Rəşad Zeynallı - Ölə bildinmi (şeir Nüsrət Həsən)

  Рет қаралды 1,417

Nüsrət Həsən

Жыл бұрын

Ölə bildinmi
Məni unutmağa çalışan qadın,
Adımı qəlbindən silə bildinmi?
İnanıb sözünə özgənin, yadın,
Dərdini onlarla bölə bildinmi?
Gecələr adımı sayıqlayarkən.
Saçına bəyazlar düşdümü erkən?
Mən burda həsrətdən qan ağlayarkən,
Sən orda sevinib gülə bildinmi?
İndi nə fərqi var, kimdir müqəssir?
Mən sənə inandım, məndədir təqsir.
Bütün səhvlərimi sayardın bir-bir,
Bəs öz günahını bilə bildinmi?
Həqiqi sevgimə xəyal deyərdin.
Yoxdur sevgimizdə amal deyərdin.
Gah mənə get deyib, gah qal deyərdin,
İndi bir qərara gələ bildinmi?
Söyləmə nankorsan, nə verdin mənə?
Dərd verdin, bəs idi öz dərdim mənə.
Mən sənsiz ölərəm deyərdin mənə,
Yumub gözlərini ölə bildinmi?
müəllif: Nüsrət Həsən
02.05 2023

Пікірлер: 9
@f.a.n.i..d.u.n.y.a
@f.a.n.i..d.u.n.y.a Жыл бұрын
Xos axaamlar bu ne ses bu ne seyirdi bu ne qemginliydi.sesin var olsun her zaman ureymi titret sesinle
@arzucefrova9224
@arzucefrova9224 Жыл бұрын
Senı unutmak mümkün deyil cünki qelbımde tek sen varsın 😢😢
@uzaqlarnqadn-1719
@uzaqlarnqadn-1719 Жыл бұрын
_Xoş geldiz deyerli insan.Her zaman olduğu kimi möhteşem.Tebiniz revan olsun İnşAllah_
@YusifCabbarov-ro6mv
@YusifCabbarov-ro6mv 6 ай бұрын
Salam Dayı nəgözəl oxuyursan mən Yusif
@benovsheyusifova5166
@benovsheyusifova5166 Жыл бұрын
Həqiqi sevgiyə xəyal deyerdin..
@guneseliyeva43
@guneseliyeva43 Жыл бұрын
Möhtəşəm oxu və gözəl şer hər iki müəllifə təşəkkur 🙏👍👏
@nusrethesen
@nusrethesen Жыл бұрын
Təşəkkür edirəm 🙏
@ОМРУМ
@ОМРУМ Жыл бұрын
Салам🙏 Эзаблы севки🍂💦
@xatirerzayeva6315
@xatirerzayeva6315 5 ай бұрын
😭🥹😔
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 109 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 111 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 27 МЛН