İrəvanı rəsmən ermənilərə verən nazirimiz - Ermənilər kürəyindən tapançayla vurdu, farslar basdırdı

  Рет қаралды 116,960

TV11

TV11

Күн бұрын

Xoyskinin rəhbərliyi dövründə yaşanan ən acı tarixi faktlardan biri də İrəvanın güzəştə gedilməsidir. Amma biz tarixi situasiyanı dəyərləndirməliyik. Cəmi bir neçə ay bundan əvvəl qurulan, təhlükəsizliyi türk ordusundan asılı olan, ordusuz bir hökumət bir çox məsələlərdə çarəsiz idi. Cümhuriyyətin xarici işlər naziri Məhəmməd Həsən Hacinskiyə yazdığı məktubunda Xoyski bu məsələyə qısa izahat verib:
“Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
Xoyski hökumətin qurulma zamanını və hökumətə rəhbərlik etdiyi ayları belə xarakterizə edir:
“Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, malı əmniyyətdə deyildi…
İdarələrin adı varsa da, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi”.
Xosyki hökumətinin istefaya getdiyi gün baş nazirin tarixi çıxışından parça:
“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.
Bəzi məlumatlara görə isə Xosyki hökumət üzvlərinin neftlə bağlı qanunsuz əməlləri ilə əlaqədar istefa verib.
Sovet hakimiyyəti qurulduqdan sonra Xoyski Tiflisə köçür. O, Tiflisdə də xoş gün görə bilmir. Bir neçə il əvvəl dediyi təhlükə onu Gürcüstanda haqlayır. Tiflisdə İrəvan meydanından keçərkən "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan ona arxadan atəş açaraq qətlə yetirir.
Hazırkı Tiflis Botanika Bağında yerləşən müsəlman qəbiristanlığında dəfn edilib. Xosykinin dəfnini İran konsulluğu həyata keçirilib.
Dini etiqadına görə Fətəli xan Xoyski müsəlmanı idi. O, rus və Azərbaycan dillərini bilirdi. Lakin F. Xoyskinin Azərbaycan dilində çətinlik çəkərək danışdığı bildirilir.
AXC dövründə F. Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tuturdular. Böyük qardaşı Hüseynqulu Xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini olub. Kiçik qardaşı Rüstəm Xan Xoyski Fətəli xan Xoyskinin hökumətində himayədarlıq naziri olub.
O, islamı qəbul edərək Ceyran xanım adını almış Yevgeniya Vasilevna ilə ailə qurub.
Fətəli xan Xoyskinin üç uşağı olub: qızı Tamara (1902-1990) iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935)
Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynova ərə gedib.
Tamara xanımın bolşeviklə evlənməyinin də qəribə tarixcəsi var:
Fətəli xan Tiflisdə qətlə yetiriləndə 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb.
Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Sonradan hər ikisi Moskvada eyni gündə həbs edilib, eyni həbsxanaya aparılıblar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə göndərilib. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb.
Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada 21 yaşında diabet xəstəliyindən əməliyyat olunduqdan sonra narkozdan ayılmayıb.
Bakı şəhərin prospektlərindən biri Fətəli xan Xoyskinin adını daşıyır. Eyni zamanda Şəkidə də adına küçə verilib.
AXC-nin unudulmaz sütunlarından olan Xoyskinin adını daşıyan ən böyük küçə isə Azərbaycan xalqının ürəyindən keçir. Bu küçə nə onun bir zamanlar qorxa-qorxa söz açdığı təhlükəli kənd yollarıdır, nə də güllələndiyi Tiflis küçəsi. Bu küçə hər iki yöndən yaşıl ağaclarla dolu, həmişə bahar fəsli yaşanan küçədir. Bu küçə Xalqımızın böyük kişilər üçün ayrıdığı hafizə guşəsidir.

Пікірлер: 414
@Refleks-ls9kv
@Refleks-ls9kv 11 ай бұрын
Ermeniler tarix boyu bizim dushanimizdi onlari hec vaxt Garabaga buraxmag olmaz
@xancarxan6653
@xancarxan6653 11 ай бұрын
👍👏
@elmiramuradova561
@elmiramuradova561 11 ай бұрын
Heç vaxt!
@ВилаятГусейнов-к6е
@ВилаятГусейнов-к6е 11 ай бұрын
DUWMENIMIZ OLDUGU UÇUN OGLANLARIMIZ ERMENI QIZLARI ILE EVLENIRDILER INDI DE SORGU OLANDA BIZIMKILE EVLENERIK DEYIRLER. NENE BABASI DAYI XALASI ERMENI OLAN VETENDAWLARIMIZ HANSI MILLETI SEVECEK KIME UREK YANDIRACAQLAR.
@АлександрНовиков-у3л
@АлександрНовиков-у3л 11 ай бұрын
Onları indiki Ermənistanda saxlamaq delə gələcəyimizə təhlükədir. ÜüBuna görədə indiki Azərbaycanda qanuni dövlət qurmalıyıq və qüdrətimizi artırmalıyıq. Bu hakimiyyətlə bizim heç bir gələcəyimiz yoxdur!!!
@sevdaibrahimova3920
@sevdaibrahimova3920 10 ай бұрын
Qarabağa yox qafqazdan qovulmalıdılar onda gələcəg nəsil rahat yaşayarlar qaracıların vətəni yoxdu bunlarda vətənsizdilər ona görədə harada yaşasalar bizim di deyirlər rədd olsunlar❤❤❤❤❤❤❤
@karakays8854
@karakays8854 10 ай бұрын
Tiflisdə Botanika bağında Xoyskinin qəbrini tapa bilmədim. Bakıya gətirilməlidi.
@qmlihyat5907
@qmlihyat5907 24 күн бұрын
Xanlıqları birləşməklə aldadıb Cavad xanı meydanda tək qoyan Fətəli can.
@gqurbanov4352
@gqurbanov4352 11 ай бұрын
Fətəli xan Xoyskini bu işə vadar edən qüvvələrə lənət olsun!
@maqo1252
@maqo1252 11 ай бұрын
Çar imperiyası məcbur edib.....
@nrgizgulu5514
@nrgizgulu5514 11 ай бұрын
Vadar olmazdı, bir qaşıq qanındanmı qorxdu, vətən torpağın vermək vəya peşkəş etmək namusunu vermək deməkdir, Azərbaycanın Rusiyaya verilməsində , bolşeviklərə işləyənlərin hamısını başda Nərimanov olmaqla öldürdülər, qətl etdilər
@alpaqud6904
@alpaqud6904 Ай бұрын
Бас бу кун азарбайчаны махва апаран талан гарат едан йуз минларла рушватхор карупсйанер хаинлари ким мачбур едир ....????.. Хаинлар хар заман вар ..
@Troller199
@Troller199 28 күн бұрын
@@gqurbanov4352 Allah milli qəhrəman Fətəli bəyə rəhmət eləsin.
@novruzheziyev5697
@novruzheziyev5697 28 күн бұрын
İrevani ermenilere 1923 cu ilde Batumi konfransinda Turkler Azerbaycanlilari mecbur edib. Turkler ermeni zibillerini öz boğazlarindan açib Azerbaycanin boğazina keçirib.
@rushana3778
@rushana3778 11 ай бұрын
99 il müddətinə icarəyə verilibmiş Müddət bitib artıq Arxiv sənədlərini qaldırmaq ,beynəlxalq qanunları əsas tutaraq geri qaytarılmalıdır Qanunla və sənədlərlə
@dilbrmirhsimova2646
@dilbrmirhsimova2646 11 ай бұрын
Vətən sevgisi onda çox böyük imiş.Nur içində yatsın.
@veteranqarabag1516
@veteranqarabag1516 11 ай бұрын
İrəvanın verilməsində Türk paşalarının rolu olub.Fətəli xan heç kimə torpaq verməyib.Niyə İrəvan verilib tarixçilərimiz gözəl bilir çoxu susur.Allah Azərbaycan adlı cumhuriyyəti quranlara rəhmət eləsin
@SamMirzaIII
@SamMirzaIII 11 ай бұрын
"Kişiliyi olan, düşmən gülləsinə düçar olanda da günahı özündə görür". O ki, qaldı türklərə o dediyin paşalara o vaxt, Türkiyə özü belə ölüm və ya qalım vəziyyətində idi. Günahı özündə (əsl Azərbaycanlısansa bizdə) axtar, axtarıb tapsan özünü (İctimaiyyat), allahını (Nizami Gəncəvi), həqiqəti (İmadəddin Nəsimi), dünyanı (fəlsəfə) dərk etmiş olarsan.
@togrul2709
@togrul2709 Ай бұрын
İrəvan Azərbaycandır!
@sassouniyerker
@sassouniyerker Ай бұрын
Zekemenisdan SIZINDIR 👹🇦🇿👹
@sassouniyerker
@sassouniyerker 29 күн бұрын
Zekemenisdan SIZINDIR 👹🇦🇿👹
@sassouniyerker
@sassouniyerker 24 күн бұрын
Zekemenisdan SIZINDIR
@usaq0
@usaq0 11 ай бұрын
Fətəli xan Xoyskinin ruhu şad olsun.Qarabag Azərbaycandır!
@lgxventure4485
@lgxventure4485 2 ай бұрын
Fət'Əli qənim olsun ona , Xoyski yox Xayskidir .
@usaq0
@usaq0 2 ай бұрын
Fət 'Əli yazmağda məqsəd kimdir?
@elcinsadiqov8623
@elcinsadiqov8623 11 ай бұрын
İrəvan❤AZƏRBAYCANDİR❤
@sassouniyerker
@sassouniyerker 3 ай бұрын
😂💯🤡
@rhun876
@rhun876 11 ай бұрын
* FƏTƏLİ XAN XOYSKİNİ, onun timsalında bütün qurucu babalarımızı sayqı ilə yad edir, RUHLARI ŞAD OLSUN deyirik ! Qurucu babamızın qəhrəman varisi MURAD HÜSEYNOVA eşq olsun !
@xaqaniqasmov8350
@xaqaniqasmov8350 11 ай бұрын
FƏTƏLİ XAN. ÇOX QEYRƏTLİ İNSAN OLUB. BU GÜN BELƏ SAVADLI QEYRƏTLİ OGULLAR ÇOX AZDI. İRƏVAN. ÇAR TORPAQLARI İDİ AZƏRBAYCAN. HƏLƏ. RƏSMƏN. TANINMAMIŞDI. RƏHMƏTLİK ŞİRMƏMMƏD. MÜƏLLİM. ANAR İSGƏNDƏRLİ. NASİMAN YAQUBLU. XANIM TOHİDİ. BU MƏSƏLƏYƏ. AYDINLIQ GƏTİRİB QURUCU BABALARA. ŞƏR BÖHTAN ATMAĞA. DƏYMƏZ
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 11 ай бұрын
O adamlara bu güb ehtiyacımız var
@rimabagirov5500
@rimabagirov5500 19 күн бұрын
Allah sizə kömək olsun bu fikirlərinə görə babalarımızın o çətinliklələ yoxdan bir dövlət yaratmağını həmişə alqışlamaq lazımdır
@xaqaniqasmov8350
@xaqaniqasmov8350 19 күн бұрын
@@rimabagirov5500 MİNNƏTDARAM
@ШахинМахаров-я3у
@ШахинМахаров-я3у 11 ай бұрын
O vaxt nəyinki, İrəvan heç Bakıda bizim deyildi. Bir gündə Baklda bolşevik və daşnaqlar tərəfindən 30 min azərbaycanlı öldürüldü( Azərbaycanın hər yerindədə həmçinin) . O vaxt Bakıda bizim olmadıgı üçün paytaxt Gəncə elan olub. Bakını biz 1918- ci sentyabr ayı azad etmişik..
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v 11 ай бұрын
Biz yox babalarımız
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v 11 ай бұрын
4 cü Qafqaz islam ordusu ilə Azərbaycan könüllüləri
@558882464
@558882464 11 ай бұрын
@@YasarBirsoy-y5v bəli daha həqiqətə yaxın
@ШахинМахаров-я3у
@ШахинМахаров-я3у 11 ай бұрын
@user-fo8zm5gv8e Bakı 1918-ci il 15 sentyabrda azad edilib
@ШахинМахаров-я3у
@ШахинМахаров-я3у 11 ай бұрын
@@YasarBirsoy-y5v 5-ci qafqaz piyada qvardiyası və təzə yaradılan Azərbsycan ordusu
@saraorucova5367
@saraorucova5367 11 ай бұрын
Cox sağ ol Muğlan balam Allah səni qorusun belə dəqiq məlumatlar verirsən.
@qarabagazrbaycandr8193
@qarabagazrbaycandr8193 11 ай бұрын
Torpaq belamiz ele o vaxdan başladi allah sehidlerimize rehmet elesin.
@Teymur1985
@Teymur1985 11 ай бұрын
iRevan Azerbaycandir inshAllah, tarix geri qayidacaq bir gun.
@sassouniyerker
@sassouniyerker 3 ай бұрын
😂💯🤡💯👹
@rahileasgerova3556
@rahileasgerova3556 11 ай бұрын
Azərbaycanı zaman - zaman satanlar mə çox olub? Elə ona görə Azərbaycan bir ovuc boyda qalıb. Bir ovuc boyda torpağı da yenə bizə çox görürlər. Allah qorusun Azərbaycan dövlətini və xalqını. Amin.
@renamirzeliyeva1381
@renamirzeliyeva1381 11 ай бұрын
Qurucu babalarımıza min rəhmət olsun!
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v 11 ай бұрын
Çox sağ ol bajıoğlu, yaşları(gəncləri) öyrədirsən. Yaxşı olar ki, fətəli xanın evini tapasan, onların soyundan(nəsil) sağ qalanlarla görüşəsən, söyləşəsən(söhbət).
@RaminXalilov1978
@RaminXalilov1978 11 ай бұрын
Tarix boyu torpaq vermishik, Allah Prezidentimizin canini saq omrunu uzun elesin. Allah shehidlerimize rehmet elesin. Allah Azerbaycanimizi qorusun! 🇦🇿🙏🇦🇿
@leylaismaylova836
@leylaismaylova836 11 ай бұрын
Amin
@ШахинМахаров-я3у
@ШахинМахаров-я3у 11 ай бұрын
O vaxtki, bu qəhrəmanlar bütün Azərbaycanı azad ediblər. Məhz indiki Azərbsycanın olmasına görə biz onlara borcluyuq..
@RaminXalilov1978
@RaminXalilov1978 11 ай бұрын
@@ШахинМахаров-я3у Esil diplomat ve qehreman odur ki, torpaq vermiyerek problemleri hel edir. Torpaq vermekden asan ish yoxdur, Ermenistan adli dovleti yaratdixlari ucun onlara borclu olmaliyam?
@xaribulbul2037
@xaribulbul2037 11 ай бұрын
Vermisik ki qudurublar haylar! Ona gore bu vaxta qeder bizimle torpaq davasi edibler. Aqizlarinda dad qalib, kopeklerin
@mustafamustafayev6190
@mustafamustafayev6190 11 ай бұрын
Amin.
@Vusale-Eliyeva.
@Vusale-Eliyeva. 11 ай бұрын
Bu jurnalist cox dolğun məlumatlar verir. Gözəl səlist danışıq qabiliyyəti var.
@558882464
@558882464 11 ай бұрын
elədə çox yox, ya bildiyi qədər, ya da nələri demək olar qədəridə.
@HurzadƏhmədova
@HurzadƏhmədova Ай бұрын
Çörək qazanmağın yolunu tapıb
@HurzadƏhmədova
@HurzadƏhmədova Ай бұрын
Danışdığının çoxu sifarişlədir
@Эльтуран
@Эльтуран Ай бұрын
Хамысыны википедийадан готуруб данышыр,
@sadmoeoov75
@sadmoeoov75 29 күн бұрын
Hamısını yalan danışır Xoyski Azərbaycanı quranlardan biridi 13 cu dekretə arxivə görə İrəvanı ermənilərə ruslar verir İrəvanı o necə verə bilər cahilliyə bax bu kişi Azərbaycan üçün demokratik cumhuriyyət çox işlər gördü axırda ermənilər bu kişini öldürüb şəhid etdi bu jurnalist Azərbaycanın vətənpərvər ziyalılarına qara yaxır
@fexreddinnifteliyev5331
@fexreddinnifteliyev5331 11 ай бұрын
Allah rəhmət eləsin Məkanı cənnət olsun
@yahyaislamov5063
@yahyaislamov5063 11 ай бұрын
Bu ölkənin varlıqi üçün,zəhmət keçən her bir oqula minnətdarıq.allah hamısına rəhmət eləsin. Rəhmətlik ulu öndərimiz başda olmaqla. torpaqlarimizin geri qaytarılmasında canından keçən bütün şəhidlərimizə borcluyuq. Allah hamısına rəhmət eləsin. Bu yolda öz inadkarliqindan dönməyən,prezidentimizə uqurlar olsun. Genab İlham Aliyev biz səninlə fəxr edirik.
@yasarbirsoy
@yasarbirsoy 9 ай бұрын
Eşq olsun götəgirənlərə
@nadirrzal233
@nadirrzal233 11 ай бұрын
Ruhu şad olsun..
@РаисАскеров
@РаисАскеров 11 ай бұрын
Ираваны хеч ким хеч вахт хеч киме вермейиб. Иран- Русийа империйасы мухарибесинден сора Азербайчан Русийа империйасынын теркибине кечир ве Расийаимперийасы терефинден идаре олунур. Расийа империйасы муселманлары Иравандан. Гарабагын даглыг йерлеринден силах кучуне кочурур. Йерлерине ерменилери кочуруб ве силахландырыр. Бизим кенд ченуб болкесинде Гарабагын (Хадруд) даглыг йерлеринден Гирбойедовун дестеси терефинден кочуренилердендир.
@maqo1252
@maqo1252 11 ай бұрын
Tarix təkrarlanıb eyni ilə....
@РаисАскеров
@РаисАскеров 11 ай бұрын
@@maqo1252 мен шехсен Расийа метбутында охумушам, бойук девлетлерин Гара денизле Хезер денизин арасында йашайан мусалманлары кочуруб йерлерине хиристиан миллетлерин кочурмек планы букуне гедер пландадыр. Бу куне гедер сийасетчилерин гурдуглары сийесет Аллахын гурдугу ишле уст усте душмур (ермени, курчу миллетлерин сайыны лазымы гедер чохалда билмирлер). 20-25 ил бундан еввел метбуатда йазылмышдыр.
@tomirisbayil2784
@tomirisbayil2784 Ай бұрын
Bunlar layk üçün belə loxəbərlər ilə camaatı çaşdırır
@dunyaqopur..8646
@dunyaqopur..8646 11 ай бұрын
Allah rehmet elesin.❤🇦🇿🇹🇷♥️
@umiddadasov546
@umiddadasov546 11 ай бұрын
Allah Rəhmət Eləsin 🇦🇿
@vitingsgatan1
@vitingsgatan1 11 ай бұрын
Təhsilli olmag Savadlı olmag deyil.
@Carait
@Carait 11 ай бұрын
TAMAMİLƏ FOGRU FİKİRDİR.
@nizamitagl4833
@nizamitagl4833 11 ай бұрын
Ruhun şad olsun Sizin və silahdaşlarınız.Hec nədən hər şey yaradan KİŞİLƏR. Azərbaycanın həmişə qəlbindəsiniz .🥀🥀🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@sassouniyerker
@sassouniyerker 29 күн бұрын
😂😂😂 Darese Size 😂😂
@mehribanbabayeva3480
@mehribanbabayeva3480 Ай бұрын
Bu nə başlıqdır? Sanki isteyərək veriblər. Allah ruhlarını şad etsin, onlar bu ezabı, acını üstlənməsəydi bu gün Azərbaycan adında bir müstəqil dövlətdə olmayacaqdı. Onların haqqı ödənilməz.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Düzdür. Amma iatəbilən halda verilib
@zaminatarverdiyeva6380
@zaminatarverdiyeva6380 11 ай бұрын
Ruhu sad olsun Ehh kisiler gelib gedibe bu dunyadan bu dunydan....
@xalidxalid5171
@xalidxalid5171 11 ай бұрын
Çox dəyərli videodur. Təşəkkür edirəm
@tamerlanjafarli
@tamerlanjafarli 10 ай бұрын
Eşq olsun Sizə! Əməyinizə, əlinizə sağlıq olsun daim. Çox sagolun
@ATILLA-zc1kj
@ATILLA-zc1kj 11 ай бұрын
Tarixler boyu torpaqlarimizı elimizden aliblar bu güne şukur böyük xeritr öz yerini tapir,yeni tarix yazilir.
@leylabalayeva1639
@leylabalayeva1639 11 ай бұрын
O bir dene irevani verib indikiler butun qarabaqi verdi
@LalaMammadova-c2j
@LalaMammadova-c2j Ай бұрын
Zaman zaman yaxşı bir liderin olmaması ucbatından bütün torpaqlarımız əldən getmiş insanlarımız ağır, məşəqqətli həyat keçirmişlər
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Xoyskinin dönəmi çox çətin vaxt idi. Bakınımqorumaq üçün İrəvanı vermək zorunda qaldı.
@Partizan-bh8oz
@Partizan-bh8oz Ай бұрын
Elədi 😢
@esanesan691
@esanesan691 11 ай бұрын
Çox gözəl bir veriliş...👍
@adem3935
@adem3935 9 ай бұрын
Çox gözəl danışırsan elə bil beynimdə danışdıqların filmə çevrilir. 👏👍🇦🇿
@adilkurbanzade3745
@adilkurbanzade3745 11 ай бұрын
Indi bu hagda danismag hem asan ve cetindi. Indi biz bize tezig edenleri goruruk o vaxt hele hemin dovletler bizi tanimag ucun acig alver edirdiler
@ЗарифаГасанова-ф5ж
@ЗарифаГасанова-ф5ж 11 ай бұрын
Allah rəhmət eləsin
@penahibrahimbeyli7001
@penahibrahimbeyli7001 11 ай бұрын
Tarixi dövrün tələblərinə görə qiymətləndirin birisino qınamaqdan öncə ancaq cəsarətsizlikdə qınamaq istəyirəm dövrün aydınlarını
@ildirimahmedov5721
@ildirimahmedov5721 11 ай бұрын
Gözəl məlumata görə təşəkkürlər.....
@KamranAbbasov-x7o
@KamranAbbasov-x7o 2 ай бұрын
Ermenide can qurtara bileceyik amma turkden olmayacaq unutmayin.....
@ХАЗЕИНЦЕЛИТЕЛЬ-щ5д
@ХАЗЕИНЦЕЛИТЕЛЬ-щ5д 11 ай бұрын
МЕНИМ ФИКРИМЕ КОРЕ БИР БОРЧАЛЫ ОГЛУ КИМИ БУТУН ТОРПАГЛАРЫМЫЗЫ ГАЙТАРМАЛЫЙЫГ КИ БИЗ МИЛЛЕТИН ГИСАСЫНЫ АЛАГ. БУТУН АЗЕРБАЙЧАНЛЫЛАР ЙЕГИН КИ МЕНИМЛЕ РАЗЫЛАШАР.
@Sarkhan_37
@Sarkhan_37 11 ай бұрын
Razıyam, lakin bizim buna gücümüz varmı? Regionda qüdrətli dövlətlər çoxdu
@sedanuriyeva8123
@sedanuriyeva8123 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TV11-azerbaijan
@TV11-azerbaijan 11 ай бұрын
Əziz dostlar, rəylərdə etik qaydaları qoruduğunuz üçün sizə təşəkkür edirik.
@maqo1252
@maqo1252 11 ай бұрын
həsənbabayev 32 yə aiddir????
@yasarbirsoy
@yasarbirsoy 9 ай бұрын
Sayğılı soydaş, siz ancaq 3 sözü öz dilimizdə yazmısınız, qoruduğunuz, sizə, edirik. Qalanları ərəbcədir
@tomristomris2764
@tomristomris2764 10 ай бұрын
AY ŞƏRHÇİ DÜZ DANIŞ. O, ZAMAN BU KİMİ OYUNLARININ HAMISINI RUS EDİRDİ.BİZİMKİLƏRNİN İXTİYARI YOX İDİ.
@fizulisaryev3803
@fizulisaryev3803 11 ай бұрын
Burda deyilir ki Fətəlixan xoyski İrəvani Ermənilərə verib....)))) camaatda deyir ki Allah Rəhmət eləsin ..belə anladim ki bu Millətimin nə analitik düşüncəsi var nədə məntiqi...nəsə Allah sizə Rəhmət eləsin Ölülər
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 11 ай бұрын
Bu, o deməkdi ki, siz verilişə baxmamısız. Başlığa baxıb rəy yazmısız. Siz pıxxa tamaşaçısız. Kak tamaşaçı.
@xaleddinaslanov9815
@xaleddinaslanov9815 11 ай бұрын
Tarixi təhrif etmək mümkünsüzdü. Fətəli xan Azərbaycanın bütövlüyünu təmin etmis , car rusiyasinin əlində olan torpaqlardan dovlət quranlardan biridi
@ФиданГараева
@ФиданГараева 11 ай бұрын
BU TARİXDƏ DƏ ERMƏNİLƏR RUSLAR İRANIN ƏLİ İLƏ AZƏRBAYCAN I ALDADIB İRAVANI ALANDA SONRA ONLARI MƏHV ETDİLER.GƏRƏKİ, ALADANMAYAYDİLAR MƏN HAQQ VERMİRƏM.
@rushana3778
@rushana3778 11 ай бұрын
Haqlısınız Xoydan gətirdiyi dədə mülkü deyildi ,Verməməliydi
@Эдик-х4ы
@Эдик-х4ы 6 ай бұрын
​@@rushana3778irəvan veriləndə sənin nəyin vardı ? Adı olub , özü olmayan dövlət . Belədədə andronik , dro zəngəzurdan girib qıra qıra gəlirdi . Türk ordusunun böyük köməyi ilə Bakını ala bilmişdik . Zəngəzuru verənlər barədə niyə danışmırsınız ,? Qazaxdan ərazi kimin dövründə verildi ? Hansıki, Qazaxın indi qaytarmaq istədiyimiz 7 kəndi anklava çevrildi . Həmin Xoyskilər sənə 110 min kv.kilometr ərazi qoyub getmişdi , hanı o ərazinin 24 mini ?
@Talaat324
@Talaat324 Ай бұрын
Ay müəllim,o vaxt Bakı bizdə deyildi , sağ olsunlar türklər gəlib azad etdilər hökumət Gəncədən Bakıya köçdü siz İrəvandan danışırsınız ,get mən də Marsi sizə verdim)))
@Tagiyevasevinc
@Tagiyevasevinc Ай бұрын
Əsrlər boyu Ermənilərin əli ilə Ruslar bizim igid vətənpərvər evladlarina genim kesilibler ya Rəbbim səndə bizim düşmənlərimizin soy kökünü yer üzündən sil Amin Amin Amin Amin Amin Amin Amin t😢😢😢😢
@smayazizova5577
@smayazizova5577 Ай бұрын
Erməniləri Qafqaza yollayanlara lənət olsun. Allahın tugi lənəti olub, qanımıza susayıblar.
@cemilsirinbeyli1178
@cemilsirinbeyli1178 Ай бұрын
Başda Məmməd Əmin Rəsulzadə olmaqla ilk cumhuriyyyətimizi quran kişilərə Allah rəhmət eləsin🇦🇿🇦🇿🇦🇿.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Amin ❤
@tural2deki89
@tural2deki89 10 ай бұрын
Tariximizi heç bilmirik biz.
@huseynheydarov7642
@huseynheydarov7642 11 ай бұрын
Təbriz,Urmiyyə, Kərkük, Mosul,Dərbənd nələr, nələr verə verə getmişik. Yaxşısı budur keçmişi yada salmayın.
@mustafamustafayev6190
@mustafamustafayev6190 11 ай бұрын
Allah rəhmət etsin.
@ГаджиГаджиев-в3п
@ГаджиГаджиев-в3п 11 ай бұрын
АЛЧАГ ЕРМЕНИЛЕР
@AzaAza-t6v
@AzaAza-t6v 11 ай бұрын
Iravani kim veribse sebebkar olubsa sikim neslini kokunu,
@sahibzodlu3951
@sahibzodlu3951 9 ай бұрын
Qardaşlar başa düşmək lazımdır ki birdəfəlik və son olaraq bu hayların bizə qarşı olan nifrəti və düşmənciliyi hec vaxt bitməyəcək odur ki ayıq olmaq lazımdır.
@elshanbalakishiyev2759
@elshanbalakishiyev2759 20 күн бұрын
İRAVANI ERMƏNİLƏRİN BURNUNDAN GETİRƏCƏYİK İNŞALLAH!!!
@maxoguz7400
@maxoguz7400 11 ай бұрын
Хой шеheринин адынын менасы недир?
@faytonchu
@faytonchu 11 ай бұрын
Zəngəzuru Ermənistana verən Nəriman Nərimanov barəsində də veriliş hazırlayın,lütfən! Onun üçün o boyda heykəlin qoyulması əxlaqsızlıq deyilmi?!
@HurzadƏhmədova
@HurzadƏhmədova Ай бұрын
Nərimanovun Azərbaycan və Azərbaycan vətəndaşları üçün təmənnasız köməkləri gözünüzə durar.Nərimanov İrəvanın verilməsinə etiraz edəndə "qurucu babaların " niyə dinləmədi?
@HurzadƏhmədova
@HurzadƏhmədova Ай бұрын
Yaxşı olar ki,gedib faytonunu sürəsən.1969-a qədər,sonra isə 1984-də verilən torpaqları da Nərimanov verdi?Hamısı tarixçi olub
@Cripkp
@Cripkp Ай бұрын
​@@HurzadƏhmədovag4
@УльфатМамедов-ч8ъ
@УльфатМамедов-ч8ъ 9 ай бұрын
Cox sag olun xəbərlərinizə görə, amma yeğanə varisi haqqında danışmamağınız təəssüf doğurdu məndə😢😢
@42-kd5ox
@42-kd5ox 21 күн бұрын
Значит раз они нарушили договоренности,то пора вернуть нам потерянные земли....
@vidadqurbanov9310
@vidadqurbanov9310 11 ай бұрын
RƏHBƏRLİK QORXAQLAR ÜÇÜN DEYİL
@Troller199
@Troller199 Ай бұрын
O irəvanı ermənilərə versə idi,ermənilər ona sui qəsd etməzdilər.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Çarəsizlikdən olub. Yoxsa cümhuriyyət əldən gedirdi
@geraygurbanov7999
@geraygurbanov7999 Ай бұрын
Vay millətim vay dövlətim Nələr çəkib başın sənin Allah cumhuriyət qurucularına rəhmət eləsin bu tarixlər üçün serial bədii,sənədli filmlər çəkilməlidi
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Can 😢
@tamillaallazova8438
@tamillaallazova8438 11 ай бұрын
Verdilər əzabını da biz çəkdik İkinci Rəhim Qazıyev bacarmadıgi işə burnunu soxub
@qaragozalp
@qaragozalp 27 күн бұрын
Burda məcburiyyət qarşısında torpaq verib deyənlər, məcburiyyəti qarşısında ana-bacısını ermənilərə verərlərmi?
@abulabdullayev6813
@abulabdullayev6813 Ай бұрын
Babalarımız vətən üçün hərşey ediblər. Onlar Vətənpərvər və savadlı insanlar olub. Bəzi şeylər məcburi olub
@zenfiragulueva6855
@zenfiragulueva6855 11 ай бұрын
Var olun ❤
@sslskssksks6412
@sslskssksks6412 11 ай бұрын
Rusların..balşevikinə oxşuyur..ruslara işləyib bu müsəlman oxşarı yoxdu bu necə..azərbaycanın qədrini bilər.bunun kimilərinin üzünən..buz satılmışıq..
@telefonphone3484
@telefonphone3484 11 ай бұрын
Hamsi rusun adamı olub
@Эдик-х4ы
@Эдик-х4ы 6 ай бұрын
Necə rusun adamı olublarsa hamısını rus qırıb , qalanıda mühacirət edib . Adamına şükür ilahi
@Forma567
@Forma567 23 күн бұрын
Беле видеолар субут едир ки биз ен горхач ялтаг сатгын миллетий.бир биримизе сатгынлыг еден огру миллетий. Намус намине кетмирий олуме.
@nrmnrza7939
@nrmnrza7939 11 ай бұрын
təşəkkürlər 😊
@nerimanzeynalov2158
@nerimanzeynalov2158 Ай бұрын
АРАБСКАЯ МУДРОСТЬ ГЛАСИТ ,, ЕСЛИ НАДО ДОГОВАРИВАТЬСЯ С ТУРКОМ - ДОСТАТОЧНО СЛОВА ТУРКА !!! ЕСЛИ НАДО ДОГОВАРИВАТЬСЯ С ГРЕКОМ ТО НАДО ЧТО БЫ ГРЕК РАСПИСАЛСЯ НА БУМАГЕ !!! ЕСЛИ ПРИДЕТСЯ ДОГОВАРИВАТЬСЯ С АРМЯНИНОМ -ТО И ПОДПИСЬ АРМЯНИНА НА БУМАГЕ -ДОГОВОРА НЕ СПАСЕТ ,, !!!
@СамедАнсаров
@СамедАнсаров 11 ай бұрын
🇦🇿🇦🇿🇦🇿🙏
@SafayatQafarova
@SafayatQafarova Ай бұрын
Xain, ölüm olsa belə vətəndən keçmək olmazdı. Óləndə də xain kimi öldü. Kişi kimi də ölə bilərdi.
@ГойчейГасанова
@ГойчейГасанова Ай бұрын
Yene ermeni xeyaneti iravani ermeniye vereni ermeniler oldurub duwmen hemiwe oyaqdi
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Həmim vaxt ermənilərin terror təşkilatı osmanlı cümhuriyətimizin bir neçə şəxsiyyətini öldürüb. Düdəndimski də belə öldürülüb
@Partizan-bh8oz
@Partizan-bh8oz Ай бұрын
Eynen
@malikester6655
@malikester6655 Ай бұрын
Biz özümüz özümüzə düşmən olmuşuq
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
😢😢😢😢
@rahilyaganbarova8808
@rahilyaganbarova8808 Ай бұрын
Sen çox ehvalati yalan deyirsen. Evvel her şeyi düzqün örqen sonra daniş.
@RefiqeTahirova
@RefiqeTahirova Ай бұрын
İndiki nazirlərin övladları getsin vətəni qorumaqa.
@Mirshukurulla
@Mirshukurulla Ай бұрын
Аллах довлатимизи гуран бабаларымыза Рахмат еласин.....о кишилар олмасайды бу Кун довлатимиз олмазды.
@orxanmustafa9486
@orxanmustafa9486 22 күн бұрын
Yeganə varisə hansı hörmət qoyulub?
@Ər-Dar
@Ər-Dar Ай бұрын
AZƏRBAYCANA ERMƏNİ AYAĞİ DƏYMƏMƏLİDİR.ƏGƏR BAKİYA ERMƏNİLƏR GƏLSƏ YAŞAMAĞA ŞƏXSƏN OZÜM ONLARI BİTİRƏCƏM.
@azerseyidov
@azerseyidov 24 күн бұрын
Demek ki, ermenistan erazisi 9 min km² olmalidir. Azerbaycan 97 min km²
@MeherremQuliyev-o8q
@MeherremQuliyev-o8q 11 ай бұрын
❤❤❤
@sassouniyerker
@sassouniyerker 29 күн бұрын
Sizin Ne Yazenez Nede Kulturunuz 😂😂
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 11 ай бұрын
Yaxşı verilişlər eləyirsiz. Təkkür edirik. Hamıaını izləmişəm. Yutunda belə dəyərli verilişlər yoxdu. Həvəsdən düşməyin. Bubyazan pox-pox afamlara fikir verməyin. Səviyyəli adamlardan çəkin. Bəzən gey-meyi də çəkirsiz. Elə eləməyin.
@АдамАдамов-ч3г6м
@АдамАдамов-ч3г6м 11 ай бұрын
Allah rəhmət eləsin özünə də ailə üzvlərinədə. Əmin.
@TV11Office
@TV11Office 11 ай бұрын
Təşəkkür edirik. ❤❤🎉🎉
@ilkinmaharramov7641
@ilkinmaharramov7641 11 ай бұрын
Səhv etmirəmsə tarixdə var ki,Tələt paşa Məmmədəmin Rəsulzadəyə şərt qoydu: İrəvanı verəssiz ermənilərə,Bakını alıacayıq.Belə də oldu
@nrgizgulu5514
@nrgizgulu5514 24 күн бұрын
Bəli mən də oxumuşam bu məlumatı
@Partizan-bh8oz
@Partizan-bh8oz 11 ай бұрын
Təşəkkür edirik. ❤❤❤
@EsmiraAhmadova-s7p
@EsmiraAhmadova-s7p Ай бұрын
Az. Parlamenti Xoyskinin verdiyi hemen qerari bir varis olaraq, leqv etsin.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
Maraqlı təklifdi
@tamaraalim9133
@tamaraalim9133 Ай бұрын
Ağlamağım tutur!
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy Ай бұрын
😢😢😢😢
@zahidferecli2722
@zahidferecli2722 9 ай бұрын
Спасибо вам родной.г. ГЯНДЖА
@yb7773
@yb7773 9 ай бұрын
Очень плохо он сделал
@User_muser999
@User_muser999 11 ай бұрын
Xuyskiden ele xuy xuy hereketler clxar
@ceyranmuxtarova6660
@ceyranmuxtarova6660 11 ай бұрын
Rusun tezyigi neticede irevani ermeniye pewkew etdi
@QudrtBaba-gr2gf
@QudrtBaba-gr2gf 11 ай бұрын
Təkcə rusun yox, ABŞ, İngiltərə ,Fransa və Türkiyənin təzyiqilə.Rusun o vaxt təzyiq gücü yox idi
@qaraqarga5316
@qaraqarga5316 11 ай бұрын
​@@QudrtBaba-gr2gfAy bacına qoyum. Türkiyə 1923-cü ildə yaranmışdır. Nə osdurağa basırsan?
@QudrtBaba-gr2gf
@QudrtBaba-gr2gf 11 ай бұрын
@@qaraqarga5316 Adı məlum ogras mən Türkiyə Respublikası yazmamışam, Türkiyənin yazmışam.Osmanli Türkiyəsi 1299 cür ildə yaranıb 600 il hökm sürüb Qərb dövlətləri Türkiyəyə təsir ediblər ki,Van mərkəz olmaqla ermənilərə dövlət üçün yer versinlər, Türkiyə İrəvanın verilməsinə razılaşıb, Yadında saxla savadsız cahillərin silahı soyusdur,
@faridaaliyeva1161
@faridaaliyeva1161 29 күн бұрын
Yaxşıki nəticəsi ölməyib.Utanmaz utanmaz hələ yeganə varisinidə müharibəyə aparıblar.Hansısa bir nazirin qohum əqrabası gedib müharibəyə?
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 97 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,1 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 28 МЛН
Zərərli 6 Qidadan UZAQ DURUN!
8:31
Bir Bax
Рет қаралды 178 М.
Tarixdə adı olmayan xalq - Ermənilər əslində kimlərdir?
8:23
Yaşa, Mustafa Kamal paşa, yaşa - BAKU TV
18:45
Baku TV
Рет қаралды 134 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 97 МЛН