Əqrəb mövsümü 12-ci bölüm (4K)

  Рет қаралды 503,794

İCTİMAİ TV

İCTİMAİ TV

Жыл бұрын

"Əqrəb mövsümü" serialı 12-ci bölüm.
digər serialar həftəiçi 4 gün saat 20:40-da İctimai TV-nin efirində izləyə bilərsiniz.
İstehsalçı şirkətlər: "İctimai TV" və "ArtFilmBaku"
İl: 2022
Seriya sayı: 12
Xronometraj: 45-55 dəq.
Baş prodüser: Yalçın Verdiyev
Quruluşçu rejissor: Emil Quliyev
Quruluşçu operator: Mosmanue
Sseanri müəllifləri: Azər Aydəmir
Quruluşçu rəssam: Aysel Əmirova
Ssenari Ceyhun Hidayətlinin "Əqrəb" romanının motivləri əsasında yazılmışdır.
Rollarda:
Hikmət Rəhimov
Azər Aydəmir
Səmimi Fərhad
Abbas Qəhrəmanov
Əli Əlizadə
Elşən Rüstəmov və digərləri.
/ ictimai.tv
/ ictimaitv.official
t.me/tvictimai
itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv

Пікірлер: 5 500
@akhmed0ff
@akhmed0ff Жыл бұрын
Hamı: cinayətkar kimdi? Akif müəllim: abed eləmisiz?
@RafaelMurselov-iv3mc
@RafaelMurselov-iv3mc 11 күн бұрын
😂😂😂 bu işi hell eliyin abed menliy))
@ayan4400
@ayan4400 Жыл бұрын
2-ci sezon istəyirik!!! Like edin yuxarı çıxsın❤
@MegaDavid8585
@MegaDavid8585 Жыл бұрын
olmadi like ay Ayan
@Emil_Rza_
@Emil_Rza_ Жыл бұрын
ikinci sezon ola bilməz , əsər əsasında konkret mövzuya görə çəkilib
@rahim.z8837
@rahim.z8837 Жыл бұрын
Kitab bitib nə ikinci sezon?😂🤣
@kopikopi979
@kopikopi979 Жыл бұрын
​​@@rahim.z8837 İndi isə qız♍ hamilə qalıb, özdə ata bir olan manyak qardaşından, Sizcə bu növbəti sezona səbəb deyil?! )))
@Rufad93
@Rufad93 Жыл бұрын
@@kopikopi979 gozel insan belkede fantastik dushunsek eledieee ama bu tifil dogulmasi boy Basha catmasi adam oldure bilecek potensiala catmasi en azi 25-30 il ceker. Nezere alsaq ki, hadiseler indiki zamanede bash verir,)))) Ora kimide mustentiqler pensiyaya cixar))))). Hem realda artislerde qocslar axi.
@limmmdov9241
@limmmdov9241 Жыл бұрын
*"Əqrəb mövsümü", baxmayanlar üçün bir serial, baxanlar üçün isə, bir əfsanədir...*
@_lalagaeva
@_lalagaeva Жыл бұрын
Son da həyat yoldaşının Kənanı qucaqlanması səhnəsii çox hisslər ötürdü bizə. Əməyi keçən hər kəsə təşəkkürlər.❤
@salimismayilov1223
@salimismayilov1223 3 ай бұрын
Men goz yawlarima hakim ola bilmedim hemin o sehneye
@vaqifmaharram6788
@vaqifmaharram6788 Ай бұрын
Son da yox. Sonda
@sahmuradqurbanov5423
@sahmuradqurbanov5423 Жыл бұрын
Ayaq üstə alqışlayırıq. Hamınıza dərin təşəkkürümüzü bildiririk bu sənət əsərinə görə,yaşatdığınız emosiyalara görə.Çox dəyərlisiniz.
@orxan139
@orxan139 Жыл бұрын
Davamin,i yeni xerceng movsumunu sebirsizlikle gozluyuruk
@ramalqulyev
@ramalqulyev Жыл бұрын
@@orxan139 qaqa o da cixacaq hardan bildin ne vaxt basdiyacaq
@orxan139
@orxan139 Жыл бұрын
@@ramalqulyev texmin eliyirem eqrebden sonra xerceng olarda yeqin
@hacarhacar8589
@hacarhacar8589 Жыл бұрын
Birinci defedi ki , bir saniyesini oturmeden baxdim. Ela. Allah haminiza can sagligi versin. Sadece zovq aldim ve cox sevindim ki, Azerbaycan kinosu yawayir , bele gozel aktyorlarimiz var. Davamli olsun inwallah. Mohtewemmmm!!!!👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@knanmmmdov6341
@knanmmmdov6341 Жыл бұрын
Çox maraqlı serial idi axır ki bir maraqlı baxımlı bir seriala baxa bildim bütün yaradıcı heyətə təşəkkürümü bildirirəm deməli cinəyatkar evin içində imiş Oğlu Qurbandan qisas aldı Sağ olsun senari müəllifi davamı da gəlsin inşallah
@___ssss___
@___ssss___ Жыл бұрын
"Dünyayı sevgisiz büyüyen insanların savaşları mahvetti.”
@BakinciVV
@BakinciVV Жыл бұрын
Cox sag olun 🙏
@Arestand_Baku_211
@Arestand_Baku_211 Жыл бұрын
Marasli
@maqaabdul6117
@maqaabdul6117 Жыл бұрын
Anibas yeni Sabina ve chepish. Kenan
@elnareresulov3422
@elnareresulov3422 Жыл бұрын
Bəli bütün manyaklar sevgisiz böyüyən uşaqlardı
@sahinhaciyev1421
@sahinhaciyev1421 Жыл бұрын
A bir sey maraqli qaldi mene Bu Kenanin oğlu ölübdü bu necə bir seydi
@taghiyefv
@taghiyefv Жыл бұрын
Son bölümə qədər böyük həyəcan hissi ilə baxdım, bu yorumu yazarkən tüklərim biz -bizdir. Mən həqiqətən sevinirəm ki Azərbaycanda bu cür işlərə imza atılıb. Kollektivə böyük və dərin təşəkkürümü bildirirəm!! 👏👏👏
@anaragazade3254
@anaragazade3254 10 ай бұрын
Qatılıram…
@user-oz7hq9hn3b
@user-oz7hq9hn3b 9 ай бұрын
Mamadan eşidib 1 gecəyə bütün serialı bitirən biri olaraq.2 gündür kinonun təsirindən çıxa bilmirəm.Əziyyəti keçən hər kəsə təşəkkürlər.Çox əla,bir sözlə istəsək bacarmayacağımız iş yoxdu.Elə bil kitab oxuyub,omən də orada idim🥰
@drtremendous8467
@drtremendous8467 Жыл бұрын
1gecə də bütün bölümləri bitirdim,o qədər həyəcan maraq doğurur ki,növbəti bölümdə nələr baş verdiyini öyrənməyə səbirsizlənir insan.Əhsən!!
@vusalalyev71
@vusalalyev71 Жыл бұрын
Eynən. Bir gunde baxdım.
@jalsirinova4624
@jalsirinova4624 Жыл бұрын
Məndə)))
@drtremendous8467
@drtremendous8467 Жыл бұрын
@@jalsirinova4624 😊👍🏻
@tabriz0234
@tabriz0234 Жыл бұрын
eynen bir gune baxdim
@royalcahangir7346
@royalcahangir7346 Жыл бұрын
Məndə indi bitirdim
@aytanrustamova1829
@aytanrustamova1829 Жыл бұрын
12 bolumdur bir dene de spoiler vermeyen tamasacilar, halal olsun size 😀
@sevincilyaszade5004
@sevincilyaszade5004 Жыл бұрын
Heqqeten de esas Tewekkurler onlara dusur😂 bu da bir medeniyyetdi❤ deyerdi❤
@turkanmemmedova8097
@turkanmemmedova8097 Жыл бұрын
Eynən, alqışlar valla
@fxrinemtli
@fxrinemtli Жыл бұрын
Doğurdan e,sağ olsun hər kəs
@Rasim666
@Rasim666 Жыл бұрын
Doğrudan da şərhlərə baxmırdım ki, kimsə spoiler verər. Amma kimsə elə mədəniyyətsizlik etməyib
@mehribanLoves
@mehribanLoves Жыл бұрын
Mən, adətən şərhləri oxumağı çox sevirəm. Amma 12 bölüm izlədim və bir dəfə də olsun şərhlərə baxmadım. Birdən spoiler olar deyə 😅😅😅
@aytenahmedova21
@aytenahmedova21 5 ай бұрын
Möhtəşəmmm!!! 33 ildə serial izləməyən mən 1 gün içində bitirdim! Əməyi əziyyəti keçən hər kəsə təşəkkür edirəm! Ardı gəlsin…
@osmanesgerov8943
@osmanesgerov8943 Жыл бұрын
Məncə bu filmdə çox dərs var. Gəlin qaynana münasibəti. Dost münasibəti. İnanmaq yanılmaq. Etibar, yalan, fahişəlik, günah hər mövzuya toxunublar. Ölüm səhnələri çox inandırıcıydı. Əməyi keçən hər kəsə təşəkkürlər. Xahiş edirəm bu kollektivi dağıtmayın. Ardı gəlsin. Uğurlar
@elvinzeynalov1653
@elvinzeynalov1653 Жыл бұрын
Serialın çəkilişində bir balaca da əziyyəti olan hər kəsə bir sözüm var..... Mənə yaşatdığıniz hisslərə görə və keçirdiyim gözəl dəqiqələrə görə HAQQINIZI HALAL EDIN..
@SedulousKenanTv
@SedulousKenanTv Жыл бұрын
Başda bu gözəl romanın yazıçısı Ceyhun Hidayətli olmaqla, romanı ssenariləşdirən Azər Aydəmirə, ssenarini bu şedevr səviyyədə çəkən Emil Quliyevə, möhtəşəm rol aparan Hikmət Rəhimova və digər aktyor-aktrisa heyətinə, eləcə də serialın ərsəyə gəlməsində əməyi olan hərkəsə böyük Təşəkkürlər! Hər biriniz Var Olun! Növbəti proyektinizdə görüşənədək… Bundan əlavə, İnşAllah, cəmiyyətimizin təhsil səviyyəsi və dünya görüşü artar, trendə səviyyəsiz video çəkənlər və lütlənənlər yox, bu və digər keyfiyyətli kontent ərsəyə gətirənlər düşər. Nəticədə, siz də gələn dəstək və istəklər hesabına o sabah verilişində də qeyd etdiyiniz kimi bu serialın davamını çəkərsiniz. Uğurlar! Hə, bir də, dostlar, məcbur deyilsiniz, amma mənim də kanalıma abunə olsanız, çox şad olaram. Təşəkkür edirəm!
@elvinseferov6319
@elvinseferov6319 Жыл бұрын
Abune oldum xosuma geldi videolarin vaxt olduqca baxacam hamsina
@Aliii88
@Aliii88 Жыл бұрын
@@fridomrov6682 öpüşə sərmayə?
@xayalapakel2580
@xayalapakel2580 Жыл бұрын
başa düşmedimee, bu naile indi öz qardaşindan hamile qaldi?
@turyanismayilova6191
@turyanismayilova6191 Жыл бұрын
@@xayalapakel2580 Mence oglan hecne ede bilmedi isdiyirdi cunki heyete dusende diqqetle baxdisa fikri ele idi sonda masni suren oglan mence qizin eri idi
@taranasuleymanova7430
@taranasuleymanova7430 Жыл бұрын
@@xayalapakel2580 bəli, balaca Qurban ölsə də ömürlük əzab verdi ata Qurbana
@montinbeats
@montinbeats Жыл бұрын
Filmi 2,3 günə bitirdim. Və bu rəyi yazmağı özümə borc bildim. Fikirlərimi sözlərlə ifadə edə bilmirəm. Bu işdə əziyyəti olan bütün kollektivə bu möhtəşəm proyekt üçün təşəkkür edirəm. Belə filmləri gördükcə insanın Azərbaycan kinomotoqrafiyasının inkişafına ümidi artır. Halal olsun👏🏼👍🏼
@janaliashrafov2300
@janaliashrafov2300 6 ай бұрын
6 SAAT
@montinbeats
@montinbeats 6 ай бұрын
​@@janaliashrafov2300👍🏼
@celalhuseynov2948
@celalhuseynov2948 6 ай бұрын
1günə baxdım inanın bəyəni qoymağı unutdun
@montinbeats
@montinbeats 6 ай бұрын
@@celalhuseynov2948 Halaldi🥇
@zohrabresulzade2624
@zohrabresulzade2624 Жыл бұрын
Sadəcə möhtəşəm . 12 seriyanın hamısına Arda arda baxdim, dedektiv janrları sevən biri üçün,dedektiv bir film izləmək əlbətdə həzz verir . Əməyi keçən hər kəsə təşəkkür, öz rolunu təbii oynayanlara həmçinin . İnsəAllah davamı gəlsin
@dedeagayev
@dedeagayev Жыл бұрын
Milyon kərə əhsən..Həqiqətəndə 12 seryasını 2 günə bitirdim…bəlkədə Azərbaycan kinomateqrafiyasının son 30 ilinin ən ideal serialı idi…Bütün əziyəti keçənlərə təşəkkürlər..👍🤝🤌🤌
@tovhid313_
@tovhid313_ Жыл бұрын
Eynen
@elcin291
@elcin291 Жыл бұрын
Mən də 2 günə baxdım, özüdə işdə hesabatları işləyə işləyə,tək tük kino ola bilər ki məni işimdən ayırsın
@mm-qb3uc
@mm-qb3uc Жыл бұрын
bir gune bitirdm
@nihatsharifov5474
@nihatsharifov5474 Жыл бұрын
Bes 12 seryani 10 saata bitren men cox qeweydi axii
@mleykliyeva9764
@mleykliyeva9764 Жыл бұрын
Sadəcə möhtəşəm .😊
@fafeemsv939
@fafeemsv939 Жыл бұрын
Bu seriali ingilis diline tercume etmek ve Netflixa satmaq lazimdir! Dugurdanda chox kefiyyetli ve seviyyeli ishdir. Bravo Emil ve butun yaradici heyyeti. 👍🏻
@foodtravel5338
@foodtravel5338 Жыл бұрын
Şaka şakı ne deyib tercüme edsiniz
@anjaanianjaani6517
@anjaanianjaani6517 11 ай бұрын
İlk Azərbaycan serialı idi ki hər bölümünü maraqla izləyirdim. Əməyi keçən hər kəsə təşəkkürlər. Allah heç bir anaya övlad acısı yaşatmasın.
@sevincsadixova4338
@sevincsadixova4338 5 ай бұрын
2 günə qurtardım. Həftədə bir dəfəyə baxanlar necə gözləyib görəsən. Super serial. Təşəkkürlər. Davamı gəlsin. ❤
@Huseyn-lk4hn
@Huseyn-lk4hn 5 ай бұрын
Mən 1 günə bitirdim 10 saat eləyir səhər 8 dən baxıram
@elmindmirov970
@elmindmirov970 Жыл бұрын
Elnur obrazını canlandıran aktyor mükəmməl oynadı.Əzabı , Nifreti, ehtirası , qatil və soyuqqanlı baxışları, ölüm səhnəsi, hər birini çox gözəl çatdırdı.
@rsntysuyc
@rsntysuyc Жыл бұрын
Heddinden artig jargon edebsiz danisig soyusler isledilib menfi cehetlerini de deyin . Hec olmasa
@mahmudzadex7
@mahmudzadex7 Жыл бұрын
@@rsntysuyc o eksine daha da emosiyali edir
@mahmudzadex7
@mahmudzadex7 Жыл бұрын
Qizi yemeyi😂😂
@rsntysuyc
@rsntysuyc Жыл бұрын
@@mahmudzadex7 dogurdan ? O turk rus seriyal kinolarinda men bu geder soyus gormemisem . Turk de olan da soz bezeyirsiz pisleyirsiz ozunuzde olanda ama emosiya qatir fln
@rafizii
@rafizii Жыл бұрын
@@mahmudzadex7 qız onun bacısı idi, bu səhnə çox mundar idi
@nicatshukurov1822
@nicatshukurov1822 Жыл бұрын
Azərbaycan kinematoqrafiyasında bir ilkə imza atdınız deyərdim. Bu qədər izləyici kütləsi, bir serialın bu qədər çox insan arasında paylaşılması və digər amillər. Möhtəşəm idiniz, hər biriniz. Hər birinizə təşəkkür edirəm, ardı gəlsin 👏🏻
@ZehraMemmedova-kj4yw
@ZehraMemmedova-kj4yw Жыл бұрын
Azərbaycanda “Əqrəb mövsümü” serialınadək maraqlı , həyəcanlı , fərqli bir serial olmayıb .. hər birinizə dərin təşəkkürlərimizi bildiririk möhtəşəmm bir serialdır ..uğurlarınız bol olsun!
@togrulhuseynzade9046
@togrulhuseynzade9046 Жыл бұрын
Neftlixlik bir serialı youtube a yerləşdirdiyiniz üçün təşəkkür edirəm 2 sezon gəlsin
@turansukurov3203
@turansukurov3203 Жыл бұрын
1 gün içində bütün bölümləri izlədim. Bu serial onu göstərir ki Azərbaycan kinosu hələ yaşayır. Əyər bu serial ingilis dilinə çevrilib netfliksdə filan yayımlansa idi ən yüksək imb xallarından alanlardan olardı. Əməyi keçən hər kəsə uğurlar. Əməyi keçən hər kəsə uğurlar.
@ilhammamedov69
@ilhammamedov69 Жыл бұрын
Mən də elə düşünürəm Netfliks yəni
@nergizalekberova1334
@nergizalekberova1334 Жыл бұрын
1 günə serialı bitirdim. Bir serial ancaq bu qədər mükəmməl ola bilərdi. Nəfəsim kəsilərək izlədim. Mükəmməl. Əhsən bütün əməyi və əziyyəti keçənlərə. Ayaqda alqışlayıram👍🏻🥰
@azerhesenzade9040
@azerhesenzade9040 Жыл бұрын
@@nergizalekberova1334 mende 1 gune baxdim super heqiqeten uwaglarin hamisina halal olsun .Aktyorlar sanki hemen indanlardi cox duzgun secilib.Super bu rejisor hemise yaradir.
@sonamuxtarova84
@sonamuxtarova84 Жыл бұрын
Gözəl bir kitab kimi əlimdən telefonu yerə qoymadım .cavan vaxtımda belə oxuyurdum kitabı ,bu hissi mənə təzədən yasatdiginiza görə minnətdaram sizə demək olar ki axır 20 ildə belə gözəl duyğularla yaşamışdım .cooooox sağolun .hər birinize ayrı ayrılıqda təşəkkür edirəm gözəl balalarım .həmişə uğurunuz bol olsun Amin
@Qazi_Serxan_Yolcuyev
@Qazi_Serxan_Yolcuyev Жыл бұрын
İnanmaq olmur ki,bu film Azərbaycan istehsalıdır...Belə filmlərlə gəlin bizə möhtəşəm bir film üçün təşəkkürlər👍🏼
@user-fp6hp3ul2r
@user-fp6hp3ul2r Жыл бұрын
Я под впечатлением осталась от просмотра . Очень проницательно. Всей съёмочной группе спасибо большое ❤
@nahidvalizada
@nahidvalizada Жыл бұрын
Azərbaycan kino məkanı üçün bu qədər dəyərli bir iş ərsəyə gətirdiyiniz üçün çox sağolun! Əməyi keçən hamıya təşəkkürlər!
@xzrrzayev8413
@xzrrzayev8413 Жыл бұрын
Sadəcə biabirciliq
@adilliyev4933
@adilliyev4933 Жыл бұрын
@@xzrrzayev8413 niye?
@xzrrzayev8413
@xzrrzayev8413 Жыл бұрын
Ən azindan hec olmasa yaş məhdudiyyəti olan bir isare belə qoyulaydi.o nə terminlərdi islədilirdi orda.axi olmaz.hələ siqaretləri demirem olari necə tullamaqlarin demirem.bir sozlə biabirciliq sadəcə.
@rasimmemmedov17
@rasimmemmedov17 Жыл бұрын
@@xzrrzayev8413 Bu deyerli fikriniz ucun cox sagolun amma tessufle size bildirmeliyemki biyabrciliq serial yox 2023 cu ilde yasamagimiza baxmiyaraq sizin helede genislemiyen dusunce dairenizdi cumleni birinciden basa dusmekde biraz cetinlik yayasaz birde tekrar oxuyun Cox sagolun
@ismayileliyev5117
@ismayileliyev5117 Жыл бұрын
Həqiqətən biabırçılıq
@seymurmustafayev1171
@seymurmustafayev1171 Жыл бұрын
Əməyi keçən hər kəsə sonsuz təşəkkürlər. Yaxşıkı sizlər varsınız, bu serial inanıram ki, Azərbaycanda film sektorunda bir dönüş nöktəsi olacaq. Digəriləri baxıb filmi necə çəkmək, aktyorlar isə rolu necə oynamaq lazımdır mütləq baxıb öyrənəcəklər. Bu Azərbaycan filmi üçün bir məktəb idi, baxsınlar və öyrənsinlər.
@gunayfeyzullayeva341
@gunayfeyzullayeva341 Жыл бұрын
İnanın 1 gecə səhərə kimi baxdım gözümü qırpmadan 👍
@fatya.j8708
@fatya.j8708 Жыл бұрын
Filmin sonuna ağladım. Hec kime yox Elnura 😞 Emeyi keçen her kese çox teşekkürler. Uğurlariniz daim olsun.
@nihad___ali___
@nihad___ali___ 11 ай бұрын
Mən bu filmi gec izlədim açığı. Ancaq demişdim ki mütləq baxacam. Və 2 günün içində bölümləri baxıb bitirdim. Doğurdanda ağır filmdi. Bir ailənin faciəsi və törədənində öz evinin içindən olan hətta oğlum dediyin birinin olması. Və hamsının ən böyük günahkarı atanın olması. Günahkar ata, illərlə intiqam hissi ilə böyüyən oğul və faciəni yaşıyan ailə. Mənası həqiqətən dərindi bu filmin. Pərdə filmlərindən, körpü serialından sonra gözəl bir proyekt. Həqiqətən Emil Quliyevə əhsən düşür. Əsasda bunun motivlərini götürdükləri əsərin yazarı. Onada bir ayrı alqış düşür. A dan Z yə bütün kollektivə təşəkkürlər. Uğurlar arzuluyuram bundan sonra kı proyektlərin bölümlerinin daha çox olmasını arzuluyuram. Çünki vaxtın necə qısa olub keçdiyini heç bilməy olmur. Həqiqətən əhsən sizə 👏👏👏👏👏
@Kanal13AZ
@Kanal13AZ Жыл бұрын
Super iş! Təbriklər İTV, təşəkkürlər yaradıcı heyət!
@internetuser7711
@internetuser7711 Жыл бұрын
20:45
@zarazara9254
@zarazara9254 Жыл бұрын
Cəmi 12 seriyadır ?
@gunayxudiyeva9601
@gunayxudiyeva9601 Жыл бұрын
@@zarazara9254 hə
@Zehraseliyeva
@Zehraseliyeva Жыл бұрын
Kanal 13 siz neynirsiz⁉️yalnızca boş boş işlerle meşğulsuz🙄
@Kanal13AZ
@Kanal13AZ Жыл бұрын
@@Zehraseliyeva xanım, adətən heç bir işi olmayan, avara, danışığı məsuliyyətsiz, təfəkkürü zərərli fikirlərlə dolu olan adam daim başqalarına, xüsusilə də işləyənə, çalışana, fəaliyyəti bütün ölkəni və dünyanı əhatə edənlərə səhv tutur :) 😀 uğurların bol olsun, nə deyək 😉
@saonetarus
@saonetarus Жыл бұрын
3 həftəlik çox maraqlı bir serüven oldu, əməyi keçən hər kəsə TƏŞƏKKÜRLƏR !
@Zoroaster3343
@Zoroaster3343 Жыл бұрын
Serüven nedi qardaş?
@saonetarus
@saonetarus Жыл бұрын
@@Zoroaster3343 macəra, sərgüzəşt mənasında, sadəcə o an ağlıma o gəldi deyə, o cür yazdım
@Kannbyr1
@Kannbyr1 11 ай бұрын
Film ümumiyyətlə dedektiv mövzuda yazılmasına baxmayaraq bir çox gözəl nüanslara da toxunur. Həm prokurotura sistemi, polis sisteminin bir çalışması metodlari aşılanır, hər seyin göründüyü kimi asan olmadığı, cinayət və cinayətkarların yaxalanmasında verdikləri əziyyət əzm səbr nümayiş edilir. Məncə IMDB sıralarında yer alacaq bir filmdir. Deməli aktyorumuzda , senarimizdə var sadəcə yaxsi maaliyyə və dəstək lazimdir . Basda Hikmət Rəhimov olmaqla bütün aktyorlara təşəkkürlər! Zövqümüzü yenilədiniz ❤
@cabbarovanezrin1599
@cabbarovanezrin1599 Жыл бұрын
Bu kimi filmlərin çəkilməsi ölkə gənclərinin dərs götürməsi üçün çox yaxşı olardı ki,sonları bu cür acı və hüznlü bitməsin(
@ramizramiz1169
@ramizramiz1169 Жыл бұрын
Filmin ərsəyə gəlməsində əziyyəti keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Azərbaycan kinomatoqrafiyasının şah əsəri sayılacaq bir proyekt idi. Uğurlar olsun sizə, belə layihələrin davamını gözləyirik.
@sefaazizova
@sefaazizova Жыл бұрын
ə laaaa alınıbbb
@qoncehuseyn
@qoncehuseyn Жыл бұрын
Kənanla yoldaşının səhnəsi necə duyğusal oldu. 🥺 O hissəyə ürəyimi qoydum. ❤️
@Uzer63
@Uzer63 Жыл бұрын
He, duz deyirsiniz. Esasen de ki, "Buna menim gotum catmaz" ifadesi cox yaxshi alinmishdi!
@FA-nz2bv
@FA-nz2bv 4 күн бұрын
@@Uzer63sən “çuşkasan”, ona görə ancaq belə şeylərə fikir verirsən
@gizem_ada
@gizem_ada Жыл бұрын
Bu nə möhtəşəm bir serial! İnana bilmirəm ki, bizim artıq qürurlanası bir serialımız var. Bütün komandaya təşəkkürlər! Əfsanə!💐👏🏻👏🏻👏🏻👏🏻 1 günə bitirdim. 😮
@zohrabresulzade2624
@zohrabresulzade2624 Жыл бұрын
8 saat ərzində ard arda 12 seriyanın hamısıni izlədim . Dedektiv sevən biri bunu sonraya saxlaya bilməzdi təbiiki
@XalideCeferova-rf2uf
@XalideCeferova-rf2uf 10 ай бұрын
Bütün kollektivə təşəkkürlər,bizimkilər heç də xaricilərdən geri deyilmiş...
@bynuragraphy
@bynuragraphy Жыл бұрын
Azərbaycan tarixində çox mükəmməl və hətta deyərdim ki tək mükəmməl bir serialdır. Hər kəs ayag üstə algışlanmağa layigdir. Əhsən . ❤
@nazjafarr
@nazjafarr Жыл бұрын
Adəm və Həvvadan sonra izlədiyim 2-ci Azərbaycan filmi oldu. Çox böyük həyəcan və həvəslə izləyib başa çatdırdım. Əməyi keçən hər kəsə sonsuz Təşəkkürlər! 👏🏻❤️
@raufsherifzade8205
@raufsherifzade8205 Жыл бұрын
Pərdə 2 filmini də izləməyinizi tövsiyə edirəm.
@poppya.8476
@poppya.8476 Жыл бұрын
Adəm və Həvva, ancaq yeniyetmə degeneratların bəyənəcəyi ucuz plagiatdır. Bu serialla qıyaslanacaq eyni səviyyədə filmlər var.
@yasarrzal8761
@yasarrzal8761 Жыл бұрын
Körpü izlə bax gör hansı daha yaxsidı
@meleykebayramli4566
@meleykebayramli4566 Жыл бұрын
adem hevva cox cringedir😂
@Melomiyy23
@Melomiyy23 Жыл бұрын
Bu filmdi?
@subhanibrahimov6259
@subhanibrahimov6259 10 күн бұрын
Bu qədər tamaşaçı kütləsi ve müsbət rəyləri nəzərə alaraq bele serialların davamını sizlerdən gözleyirik. Bir orqan emekdaşı olaraq alqışlayıram sizi.
@elisiriyev3005
@elisiriyev3005 4 ай бұрын
Serialın buraxılmasından, 1il keçsədə mən 2 gündür ki baxıram və bitirdim.Və hələdə filmin təsirindən çıxa bilmirəm.Filmin sonlarında, qızın sevdiyi insanın ailəsinin qatili olduğunu bilməsi, və oğlanın bunları etiraf etdiyində qızın o fəryadı, məni çox kövrəltdi.Çox möhtəşəm bir filmdi,hətda deyərdim ki Azərbaycanda çəkilmiş ən gözəl qısametrajlı serialdı.Əməyi keçən hər bir şəxsə təşəkkür edirəm.Belə filmlərin ardı gəlsin👍👍👍👍👍👍
@m_aliyev
@m_aliyev Жыл бұрын
12 bölümlük, həyəcan və maraq dolu bu macəranı bizə yaşatdığınız üçün sonsuz təşəkkürlər. Bu möhtəşəm işin ərsəyə gəlməsində əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Var olun! ♥️
@muradmmmdov6561
@muradmmmdov6561 Жыл бұрын
Bu serialın diqqət yetirilən nüanslarından biri obrazların bizim günlük öyrəşdiyimiz məşiət dilində danışmaları idi. Buda serialı daha gerçəkçi etməyə imkan verir. Hər şey möhtəşəm idi.Emil bəy, ümidvaram bundan daha yaxşı işlər ərsəyə gətirərsiniz. Uğurlar!
@Uzer63
@Uzer63 Жыл бұрын
He duz deyirsen, "Buna menim gotum catmaz", "Ay blyad", Her ucuncu ve beshinci gunler, meni "shagga - shag zorlayirdilar" kimi iyrenc sozler gundeliyimizde seslenen ifadelerdir!
@gunelabdul8572
@gunelabdul8572 Жыл бұрын
Mən əslində bəyənmədim o hissələri. Bizim oz dilimizə nə gəlib ki? Sssrnin isgalindan keçib bu sözlər dilimizə. Tərgitmək gərək. Bu qədər auditoriyaya xidmət edirlər, gərək o nuanslara fikir verməli idilər. Oz dilimizdə də təbiilik yaratmaq olar.
@O.K.777
@O.K.777 Жыл бұрын
@@gunelabdul8572 bizin diyende bizim dilimiz var ? Turk Fars Ereb dilinde daniwirigda biz siz dediyiniz kimi daniwsag onda heyatimizin her deygesibi resmi yashiyag gerek
@Uzer63
@Uzer63 Жыл бұрын
@@O.K.777 Sen ki, bu kimi anlayishlara maliksen, seninle ne hagginda fikir mubadilesi edesen, cox guman o suali verdiyin gozel cetinlik cekecek. Senin nece sinif tam tehsilin var, a bala? Cox maraglidir!
@gunelabdul8572
@gunelabdul8572 Жыл бұрын
@@O.K.777 Azərbaycan dili də Türk dillərinə aiddir xatirladim. Hər dilə müəyyən dillərdən sözlər keçib milliləsən də var, milliləsməyən də. Siz bilmirəm nə millətisiz, amma mənim millətimin dili var ,bəli . Azərbaycan türkcəsi.
@shenlikbeyishov9470
@shenlikbeyishov9470 10 ай бұрын
Gözəl iş alınıb. Bir nəfəsə bütün serialarına baxdım. İnşallah tezliklə 2-ci sezon olar😊
@anarbabayev6794
@anarbabayev6794 Жыл бұрын
Bu gun bir gün ərzində bütün 12 seriyaya baxdım. Sözün əsl mənasında mənəvi zövq aldım. Var olun. Təşəkkürlər ❤
@shaiqismayilov
@shaiqismayilov Жыл бұрын
Çox çox çox sağ olun. Nəhayət ki, biz də Azərbaycanda, yerli aktyorların iştirakı ilə çəkilmiş bir seriala baxdıq. Hamınıza təşəkkür edirəm və xaiş edirəm bizi intizarda saxlamayın. Qoymayın trendeler mənasız və boş şeylərlə dolsun. Sonda bir daha əməyi olan hər kəsə təşəkkür edirəm. Var olun hər zaman.
@lamiyabagirova9828
@lamiyabagirova9828 Жыл бұрын
İndi bu qız qardaşındanmı hamilədir. Bu nəyiydi belə
@shaiqismayilov
@shaiqismayilov Жыл бұрын
@@lamiyabagirova9828 olur da heyatdi. Dilarenin atasi ozunu oldurduyu kimi, Qurban da ozunu asir axirda
@nazrinmammadova4456
@nazrinmammadova4456 Жыл бұрын
Sona qədər həyəcanla izlədiyim ilk Azərbaycan serialıdır. Əməyi keçən hər kəsə təşəkkür edirəm! Əlinizə, ürəyinizə, beyninizə sağlıq! Ümid edirəm ki, artıq tez-tez gündəmi zəbt etməyə davam edəcəksiniz.👏🏻
@rashadmirzoev7449
@rashadmirzoev7449 Жыл бұрын
Nəhayət ki Azərbaycan kinosu və rejissorları, ssenari yazanları, gözəl aktyor heyyəti, komadan ayıldı🙏🏻❤
@kamilaliyev4680
@kamilaliyev4680 Жыл бұрын
Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı üzrə magistrantıyam.Sizə indiyə kimi qazandığım bütün biliklər və bundan sonra əldə edəcəyim bütün hər şeyə görə təşəkkür edirəm.Çox sevindim,Allah sizin kimi insanları daim var etsin.Növbəti proyektləri səbrsizliklə gözləyirəm.Sizinlə şəxsən tanış olmaq diləyilə..
@Ayla-iskenderova.
@Ayla-iskenderova. Жыл бұрын
Bu seriala , 1 seriyalı kino kimi baxdım , mence 90 faiz baxanlarda ele menim kimi baxıblar , sadece çox sağolun bu həyacana göre 🤝
@cavid-19scripts
@cavid-19scripts Жыл бұрын
"Azərbaycanlılar kino çəkmək seriyal çəkmək nədir bilməzlər" deyənlərə gəlsin bu seriyal. Həqiqətən çox gözəl alınıb, hər birinizə təşəkkür edirik! Davamını səbirsizliklə gözləyirik. Hamınıza uğurlar..
@Zehraseliyeva
@Zehraseliyeva Жыл бұрын
Sonda ki mahnini Qaya vokalin ifasinda verseydiler daha gözel alinardi‼️
@ferouserov847
@ferouserov847 11 ай бұрын
Azərbaycanda belə filmin çəkilməsində iştirak edən hərkəsə hörmətlirimi bildirirəm.Halal olsun!
@togrulcabbarov8877
@togrulcabbarov8877 Жыл бұрын
Bəli, budur serial, budur bacarıq, ideya, qabiliyyət. Azərbaycan kinosuna rəng qatanlar sizlər oldunuz. Biz artıq yeni çəkilən bayağı, səviyyəsiz, iyrənc serialları görəndə televizoru və ya telefonu qırmaq istəyirik. Əqrəb mövsümü isə sadəcə mükəmməl idi. Belə proyektləri görməyə alışmamışıq deyə mən həqiqətən bu seriala çox kövrəldim. Kövrəldim ki mənim öz ölkəmdə, öz vətənimdə bu cür istedadlı insanlar var və onlar Azərbaycan kinosuna can verirlər. Bu proyektdə əməyi olan hər bir insana bir izləyici olaraq çox dərin təşəkkürlərimi bildirirəm və sizi ayaq üstə alqışlayıram. Sadəcə möhtəşəm. Gələcək proyektlərinizi tez bir zamanda görməyi çox istəyərəm. Təşəkkür edirəm...❤👏🏻
@_.AJGSGYMS._
@_.AJGSGYMS._ Жыл бұрын
3 həftə bizim ailəmizdən biri oldunuz,bəlkə,çoxları TV-yə baxmırdı, amma "Əqrəb mövsümü" nə görə hamımız ekran başına klidləndik.Qüsurlar yox idimi? Əlbəttə, var idi, amma bu qədər kiçik büdcə ilə belə bir işə sadəcə alqış düşür. Hər şey üçün çox sağ olun.Axrıncı yox,axarınca olsun!❤️
@_.AJGSGYMS._
@_.AJGSGYMS._ Жыл бұрын
@@leylahacyeva6440 xanım, 280k sizin üçün böyük görünə bilər, amma bir serial çəkilişi üçün olduqca minimalistik məbləğdir.Bəh-bəhlə baxdığımız bütün serialların bundan 10 dəfə çox büdcəsi olur.İşıqlandırma,kamera işləri, aktyorların pulları bunlar hamısı puldu.O pul ilə bu qədər yaxşı iş çıxıbsa sadəcə halaldı
@EmrEEvirgenEETV
@EmrEEvirgenEETV Жыл бұрын
bu dizi bizde olsa her bölümü 2 saat uzata uzata süründürürler en az 1 sezon oynatırlardı, Azerbaycanda 3 haftada bitti)) hem de 40dklık bölümlerle.
@aminsalayev704
@aminsalayev704 Жыл бұрын
Fark yok .bizde ilk .Sizde ,behzat ç. ,Börü ,Erşan Kuneri ,Kurtlar Vadisi gibi diziler var .Bizde bu tipde dizi ilk .
@apothekeberlin7492
@apothekeberlin7492 Жыл бұрын
Agzınıza saglıg👍🙏
@CavidMasimliMJ
@CavidMasimliMJ Жыл бұрын
Biz hele yeniyik. 3-5 ilə bizimkilər də elə edəcək. İşin içinə də böyük pullar girəndə, ümumiyyətlə 😃
@CavidMasimliMJ
@CavidMasimliMJ Жыл бұрын
@Ekberli qardaş, türklər də uzatmazlar. Sadəcə bölüm başına ödənilən pulun dəyəri milyonlardır. Ona görə də məcburdurlar uzatsınlar. Gələcəkdə bizdə də eyni olacaq pulların məbləği artanda.
@aqilmustafayev3596
@aqilmustafayev3596 Жыл бұрын
@Ekberli 👍👍👍👍👍her isimiz beledi gec olur guc olur
@FAGAN046
@FAGAN046 Жыл бұрын
Artıq dərəcədə xaiş edrəm 2 ci sezon da çəkilsin bəyəninki hami görsün
@elnurisagov5650
@elnurisagov5650 8 ай бұрын
Потрясающий сериал! Браво! В 32 года не выдержал и плакал. За всё приходиться отвечать в этой жизни, если не тебе лично, так твоим детям придется это делать. Жизнь бумеранг. Музыка конечно также стоит отметить отдельно. Что-то в стиле интерстеллар
@Sabvina173
@Sabvina173 7 ай бұрын
Подписываюсь под каждым словом! 👍👍👍
@Lawyer._.
@Lawyer._. Жыл бұрын
Bir hüquqşünas olaraq belə bir layihəni ərsəyə gətirən bütün şəxslərə təşəkkür etməyi özümə borc bildim. Dedektiv janrının inkişafında məhz bu layihə misilsiz rola malikdir. Belə gözəl layihələrin davamlı olması çox gözəl olar.
@Zehraseliyeva
@Zehraseliyeva Жыл бұрын
Tek serialda yox,heyatda da bele mükemmel hüquqşunastlar olsaydı belke Nermin balamizin da qatili ve ya qatilleri tapilardi.
@katyayusubova6855
@katyayusubova6855 Жыл бұрын
Son sehneye baxdim bu gun tekrar ureyim parcalandi ushagin gulumseyib sonra yoxa cixmasi..... Allah hec valideyne ovlad dagi yashatmasin. Amin.
@elvinceferov9449
@elvinceferov9449 Жыл бұрын
Kimin uşağıdi ki?
@MegaDavid8585
@MegaDavid8585 Жыл бұрын
Amin
@cavidabbasov8456
@cavidabbasov8456 Жыл бұрын
Kenanin uwagidi...turkiyede apardigi istintaqa gore uwagini oldurubler..ona gorede uzaqlawmiwdi bu iwden
@elvinceferov9449
@elvinceferov9449 Жыл бұрын
@@cavidabbasov8456 bəs yanlarında uşaq var idi.onu xəyal edirdi yoxsa ikinci uşağı idi
@ulkarasadova5891
@ulkarasadova5891 Жыл бұрын
Usaqin xeyal olduqunu son bolumde bildim ve cox uzuldum
@orxansalmanov8616
@orxansalmanov8616 9 ай бұрын
Bu işdə əməyi keçən hərkəsə çox sağol demək bir izləyici kimi özümü borclu bildim aktyor rejissor senarist qrim hər kim varsa halal olsun sizə . Var olasız peçat
@user-yz5lf7ci1s
@user-yz5lf7ci1s Жыл бұрын
Bir neçə gün öncə baxdım bütün seriyalara və hələdə çox təsirliyəm…. Elə bil ki gerçəkdə tanıdığım ailənin fəryadını gördüm öz gözlərimlə. Yadımdadı mənə həyatımda bu qədər təsir edən əsər olmuşdu Orxan Kamalın “Yad qızı”…… və bu serial.
@zbaqirova
@zbaqirova Жыл бұрын
2 günə bitirdim serialı. İnsanın qanını donduran bir süjet xətti idi. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm və ayaq üstə alqışlayıram 👏👏👏 Bu bir partlayış idi 💥🔥 Demək ki,edə bilərik,gözəl filmlər,seriallar çəkə bilərik! İnanıram ki,bütün ölkəyə səs salmış bir serial ,sonuncu olmayacaq. Və bunun davamı gələcək,mütləq. Möhtəşəm idi,afərin 👏👏👏👏👏👏👏👏👏 Stereotipləri qırmağı bacardınız👍🔥
@cavidelirzayev8920
@cavidelirzayev8920 Жыл бұрын
Salam. Çox gözəl və məntiqli yazmısız
@elltimm5036
@elltimm5036 Жыл бұрын
Bir gune bitiren men
@rasim.909
@rasim.909 Жыл бұрын
Eynən səhəri diri açdım ama bitirdim
@yasmnmmmdova354
@yasmnmmmdova354 Жыл бұрын
Təşəkürlər seryal çöx gözəl davamı olsaydı harika əlinizə əməyinizə sağlıq bütün əməyi keçənlərə uğurlar diləyirəm.
@zarazara9254
@zarazara9254 Жыл бұрын
Axırıncı epizodda qanım lap dondu. Nailə Elnurdan hamilə idi??? Qardaşından??? Abort eləməliydi.
@ayselasadova9067
@ayselasadova9067 Жыл бұрын
Elnurun son sözləri bu idi.başa düşməyənlər üçün. - "zəhərin axırıncı porsiyasını Qurbana saxlamışdım. Bilmək istəyirsən hansı Qurbana ? Bu da sənə tapmaca olsun."
@nazrin27192
@nazrin27192 Жыл бұрын
təşəkkür 👍🏼Özü Qurbanı deyir yəqin ki
@aqilteymurov7322
@aqilteymurov7322 Жыл бұрын
Təşəkkürlər
@cemilrehimov9179
@cemilrehimov9179 Жыл бұрын
Təşəkkürlər
@Elshan_Aliyev
@Elshan_Aliyev Жыл бұрын
Elnur hansıdır?
@ayselasadova9067
@ayselasadova9067 Жыл бұрын
@@Elshan_Aliyev 12 ci seriyadasınız. Elnurun kim olduğunu bilmirsiniz?
@XANSTIV
@XANSTIV 8 ай бұрын
bu Serial haqda nə qədər yazsaq azdır.bir sözlə super.sadəcə bunu deyim ki bu proyektə görə məndə Azərbaycan seriallarına maraq oyandı.hər kəsə dərin təşəkkürümü bildirirəm.və 2 -ci sezon gəlsin.çünki bu serialı izləyənlərin hamısı bunu istəyir 200 % əminəm 👏👏👏👏👏
@pasha_0463
@pasha_0463 Жыл бұрын
Sozle ifade edilesi deyil.hele Azerbaycanda bele serial cekilmemişdi.başda Hikmet Rehimov olmagla Azer Aydemir olmagla butun aktyor aktrisalari tebrik edirem.bu boyuk ugurdu.Qanun keşiyinde dayanan Baş Prakurorlugada minnetdarligimi bildiriremki bu filme destek olub.ugurlariniz bol olsun
@reyhangoca7216
@reyhangoca7216 Жыл бұрын
Əməyi keçən her kəsə təşəkkür edirəm. Çox qürurlandım. Bu milletin zövqünü yenidən formalaşdırmaqda size uğurlar arzulayıram. Bravo size.
@serqiyyemamedova2673
@serqiyyemamedova2673 Жыл бұрын
12 seriyalı Əqrəb mövsümü aylarla, illərlə gedən seriyalları üstələdi! Mükəmməl aktyor heyəti, dialoqlar, hadisələrin məntiqi ardıcıllığı...sadəcə bravo!!!! P.s Qatilin Elnur olduğunu bu cümlədən də təxmin etmək olardı -Kənan : "Kərim bilir bacısıyla görüşdüyünü?" Elnur : " hə, Bilirdi" ..həmin vaxt isə Kərimin öldüyünü müstəntiqlərdən başqa kimsə bilmirdi...
@aygunallahverdiyeva2494
@aygunallahverdiyeva2494 Жыл бұрын
O hisseye men de diqqet etmisdim.
@classtv2538
@classtv2538 Жыл бұрын
eynən elə fikirleşirdim ama kenan niyr fikir vermedi dedim
@aidaa.8795
@aidaa.8795 Жыл бұрын
Я тоже это заметила.
@sevdababayeva9967
@sevdababayeva9967 Жыл бұрын
Kamrana elnur neyləmişdim,oğluna nə etmişdi,başa düsmədim
@technojos
@technojos Жыл бұрын
@@sevdababayeva9967 Kənan(müstəntiq) Elnurdan soruşur 7ci bölümdə ki, Kərim(qızın qardaşı) bilir münasibətinizi? Elnur da deyir: Hə bilirdi. Halbuki Kərimin qətlə yetirildiyini ailəsi də daxil, ictimaiyyətə açıqlamamışdılar. Elnur artıq Kərim haqqında keçmiş zamanda danışırdı
@elsnabdulov3879
@elsnabdulov3879 Жыл бұрын
Eşq olsun. Bunu davam etdirmək lazımdır. Alqışa layiqdir. Əziyyət çəkən hərkəsə öz dərin minnətdarlığımı bildirirəm.
@azadiskendrisgendrov73
@azadiskendrisgendrov73 Жыл бұрын
Təbrik edirəm 👏Çox gözəl serialdır ilk dəfədir Azərbaycan serialına bu qədər maraqla baxdım 2 güne 12 seriyaya baxdım ,aktyorlarımız çox mohtəşəmdirlər ❤🌹👍👍👍
@_Polariss05
@_Polariss05 Жыл бұрын
Serialin her birr detayinda sanki dahi yazarlarimizin dedektiv kitablarini oxuyurmus kimi hiss etdim, bu layihenin erseye gelmesinde emeyi olan her kese tesekkur edirem, dedektif janrini sadece kitablarda deyil, filmler olaraq erseye gelmesine baslangic olmasi dileyiyle
@raufsherifzade8205
@raufsherifzade8205 Жыл бұрын
Dedektiv kitabları çox oxumuşam. Məncə də bu 2 li nin Kənan və Rauf un davamı gəlməlidir.
@humbetalizade
@humbetalizade Жыл бұрын
İllər sonra xatırlanacaq və sevgi ilə yad ediləcək iş. Təşəkkürlər əməyi keçən hər kəsə
@teraneqasimova5623
@teraneqasimova5623 Жыл бұрын
Bir sual verimdə Elnur öz bacısı ilə yatıb?
@nihadeyvazov9444
@nihadeyvazov9444 Жыл бұрын
@@teraneqasimova5623 aha ögey bacısı ilə
@bahareyvazova5315
@bahareyvazova5315 9 ай бұрын
Dünen ITV de gördüm.3 seriyasını gösterdiler.Bu gűn bütün seriyaları izledim telefonda.Cox möhteşem.Bütün çekiliş qrupuna halal olsun.
@ilaherehimova
@ilaherehimova Жыл бұрын
Sözün əsl mənasında şedever. Size sonuna qədər halal. Azərbaycan cidden inkişaf edir ve sizlərə her zaman ehtiyac duyur. Mükəmməl. Əhsən.
@Azer77ful
@Azer77ful Жыл бұрын
Bir serialın və ya filmin maraqlı və baxımlı olması üçün ilk başda gözəl hekayə olacaq. Daha sonra isə uğurlu aktyor heyəti. Ən nəhayət isə başda rejissor olmaqla, yaradıcı və texniki heyət! Təbrik edirəm Əqrəb mövsümçülərini! 👏🏻
@ibrahimibrahimov8985
@ibrahimibrahimov8985 Жыл бұрын
Nə təbriki? Türklərin belə çəkdiyi filimdə az az gorsədilən şeyi bizim diziler uje pramoy göstərdi əmişmək səhnəsi soxublar camahatin gözünə sənət əsər buna deyilirsə nə deyim mən daha
@sahiniskenderov6643
@sahiniskenderov6643 Жыл бұрын
@@ibrahimibrahimov8985 illerdi sizin kimi fikirlere gore seriallarimiz inkiwaf elemirdi beyenilmirdide. Bele cekmek lazimdi emiwmek morq sehnesi soyuwler cəsədlər falanki beyenilsin. Cekdiler ve coxda beyenildi herkes terefinnen...
@ibrahimibrahimov8985
@ibrahimibrahimov8985 Жыл бұрын
@@sahiniskenderov6643 aha daş dövründən qalmış insanam da mən,mən beləyəm, ətrafınızdakilar o epizoda baxanda möhtəşəm di deyersiz,serialimiz inkşaf edir deyersiz siz eləsiz mən də beləyəm aydındı?
@sahiniskenderov6643
@sahiniskenderov6643 Жыл бұрын
@@ibrahimibrahimov8985 onsuz butun azerbaycanlilarin 85 faizinnen coxu turk serialinda o epizodlari gorur illerdi helede gorneye davam edir. Neinki o epizodlar hele yataq sehnelerine kimi herbir turk serialinda var. Sadece bizim millet oz serialimizda gorende guya ayibdi bize yarawmaz zad deyir ama bawqa xarici seriallarda baxanda nirmal qarwilanir gormemezlikden gelinir. Beli biz beleyik
@ibrahimibrahimov8985
@ibrahimibrahimov8985 Жыл бұрын
@@sahiniskenderov6643 başqalarına pozğun yığını adını qoyurlar baxırlar bizimkilərə qoymaq istəmirlər axi,serial inkişafı belə səhənin olması ilə deyil çox şeylər var onlada inkişaf edə bilərlər ama nəysə öz işləri di
@gulnarayuzbekova467
@gulnarayuzbekova467 Жыл бұрын
ВСЕМ, КТО РАБОТАЛ НАД ЭТИМ СЕРИАЛОМ БРАВО!!!!
@ruslanhuseynov5464
@ruslanhuseynov5464 10 ай бұрын
Super belə bir seriala baxmamışam bu vaxda qədər 3 gündü bu kinonun təsrindəyəm . Halal olsun əziyət çəkən hər kəsə çox sağolun
@senanxelilov5775
@senanxelilov5775 9 ай бұрын
Bu kino serialin ərsəyə gəlməsində bütün əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm.Bütün aktyorlar öz üzərinə düşən rolu yüksək peşəkarlıqla oynadılar və mən zövq aldıqım Sizin əsərdən.Çox təşəkkürlər Sizlərə . . Davamı gəlsin
@mlahtzulfuqarova652
@mlahtzulfuqarova652 Жыл бұрын
Prokurorlar qalsın cinayətkarlar dəyişilsin 2ci sezonu da gelsin bu serialın. Kənanın Türkiyədəki söhbətləri de daha aydın verilsin orda
@aminsalayev704
@aminsalayev704 Жыл бұрын
Yeri olmaz axı .Seriallar uzandığca ləzzətləri itir ,çünki ,yazacağ bir şey qalmır .Kənanın Türkiyədəki söhbətləri də tam aydın idi .Türkiyədə müstəntiq olub ,üstündə işlədiyi cinayət işi ilə bağlı oğlu qaçırılıb və şantaj edilib ki ,ölkədən çıxsın və bu işin daşını atsın .Serialda da gördüyümüz kimi Kənan yapışdığı işi buraxmır və oğlunu itirir .
@deniz998
@deniz998 Жыл бұрын
Hə o mənə də qaranlıq qaldı. Uşağı niyə ölüb kim öldürüb. Eşələsən altından Qurban çıxacaq onunda😀
@azizazizov8834
@azizazizov8834 Жыл бұрын
Mən belə başa düşdümki bir cinayətkarı ifşa elədiyinə görə öldürüblər uşağını.oda sistemdən uzaqlaşıb
@qawawekberov6017
@qawawekberov6017 Жыл бұрын
Bəs bəzi səhnələrdə uşağı canlı göstərirlər evdeUşaq ölub bəyəm?
@lamiyaaliyeva
@lamiyaaliyeva Жыл бұрын
@@qawawekberov6017 gözlərinə görünür...
@AliHaqqdir
@AliHaqqdir Жыл бұрын
Bitərsə sevilər... Uzatsalar heç nə. Bu həyatda hər yarım qalmış, qısa işlər sevilər və arzulanar... Ele həyatın özü kimi...
@Yusif.111
@Yusif.111 Жыл бұрын
Komment super👍
@zenfiravahidova4463
@zenfiravahidova4463 Жыл бұрын
Sizə də BRAVO !
@subhanibrahimov6259
@subhanibrahimov6259 10 күн бұрын
24 saat dayanmadan baxıb bitirdim əməyi keçen bütün kallektivlərə öz derin təşəkkürümü bildirirem.bele davam edin.
@jasperkaln5300
@jasperkaln5300 12 күн бұрын
Salam hər kəsə. İş yoldaşım çox deyirdi ki bax. Belə bir serial var. Bu gün baxıb bitirdim. Həqiqətən çox təsirli. Çox gözəl bir serial. Baş verən hadisələr bir biri ilə bağlılığı mənə şəhid olmuş dostumun yazdığı kitabı xatırlatdı. Vüsal Aydın. Dr Səid adlı kitabını. Əvvəlcə elə bildim o kitab əsasında çəkilib. Amma hadisələr oxşarlığı var. Kitabda intiharları araşdıran dedektiv Dr Səiddən bəhs edilir. Yeri gəlmişkən adım Səid. Vüsal dostum. Allah sənə rəhmət etsin.
@ayselseferova95
@ayselseferova95 Жыл бұрын
Azərbaycan seriallarını nə qədər izləməyi sevməsəmdə, şans vermək istədim adını eşidəndə . Və yaxşıkidə izlədim. Sözün əsl mənasında bəyəndim , çox gözəl alınıb . Hələki serialın detektiv janrda olmasını ayrı bir sevdim. Əməyi keçən bütün aktyorlara və işçilərə təşəkkürümü bildirirəm ✨
@elsadliyev8066
@elsadliyev8066 Жыл бұрын
Serial tariximizde iz qoyacaq bir eserdir.2 mustentiqde rollarinda cox pesakar idiler.Ilk defe idi bir Azerbaycan serialina baxdim 2 gunde 12 bolum,bəli siz mukemmelsiz❤️
@umudisayev2376
@umudisayev2376 Жыл бұрын
Axırıncı seriyaya indi baxdımm çooxxx suuppeerrr əəllaaaa mmiinnəəttddaaarraamm uğurlarını bol olsunn SSSUUUPPPPEEEEEERRRRR
@ariano2127
@ariano2127 Жыл бұрын
Allah bu heyətə arka sokaklar ömrü versin. Amin🙏🏻❤
@ruslanabdullayev3639
@ruslanabdullayev3639 Жыл бұрын
😂
@mahmudmahmudov9674
@mahmudmahmudov9674 Жыл бұрын
Hormetli "Eqreb" serialin emekdashalari! Size chox derin teshekkurumu bildirirem. Meni ozumnen 2 gunluk aldiz, ozumu serialdaki bir obraz hiss eledim, sizinle heyacanlandim, sizinle kederlendim. Sonunda sizinle vidalashmaq ise agir geldi. Kenan, Rauf, qaqash opurem sizi, ne qulluq olsa qaqaniz burdadi❤ Var olun!
@samirakarimova3946
@samirakarimova3946 Жыл бұрын
2 sezon gelsin.Kenanin turkiyede bashina gelenler maraqlidi bize
@aminsalayev704
@aminsalayev704 Жыл бұрын
Filmdə açığ-aydın işlənib axı .Türkiyədə məşğul olduğu cinayətlə bağlı şantaj edilir ki ,işi burax və ölkəni tərk et yoxsa ,oğluna zərər dəyəcək .Gördüyümüz kimi oğlu artığ yoxdur .
@user-ir3zb3xm7w
@user-ir3zb3xm7w Жыл бұрын
men ele bawa duwdum ki Kenanin uwagini onun duwmenleri ogurlayib qetle yetirib. evde uwaq sadece xeyallari idi.
@elnurtehmez2203
@elnurtehmez2203 Жыл бұрын
Bu gözəl, mükəmməl yaradıcılıq məhsuluna görə, əziyyəti keçən hər birinizə təşəkkür edirəm.Azərbaycanda indiyə kimi, həvəslə, səbirsizliklə dalbadal baxdığım yeganə serial oldu.Əhsən sizlərə...!👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@nezrinrehimova111
@nezrinrehimova111 Жыл бұрын
Halaldır ! Bir sözlə mü kəm məl ! Bu heyyəti bir daha görmək diləyi ilə. Azərbaycanda belə işlərin olması məni çox sevindirir. Ayaq üstə alqışlayıram.
@royalbabayev956
@royalbabayev956 Жыл бұрын
Nə vaxdsa Yerli bir filmə belə aşiq olacağımı düşünməmişdim Mükəmməl bir ssenari ,mukəmməl rejissor işi və mükəmməl oyunçuluq qabilyəti . Uğurlarnızın davamını arzu edirəm unutmayın ki bu Ölkənin belə işlərə mənəvi bir aclığı var
@saqifsgerov9166
@saqifsgerov9166 Жыл бұрын
Möhtəşəm... Qrip, öskürək,38° temperatur , sümük ağrıları ilə 2günə seriyala tam baxdım.Həqiqətən təəccübləndirdiniz biz tamaşaçıları. Təşəkkürlər Emil Quliyev,Azər Aydəmir və Hikmət 👏👏👏
@aghaehedzadeh23
@aghaehedzadeh23 Жыл бұрын
Eyni durumdayıq
@RUBYBAYRAMOVA1987
@RUBYBAYRAMOVA1987 Жыл бұрын
Eynən. 3 gündür ki qızdırmadan yatdığıma görə; vaxt tapıb bu seriala baxdım. Dəhşətdir
@aghaehedzadeh23
@aghaehedzadeh23 Жыл бұрын
Deyəsən hamı virusa yoluxub
@specialforces9451
@specialforces9451 Жыл бұрын
XAİŞ EDİREM AXİRDA BUDA SENE TAPMACA TAPARSAN DEDİ BAŞA DUSMEDİM NE DEİRNSES YAXŞİ GELMİR ORDA NE DEİR ?
@nai.rsl05
@nai.rsl05 Жыл бұрын
@@specialforces9451 Deyir: “Zəhərin axrıncı porsiyasını qurbana saxlamışdım.Bilmək istəyirsən hansı qurbana? Onu sənə tapmaca saxlamışam,tap.”
@cemyeklitas2682
@cemyeklitas2682 25 күн бұрын
Bütün oyunculuğu gerçekten ayakta alkışlıyorum.Cok tebrik ederim.10 sezon olsa izlenir.Buyuk sanatçılara saygılar..Muhteşem ötesi
@samirhsni3865
@samirhsni3865 Жыл бұрын
Halal olsun ,sizə . Mənim kimi film izləməyə səbri çatmayan birini 12 bölüm ardınca seyr etdirə bildizsə ,bu sizin möhtəşəmliyinizin bariz nümunəsidir. Allah sizə can sağlığı versin. İlklər heç zaman unudulmur. Məndə televiziyamızın ölmədiyinə dair ümid yaratdınız . Uğurlarınız bol və daim olsun inşallah ❤❤
@ilqarmeherremov_
@ilqarmeherremov_ Жыл бұрын
Romanı yazan Ceyhun bəydən tutmuş bunu Sənət əsərinə çevirməkdə əziyyəti keçən hər kəsə xalq adından minnətdaram . Bu gün Azərbaycan bu serialdan danışır və çox danışılacaq . Bu həyəcanı , qürur hissini , sevinci bizə yaşatdığınız üçün sizə minnətdarıq . 👏👏👏👏
@t.o.pvideo412
@t.o.pvideo412 Жыл бұрын
Bu roman janrı deyil..... Dram, triller, detektiv
@suretkazimzade83
@suretkazimzade83 Жыл бұрын
1 gündə 8 bölümə baxdım. Serial axiciliği məni özüylə son bölümə qədər gətirdi. 11 və 12-ci bölümü ayaqda izlədim. Azərbaycan tarixinə düşən bu gözəl işlə bağlı yazmamaq olmazdı. Bütün hər kəsin əməyinə, düşünənlərin beyninə, təqdim edənlərin ürəyinə sağlıq. Möhtəşəm iş və möhtəşəm əsərdir. Bu cür işləri bundan sonra da gözləyirik. Afərin.
@leilahasanova3312
@leilahasanova3312 Жыл бұрын
Həyatımda ilk dəfə yerli seriala baxdım bu qeder beyeneceyimi düşünmezdim 🎉
@elnarenematova6559
@elnarenematova6559 8 ай бұрын
Nehayetki Azerbaycanda esil heyati serial oldu.Rollarinizi tebii oynadiqiniz ucun size teşekkur ve uqurlar👏👏👏🧿
Kinozavr #109 | Əqrəb mövsümü
10:31
CVN TV
Рет қаралды 201 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 31 МЛН
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
"Faberje"
28:45
Əlixan Rəcəbov
Рет қаралды 2 МЛН
Körpü 1-ci bölüm (4K)
47:59
İCTİMAİ TV
Рет қаралды 266 М.
Qonaq | Komedixana  353-cü bölümdən
20:49
Komedixana
Рет қаралды 121 М.
Mən Hikmət Rəhimov
28:10
Absheron Group
Рет қаралды 78 М.
Karantin balladası
17:14
Taleh Yuzbayov
Рет қаралды 1 МЛН
Şahbaz Quliyev Şuşa türməsinə getdi
8:18
Milli TV
Рет қаралды 64 М.
"Əlvida, Şmidt!" - Tam Film
1:09:57
Ali-Sattar Guliyev
Рет қаралды 421 М.
"BEKARIN BİR GÜNÜ"
21:50
Fuad İsgəndərov
Рет қаралды 2,7 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 31 МЛН