Ramiz Rövşən - "Köhnə məktublar"/ Sabirə Abdullayeva

  Рет қаралды 6,097

Rac Story

2 жыл бұрын

#Sabirə Abdullayeva #BalashMirzabey #Racool Studio
#Mədəniyyət #Bakı #Azərbaycan #seir #Ramiz Rövşən
Diqqqət! Müəllif hüquqları qorunur! Materialın təkrar paylaşılması yolverilməzdir. Materiala aid hər hansı məlumatdan istifadə etdikdə istinad üçün keçid vermək lazımdır.
Operator: Əfqan Telmanoğlu
Layihə rəhbəri: Balash Mirzabey
Studio: Racool Studio
Reklam üçün əlaqə: (tel/vatsap) 055 323 27 52
Instagram - racoolstudio
Köhnə Məktublar
Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan -
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.
Əyilərsən, götürərsən gizlicə,
boylanarsan -
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi,
Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan qapıya;
" o kölgəni arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar - kağızı da yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca -
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar -
ərşə çıxar tüstüsü,
Kağız yanar -
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən - baxarsan,
O üzüyü götürərsən - baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
- Əlindəki nədi? - deyər.
- Üzükdü.
- O üzüyü nə yaxşı ki, tapmısan,
neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
- Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
- Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ də,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
- Heç olmasa pəncərəni aç, - deyər, -
burda necə oturmusan sən, necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə...

Пікірлер: 17
@pervizaliyev6460
@pervizaliyev6460 2 жыл бұрын
Əhsən! Gözəl şeir, Gözəl ifa!
@globalfootballspeaker
@globalfootballspeaker 2 жыл бұрын
Səs tonu, jest və mimikalar mükəmməldi. Davamlı olsun ✨.
@blackxaos8968
@blackxaos8968 2 жыл бұрын
Gözəldi ❤️
@firabakinka9337
@firabakinka9337 2 жыл бұрын
Coxxx sag olun
@durnakerimova9672
@durnakerimova9672 2 жыл бұрын
Bu şeiri tez tez ozuyuram. Xanım da çox gözəl səsləndirdi.... Şairlərin külqabılarında neçə -neçə məsum sevgi məktubları külə çevrilib,İLAHİ....😥😥😥😥😥😥
@nicattehran2947
@nicattehran2947 2 жыл бұрын
Uğurlar! ♥️
@esanesan691
@esanesan691 2 жыл бұрын
Çox gözəl. Əla !!!
@lisurtagazad9574
@lisurtagazad9574 2 жыл бұрын
Uğurlar
@efqantelmanoglu6080
@efqantelmanoglu6080 2 жыл бұрын
Ugurlarrr
@metanetbra7426
@metanetbra7426 2 жыл бұрын
Əla səsləndirmə
@axmedaxmed8310
@axmedaxmed8310 2 жыл бұрын
Öz sözünü tutmayan, Öz dediklərinə özləri əməl etməyən insanlar arasında sən şairləri görərsən. Qurani-Kərimdən ( əş-Şüarə-yəni şairlər surəsi)
@sabiraabdullayevarustamli8
@sabiraabdullayevarustamli8 2 жыл бұрын
Təşəkkür edirəm✨🙏🏻
@gultakinzulfugarova6547
@gultakinzulfugarova6547 2 жыл бұрын
Ела цаным
@vuqar850
@vuqar850 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mehmanmehdiyev9437
@mehmanmehdiyev9437 2 ай бұрын
Nurəddin Mehdixanlı...
@mehmanmehdiyev9437
@mehmanmehdiyev9437 2 жыл бұрын
Gözəl qız, Nurəddin Mehdixanlıya qulaq as öyrən.
@benimhayatm4760
@benimhayatm4760 2 жыл бұрын
cok guzelldi baaarilar diliyorum cayimi ictim kahveye buyrun zisde🔂🆎
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,4 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН