Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

  Рет қаралды 8,281

Baku TV

Baku TV

Күн бұрын

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına İrəvanda hazırlıq gedir” adlı süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” adlı VI Ümumdünya Forumunda çıxışı zamanı bildirdiyi “Ermənistanla sülh danışıqları Azərbaycanın hazırladığı sənəd əsasında aparılır” fikrinə yer verilib.
Qeyd olunub ki, Ermənistanda yaşanan qarşıdurma fonunda Qərbi Azərbaycan məsələsinin daxili siyasətdə əsas mövzuya çevrildiyi bəllidir. Bölgədə baş verənlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirilən görüşündə Bakı-İrəvan xəttində danışıqların yeni raundunun başlanması və gözləntilər fonunda Qərbi Azərbaycan məsələsinin önə çıxdığı reallığı da diqqətdən yayınmır.
Süjetdə sülh danışıqları ilə bağlı erməni saytlarında yayımlanan məqalələrdə diqqətçəkən iddialara da yer verilib:
“Nazirlər Almatıda görüşərkən Azərbaycan Prezidenti İlham Əliyev Şuşada bəyan etdi ki, “Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”. Ermənistan tərəfi bu barədə heç bir açıqlama vermədi. Əslində, İ.Əliyev xarici işlər nazirini Almatıya göndərməklə açıq şəkildə nümayiş etdirdi ki, “danışıqlar” termini adlandırılan təmaslar birtərəfli prosesdir. İ.Əliyev burada danışan, Nikol Paşinyan isə dinləyən və icra edən tərəfdir. Bu o deməkdir ki, İ.Əliyevin tələbi ilə 300 mindən çox azərbaycanlı Qərbi Azərbaycana qaytarılacaq. Artıq Bakıda Qərbi Azərbaycanla bağlı konkret işlər həyata keçirilir. İcma və onun informasiya resursları fəaliyyət göstərir, ictimai sorğular keçirilir və sairə. Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların ilk məskunlaşma bölgəsinin əsasən Ararat (Ağrı) vadisi (İrəvan düzənliyi) və Sevan sahil zonası (Göyçə gölünün sahilləri) olacağı haqqında fikirlər var. Yəni İ.Əliyevin tələbi ilə həyata keçirilən demarkasiyadan sonra Ermənistan rəhbərliyinin əsas vəzifəsi 300 min azərbaycanlı qaçqının qaytarılması olacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması gündəmdədir”.
Sonda vurğulanıb ki, azərbaycanlıların Qərbi Azərbaycana böyük qayıdışına təkcə Bakıda yox, İrəvanda da hazırlıq gedir.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #qərbiazərbaycanxronikası #qərbiazərbaycan #ceyhunbayramov #almatı #ağrı #göyçə #vedibasar #zəngəzur #zəngibasar #vladimirmartivosyan #qerbiazerbaycan #sərhəd #mirzoyan #bayramov #tavuş #şəmşəddil #loru #basarkeçər #irəvan
00:00 Giriş
00:35 İddia: "Gizli sənəddə Qərbi Azərbaycanla bağlı tələblər var"
01:11 Qərbi Azərbaycan mövzusu ön plandadır
02:05 Rəsmi İrəvan hədəfi nədir?
02:55 Almatı bəyannaməsi niyə məhs bu binada imzalandı
04:06 Sərhədin delimitasiyasında hansı prinsiplər əsas götürüləcək?
05:08 Ermənistan ictimaiyyəti nədən narahatdır?
06:33 Erməni jurnalistinin yazdığı məqalə

Пікірлер: 13
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 20 күн бұрын
İnşəallah vətənə qayıdacıq❤❤❤❤
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 20 күн бұрын
İnşəallah vətən vətən sənən öturu darığmışam burnumun ucu göynəyir irəvanda gəsəydim ölməzdim❤❤❤❤
@haydar007
@haydar007 19 күн бұрын
2024 ZƏNGƏZUR!!! 2025 KOMPENSASSİYA QARŞILIĞI RƏVAN QALASI BİZİM OLACAQ İN ŞAA ALLAH
@nerimanzulfugarov6128
@nerimanzulfugarov6128 20 күн бұрын
Ə'LA perspektivlərdir ! Tarixi ədalət öz yerini tapır və bunu Azərbaycan edir ! YAŞASIN, VAR OLSUN QALİB AZƏRBAYCAN ORDUSU !!!
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 20 күн бұрын
İnşəallah 1988 ci...
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 20 күн бұрын
İnşəallah 1988 ildə qovulanıq biz vətənə qayıdacıq ❤❤❤❤❤
@yusifkerimov8270
@yusifkerimov8270 19 күн бұрын
Inwallah
@musfiqsuleymanov5308
@musfiqsuleymanov5308 19 күн бұрын
Biz mütləq qayıdacağıq öz dədə baba torpaqlarımıza;
@MuslumHesenzade
@MuslumHesenzade 20 күн бұрын
Ermanistsnlarusiyaya istinad edərək,ancaq harbi dikdatura dilinda danlsmagl bacarmaq lazımdır...
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 20 күн бұрын
❤❤❤❤❤❤❤ İnşəallah vətənə qayıdacıq❤❤❤
@saidamamedbeyli5903
@saidamamedbeyli5903 20 күн бұрын
Чужое надо возвращать!А все претензии к русским,когда армянам передавали наши земли,не спрашивая Азербайджан,хорошо было?!Хозяева возвращаются в свои дома!
@azerqasimli3794
@azerqasimli3794 19 күн бұрын
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@user-sl3cd4js3d
@user-sl3cd4js3d 19 күн бұрын
İlham savada malık bırıdır ancaq mıllətı acinacaqli vəziyətdə yaşadır 😂
Bu kənddə işıq, yol, qaz, telefon yoxdur
7:41
İCTİMAİ TV
Рет қаралды 331 М.
The delivery rescued them
00:52
Mamasoboliha
Рет қаралды 6 МЛН
Final increíble 😱
00:39
Juan De Dios Pantoja 2
Рет қаралды 23 МЛН
Cat story: from hate to love! 😻 #cat #cute #kitten
00:40
Stocat
Рет қаралды 15 МЛН
Bu marşrut beynəlxalq dəhlizə çevrilə bilər | Putin
1:05
The delivery rescued them
00:52
Mamasoboliha
Рет қаралды 6 МЛН