Рет қаралды 6,256
Sponsorluq, Reklam və İş təklifləri üçün;
/ farahimgasim (DM)
/ blnm_yengercekler (DM)
ferahim1453@gmail.com (e-mail)
Bir də Peruya verilən rüşvət var idi. Ən çox mübahisəyə səbəb olan oyunlardan biri, Argentina ilə Peru arasında keçirilən yarımfinal oyunu oldu. Argentina, finala çıxmaq üçün böyük fərqlə qalib gəlməli idi. Çox çətin görünürdü, çünki Peru olduqca yaxşı komanda qurmuşdu. Amma, Argentina dünya çempionatını qazanmaq məcburiyyətində idi, Perudakı generallar isə maliyyə cəhətdən sıxıntı çəkirdilər. Bu səbəbdən də Argentina hökuməti, Peruya yardım etmək qərarına gəldi. Hər şeyi Lakoste təşkil etmişdi. Argentina təcili olaraq Peruya, 35 min ton pulsuz taxıl və böyük ehtimalla, silah bağışladı. Bu arada, Argentina Mərkəzi Bankı da dondurulmuş 50 milyon dollarlıq krediti, Peruya sərbəst qrafiklə ödəmək imkanı yaratmışdı. Argentinanın baş məşqçisi Sesar Luis Menotti qapıçı və əvəzedici oyunçuların oyundan qabaq çıxışını dinləmələrinə icazə verməmişdi. Nəticədə, Argentina Perunu finala çıxmalarına şərait yaradan bir nəticə ilə - 6:0 hesabı ilə məğlub etdi. Bu, bəlkə də, indiyə qədər rüşvətlə qazanılan yeganə dünya çempionatıdı. Təbii, rüşvətin ödənilməsindən hələ də əmin deyilik. Ancaq, dünya çempionatında Perunun əvəzedici qapıçısı olan Manzo, bir gecə Limada sərxoş olduqdan sonra, oyunçuların matçı satmaq üçün pul aldıqlarını demiş, ancaq özünə gəldikdən sonra sözlərini inkar etmişdi. Oyuna gəlincə, o günə qədər heç bir futbol oyununun satıldığına dair bu qədər güclü sübutlara rast gəlinməmişdi. Meydana ağ formada çıxan Peru, əlinə keçən şansları dəyərləndirməmişdir. Perunun start 11-liyində niyəsə 4 təcrübəsiz rezerv oyunçusu var idi və müdafiəçilərdən biri forvard kimi meydana çıxmışdı.
Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Məni izlədiyiniz üçün Təşəkkür edirəm!