Allahın və insanların qəzəbinə və düşmənçiliyinə səbəb olar və savabı məhv olar”.
3. Çirkinlikləri təbliğ edər.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən o kəslər ki, imana malik olan insanların arasında çirkinlikləri yaymağı xoşlayır, onlar üçün ağrılı əzab vardır”.
Abunə ol bit.ly/2uR7dZv
Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
Mənbə: KZbin Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
✆Whatsapp Dini Videolar Official|+994-055-586-54-25 Bayram
⬇️Sosial şəbəkələrdə bizə qoşulun və izləyin⬇️
Rəsmi facebook səhifəmiz:goo.gl/tqQiKS
Rəsmi ok.ru səhifəmiz:goo.gl/SyoSTx
Rəsmi instagram səhifəmiz:goo.gl/Di6VuX
Abunə ol bit.ly/2uR7dZv

Пікірлер: 17
@vaqifhuseynov5800
@vaqifhuseynov5800 3 жыл бұрын
İnşallah Allah indiyənədək etdiyimiz günahları bağışlayar.
@alimustafayev5280
@alimustafayev5280 5 жыл бұрын
Gozel insan olmaqi ALLAH nasib etsin
@fikretagayev3645
@fikretagayev3645 3 жыл бұрын
Salamm çox sagolun , heqiqeten gözel sozler deyirsiniz esas buna qulaq asib deyilenlere emel etmek lazimdir
@merziyeonal8858
@merziyeonal8858 5 жыл бұрын
Ağzına sağlık
@samsung02s66
@samsung02s66 2 жыл бұрын
Allahım bütün günahlarımizi baxisla🤲
@seidqahramanov224
@seidqahramanov224 5 жыл бұрын
qeybətfən uzağam çalışıram uzaqda durum
@alimustafayev5280
@alimustafayev5280 5 жыл бұрын
ALLAH her kese nasib etsin
@anarzeynalov9740
@anarzeynalov9740 4 жыл бұрын
Alla sizleri bizleri her emelimizi Allahin isdediyi yerde isdediyi zaman eta elemeyi nesibi qismet elesin amin
@savalandadasov2718
@savalandadasov2718 2 жыл бұрын
Bağışlayan allahım günahlarımızı bağışlasın bizi öz yolundan ayırmasın🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@клайт
@клайт 3 жыл бұрын
ALLAHIN salamı olsun hər kəsə xoş gününüz olsun ALLAH hər kəsin Oruc Namazını qəbul etsin İNŞƏALLAH . ALLAH hər kəsə kömək olsun İNŞƏALLAH . Adım Elnurdu 1980 cı ildə Bakının Digah kəndində anadan olmuşam ALLAH hər kəsə qismət eləsin ALLAH hər kəsin evladın özü qorusun İNŞƏALLAH . İki qızım var gec ailə qurmuşam qızlarım balacadılar ata evində qalıram indi yerimiz yoxdu evimiz yoxdu ata evidə balacadı sökükdü neçə illər kirayədə qalırdıq indi imkan yoxdu deyə ata evinə gəlmişik bir neçə aydı amma ordada yer olmadığından çıxmalıyıq . ALLAHA xatir mənə kömək edin hər kəs kimin imkanı varsa mənə ev tikdirsin əvəzin heç cürə qaytara bilmərəm amma ömrümün sonuna qədər o şəxsə ALLAHDAN dua edərəm . Mən verə bilməsəmdə İNŞƏALLAH ALLAH əvəzin iki qat verər AMİN . ALLAH yaxşılığı duaları qəbul edəndi kömək edin ALLAHA xatir hər köməkliyinizi ALLAH sizində evladlarınızında qarşısına çıxarar İNŞƏALLAH . Qızlarım həyatda ən gözəl varlığımdı oların gözlərinə baxanda çox utanıramki evim yoxdu oları hər dəfə bir yerdən başqa yerə aparmağa məcbur oluram . Hər şeyi verən ALLAHDI insanlarsa ALLAHIN dünuada xeyir vasitəçiləridi . ALLAH kiməsə kömək edirsə onu kiminsə halal bir insanın vasitəsiylə edir . İkinci qızım biraz pis olduğuna görə əlimdə pul qalmd evsizlik pis şeydi ALLAH heç kəsə evsizlik evlad qarşısında başı aşağı gözü yaşlı etməsin İNŞƏALLAH . Ata evində qalıram hələlik amma ordada yer olçadığı üçün tezliklə çıxıram . Kiminsə ev tikdirməyə imkanı olarsa İNŞƏLLAH bu nömrəyə zəng vursunlar ata evinin telefobnudu . 012 340 80 25 . ALLAH hər kəsə kömək olsun ALLAH hər kəsə rahatlıq versin hər işindədə həyatındada AMİN . 012 340 80 25 . 070 639 81 00 .
@nazlaisaeva2741
@nazlaisaeva2741 3 жыл бұрын
МЕ. ЕМИШЕ. ШАЛЫШЫРАМ. КЕЙБЕТ. ЕТМИЙИМ. ШУКУР. АЛЛАХА. БАЖАРДЫХЫ. КЕДЕР. ЕЛЕМИРЕМ
@nerimansadixli7316
@nerimansadixli7316 4 жыл бұрын
Salam videonun sonundakı musiqinin adı nədi
@reismustafayev2098
@reismustafayev2098 2 жыл бұрын
Bele yaxşı işləri adət edmek lazımdır ve aslıolma
@muxtarfeyzullayev7813
@muxtarfeyzullayev7813 3 жыл бұрын
Axsimxeysahin
@mehdixurremi7600
@mehdixurremi7600 3 жыл бұрын
Salam,pul dəyişmək haramdı,
@aygunbabazad1513
@aygunbabazad1513 4 жыл бұрын
Salam Olsun Sizlərə. Allah xatirinə kimsə mənə bu videonu yollaya bilərmi göturmək alınmır məndə
QİZİLDAN DƏYƏRLİ SOZLƏR - HACİ ŞAHİN HƏSƏNLİ #2
24:48
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Hacı Əhliman - Çox ibrətamiz Əhvalat
12:17
Səadət günəşi
Рет қаралды 88 М.
Kərbəla ziyarəti Hacı Mirzəki Ağa 08/07/2024
7:43
MAHARRAM KAZİMOV
Рет қаралды 5 М.
Qiybət etməyin icazəli olduğu hallar!
22:04
Siratal-mustaqim
Рет қаралды 2,3 М.
Gıybet dörde ayrılır: Kafir eden gıybeti dinle! / Kerem Önder
7:57
İhramcızâde İlim Yayma
Рет қаралды 349 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН